Ailədə yaşayış və nizam heç şübhəsiz ki, ərlə arvadın razılaşma və uyğunlaşmasına bağlıdır. Bir-birini sevən iki insanın razılaşmasının daha asan olacağı düşünülür. Doğrudur. Ancaq təkbaşına sevgi qarşılıqlı inam və hörmətlə dəstəklənilmədikcə, evliliyi xoşbəxt etmək mümkün olmaz. Öncə həyat yoldaşları məncə, sevgidən kənar bir-birlərinin şəxsiyyətlərinə hörmət göstərməlidilər, bir-birlərini olduğu kimi səhviylə, qüsuruyla qəbul edə bilməlidilər. Hər kəs yoldaşının çox yaxşı, qüsursuz olmasını istəyir, amma bu, mümkün deyil. Əsas odur ki, yoldaşımızın etdiyi kiçik səhvləri çox böyütmədən, ona səhv davrandığını uyğun bir dillə, onu incitmədən izah edə bilək.
Yoldaşınızla aranızda bir problem yaranarkən ikinizin də əsəbi olduğunuzu gördükdə o anda mübahisəyə ara verib, mühiti dəyişdirin. Sonra təkrar danışmaq üçün bir araya gəlin. Çünki insan əsəbiykən yetkin düşünə bilməz, qarşı tərəfi incidən sözlər söyləyə bilər. Təkrar bir araya gələndə danışarkən, yalnız öz duyğularınızdan bəhs edin, yoldaşınızı günahlandırmağa cəhd etməyin.
Probleminizdən danışarkən keçmiş problemlərinizi deyil, bu anda sizi narahat edən tək probleminiz haqda danışın. "Sən onsuz da həmişə beləsən, həmişə eyni səhvləri edirsən" kimi cümlələr qarşı tərəfi incidər, özünü dəyərsiz, günahlandırılmış hiss etməsinə gətirib çıxarar. O insan da səhv davranışını dəyişdirmək üçün səy göstərməz.
Unudulmaması lazım olan bir məqam: mübahisə etməyin, məqsədiniz qazanmaq deyil, hər ikinizin də qəbul edə biləcəyi ortaq, uyğun bir həllə vara bilməkdir. Probleminiz üçün uyğun həlli yollarını birlikdə sıralayın və ən sağlam həll üçün birlikdə qərar verin.
Mübahisəni evdən kənara çıxarmayın, xüsusilə də ata-ananızı hakimlik etməyə məcbur etməyin.
Yoldaşınıza qarşı səhv davrananda üzr istəmək, könül almaq da çox əhəmiyyətlidir. Kişilər ümumiyyətlə xanımından üzr istəməyi qürurlarına sığışdıra bilmirlər. Halbuki, üzr istəmək yoldaşımıza dəyər və əhəmiyyət verdiyimizi göstərən çox şərəfli bir davranışdır.
Evliliyinizdə xoşbəxt olmanın yollarından bir başqası da yoldaşımıza sevdiyimizi həm davranışlarımızla, həm də sözlərlə müəyyən edə bilməkdir. Ən son nə vaxt yoldaşınıza "Səni səhvlərinə baxmayaraq çox sevirəm" deyə bildiniz? Ən son nə vaxt yoldaşınız üçün onun çox xoşuna gələcək bir sürpriz hazırladınız? Ən xoşbəxt gedən evliliklər belə bir müddət sonra monotonlaşır. Bu sıraviliyi aradan qaldırmaq sizin əlinizdədir.
Yoldaşınıza mütləq sevginizi nümayiş etdirin. Sevginizi həm davranışınızla, həm də sözlərinizlə müəyyən edin.
Yoldaşınız tərəfindən sevilmədiyinizi, bəyənilmədiyinizi hiss etmək nə qədər acı verici bir duyğudur, elə deyilmi?!
Xoşbəxt olmanın bir başqa əsas şərti də yoldaşınıza hörmət etməkdir. Hörmət bir insanın əlini, ayağını öpmək deyil, susmaq deyil, hörmət insanı insan yerinə qoymaqdır. "Sən varsan və mənim üçün əhəmiyyətlisən" ifadəsini qarşı tərəfə hiss etdirməkdir, onun düşüncələrinə dərhal müxalif çıxmamaq, onun düşüncələrini anlamağa çalışmaqdır.
