Qadin.NET / Cüzam

Cüzam

Bir bəladır bu, bu haqda müəyyən qədər bilsəm də. Düzü, unutmuşdum ki, belə bir bəla da var. Səbəb, özümüz onları dünyadan təcrid edirik. Niyə bəs? Xəstədirlər, mikrob, virus daşıyırlar səbəb budurmu? Məntiqsiz səbəb deyilmi? Dərdləri yetmirmi? Niyə bizlər də dərdlərinə dərd əlavə edirik? Bu həyatı onlarmı seçdilər? Yıxılana bir balta daha vurmağa nə haqqımız var? Allahın təqdiri budur. Günahlarının cəzasıdır yoxsa imtahandır? Axı biz imtahan dünyasında yaşayırıq. Hazırda dünyanın 8 milyonu bu xəstəlikdən əziyyət çəkir. Xəstə olmaqları yetməzmiş kimi cəmiyyətdən də uzaqlaşdırılırlar. Onlarda hamı kimi yaşamaq istəməzdilərmi? Niyə onlara məhkum kimi davranılır, anlaya bilmirəm. Bir çox belə xəstələr sağlam uşaq dünyaya gətirirlər. Amma 9 ay bətnində gəzdirdiyi körpəsini sevib qoxlaya bilmirlər. Səbəb nədir? O da onun kimi bu bəlaya tutulmasın. Xəstəlik ana bətnində körpəyə keçməsə də, südlə keçə bilər.

Televizorda baxdım bu haqda. Baxdıqca da göz yaşlarımı saxlaya bilmədim. Qısa da olsa, bu haqda sizlərlə də paylaşmaq istərdim. Bir çoxları düşünür ki, mənim dərdim böyükdür. Sualım o insanlaradır. Öncə düşünün. Dərdiniz o insanların dərdindən daha çoxdur? Cəmiyyətdən və doğmalarından təcrid edilmisinizmi? Sahib olduqlarımıza şükür edək, dualarımızda onları da unutmayaq. Onların duaya çox ehtiyacları var. İnsanlıq xətrinə edək.

Xəstəlik haqqında qısa məlumat

Xəstəliyin tanınması insanlıq tarixi qədər keçmişə söykənir, ancaq xəstəlik haqqında çox az şey bilindiyi üçün keçmişdə şikəst buraxan və ya çirkinləşdirən bütün xəstəliklərə səhv bir şəkildə cüzam xəstəliyi deyilmişdir.
Müalicəsinin tapılmadığı üçün keçmişdən indiyədək insanlar cüzamdan qorxmuş və xəstələri təcrid etmişlər. Edilən bu böyük səhv isə xəstələrin həkimlərə müraciət etmələrini gecikdirmiş, xəstəliyin yayılmasına və müalicəsinin gecikməsinə səbəb olmuşdur. Halbuki, lepra mikrobu vərəm basiline bənzəsə də, amma ondan daha zəif sürətlə yayılmaqdadır. Müalicəsiz cüzam xəstəsinin xəstəliyi yoldaşına keçməsi ehtimalı belə çox zəifdir.
Xəstəliyin yayılma yolu tənəffüs yoludur. Lepra xəstələrinin bir qismində mikrob var, bir qismində isə yoxdur. Xəstəlik ancaq mikrob çıxardan xəstələrin uzun müddət evində və ya yaxınında olan immuniteti zəif olan insanlara və ya uşaqlara keçir.
Cüzam xəstəliyinin erkən əlamətləri budur ki, bədəndə bir neçə dənə açıq rəng və ya açıq-qırmızı ləkə ola bilər. Ləkələrdə hiss itkisi var. Bu ləkələrə bir pambıq parçası ilə toxunulduğu zaman xəstə bunu hiss etməz. Bəzən də xəstəlik əl və ya ayaq barmaqlarında uyğunlaşmalarla başlaya bilər.

Cüzam

Digər əlamətləri isə  dəridə quruluq, tərləmənin azalması, tük itkisi, üz sinirlərin qalınlaşmasıdır. Xəstəlik bu erkən əlamətlərlə tanınıb müalicə edilsə, irəliləməsi dayanar, əlamətləri də itə bilər.
Təxminən beş il fərqinə varılmazsa, xəstəlik irəliləyərək hissiyyatın itkisi səbəbi ilə yara və yanıq izləri, əllər və ayaqlarda ifliclər, qaş-kirpik tökülmələri, gözlərin bağlana bilməməsi, zamanla korluq, burunda çökmə, barmaqların qıvrılması və pəncə şəklini alması kimi ən irəli müalicəsiz cüzam xəstəliyi əlamətlərini göstərməkdədir.
Müalicəsiz qalmış xəstələr üçün cüzam xəstəxanalarında dərman müalicələri, fizioterapiya və reabilitasiya və müxtəlif cərrahi müalicələr davam etməkdədir.
Çox uzun yazmaq istəmirəm. Sonda onu qeyd edim ki, ən yaxşı müalicə onların psixikasını sağlam saxlamaqdır.

13 noyabr 2014
GO BACK