Çalışan xanımlar günün çox hissəsini işdə keçirir.
Sözsüz, işgüzar qadın üçün onun işə nə geyinəcəyi karyerasından az əhəmiyyət kəsb etmir. Sosioloji araşdırmalar da göstərib ki, xarici görünüş karyerada yüksəlməyə çox təsir edir. Bəs ciddi, eyni zamanda, dəbli görünmək üçün nə etməli?
Dress-kod
Diqqət! Əgər işdə ciddi ofis dress-kodu hökm sürürsə, onda sadə qaydalara əməl edin. Rəhbəriniz ofisə idman ayaqqabıları və kedlərdə gəlmirsə, onunla həmfikir olmağa dəyər. İdman kostyumlarını evdə qoyun. Əlbəttə, ideal rəhbərlər işçilərin özünü rahat hiss etməsi üçün işçinin geyim üslubuna bir o qədər müdaxilə etmir. Onlar yaradıcı insanların işə istədiyi geyimdə gəlib-getməsini çox sakit qarşılayır.
Həftənin 7 günü
Hər gün üçün fərqli geyim seçin. Geyimlərin köməyilə bazar ertəsi ciddi, çərşənbə şən, oynaq, cümə axşamı romantik görünməyə çalışın. Həddi aşmamaq mühüm məqamdır. Adi cins şalvarı viktoriyansayağı bluz, klassik stiletto ilə birləşdirməklə həmkarlarınızı qıcıqlandırmayan cəsarətli işgüzar obraz yaratmaq mümkündür.
İqlim zonası
Söhbət ofisdən gedirsə, onda kollektivdəki “iqlim”i nəzərə almaq mütləqdir. Daha doğrusu, işçilərin dəbə nə dərəcədə meylli olmasını ölçmək lazımdır. Əgər jurnalda çalışırsınızsa, o zaman mövsümün əsas yeniliklərini uyğunlaşdırmağa tam haqqınız çatır. Bu halda orijinal tərziniz heç kəsi heyrətləndirməyəcək. Eyni qayda art-qalereyalara da aiddir. Əgər siz neft-qaz, bank sahəsində çalışırsınızsa, onda daha ciddi iş paltarı ilə kifayətlənməli olacaqsınız. Dilxor olmağa dəyməz, çantalar sizi heç vaxt darda qoymaz. Məsələn, maksimum kreativ çantalar sizə orijinal təsir bağışlamaq üçün gözəl təklifdir.
Yaradıcılığı boğmaq günahdır!
Yaradıcı qızlar istənilən halda hər kəsdən fərqli görünməyə can atır. Ona mane olmayın, ən yaxşısı kömək edin! Zərif pastel rənglər, effektli aksessuarlar və ya bəzəkli ayaqqabı vizit kartınız ola bilər.
Yüksəlmək arzusu
Dikdabanın vacibliyini dərk edin! Bəli, gözəllik qurban tələb edir və heç nə obrazı düzgün seçilmiş ayaqqabı qədər cəlbedici göstərmir. Ayaqlarınız ağrıyırsa, gözəl tuflinizi iş vaxtı masanın altında bir kənarda saxlayın, təcili çıxmaq gərəkəndə tez geyinin.
İncə notlar
Əlavə bəzəklər stili zənginləşdirməyə kömək edir. Mürəkkəb yaxalıq və rəngli corablardan gözünüzü birdəfəlik çəkin. Qarderobun belə elementlərini karnaval üçün saxlayın. İşgüzar xanım zərif şal, orijinal sancaq və müstəsna halda abadokla kifayətlənməlidir.
Sehrli çubuq
İşgüzar xanımın ehtiyatında hər geyimlə uzlaşa bilən bir pencəyi olmalıdır. O sehrli çubuq kimi istənilən obrazı ciddiləşdirir. Onu sadəcə çiyinə atmaqla da eyni effekti almaq olar.
