Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.
Fətəli xan Xoyski
(1875-1920)
Fətəli xan Xoyski 1875-ci ildə Şəki şəhərində anadan olmuşdur. Soykökü Xoy şəhərindən olduğundan Xoyski soyadı ilə tanınmışdır. Atası İsgəndər xan Xoyski Rusiya ordusunda xidmət etmiş, peşəkar zabit olmuş, general-leytenant rütbəsində istefaya çıxmışdır. Oğluna dünyəvi təhsil vermək məqsədi ilə general onu Yelizavetpol (Gəncə) şəhərinə göndərmiş və Fətəli burada klassik (yəni humanitar biliklər verən) gimnaziyada oxumuşdur.
Gimnaziyanı bitirdikdən sonra Fətəli xan Rusiya imperiyası üçün hüquqşünaslar hazırlayan ən mötəbər elm ocağı-Moskva Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. Bütün çətinliklərə mərdliklə sinə gərən Fətəli xan 1897-ci ildə universiteti birinci dərəcəli diplomla bitirmişdir. Fətəli xan təyinatını Azərbaycana almış, Yelizavetpol (Gəncə) dairə məhkəməsində əmək fəaliyyətinə başlamışdır. Sonralar o, Kutaisi dairə və qəza məhkəmələrində işləmiş, Zuqdidi barışıq məhkəməsində çalışmışdır. 1904-cü ildə kollec asessoru rütbəsinə layiq görülən Fətəli xan Xoyski Yekaterinodar (Krasnodar) dairəsinə prokuror müavini təyin edilir və 1907-ci ilədək bu vəzifədə işləyir.
1907-ci ildə Azərbaycana qayıdan Xoyski Yelizavetpol (Gəncə) quberniyasından Rusiya imperiyasının 2-ci Dövlət Dumasına deputat seçilmişdir. Böyük nüfuzu sayəsindo o, Dövlət Dumasının müsəlman fraksiyasında aparıcı rol oynamağa başlamış, fraksiyanın bürosuna seçilmişdir. Xoyski fraksiya adından Dövlət Dumasının iclaslarında çıxışlar edir, çar hökumətinin imperiyanın ucqarlarında yeritdiyi siyasəti kəskin surətdə pisləyir. O ən çox da imperiyanın ayrı-seçkilik və köçürmə siyasətinə qarşı çıxış edirdi. Onun mütəmadi çıxışları
deputatların diqqətini bu problemə cəlb etmiş və başda Xoyski olmaqla Dövlət Dumasının 173 deputatı xüsusi qanun layihəsi tərtib edib altından imza atmışdı. Qanun layihəsi Rusiyada milli və dini fərqlərə görə vətəndaşların siyasi və mülki hüquqlarını məhdudlaşdıran bütün köhnə qanunları ləğv etməli idi. Xoyski vaxtilə Əlimərdan bəy Topçubaşov tərəfindən tərtib edilmiş müsəlman fraksiyasının proqramını da həyata keçirməyə çalışırdı. Hər çıxışı ilə imperiyanın türk-müsəlman əhalisinin hüquqlarını qorumağa çalışan Xoyskinin fəaliyyəti bəzi şovinist rus deputatları tərəfindən qəzəblə qarşılanır, ona "rədd ol, get Türkiyə”yə qışqırırdılar. Lakin bütün bunlara baxmayaraq Xoyski fəaliyyətini davam etdirirdi. Cəmi 103 gün mövcud olmuş 2-ci Dövlət Duması Rusiya hakim dairələrinin mürtəce fəaliyyətinə maneçilik törətdiyinə görə imperatorun fərmanı ilə buraxılmışdır.
Azərbaycana qayıdan Xoyski bir müddət Yelizavetpol (Gəncə) şəhərində, sonra isə Tiflisdə hüquqşünas kimi fəaliyyət göstərmişdir. 1913-cü ildə Fətəli xan Bakıya köçmüş və şəhər dairə məhkəməsində fəaliyyətə başlamışdır. Bu zaman o, Bakının ictimai-mədəni həyatında əhəmiyyətli rol oynamışdır. Fətəli xan xeyriyyəçi kimi də tanınırdı. 1917-ci ilin fevralında imperator hakimiyyəti devriləndə Bakıda Müsəlman Milli Şurası yaradılmış, Fətəli xan onun müvəqqəti icraiyyə komitəsinin üzvü seçilmişdir. Onun təşəbbüsü ilə Bakıda Qafqaz müsəlmanlarının qurultayı keçirilmişdir.
1917-ci ilin oktyabrında Bakı şəhər Dumasına seçkilər keçirilir. Bolşeviklərin, başqa rus partiyalarının və eləcə də ermənilərin səylərinə baxmayaraq seçkilərdə müsəlman əhalisi fəal iştirak edir və dumaya öz deputatlarını seçir. Fətəli xan Xoyski Bakı şəhər Dumasının sədri olur və onun rəhbərliyi ilə duma Bakıda qeyri-qanuni fəaliyyət göstərən bolşevik Bakı Sovetinin yeganə və güclü rəqibinə çevrilir. Məhz onun səyləri nəticəsində Bakıda bolşeviklər və ermənilər özbaşınalıqlar edə bilmirlər.
