Ölkədə dağılan ailələrin sayı ilə bağlı yenə də qanqaraldan rəqəmlər açıqlandı. Belə ki, Azərbaycanda son bir ildə boşanmaların sayı 19% artıb. ANS PRESS Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına istinadən xəbər evrir ki, ötən il Azərbaycanda rəsmi orqanlar tərəfindən 89,4 min nikah və 10,6 min boşanma qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə 2010-cu ilə nisbətən nikahların sayı 8,9-dan 9,9-a qədər, boşanmaların sayı isə 1-dən 1,2-yə qədər artıb. Deməli, nikahların sayı 12,7%, boşanmaların sayı isə 19,1% artıb.
İl üstünə il gəldikcə boşanma rəqəmlərinin üzərinə rəqəmlər əlavə olunur. Bu haqda çox yazılıb, hətta ANS PRESS də dəfələrlə bu mövzuya qayıdır və görünür yenə də qayıtmalı olacağıq. İlbəil dağılan ailələrin sayı narahatedici reallıqdır. Bəs bu rəqəmlərin sayının artmasının səbəbləri nədir? Böyük ümid, sevinc və məhəbbətlə qurulan ailə bir anın içində necə olur ki, yoxa çıxır?
Problemin səbəblərini ənənələrin tədricən sıradan çıxması da görən millət vəkili Musa Quliyev dedi ki, ənənəvi ailə modeli artıq zəifləmək üzrədir. Bir müddətdən sonra bu daha da artacaq.
"Burada heç bir sosial faktor görmürəm. Bizdə ailə institutu deyilən sistem var idi və bu çox güclü idi. İndi isə bu sistem tədricən sıradan çıxmağa başlayır. Məsələn, əvvəllər statistika açıqlananda boşananların göstəricisi heç 10%-ə çatmırdı, sonra 13%, indi isə 19%-i keçib. Millət vəkili problemin yaranmasında Qərbin çox böyük rol oynadığını hesab edir. Biz bunun qarşısını almaq üçün gərək ya Avropaya inteqrasiyaya, ya da “Gender siyasəti”nə qoşulmamalı idik. Təəssüf ki, artıq bu siyasətə qoşulmuşuq və buna da uyğunlaşmalıyıq", deyə M. Quliyev vurğuladı.
Boşanmanın səbəbləri kimi çox vaxt maddi vəziyyət, ya da insanların xarakter uyğunsuzluğu, və ya kənar müdaxilələr göstərilir. Lakin praktikadan görünür ki, dağılan əksər ailələrin nə pul, nə maddi vəziyyətlə problemləri olmayıb. Bəs onların ayrılığına səbəb nədir?
Cəmiyyətdə normal və sağlam ailənin olması üçün tərəflər arasında mütləq kompromis olmalıdır. Əgər qarşılıqlı anlam yoxdursa, onda hər şey uçuruma gətirib çıxarır. Psixoloq Elmir Əkbər deyir ki, əsas məsələ ailə quran gənclərin şəxsiyyəti və xaraketindədir. Şəxsiyyət kimi formalaşan, mənəviyyata, əxlaqa sahib olan insanla yaşamaq gözəldir və belə insanla münasibətlər də düzgün qurulur. Lakin natamam adamla, şəxsiyyəti formalaşmayan biri ilə ən gözəl münasibətlər belə ən iyrənc hala çevrilir. Ailə qurana kimi heç kim heç kimi tanıya bilmir. Əsas odur ki, valideynlər övladlarına düzgün tərbiyə verməli, onları düzgün böyütməlidirlər.
Psixoloq boşanmanın bir sıra səbəblərini də sadaladı. O, deyir ki, ilk növbədə ortaya çıxan faktorlardan biri ərlə arvad arasında intim uyğunsuzluqdur. Növbəti amil kənar müdaxilələrdir. Üçüncü yerdə maddi durum gəlir. İndi ailə təkcə sevgi ilə qurulmur, həm də bir çoxları ailəsinin təkcə sevgi ilə qoruya biləcəyinə arxalana bilmir. Keçmiş SSRİ-də gənc ailələrə çoxlu güzəştlər var idi, amma indi elə bir şərait yoxdur. Maddi sıxıntı sonda böyük münaqişələrə gətirib çıxarır.
Maraqlıdır, ailə qurmağa hazırlaşan gənclər hansı məsuliyyətin altına girdiklərinin fərqinə varırlarmı? Ümumiyyətlə, nə üçün ailə yaratdıqları haqda heç düşünürlərmi? Məqsədlərinin nə olduğunu və ən əsası özlərini bu addıma hazır hesab edirlərmi? Ailə quran hər iki tərəf ailə idarəçiliyinin mühümlüyünü anlamalıdır. Güclü mənəviyyat və əxlaq, həmçinin psixoloq Elmir Əkbərin dediyi kimi şəxsiyyəti formalamış insanın qurduğu ailə çox möhkəm olar.
