Ailə səadəti ilə bağlı mövzumuzu davam etdirməklə xoşbəxt, ideal ailələrdən bəhs edərkən reallıqları da nəzərdən qaçırmaq olmaz. Yəni nağıllardakı kimi bir ailəmiz yozdursa, ara-sıra həyat yoldaşımızla mübahisə ediriksə və ya keçmişdə etmişiksə, xoşbəxt olmaqdan, sabahlara ümidlə baxmaqdan əlimizi üzə bilmərik...
Hər şeydən əvvəl bilməliyik ki, xoşbəxtlik bizdən asılıdır. Yəni xoşbəxt olmaq istəyiriksə, ümidsizliyi bir kənara qoymalıyıq...
Əlbəttə, hər ailədə söz-söhbət olur. Bir-biri ilə az-çox dalaşmayan, ayrı-ayrı fikirlər üstündə mübahisə etməyən nə qədər az ailə var. Əsas məsələ ilk növbədə bu xoşagəlməz hadisələrin qarşısını almağa çalışmaq, əgər qarşısını ala bilmiriksə, məsələni çox da uzatmamaqdır.
Hər kişi və ya hər xanım həyat yoldaşının xasiyyətini yaxşı bilir. Biz istəsək, xoşagəlməz hadisələri əvvəlcədən sezib tədbir görə bilərik. Bir də ki, mübahisələrdə aktiv tərəf kimi xanımların əlindən nə xilas olub ki, səadət də xilas olsun?
Qoy dava-dalaşlarınızın " quyruğu qısa olsun ". Xüsusilə də o gün axşam olmamış mütləq barışın. Küsülü yatsanız, həyatınız da gecənin rənginə bürünər. Heç bir şeydən ləzzət ala bilməzsiniz.
Mövzumuzla bağlı bir rəvayətə müraciət edək: Bütün şeytanlar hər axşam Qaf dağının arxasında görüşürlər. Hər biri yoldan çıxarmaq üçün məsul olduqları insana o gün nə iş gördürdüklərini danışırlar. Hamısının sözü bitdikdən sonra mükafat mərasimi keçirirlər. Ən böyük mükafatı kimə verirlər, bilirsinizmi? Ərlə arvadın arasını vuran şeytana... Ona görə də şeytanı sevindirməmək, məsələni böyütmədən barışmaq, şeytanı yormaq lazımdır ki, ümidini sizdən üzüb başqasını axtarsın...
O zaman siz bu işdən həmişə üzüağ çıxarsınız. Əgər haqlıdırsa, üzr istəmək, haqsızdırsa, üzrü qəbul etmək böyüklükdür. Bu böyüklüyü həm ailə səadətimiz, həm özümüz, həm də uşaqlarımız üçün göstərmək məcburiyyətindəyik.
Adi bir qürur üçün yuva yıxmağın, birə üçün yorğan yandırmağın nə mənası var, deyə bilərsinizmi? Ucu-bucağı görünməyən mübahisələrin uşağımızın ruhunda törətdiyi fəsadları gözlərimizlə görə bilsəydik, inanıram ki, heç bir ata-ana ( ən azı uşaqların gözü qarşısında ) mübahisə etməzdi.
Biz uşaqlarımızın qorxu ilə açılmış gözlərinə, ağlamağa hazır titrəyən dodaqlarına laqeyd qalacaq qədər amansız deyilik. Elə isə, dava-dalaşlara son qoyaq. Əvvəlki hadisələri yada salıb yeni mübahisələr yaratmayaq. Qoy keçmiş keçmişliyində qalsın. Biz ümudlə addımlayaq sabaha. Evlərimizdən dava-dalaş səsləri yox, uşaq gülüşləri eşidilsin. Cənnət baxçasına dönsün yuvamız. Bir-birini sevən, sayan, bir-birinin hüquqlarına hörmət edən ailələr səadəti hələ bu dünyada ikən yaşayarlar.
Söz-söhbətlərimiz sözdən-söhbətdən uzağa getməməli, sevərək evləndiyimiz həyat yoldaşımızın həm həyatı, həm yoldaşı olmalıyıq.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
64 kiloqram arıqladı kimsə tanımadı-FOTO
Azərbaycan daha bir ölkədə səfirlik açır
Sevdiyiniz dırnaq boyası hansıdır?
Minlərlə insan qorxub: hər tərəf küldür
Hacı İsmayılovun doğum günüdür
Çox yatan tez ölür
10 yaşlı Mikaylın istedadı hər kəsi heyran etdi-FOTO
İlin son günləri Azərbaycanda hava şəraiti necə olacaq?
Yadplanetlilərlə görüşə hazırsınız?
Facebook hesabınızı bağlayın
Bakı Xoreoqrafiya Akademiyası yaradılır – SƏRƏNCAM.
"Gənclər, aldanmayın!" - ÜST XƏBƏRDARLIQ etdi
"Twitter" istifadəçilərinə xoş xəbər
Müdhiş layihə - Kosmik internet!
Ləzzətli toyuq (foto resept)
Qoltuqaltındakı qaraltını necə aradan qaldırmalı?
Güllü və fıstıqlı keks ( foto resept)
Hande Yener ərə gedir?
Sağlam bəslənmə pəhrizi (2)
Göz ətrafı qırışlar üçün krem
Badambura (foto resept)
Repetitorlar bu məsələyə diqqət etməlidir - VİDEO
Prezidentdən manat açıqlaması
Bu şəxslərə XƏBƏRDARLIQ: Sabahdan...
Bilmədiklərimizi bilək (II hissə)
Yeni cərimələr təsdiq olundu - Xəbəriniz olsun!
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Ağciyərlərdə problem olduğunu göstərən 4 işarə
Kristina Agileradan gözlənilməz açıqlama
Düşmən mədəniyyət nümunələrimizi hərraclarda satır - RƏSMİ
2 ilə 230 kiloqram arıqladı - inanılmaz fotolar
Kosmetik preparatlar
Yaz qarderobunun əvəzedilməz 4 trendi
"Azərbaycanda boşanmaların sayı artır"
Hamiləlik zamanı cinsi münasibətlər
Qıvrım saçlı xanımların diqqətinə
Ronaldu Messi ilə İnyestaya qalib gəldi
Hava haqqında
Dünya tibbində İLK - FOTO
Kokos suyu sağlamlığın unikal iksiridir
Günün ulduz falı
Toyuq ətli tərəvəz salatı (foto resept)
Muradla Aslının ayrılmasının pərdəarxası
Dünyanın ən nüfuzlu insanlarının siyahısı açıqlandı - Fotolar
Uğurlu ünsiyyət üçün
Çox yatmaq beyini zəiflədir
"Azərbaycan qadınları kimi gözəl ikinci "zərif millət" yoxdur"
Bülent Ersoy Eylül Metini məhkəməyə verdi-SƏBƏB-FOTO
Stresdən xilas olmağın yolları
Balqabaqlı sıyıq(foto resept)
- ŞƏRHLƏR