Zəng çalındıqdan sonra müəllim kitabı bağladı və yıryığış etməyə başladı. Lakin bir tələbənin qəfil sual verməsi tələbələri yerində oturmağa vadar etdi. Tələbə ayağa durub dedi: "Müəllim, bu sual beynimi didib dağıdır. Baxın, az qalıb ki, diplom alaq. Özü də pis də oxumamışam. Amma bundan sonra nə işlə məşğul olacağımı bilmirəm. Sözün düzü, valideynlərimin məcbur etməsi səbəbilə bu universitetdə oxuyuram". Tələbələr bu tələbəyə baxır, başları ilə dediklərini təsdiq edirdilər. "Bəli, elə biz də bu gündəyik". "Həri, qardaş, bu xarabaxanada iş tapmaq olar?" "Əsas daydayın olsun" - deyə yerdən səslər gəldi.
Müəllim əlindəkiləri qoyub irəli keçdi. Tələbəyə üzünü tutub dedi: "Yalçın, əgər maaş, pul-para olmasaydı nə işlə məşğul olardın? Həyatdan necə həzz alardın?"
Yalçın dedi: "Müəllim, gülünc gələ bilər. Ancaq ədəbiyyat sahəsinə marağım çoxdur. Şair olmaq istəyərdim".
Müəllim dedi: "Lap gözəl. Uşaqlar, bəs siz?"
"Rəsm çəkərdim", "Musiqi ilə məşğul olardım", "Rayona gedib atçılıqla məşğul olardım", "hüquqşünas olardım", "elə indiki ixtisasım da pis deyil" - deyə müxtəlif cavablar verildi.
Müəllim dedi: "Ancaq hamınız bilirsiniz ki, arzuladığınız sahə ilə pul qazana bilməyəcəksiniz, hə?" Sözünə davam etdi: "Heç nəyə fikir verməyin. Gedin sevdiyiniz işlə məşğul olun. Pulu da unudun".
Yerdən səslər ucaldı. Bu etiraz səsləri idi. Sanki arı pətəyinə bənzəyirdi auditoriya.
Müəllim dedi: "Qulaq asın, əgər siz pul qazanmağı əsas hədəf seçibsizsə, həyatınızı puça verəcəksiniz. Siz hər gün zəhləniz gedən işi edəcəksiz, həvəssiz, söyə-söyə, axmaq insanlara səbir edə-edə. Nə üçün? Sağ qalasınız deyə. Acından ölməyəsiniz deyə. Onda bu həyatda nə işiniz var? Nifrət etdiyiniz işləri görmək üçün? Uzun uzadı axmaq kimi, mənasız və bihudə həyat sürməkdənsə, sevdiyiniz işlə məşğul olmaq pisdirmi? Gedin sevdiyiniz işin qulpundan yapışın. Onu sevərək edin. Sevdiyiniz işdə mütəxəssiz olun. Bir də ayılacaqsız ki, pul da gəlir. Çünki mütəxəssissiniz. Sizi çıraqla axtaracaqlar. Yaddan çıxartmayın, uğur sevdiyin işi görməyin arxasında gizlənib. Hər dəfə bu sualı özünüzə verin. Axı mən nə istəyirəm, nəyi sevirəm? Di gedin. Dərs bitdi". Müəllim çantasını götürüb sinifdən çıxdı. Lakin tələbələr hələ də yerlərində oturmuşdular.
Farid Abdullah

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO

- ŞƏRHLƏR