Müasir Azərbaycan qadını iki böyük sivilizasiyanın məhsuludur. Mənəvi kökləri ilə Şərq mədəniyyətinə bağlı olan Azərbaycan qadını bu gün Avropa həyat-tərzinə yiyələnərək cəmiyyətin bir çox sahələrində əvəzolunmaz yer tutur. Bacarıqlı, istedadlı, ictimai-siyasi proseslərin gedişatında fəal rol oynayan qadınlarımızın sayı getdikcə artmaqdadır. Müasir Azərbaycan qadını bu gün qayğıkeş ana, sadiq həyat yoldaşı, nümunəvi övlad olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, uğurlu iş adamı, səriştəli məmur, hətta igid hərbçidir. Və təbii ki, cəmiyyətin bu aparıcı qüvvəsinin sükan arxasına əyləşməsi olduqca təbii haldır. Axı burada qəribə nə var?! Gəlin etiraf edək ki, sükan arxasında qadın obrazı ilk növbədə sivil cəmiyyətin göstəricisi kimi qəbul edilir. Amma nədənsə, əks cinsin nümayəndələri bu barədə heç də belə düşünmürlər. Azərbaycanda hər addımbaşı yüksək məharətlə sərbəst şəkildə avtomobil idarə edən qadın sürücülərə rast gəlinməsinə baxmayaraq, kişilərimiz tərəfindən bu hal indiyədək birmənalı qarşılanmır. Amma bütün bu maneələrə baxmayaraq, zərif cins avtomobil aləmində öz yerini tutmaqdadır. Qadınların bizneslə daha fəal məşğul olması və daha da müstəqilləşməsi də buna şərait yaradır. Hər halda qadının öz avtomobilinin olması onda azadlıq və müstəqillik hissi formalaşdırır. Qadının özünü azad hiss etməsi isə cəmiyyətin inkişafında qaçılmaz rol oynayır. Mütəxəssislərin fikrincə, qadınların avtomobildən istifadəsinin əsas səbəbi onların iş həyatına qoşulmasıdır. Hətta bəzilərinin qazandıqları vəsaitlə ilk aldıqları məhz avtomobil olur. Əslində qadınları sükan arxasında görmək insanda xoş hisslər doğurur. Zənnimcə, kişi sürücülərdə olan eqoizm onlarda yoxdur. Bir çox qadın sürücü avtomobilinin sürətini azaldıb piyadaya yol verir, yolda qalana kömək edir, yol polisinə qarşı daha nəzakətli davranır və s. Ümumiyyətlə, qadınlar avtomobili kişilərdən heç də pis idarə etmirlər. Sadəcə olaraq, onların idarəetmə tərzi bir qədər fərqlidir. Mütəxəssislər hesab edirlər ki, kişilər qəzaların çoxunu ehtiyatsızlıq üzündən, özlərinin və avtomobilin imkanlarını qədərindən artıq qiymətləndirmələri ucbatından, yaxud da yol hərəkəti qaydalarına riayət etməmələri səbəbindən törədirlər. Qadınlarda isə qəzaların səbəbi çox vaxt həddən artıq ehtiyatlılıq, hər xırda detala diqqət yetirmək, öz imkanlarını aşağı qiymətləndirmə və təcrübə çatışmazlığından irəli gəlir. Bəzən gözlənilməz situasiyaya düşən qadın həyəcandan sürəti artırmaq əvəzinə əyləci basır. Aparılan araşdırmalar göstərib ki, qadınlar avtomobil idarə edərkən əsas bu səhvlərə yol verirlər: diqqət pozğunluğu, əyləcə gec və sərt basmaq, avtomobili birdən sürətləndirmək, digər avtomobillərə çox yaxınlaşmaq, siqnal verməmək və s. Daha bir mühüm məqam da ondan ibarətdir ki, sürücü qadınların da öz çatışmayan cəhətləri var. Onlar üçün döngələrdə avtomobili döndərmək və manevr imkanı məhdud olan kiçik yerlərdə avtomobili parklamaq xüsusi çətinlik törədir. Qadın sürücülərdən danışarkən, mentalitetdən irəli gələn problemlərə toxunmamaq mümkün deyil. Belə ki, yol polislərinin qadına hörmət baxımından sükan arxasına əyləşən xanımlarımıza qarşı bəzən həddən artıq yumşaq davranmalarından əks tərəf sui-istifadə edir. O cümlədən sükan arxasında telefonla danışan qadın sürücülər kişilərə nisbətən çoxdur. Onlar tez-tez diqqəti yayındıra biləcək hərəkətlərə, yəni