- İdarə tərəfindən uşaqların internatlara düşməsinin və həmin müəssisələrdəki uşaqların sayının azaldılması istiqamətində hansı addımlar atılıb?
- "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı"nın Tədbirlər Planının 9-cu bəndinin icrasına müvafiq olaraq, uşaqlarına qayğı göstərə bilməyən ailələrin və onların övladlarının rifahının yaxşılaşdırılması, uşaqların müəssisələrə düşməsinin qarşısının alınması məqsədi ilə yerlərdə dəstək xidmətləri yaradılıb. Eyni zamanda, risk qrupundan olan uşaqlar və ailələr arasında sistemli preventiv tədbirlərin görülməsi, qarşıya çıxan problemlərin həllinə kompleks yanaşma ilə onların operativ aradan qaldırılması üçün uşaqların belə müəssisələrə daxil olmasına ciddi nəzarət təmin edilib. Bunun nəticəsi olaraq ölkə üzrə ümumilikdə 604 uşağın, 2015-ci ildə isə 12 nəfər uşağın dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınıb..
- Uşaq evləri və internat tipli dövlət uşaq müəssisələrinin sayının azaldılması və bunların ailə əsaslı sosial xidmət mərkəzlərinə çevrilməsi üçün nələr edilib?
- 2012-ci ildə Təhsil Nazirliyinin valideyn himayəsindən məhrum olmuş və daim müəssisədə yaşayan 10 nəfər qız uşağı üçün Ailə tipli kiçik qrup evi tikilib istifadəyə verilib. Eyni zamanda Təhsil Nazirliyinin 17 noyabr 2015-ci il tarixli əmrinə əsasən, Lənkəran şəhərində oğlanlar üçün tikilən Ailə tipli kiçik qrup evi istifadəyə verilib. Qeyd olunanlara yanaşı, dövlət uşaq müəssisələrinin transformasiya üzrə Baş Planın icrası olaraq, 12 internat məktəbi transformasiya olunub, 2 internat məktəbi isə ləğv edilib. 2015-2016-cı tədris ilində daha 16 internat məktəbinin transformasiya olunması ilə bağlı müvafiq tədbirlər görülür.
- Uşaqların bioloji və ya alternativ ailələrə verilməsi ilə bağlı işlər nə yerdədir?
- Bildiririk ki, Dövlət Proqramı çərçivəsində 6 nəfər sosial işçi tərəfindən Xəzər və Suraxanı rayonlarında yerləşən valideyn himayəsindən məhrum uşaqlar üçün müəssisələrdəki uşaqların və onların ailələrinin fərdi qiymətləndirilməsi həyata keçirilib. Uşaqların ailələrinin himayəsinə qaytarılması üçün onların ailələri və ya qohumlarının yaşadığı rayonlara səfərlər edilərək, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın iclasında qeyd olunan məsələyə baxılıb. Uşaqların ailələrə qaytarılması üçün ailələrin mənzil şəraitinə baxış keçirilib və ailənin gəliri araşdırılıb. Ailələrə qaytarılan uşaqların vəziyyətinin monitorinqi aparılması və nəticələri barədə mütəmadi olaraq nazirliyə məlumatların verilməsi ilə yerli icra hakimiyyətlərinə məktublar ünvanlanıb. Görülmüş işlərin nəticəsi olaraq, 2010-cu ildə 15 nəfər, 2011-ci ildə 105 nəfər, 2012-ci ildə 123 nəfər, 2013-cü ildə 51 nəfər, 2014-cü ildə 33 nəfər və 2015-ci ildə 37 nəfər uşaq isə rayon və şəhər icra hakimiyyətlərinin sərəncamı ilə həmin müəssisələrdən bioloji ailələrinin və yaxın qohumlarının himayəsinə qaytarılıb.
- Ailələrə verilmiş sağlamlıq imkanları məhdud uşaqların bu gün ümumtəhsil məktəblərində sağlam uşaqlarla birgə təhsillərinin davam etdirilməsi istiqamətində işlər nə yerdədir? Bu reallaşdırılıbmı və bu günə qədər neçə belə uşaq sağlam uşaqlarla birlikdə təhsil alır?
- Bütün təhsil pillələri üzrə sağlamlıq imkanları məhdud şəxslərin öz yaşadıqları ərazidə təhsilə cəlb olunmasını və onların təhsil ala bilmələri üçün maneəsiz mühitin yaradılmasını təmin etmək məqsədilə "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası" həyata keçirilir. Bununla əlaqədar hazırlanmış "Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı" sənəd layihəsi baxılması üçün Nazirlər Kabinetinə təqdim olunub. Dövlət Proqramının baxılması və təsdiq olunması ilə bağlı müəyyən müddət tələb olunduğunu nəzərə alaraq, Təhsil Nazirliyi ilə BMT-nın Uşaq Fondu (YUNİSEF) arasında 2014-2015-ci illərə dair İllik Fəaliyyət Plana əsasən əlilliyi olan uşaqların ümumi təhsilə cəlb olunması məqsədilə "İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi" layihəsinin icrasına başlanıb.
