Qarderob ayaqqabıdan başlamalıdır.Yeni ayaqqabı almazdan əvvəl moda jurnallarını diqqətlə oxuyun.Adətən qadınlar aksessuar alarkən bir-iki mövsüm gecikirlər.Belə bir psixoloji məqam da var.Ayaqqabı seçərkən düşünürük ki,bəlkə də ən gözəli bu deyil,amma rahatdır.Əgər özünüzü bu dərəcədə sevmirsinizsə ,o zaman sizi kim sevəcək?Dəbdə olan və olduqca rahat,istənilən zövqə və imkana uyğun ayaqqabı həddən ziyadə çoxdur.Sadəcə, özünüzə münasib ayaqqabını tapmaq üçün bir az vaxt lazımdır.Onu da nəzərə alın ki,qadının ayaqqabısına nəzər salmaqla haqqında hər şeyi anlamaq mümkündür!
Evelina Xromçenko moda haqqında hər şeyi ,hətta daha artığını bilir.O,nüfuzlu beynəlxalq ''L'OFFICIEL'' jurnalının rus versiyasının baş redaktoru,''Modnıy priqovor''("Dəbin hökmü") proqramının aparıcısıdır.Onun məsləhət və tövsiyyələri hər zaman aktual, münasib və dəyərlidir.Necə deyərlər, 'hədəfi dəqiq nişan alır".
Beləliklə, Evelina Xromçenkonun qadının özünü zövqlü,dəbə uyğun və arxayın hiss etməsinə imkan verəcək əsas tövsiyyələri ilə siz də tanış olun.
Sizin baza qarderobunuz asağıdakılardan ibarət olmalıdır:
1. Qarderobda bej rəngində ayaqqabılar mutləq olmalıdır.Onlar istənilən geyimlə uyğun gəlir,üstəlik, ayaqları vizual olaraq uzun göstərir.
2. Bir neçə ağ köynək...Kişi köynəyi tipində,bədənə kip oturan köynəklər gözəl sinəni,yançaqları və incə beli xüsusilə nəzərə çarpdırır.
3.Qarderobunuzda mutləq özünüz üçün geyim dəsti olmalıdır.Bu geyimi dostlarla görüsə geyinə bilərsiniz.Sakit tonlar, beli nəzərə çarpdırmayan coxqatli geyimlər - bütün bunlar sizin rahatlığınız üçündür.
4. Mütləq klassik qara salvar, V şəkilli kəsiyi olan cemper və rahat dabanlı qara, ciddi qayıqvari ayaqqabı əldə edin. Şalvar əyninizə yaxşı oturmalı və düz durmalıdır.Bu cür kəsiyi olan cemper isə boyun xəttinizi nəzərə çarpdıracaq.Bu geyimi müxtəlif aksessuarlarla uyğunlaşdırıb dəfələrlə geyinmək mümkündür.
5. Yadınızda saxlayın ki, ayaqqabıda kəmərciklər ayağı qısa göstərir.Klassik qayıqvari ayaqqabılar, əksinə, bədəni sanki uzadır.Boyu balaca olan qadınlar bunu xüxusilə nəzərə almalıdır.
6. Qarderobdakı eyni modeldə, üslubda və rəngdə olan əşyalar darıxdırıcıdır! Əsl modabaz qadın müxtəlifliyə üstünlük verməlidir; müxtəlif üslublar müxtəlif geyim və aksessuarlar.
7. Birtonlu kostyum geyinməyin qaydası budur - yalnız və yalnız parlaq aksessuarlar və makiyaj! Diqqəti ayaqqabı və çanta, bəzək sancağı və yaylığa yönəldin.
8.Qarderobda heç olmasa bir cüt hündürdaban ayaqqabı olmalıdır.Belə ayaqqabılar qadına muəyyən "dayanaqsızlıq"
verərək,kişiləri onu dəstəkləməyə sövq edir.
9.Açıq rəngli paltar geydiyiniz zaman saç düzümünüz yumşaq olmalı və nəzəri cəlb etməməlidir.Bu, diqqətin paltardan yayınmaması üçündür,sadəcə, makiyajınızı daha qabarıq edə bilərsiniz.