avtomobil sürərkən güzgüyə baxmaq, özünə sığal vermək, kosmetika çəkmək kimi hallara yol verirlər. Amma obyektivlik xatirinə pisi deyərkən, gərək yaxşı məqamları da unutmayaq. Məsələn, qadın sürücülər heç vaxt kimin daha yaxşı maşın sürdüyünü göstərmək xatirinə həyatlarını riskə atmırlar. Çünki onlar avtomobilin yüksək sürətlə yox, ehtiyatla idarə olunmasını peşəkarlıq əlaməti kimi qəbul edirlər. Buna gör də dəhşətli yol qəzalarının 80 faizi məhz kişi sürücülər tərəfindən törədilir. Statistikaya görə, qadınlar xırda qəza və yol pozuntusu hallarına kişilərə nisbətən daha çox yol versələr də, ağır yol-nəqliyyat hadisələrini daha az törədirlər. Daha bir mühüm məqam da qadınlarla müqayisədə kişilərim spirtli içkiyə daha meyilli olmasıdır ki, sərxoş vəziyyətdə sükan arxasına əyləşmək də öz növbəsində yollarda ciddi təhlükənin yaranmasına səbəb olur. Adətən avtomobili sərxoş və yorğun vəziyyətdə idarə etməyə meylli olan güclü cinsin nümayəndələri yolda hərəkət edərkən özlərini qadınlara nisbətən aqressiv aparırlar. Qadınlar isə yolda daha səliqəli davranırlar. Onlar özlərinin və doğmalarının həyatı üçün məsuliyyət daşıdıqlarını bir an belə unutmur və buna görə də yolda heç vaxt riskə yol vermirlər. Göründüyü kimi, kişi və qadınların avtomobilsürmə tərzi müxtəlifdir, buna görə də onların avtomobili fərqli şəkildə idarə etmələrindən qıcıqlanmaq lazım deyil. Gəlin görək, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bu barədə nə deyir. Qadın sürücülərin ən çox yol verdikləri səhvlər hansılardır? Ümumiyyətlə Azərbaycanda qaydaların daha çox kişi, yoxsa qadın sürücülər tərəfindən pozulması ilə bağlı statistika varmı? Vaqif müəllim qanun baxımından sürücülər arasında cinsinə görə fərq qoymağın tamamilə yanlış olduğunu bildirdi: “Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununa görə, sürücüləri kateqoriyaya ayırmaq yolverilməzdir. Sürücünün qadın olması onu məsuliyyətdən azad etmir. Müşahidələrimdən deyə bilərəm ki, son vaxt hətta sərxoş halda sükan arxasına əyləşən qadın sürücülərə də rast gəlirik. Amma elə hallar da var ki, həmin məsələlərdə qadın sürüclər kişilərlə müqayisədə daha intizamlıdırlar. Məsələn, təhlükəsizlik kəmərlərindən istifadə etmək halları xanımlarda daha çoxdur. Sükan arxasında mobil telefonla danışan sürücülər arasında isə əksinə, qadınlar çoxdur. Kameraları müşahidə edərkən qadın sürüclərin də kobud qayda pozuntularına yol verdiklərinin şahidi oluruq. Bəzən xanım sürüclər qadın olmalarından istifadə edib yol polisinin əmrinə tabe olmurlar. Amma qanun qarşısında hər kəs bərabərdir. Əlbəttə, peşəkar sürücü olmaq heç də hamının alnına yazılmayıb. Amma avtomobili təhlükəsiz idarə etmək vərdişini iradəli və səbrli olan hər kəs öyrənə bilər. Burda sürücünün qadın və ya kişi olması qətiyyən rol oynamır. Qaydanı pozanda istər qadın, istərsə də kişi olsun, cəza ehtimalı var. Dünyanın heç bir ölkəsində sürücünü cinslərə görə fərqləndirmirlər”. Yenə o nəticəyə gəlirik ki, problemin əsas səbəbi sürücülük mədəniyyətinin aşağı olmasıdır. Sürücülük mədəniyyətinə yiyələnmək üçün isə hər birimiz fərd olaraq adi insani əxlaqa sahib olmalıyıq. Maşın sürdüyümüz zaman ilk növbədə başqalarına hörmət etməliyik. Unutmaq lazım deyil ki, hər bir avtomobilin sükanı arxasında bizim kimi bir sürücü əyləşib. Maşının bahalı və ya ucuzluğundan, markasından asılı olmayaraq, onu idarə edən insandır.