Bundan başqa digər ailələrdən müstəqil ola bilmək də çox əhəmiyyətlidir. "Mən artıq evləndim, mənim sərhədlərim və yoldaşımla şəxsi həyatım var" deyə bilməlisiniz. Hər an yoldaşınızın və ya öz ailənizin evliliyinizə müdaxilə etməsinə icazə verməməlisiniz. Unutmayın:
yoldaşınızın ailəsinə nə qədər əhəmiyyət və dəyər versəniz, yoldaşınız da sizə o qədər dəyər verər və sizi çox sevər. Qaynana və ya qaynatanızı sevməyə bilərsiniz və ya sizə uyğun gəlməyə bilərlər. Amma yoldaşınızın ana və atasına hər vaxt hörmət göstərməniz lazımdır.
Gördünüzsə ki ikiniz də çox əsəbisiniz, "Mən bir çay hazırlayım içək, bu mövzunu istəsən sabah və ya sakitləşdiyimiz zaman danışarıq" deməlisiniz. Əks halda, bir-birinizə əsəbi ikən sonradan peşman olacağınız, incidən şeylər söyləyərsiniz, hörmət və sevgi itər.
Yoldaşınıza, əlaqənizə "sərmayə qoymalısınız", ona bir jest edin, bir sürpriz edin, sevdiyi bir şeyi alın. Ad günlərini, evlilik il dönümlərinizi unutmayın. Uşaqlar olmadan yoldaşınızla arada baş-başa qalın.
Yoldaşınızın söz və davranışlarını mühakimə etməkdə tələsməyin ki, Rəbbimizin "Halım" adı üzərinizdə təcəlli etsin.
Bu vaxt evliliyiniz yaxşı getmirsə, bədbəxtsinizsə, evlilik sizin üçün çəkilə bilməz bir hal alıbsa, tək çarə boşanmaq deyil. Yoldaşınızla birlikdə qatıla biləcəyiniz "ailə müalicələri" və ya "qrup müalicələri" sayəsində, yoldaşınızla olan problemlərinizi həll edə bilərsiniz.
Evlilikdə olan ünsiyyət səhvləri
Evlilik ümumiyyətlə romantik bir əlaqə ilə başlayar; xəyallar, ümidlər onu gözəlləşdirər, amma getdikcə güc mübarizəsinə çevrilər. Şəxsiyyətlər zidd düşər, zorakılıq ortaya çıxa bilər. Sevgi, hörmət qalmaz. Nəticədə cütlüyün ruh sağlamlığı pozular. Evlilikdə xoşbəxt olmanın tək yolu cütlüklərin səhvlərini bilib bir-birlərinə buna görə davranmaları, ünsiyyəti qoparmamalarıdır. Ünsiyyətdə olan səhvlər yoldaşlar arasındakı hörmət və sevgini azaldar.
Ünsiyyətdə olan səhvlər bunlardır:
"Dağıdıcı" tənqidlərdə olmaq. "Sən həmişə beləsən. Qışqırıb çığırır, məni dinləmirsən. Həmişə özünü haqlı çıxarırsan. Filankəsin yoldaşından ibrət götür" şəklində olan tənqid yoldaşınızı incidə bilər. Halbuki, qışqırıb çığırmaq, günahlandırmaq yerinə, "Mən sənin bu davranışından çox kədərləndim" deməli, səs tonunu yüksəltməməlidir.
"Evləndiyimizdən bəri həmişə beləsən. Eqoistsən, heç dəyişmirsən" tərzindəki ifadələr, yoldaşı bir qəlibə salan, damğalayan ifadələrdir. Yoldaşınıza bunu söyləyirsiniz, amma görəsən sizdə heç qəbahət yoxdurmu?
Məsələyə özünüzü dəyişdirməklə başlayın.
Ağlındakıları oxumaq. Evlilikdəki davamlı döyüş, mübahisə kədərə gətirib çıxarar, cütlükləri öz dünyalarına itələyər. Şifahi ünsiyyət yerinə sözsüz ünsiyyət, yəni davranışlardan məna çıxarıb yoldaşı mühakimə etmə müddəti başlayar. "Hə, yenə qız idi. Baxışlarından anladım. Necə xain olduğunu təxmin edirəm" və bu kimi düşüncələr ortaya çıxar.
Davamlı keçmişə geri dönmək. Deyək ki, ər-arvad sahildə dənizə baxırlar. Aralarında danışarlarkən yoldaşı sözgəlişi arvadına qışqırdı. O anda qadının ağlına keçmiş gəlir və öz-özünə belə deyər: "Evliliyin ilk illərində ananın yanında məni təhqir etmiş, qışqırmışdın. Məni onu yanında alçaltmışdın, bunu bağışlaya bilmirəm". Daxilinizdə olan gözəl mühit gözünə görünməz. Yoldaş bu mühitdən zövq ala bilməz, keçmişi düşünüb əsəbləşər, günü zəhər olar.