Qafqazda Ümumrusiya Müəssislər Məclisinə seçkilər keçiriləndə 44 müsəlman deputat arasında Fətəli xan Xoyski də məclisə seçilir. Bu məclis Peterburqda işə başlamalı idi, lakin V.Leninin başçılığı ilə bolşeviklər buna imkan vermirlər. Seçilmiş deputatlar Tiflis şəhərində Zaqafqaziya Seymini yaratdılar və onu Cənubi Qafqazın qanunvericilik orqanı elan etdilər. 1918-ci ilin aprelində Zaqafqaziya Federativ Respublikası yaradıldı. Onun nazirləri arasında Xoyski də var idi. O, xalq maarif naziri seçilmişdi. Bu vəzifədə olarkən Xoyski Tiflisdə yaradılması nəzərdə tutulan universitetin Bakıda açılması tələbini irəli sürdü və bu işlə bağlı hazırlıq tədbirləri görməyə başladı. 1918-ci ilin mayında Zaqafqaziya Federativ Respublikası dağıldı və seymin azərbaycanlı deputatları mayın 27-də Azərbaycan Milli Şurası təşkil edərək mayın 28-də Azərbaycanın müstəqilliyini elan etdilər.
Qafqaz canişininin iqamətgahında keçirilən iclasda İstiqlal bəyannaməsi qəbul edildi və Azərbaycan Xalq Cümhuriyyəti adlı dövlət təşkil olundu. Fətəli xan Xoyski yekdilliklə cümhuriyyətin ilk hökumətinin sədri seçildi. Bu hökumətdə Xoyski baş nazir vəzifəsi ilə bərabər, daxili işlər naziri vəzifəsini də tutdu. Xoyskinin ilk tədbiri Azərbaycanın müstəqilliyini bütün dünyaya bəyan etməkdən ibarət oldu. İyunun 16-da Bakıya köçən hökumət və Milli Şura burada çətin hərbi-siyasi vəziyyətlə üzləşdi. Birinci hökumət buraxıldı və onun əvəzinə təşkil olunan ikinci hökumətə Xoyski yenidən baş nazir seçildi: ədliyyə naziri vəzifəsini də o icra edirdi.
Hökumət çox çətin və mürəkkəb şəraitdə yeni dövlət aparatını təşkil edir, ölkədə hərbi vəziyyət elan olunur. Bakının bolşevik-erməni qüvvələri tərəfindən işğal edildiyi bir şəraitdə əsas diqqəti ordunun təşkilinə yönəldən hökumət bu sahədə qardaş Türkiyədən kömək almışdır. Xoyskinin başçılıq etdiyi hökumətin ilk addımları sırasında hərbi mükəlləfiyyət haqqında qanunun qəbul edilməsi, Azərbaycan türk dilinin dövlət dili elan edilməsi, ermənilərin törətdikləri vəhşilikləri dünyaya çatdırmaq məqsədi ilə Fövqəladə Təhqiqat Komissiyasının təşkil edilməsi. Gəncə və Cəbrayıla tarixi adlarının qaytarılması xüsusi qeyd olunmalıdır. Sentyabrın 15-də Azərbaycan- türk qüvvələri Bakını bolşevik-erməni qoşunlarından azad etdikdən sonra sentyabrın 17-də hökumət Bakıya köçür. Bakıda həyata keçirilən tədbirlər sırasında Azərbaycan parlamentinin (Məclisi-Məbusan) yaradılması üçün komissiyanın fəaliyyəti, dövlət bayrağı haqqında qanunun qəbul edilməsi, dövlətin iqtisadi və inzibati həyatının bərpa edilməsi kimi vacib addımlar atılır.
Lakin dekabr ayında ikinci hökumət də buraxılır və üçüncü hökumət təşkil olunur. Onun üzvlərini təyin edən parlament yenidən Fətəli xanı baş nazir vəzifəsinə seçir. Bu dövrdə əsas vəzifə Avropa dövlətləri tərəfindən Azərbaycanın müstəqilliyinin tanınması idi və odur ki, Fətəli xan Xoyski xarici işlər naziri vəzifəsini də özü icra edir. Parlamentdə mövqe tutmuş sosialist yönümlü partiyalar Xoyskini qərəzli tənqid edir, onun fəaliyyətinə maneçilik törədirdilər. Buna dözməyən Xoyski baş nazir vəzifəsindən istefa verir və parlamentdəki son çıxışında belə deyir: "Siz bunu bilməlisiniz ki, Azərbaycanın istiqlalı hər dəqiqə təhlükədədir. İndi elə vaxtdır ki, Azərbaycan qalmaz, istiqlalımız gedər".