Din də ailənin təməlini güclü mənəviyyat və əxlaqda görür. Əlbəttə ki, ailəni saxlamaq üçün maddiyyat da önəmli amildir. Lakin hər şeyi olan ailələrin də dağıldığı faktdır, ona görə də insanın mənəviyyatı və əxlaqı güclü olmalı və atdığı addımı yaxşı dərk etməlidir. İlahiyyatçı İsmayıl Əhmədovun sözlərinə görə, boşanmaya gətirib çıxaran amilləri mütləq araşdırıb həllini tapmaq lazımdır. “İçəri şəhər” Cümə məscidinin axundu Hacı Surxay da məsələ ilə bağlı deyilən səbəblərlə razılaşdı. Amma axund burada olduqca maraqlı bir məsələyə toxundu. Onun sözlərinə görə, Hicri-Qəməri təqviminə görə nəs gündə kəsilən kəbin İslamda məqbul sayılmır. Bu da gələcəkdə ailənin xoşagəlməz hallarla üzləşməsi deməkdir.
"Bu günləri xüsusi olaraq qeyd edim: 3,5,13,16, 21, 24, 25-ci günlərdir, yəni bir ay ərzində bunlar nəs günlər sayılır".
Hacı Surxay hesab edir ki, ailədə boşluğun yaranmamasına çalışmaq lazımdır, boşluq yaransa, ailə mənəvi məsələlərə köklənməsə və maddiyatla bərpa olunursa, o ailənin sonu iflas deməkdir.
Lakin hüquqşünas İlqar Səfərov bu problemi həm də sırf milli xüsusiyyətlərlə bağlayır. Onun sözlərinə görə, regionlar və elə şəhərdə də nikahlar valideynlərin sözü ilə qurulur. Hətta Azərbaycanda bir çox ali təhsilli insanlar ailə qurarkən valideynlərinin seçdiyi şəxslə evlənirlər. Halbuki nə o adamın fərdi keyfiyyətləri, nə də şəxsiyyəti barədə məlumatlı olmurlar. Nəticədə bir çox ailələrdə boşanma və ya xəyanət olur.
Hüquqşünas hesab edir ki, bu kimi halların qarşısını almaq üçün sosioloji institutlar strategiya hazırlamalıdır, kor-koranə mübarizə daha böyük fəsadlar verə bilər, bunun isə hüquqi baxımdan təsir mexanizmi ola bilər. Və ya nikah müqavilələri məcburi olanda nikahın pozulması hallarında şərtləri ağırlaşdırmaq olar. Ümumiyyətlə, boşanma hüquqi problem deyil. Bu məsələ ilə psixoloq və sosioloqlar məşğul olmalıdırlar.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Turist retro avtomobili ilə Azərbaycana gəldi - VİDEO
Azərbaycan "Facebook"da saxta səhifələrlə mübarizəyə başlayır
Ayaqqabı dünyası
ÜST-dən qarşıdakı iki ay üçün koronavirusla bağlı qorxulu proqnoz
Asan puding (foto resept)
Hava haqqında - 20.09.2013
Qadınlar üçün yay ayaqqabıları
Yupiterlə kometa toqquşacaq - Yer məhv olacaq?
Dünyadakı “Ən”lər silsiləsindən
Soğan həvəskarlarını əbədi cavanlıq gözləyir
Azərbaycanda büdcəyə dəyişiklik edilə bilər - AÇIQLAMA
Sabahın HAVAsı
Ərdoğan Bakıya gəlir
İçli konfet(foto resept)
"20 Yanvar" şəhidlərinin dənizə tökülməsinin qarşısı necə alındı?-Video
Peugeot 3008 cipə bənzəyəcək
Samsung-la Google arasında yeni anlaşma
İqor Morskinin xəyal gücü
Corc Sorosdan böhran xəbərdarlığı
60 min qərbli qadın İŞİD sıralarında
Hamiləliyin erkən toksikozu
İngilis dili - XXXIII dərs
Azərbaycan Şimali İrlandiyaya qarşı: yığmamız yubiley oyunda qələbə qazana biləcəkmi?
DİN vətəndaşları komendant saatı qaydalarına riayət etməyə çağırıb
Erməni terroru Avropa mətbuatında
Xüsusi karantində gizli nişan keçirdilər - FOTO
2020 Oscar Mükafatları sahiblərini tapdı
HAVA necə olacaq?
Nyu-York qorxu içində
Türkiyə döyüşə hazırdır
Heyvanlar insanlara donor olacaqlar
Hava haqqında - 18.02.2014
Sinan Akçıl Hollandiyada evlənəcək
Ramazanda ürəyi yoran xətalı vərdişlər
Emin "Qlükoza"nı Bakıya dəvət etdi-FOTO
Azərbaycanda açıq havada fəaliyyət göstərən kafe və restoranların açılmasına icazə verildi - RƏSMİ + VİDEO
Bakıda BQXK-nın Azərbaycandakı fəaliyyəti barədə fotosərgi keçirilir
Hollivud ulduzundan ermənilərə təhqir
Gülməli boşanma adətləri
Rusiyanı gözəllik müsabiqəsində 4 uşaqlı ana təmsil edəcək - FOTO
Gi pəhrizi
Günün qoroskopu:Uğurlu gündür!
Azərbaycan şərabları bu ölkədə də satılacaq
FRANCE-24 Ağdam haqqında: “Bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar” - VİDEO
Bu gündən "prava"lar üçün rüsum qalxdı
Gün eynəyi alarkən nəyə diqqət edəcəksiniz?
Yam-yaşıl ada
63 yaşlı modabaz
Az kalorili məhsullar
Azərbaycan idman sarayı açdı















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]