10.Yadda saxlayın ki, üst geyim həcmli və ağırdırsa, alt geyim yüngül olmalıdır.
11.Effektli görkəm almaq üçün dekolte zonasını açın,əyində yaxşı oturan şalvar hesabına ayaq xəttini uzadın və maraqlı aksessuarlar əlavə edin.İri gün eynəkləri və açıq rəngli ipək yaylıq gündəlik klatçla uğurlu görünür.
12.Beli aşağı salınmış dəbdə olan şalvarlardan qorxmaq lazım deyil.Belə şalvarın ayaqları qısa göstərməsi barədə yayılmş fikrin əksinə olaraq, əyində yaxşı oturur və insanı qamətli göstərir.
13.Dizdən bir qədər aşağı olan,yerişi azacıq çətinləşdirən ətək geyinməklə Merilin Monronun cazibədar şux yerişini təkrarlaya bilərsiniz.
14.Açıq rəngli, məsələn, bej rəngli ətəklər qədd-qamətli və uzunayaqlı qadınları cazibədar göstərir.
15.Ətrafdakıların diqqətini cəlb etmək asandır.Dodaqlara parlaq boya çəkmək, iri gün və ya qiş eynəkləri taxmaq və açıq rəngli çanta götürməklə buna nail ola bilərsiniz.
Ardı var...
XƏBƏR LENTİ
Bu Qala kimin qalasıdır?
Uzun saçlar üçün maskalar
Ev heyvanı ilə böyüyən uşaqların qazandığı 3 üstünlük
Dünya mədəniyyətinin ilkləri
Azərbaycanda keçiriləcək buraxılış imtahanlarında dəyişikliklər edilib
Nazirdən repetitor xidmətinin bərpası ilə bağlı AÇIQLAMA
Albalı piroqu
Gənc xanımlar üçün çanta modelləri
Azərbaycan tarixindən yüz şəxsiyyət-78
Cəfəri maskası
4 günə 5 santimetr arıqladan detoks
BVF son proqnozu açıqlayıb
Bilirsinizmi?
Xeyirxahlığın ölmədiyini göstərən şəkillər
Küçələrin ən gözəl yaradıcılıq nümunələri
Bakıda 1 000 manata çörək
Uşaqların yaşına görə boşanmanın təsiri
"Taxt oyunları"nın aktrisası gizlicə ərə getdi - FOTO
“Cümə günü də məhdudiyyətlər tətbiq edilsin” - TƏKLİF
Azərbaycan kəndində ilk
Düzgün ayaqqabı seçimi
Mehmet Əli Ərbil Son Halı ilə Qorxutdu-FOTO
Kağızdan hazırlanmış donlar
Çox təmizlik Alzheimer riskini artırır
"Ağıllı lövhə"lərin şagirdlərin sağlamlığı baxımından şübhə doğurduğu məqamlar
Dadlı görünən çantalar
Xərçəng olmamaq üçün bunu etməyin
Yer qaranlığa qərq olacaq? - AMEA-dan AÇIQLAMA
Narın faydası və zərəri
Dünyada internet nə vəziyyətdədir?
BÜRCLƏR bizə nə vəd edir?- 3 fevral
Ermənistanda aclıq gözlənilir
Pareidoliya
Prezident işğaldan azad olunan torpaqlarda quruculuq işləri ilə bağlı tapşırıqlar verdi
İsti havada başımız niyə daha çox ağrayır?
Ağacları sevən pişiklər
2021-ci ilin qeyri-iş günləri açıqlandı - RƏSMİ
88 yaşlı modelin cavanlıq şəkilləri
Piyləri artıran… fruktoza
Kompüteriniz üçün maraqlı şəkillər
"Çılğın Bediş" 23 il sonra yenidən-FOTO
Orucun 15-ci günündə bunlar baş verir - Həkim danışdı
Gözəl dırnaqlar
Məşhur cütlük ayrıldıqdan sonra-FOTO
Nəşhur həkimdən ilginc AÇIQLAMAlar
Conni Deppin qızı hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Makronun koronavirusa harada yoluxduğu məlum oldu
Ziynet Salı toy tarixini açıqladı
Firuşkamızın əl işləri
Çilli qız gözəlliyi ilə diqqət çəkdi-FOTO
- ŞƏRHLƏR