Qətiyyətli və səriştəli dövlət xadimi Fətəli xan Xoyskinin baş nazir vəzifəsindən istefa verməsi dövlətin müqəddəratına mənfi təsir göstərdi. Ölkəsinə əlindən gələn köməyi göstərməyə çalışan Xoyski 1919-cu ilin dekabrında xarici işlər naziri təyin edildi. Onun səyləri nəticəsində 1920-ci ilin yanvarında aparıcı dünya dövlətləri Azərbaycanın müstəqilliyini tanıdı. Həmçinin, Gürcüstan və İranla əlaqələr normallaşdırıldı, Azərbaycanda xarici ölkələrin nümayəndəlikləri açılmağa başladı. Sovet Rusiyasının bütün təzyiqlərinə sinə gərən Fətəli xan Xoyski eyni zamanda Azərbaycana hücum etmək üçün heç bir əsas verməmişdir. Belə şəraitdə Sovet Rusiyasının XI Qızıl Ordusu bütün beynəlxalq normaları pozaraq Azərbaycana əsassız hücum etdi.
Azərbaycanın işğalından sonra Tiflisə mühacirət etməyə məcbur olan Fətəli xan Xoyski burada da düşmənləri üçün qorxulu idi. Ona görə də sovetlər onu öldürmək üçün Tiflisə muzdlu erməni qatili göndərirlər. 1920-ci il iyunun 19-da Fətəli xan Xoyski Tiflisdə öldürülür. O, digər böyük azərbaycanlı, Mirzə Fətəli Axundzadənin qəbri yanında torpağa tapşırılır. Müdrik insan sanki axırını duyurmuş kimi, hələ sağlığında belə demişdir: "Qüvvəmiz qədər vəzifəmizi ifa etdik. Hələ çox şey edə bilməmişik, amma bunu cürətlə deyə bilərəm ki, hökumətin nöqsanları ilə bərabər yol göstərən işıqlı ulduzu bu şüar olmuşdur: "Millətin hüququ, istiqlalı, hürriyyəti”.
XƏBƏR LENTİ
Haluk Levent azərbaycanlı qıza görə konsert verəcək
12 mindən çox brilyantdan hazırlanan üzük dünya rekordunu qırdı
Putin ordu rəhbərliyi ilə iclasda: “Siz məndən qorxursunuz yoxsa məni sizdən qoruyurlar?”
Balotelli: "Messi və Ronaldu da..."
Bekhem Seriala Çəkildi - FOTO
Azərbaycanda Nazirlikdə "SOS"!
Xocalı qətliamı zamanı əsir düşən musiqiçi "Əl-Cəzirə"yə danışdı
Xilaskarlarına minnətdar olan heyvanlar
Ezgi Mola ərə gedir
Gözəl ayaqlara sahib olaq
Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun VAXTI açıqlandı
Mütəmadi halsız və yorğun olmağın tibbi səbəbi
Qar yağacaq!
Bunlar kişilər üçün zərərlidir
2011-ci ilin gecə geyimləri
Bu adada hər şey tərsinədir - Kişilər "gəlin" köçür, evdən qovulur... - FOTO
Bakının bir hissəsinə su verilməyəcək
Dünyanın ən gözəl və qeyri-adi meşələri
Şahbaz Quliyev və Dilqəm Əsgərov vətənə gətirildi - RƏSMİ
Doğulacaq körpələrinin cinsi məlum oldu
Hər şeyin balacası
İNANILMAZ: Meşə insanları
Günəş ləkələrinə qarşı nə etməli?
Hava haqqında - 12.11.2013
2019 ayaqqabı trendləri
"Ebola"dan ölənlərin sayı 9152 nəfərə çatdı
Dövlət qulluğunda çalışmaq istəyənlər, DİQQƏT - Müsahibə elan olundu
2019 Məzuniyyət Saç Modelləri
Uşağın makrozomik olaraq doğulması
Dilqəm Əsgərov ermənilərə boyun əymədi
Şimşək çaxacaq, leysan olacaq - XƏBƏRDARLIQ
Sabahdan məktəblər bağlanır
Toy karvanının qabağını kəsən uşaqlar cərimələnəcək
Cərimələr azalır
BÜRCLƏR bizə nə vəd edir?- 29 yanvar
Castin Biber izləyicilərindən kömək istədi-FOTO
Soçi bitdi, savaş olacaq?
Azərbaycan Ginnesin rekordlar kitabına düşə bilər
Uzun saçlara necə qulluq etmək lazımdır?
Ermənistanda həbsdə olan azərbaycanlı azadlığa buraxıldı
Kağızdan portretlər
Evdə hazırlaya biləcəyiniz sakitləşdirən çaylar
Serenay Sarıkayanın 13 minlik donu-FOTO
"Sürücülük vəsiqələrindən ödəniş etmək olacaq"
Böyrək daşı xəstəliyi 2-ci hissə
Günün ulduz falı - 28.08.2013
Subaylıqla bağlı fərqli ölkələrin adətləri
Ölkədə gediş haqları dəyişibmi?
Enerji içkiləri onlara satılmayacaq - DƏYİŞİKLİK
55 yaşlı Tarantino ilk dəfə evləndi