Layihənin icrası olaraq Bakı şəhəri üzrə 220 və 138 nömrəli məktəb pilot müəssisə seçilib. Həmin məktəblər üzrə 2015-2016-cı tədris ilində birinci siniflər arasında eksperimental siniflər və orada təhsilə cəlb olunacaq sağlamlıq imkanları məhdud uşaqlar müəyyənləşdirilib. Seçim prosesindən öncə Xətai və Nizami rayonu ərazisində yaşayan əlilliyi olan uşaqların valideynlərinə xüsusi və inklüziv təhsil üzrə maarifləndirici seminarlar keçirilib. Pilot məktəblərin direktorları, eksperimental siniflərin müəllimləri, xüsusi təhsil üzrə mütəxəssislər Almaniyaya səfər edərək inklüziv təhsil modeli ilə əyani sürətdə tanış olub, həmçinin onlara Təhsil Nazirliyində Almaniyalı mütəxəssislər tərəfindən təlim keçirilib.
Layihənin icrası olaraq ibtidai təhsil səviyyəsində inklüziv təhsilin tətbiqi üzrə fəaliyyət planı hazırlanıb. Pilot seçilmiş məktəblərdə loqopedik xidmət yaradılıb. Layihə çərçivəsində ilk dəfə olaraq alman mütəxəssisləri, pilot məktəblər üzrə 2 nəfər xüsusi təhsil üzrə mütəxəssis və İdarənin əməkdaşı tərəfindən ICF-CY və SON-R 2 ½ - 7 qeyri-verbal testlərdən istifadə edilərək sağlamlıq imkanları məhdud uşaqların xüsusi təhsil ehtiyaclarının qiymətləndirilməsi həyata keçirilib. İnklüziv təhsilə cəlb edilmiş 8 uşaq üçün Fərdi Tədris Planı hazırlanıb. Hazırda yuxarıda qeyd olunan qiymətləndirmə testləri azərbaycan dilinə tərcümə edilir.
Bununla yanaşı, pilot məktəblərin infrastrukturunda müvafiq dəyişikliklərin edilməsi ilə bağlı təmir işləri aparılıb. Ümumilikdə nəzərdə tutulan tədbirlər sağlamlıq imkanları məhdud olan şəxslərin keyfiyyətli təhsillə əhatə olunmasına və cəmiyyətə inteqrasiyasına xidmət edəcək.
- Bu gün belə uşaqlar üçün necə reabilitasiya-qayğı mərkəzləri fəaliyyət göstərir? Və həmin mrəkəzlərdən neçə uşaq istifadə edir?
- Təhsil Nazirliyinin tabeliyində müstəqil hüquqi şəxs qismində sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 reabilitasiya mərkəzi və xüsusi internat məktəblərinin nəzdində 3 reabilitasiya mərkəzi fəaliyyət göstərir.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Bakıda şagirdlərin məktəblərə qəbulu asanlaşdı
Mehriban Əliyevaya yeni vəzifə verildi
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Məktəblərə nəzarətin güclənməsi üçün yeni tələb qoyulacaq
Sükan arxasında qadın var: problem nədədir?
Nişan paltarları
Məşhur model öz biznesindən danışdı
Ən çox pul qazanan qadın aktrisalar
Mançini "Qalatasaray"a yeni futbolçu gətirir
Pendirli göbələk (foto-resept)
AQTA sahibkarlara müraciət etdi: Quşçuluq məhsullarının...
Müjde Ar ETİRAF Etdi
Pendirli çubuqlar
Mona Lizanın sirri tapıldı
Məktəbə başlayarkən
Qvinet Peltrou kimi yaşımıza qalib gələk-1
Azərbaycanda qızların erkən nikahı ilə bağlı
Oğlan üçün bezlər sonsuzluq yaradır?
Qeyri-adi corab növləri
Onun içində bir canavar var ki…
Məşhur almaniyalı məşqçi öldü
Bakı, Aşqabad, Ankaradan mühüm görüş
Azərbaycanın Avropa hüdudlarına daxil olan əraziləri açıqlanıb
Ayağı ayaq üstünə aşırmaq varikoz yaradır
Həyatın xoşbəxtliyini sadə şeylərdə axtaraq
ABŞ-da virusa yoluxanların sayı 90 mini ötdü
Azərbaycanda ən çox qoyulan adlar bunlardır
Sarkisyanın atəşkəs istəyinə Azərbaycandan CAVAB
"Rembo" qayıdır - FOTO
“WhatsApp”da yeniliklər edildi
Bu gün döyülən uşaq, sabah döyən valideyn olacaq...
Soçi milli komandamızı geridə qoydu
Qadın və kişi arasındakı fərq
Hande Erçel Muraddan ayrılmasının SƏBƏBİNİ AÇDI
İlk görüşdə bədən dili
Yeni məlumat rekordu vuruldu
Avqustda ilan sancmaları artıb
Doğum tarixinizə görə inanılmaz HƏQİQƏTLƏR
İngilis dili - J (1)
Türkün qanı yerdə qalmaz!
COVID-19-dan qorxan avtobus sürücüsü risk etmədi - VİDEO
Boy uzadan qidalar
Melanya Tramp əməliyyat olunub
Murat Handenin filmi haqqında danışdı
6 aylıq körpənin mədəsindən çıxanlar TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Qeysəriyyə əməliyyatı, yoxsa normal doğuş?
"Super nənə" adına layiq görüldü-FOTO
Bu günün hava proqnozu
Rezidenturaya qəbul qaydaları dəyişdi - QƏRAR
Sinoptiklərdən xəbərdarlıq















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]