Sözünü kəsmək və səsini yüksəltmək. Yoldaşımızın sözünü kəssək, o, özünü dəyərsiz görər, bu da ünsiyyətin kəsilməsinə səbəb olar. Evlilikdə yoldaşlar bir-birlərinə sevgilərini söz və davranışlarla bildirməlidirlər.
Peyğəmbərimiz (s.a.s) yoldaşlarına qarşı xüsusi bir əlaqə göstərər, onlara xüsusi sözlərlə xitab edərdi. Aişəyə "göz bəbəyim" deyə səslənərdi. "Danış, könlümüz açılsın, ürəyimiz fərəhlənsin" deyər, o danışınca da fərəhlənər, məmnun olardı.
Təəssüf ki, çox kişilər xanımın özündən razı olacağından qorxaraq sevgisini bildirməz. Halbuki, xoşbəxt bir birlik üçün yoldaşlar bir-birlərinə yaxşı davranmalı, sevgilərini hiss etdirməlidirlər. Bu mövzu çox əhəmiyyətlidir. Necə olsa bilir, anlayır deməməlidir. Ər-arvad arasında problemlər çıxanda dərhal ayrılma yoluna getməməli, problemlərin həll axtarılmalıdır. Yoldaşınızla əlaqəniz həll olunmaz vəziyyətə gəlibsə, ümidsizliyə qapılmayın. Bir mütəxəssisdən "evlilik müalicəsi" ilə bağlı kömək qəbul etmək münasibətlərinizi təkrar nizama qoya bilər.
XƏBƏR LENTİ
Emrah yenə suallardan qaçdı
Yeni il gecəsi üçün makiyaj
Qozlu xarço şorbası
Müəllimlərin attestasiyası ləğv olunur
Təzyiq salan dərmanların qorxulu sirri açıldı
Qozlu tort (foto resept)
Qadın qol saatları
Yay üçün donlar
Game of Thrones obrazlarının saç düzümləri
Qonşudan gələn təhlükə
Dövlət Xidmətindən quş əti açıqlaması
DİQQƏT: Bu gecədən qadağalar ləğv ediləcək
Körpə ilə tətilə çıxmaq
Kiyev separatçılarla razılığa gəldi
Yeni ildə işıqsız qalmayacağıq
Cəbrayıl və Füzulisiz 27 il...
Azərbaycan dünyanın hərbiləşmiş ölkələri sırasında
İnsanlar yadplanetliyə ÇEVİRİLƏCƏK: orqanlar tamamilə dəyişəcək
Qaraciyər haqqında çox maraqlı 14 FAKT
Tünzalə Ağayeva formada qalmağının sirrini açıqladı
Azərbaycanın ən nəhəng köpüsü gələn il istifadəyə veriləcək
Dünyada 479 milyon qadın oxuma-yazma bilmir
Azərbaycanlı bəstəkar vəfat edib
Türkiyə prezidentinin köməkçisi: “Hərbçilərimiz ən qısa zamanda Azərbaycandakı vəzifələrini icra edəcəklər”
Məktəblərdə qış tətili bu tarixdə başlayacaq
Laçın rayonunun yeni giriş tablosu
İphone sevənlərə
Eser Yenenler evlənir -FOTO
Hava haqqında
Banklardakı pulumuz artdı
Əhval-ruhiyyəniz pis olduqda bunu oxuyun!
Aktrisanı yuxuya verib 200 minini oğurladılar
Masaj texnikaları (II hissə)
İşğaldan azad olunan Qubadlı şəhəri - VİDEO
İspanaqlı keks ( foto resept)
Tələbələrin köçürülməsi üzrə sənəd qəbulu başa çatdı
Günün ulduz falı - 03.09.2013
Bakı nəqliyyatında onlarla insanın taleyi uşağa tapşırıldı
27 il Şuşasız...
Rusiyanın qələbəsi: sanksiyalar ləğv olunur
Meqan və Harri hər kəsi belə Təbrik etdi-FOTO
Pikassonun oğurlanmış əsəri tapıldı
Keçmişimizi və bu günümüzü gələcəyə çatdıran ən yaxşı bələdçilər
Rusiyalı aktyor dələduzların qurbanı oldu-FOTO
Təbii meyvə şirələri şəfa mənbəyidir
Oğlan üçün bezlər sonsuzluq yaradır?
Cinsi zəka nədir?
Mıhlama-Türk mətbəxi (foto resept)
Qarabağda PKK/YPG terrorçuları məhv edilir
3 günə 3 kiloqram arıqladan şaftalı pəhriz
- ŞƏRHLƏR