Milli.Az bildirir ki, bu barədə Report-a Azərbaycan Milli Elmlər Akademiyasının( AMEA) mətbuat xidmətindən məlumat verilib.
Adil Bağırov 1947-ci ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Nursu kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsini bitirib. "Türk dillərində yarımçıq fellər (Oğuz qrupu türk dillərinin materialları əsasında)" mövzusunda namizədlik, "Naxçıvan Muxtar Respublikası onomastik vahidlərinin tarixi-linqvistik təhlili (toponimlər və hidronimlər)" mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilib.
A.Bağırovun əsas fəaliyyət istiqamətləri Oğuz qrupu türk dillərində yarımçıq fellərin xarakterik xüsusiyyətləri, dildəki yeri və mövqeyinin müəyyənləşdirilməsi, digər türk dil qrupları ilə müqayisəli tədqiqi, Naxçıvan ərazisindəki onomastik vahidlərin əmələgəlmə, yaranma yolları, inkişaf qanunauyğunluqları, dil tərkibi, məna və mövqeyi, struktur-semantik xüsusiyyətlərinin elmi-linqvistik şəkildə tədqiqi ilə bağlı idi. O, müxtəlif ölkələrdə keçirilən beynəlxalq konfranslarda uğurla çıxış edərək Azərbaycan dilçiliyini layiqincə təbliğ edib.
A.Bağırov elmi fəaliyyətlə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olub. 1966-1973-cü illərdə Naxçıvan MR Şahbuz rayon Mahmudoba kənd səkkizillik, 38 в„–-li Culfa şəhər və 39 в„–-li Naxçıvan şəhər dəmiryol məktəblərində Azərbaycan dili və ədəbiyyat müəllimi, Naxçıvan Müəllimləri Təkmilləşdirmə İnstitutunda kabinet müdiri, Naxçıvan MR Xalq Təhsili Nazirliyində məktəb inspektoru, Naxçıvan Özəl Universitetində "Azərbaycan dilçiliyi" kafedrasının müdiri vəzifələrində çalışıb.
140-dan artıq elmi əsərin müəllifidir. Onlardan "Türk dillərində yarımçıq fellər", "Naxçıvanın hidronimləri", "Naxçıvan toponimlərinin linqvistik xüsusiyyətləri", "Naxçıvan Muxtar Respublikasının onomastik vahidlər sözlüyü", "Naxçıvanın oykonimləri", "Onomalogiya problemləri", "Oronimlərin linqvistik xüsusiyyətləri" və s. monoqrafiyalar Azərbaycan dilçilik tarixi üçün dəyərli mənbədir.
Allah rəhmət eləsin!
Mənbə: Milli.Az

XƏBƏR LENTİ
Nazirlik ana ölümlərinin səbəbini AÇIQLADI
“Abituriyentlər üçün dərs vaxtı” başlayır - FOTO
Ayda təkər tapıldı: 30 min baxış...-VİDEO
Qadın.Netlilərin fobiyaları (Son)
Yay aylarında dəri baxımı
Pyotr dövrünə aid sikkələr tapıldı
"Dünyanın xilaskarı" 400 milyon dollara satıldı
Dünya üzrə koronavirusa yoluxanların sayı 62 milyonu keçdi
İstedadlı övlad böyütməyin asan yolları
MSK nəticələri açıqladı - Lukaşenko liderdir
Tubaya əkizi qədər bənzəyir - FOTO
Günün ulduz falı
Abituriyentlər üçün son şans
Leyla Əliyeva Federasiya nümayəndələri ilə görüşdü
Hərbçilərimiz Helsinkiyə gedir
Çantadan 60 milyon il yaşı olan dəniz ulduzunun qalıqları tapılıb
Yeni doğulmuş əkiz körpələr bir yataqda yatmalıdır?
"Ufak Tefek Cinayetler" serialının rejisoru Bakıya gəlir-FOTO
Şaxta babanın gətirdiyi xəstəliklər
Azra Akın ana oldu
Mərmərə dənizi narıncı rəngə büründü - FOTO
Yuxuda çevrilmə hallarının səbəbi
Bayramda yolda qala bilərsiniz
NASA-dan dünyanı həyəcanlandıran kəşf
Yay salatı (foto resept)
Tibbi maskadan istifadə etməyən şəxslərə qarşı reyd keçirildi
Mehriban Əliyevadan işğaldan azad edilmiş ərazilərimizlə bağlı paylaşım
İki bacıya bəysiz toy etdilər - FOTO
Maykl Ceksonun hər kəsdən gizlədilən oğlu illər sonra - FOTO
Qoz mürəbbəsi (foto resept)
Saç tökülməsinin qarşısını alan nar qabığı
Ani Lorak bütün işçilərini qovdu-SƏBƏB
Bu eynək yorğunluqdan xəbər verir
Şəhid generalı qarşılamaq üçün yüzlərlə insan toplaşıb - FOTO
Hava haqqında
"Təhlükəli kişilərlə dolu dünyada lazım olan qadın"
Dünyanın ən maraqlı 99 faktı-2
Vaginit nədir?
Mehriban Əliyevaya Pakistanın "Hilal-e-Pakistan" ordeni təqdim olunub
Ermənilərə tutarlı cavab
Belə də nəqliyyat olur
Bayden: “Amerikalılar daha Trampın seçki nəticələrini dəyişmək cəhdlərinə səbr göstərməyəcək”
Azərbaycanda dəhşətli virus heyvanları biçir
UNİCEF: Azərbaycanda uşaq ölümü 50 faiz azalıb
Tatlısəs evlənir-FOTO
Bakıda 8 zolaqlı yolun tikintisi başa çatır
Öd kisəsi əməliyyatından sonrakı həyat
Tanınmış professor koronavirus YALANLARINI İFŞA ETDİ - VİDEO
2017-ci ildə yeni aksesuar trendi: saçaqlı sırğalar
İkimərtəbəli elektrik qatarları Azərbaycana göndərilib

- ŞƏRHLƏR