Qara rəngin gücü
Şübhələnirsinizsə, qara geyinin. Birincisi, bu rəng dəb aləmində həmişə aktualdır. İkincisi, səhv etmək mümkün deyil. Üçüncüsü, ona ağ rəng əlavə etməklə uğurlu vəhdət əldə etmək olar.
Hazırlıqlı qız
Əgər işdən sonra görüşünüz olduğunu bilirsinizsə, onda kostyum və donla yaxşı görünən dikdaban və ya altı yastı ayaqqabı seçin. Axı düzgün ayaqqabı istənilən vəziyyətdən xilas etməyə qadirdir.
Etik qaydaları tapdalamayın!
Alt paltarlarınızın görünməsindən ehtiyat edin, kolleqalarınızı bərbad manikürünüz və pis əhvalınızla da sıxmayın.
XƏBƏR LENTİ
“Victorias Secret” 1,1 milyarda satıldı
Ərəblər bunu da etdilər
Paytaxtımızın 7 möcüzəsi - FOTO
Koronavirusun ölümcül olmasının ƏSL SƏBƏBİ tapıldı - ŞOK ARAŞDIRMA
Tərəvəzli makaron (foto-resept)
Həyat məqsədini necə tapmalı?
450 gün açıq kosmosda qaldı, məhv olmadı
Bu xanımlar yeni kraliçalardır
Peyvənd koronavirusdan qoruyurmu? - VİDEO
Ermənistan Azərbaycan Ordusuna qarşı uşaqlardan istifadə edir - VİDEO
80-ci illərdən gələn pencək dəbi
Hazal Kaya ana oldu-FOTO
"Oy, Musik, siz dazsınız?!" - keçəlləşməyə səbəb nədir?
Ondan imtina edən kəfənini hazırlasın
Kontrasepsiya metodları və istifadəsi
Saçlarımızın düşməni
Saunanın zərərləri
Neçə müəllim çöldə qalacaq?
Böyük qəza, kosmik gəmi yerə düşdü
Evini 35 milyona satdı - FOTO
Şirvanşahlar dövlətinin varlığına son qoyulduğu qalada tədqiqat işlərinə başlandı - FOTO
Saç biti deyib keçməyin
Ən effektli və sağlam pəhriz
Qısamüddətli aclığın faydası
Demet Akalın qızı haqqında danışdı-FOTO
"Barselona" Messinin satış qiymətini açıqladı - Fantastik məbləğ
Meryem Üzerli çənəsini əməliyyat etdirdi
Yaşlılarda qoxu hiss etmə bacarığı zəifləyir
Macar kababı (foto reept)
BÜRCLƏR bizə nə vəd edir?-5 Oktyabr
Bunları mütləq yoxlayın
Küçəyə çıxmaq qadağan edildi
İsti havalarda idmana diqqət!
Azərbaycanda uşaqlar üçün xüsusi mobil telefonlar satıla bilər
Makronun açıqlamalarından sonra müsəlman ölkələri Fransa məhsullarına boykot elan etdi
Toshiba Taylanda qayıdır
Bakı Metropolitenindən sərnişinlərin təhlükəsizliyi ilə bağlı açıqlama
"Azərbaycan və Ermənistan prezidentlərinin görüşü planlaşdırılır"
Şokolad yemək üçün 9 səbəb
Ermənilərdən insanlığa sığmayan təxribat: Əsgərlərimizə tələ qurmaq istədilər - VİDEO
Dünyada ən bahalı 10 ev
"Millət kitab oxumur" fikri doğru deyil"
Üfüqdəki ay niyə daha iridir?
COVID-19-un müalicəsində yeni üsul - 30 ölkədə təsdiqini tapdı
Məşhurlar doğuşdan sonra necə arıqlayıblar?
“Quql” Marsa virtual səyahət təklif edir
Fettel: dalbadal 7-ci qələbə
Cəbhənin Xocavənd istiqamətində düşmən bəzi mövqeləri ataraq qaçır - VİDEO
Tatlısəsdən evlənmə təklifi-FOTO
Soyuducada zəhərə çevrilən qidalar