Mənbə: Kaspi.Az
XƏBƏR LENTİ
Zövqlü köynəklər
Baş nazirdən liseylərlə bağlı YENİ QƏRAR
Hamiləliyi təxirə salmaq istəyən xanımlara
“Sadəcə Mariya” serialının aktrisası 28 İL SONRA - FOTO
50 illik cütlük koronavirusdan öldü
Fransız dili- Dərs 12
İstidə bunları əsla etməyin!
Doğa Rutkay 37 illik FOTO paylaşdı
Siqaretin törətdiyi qorxulu bəla: XOAX xəstəliyi
Leyla Əliyeva ilə Emin Ağalarov əkizlərinin AD GÜNÜNÜ BELƏ QEYD ETDİ - FOTO/VİDEO
Bu gün Azərbaycanda dəmir yolu işçilərinin peşə bayramıdır
"Ballı tort" (foto-resept)
Öldükdən 5 il sonra qızının doğum gününə...
"WhatsApp"dan məhdud yenilik
Acundan Adriana Lima açıqlaması-FOTO
Xoşbəxtəm, çünki... - I hissə
Bakı bulvarında möhtəşəm sürpriz
Ağdam anılacaq
Virtual sevginizlə ilk görüşmədə başınıza gələ biləcəklər
Sobada sosiskalı və pendirli kartof (foto-resept)
Türkiyə Kuboku: "Cim Bom" liderliyi əldən verdi
Bələdiyyə yük maşını ilə dağdan şəhərə qar gətizdirdi-FOTO
Azərbaycanın Avropa hüdudlarına daxil olan əraziləri açıqlanıb
Vanna otağı üçün bayram aksessuarları (FOTO)
Tuba Büyüküstündən kövrək paylaşım
Çöp şişdə fərqli kabab (foto resept)
Uzunömürlü olmaq istəyənlərə xəbər var
Yeni bir səhifə...
Çox yemək mədə xərçənginin yaranmasının əsas səbəblərindən biridir - alim
Uşaqlarımıza nə izlədək: "supermən", "hörümçək adam", yoxsa?..
Yanan pullar sakinlərə qaytarılacaq
Dedi-qodular bitdi-FOTO
Bəyin bu hərəkəti hər kəsi TƏƏCCÜBLƏNDİRDİ- FOTO
Susuzluğun bədənə təsirləri və nəticələri
Sağlam və formada qalmaq üçün 3 şərt
"Canın yansın, az, nə bomba şeysən..."
Məşhur ulduza nə olub?-FOTO
Alimlər koronavirusdan qorunmaq üçün sosial məsafə məsələsini tənqid etdilər
Bakıda pulsuz çimərliklər -SİYAHI
Bu hiylələr çox işinizə yarayacaq
5 ildə 22 ölkə və 80 şəhər gəzdilər
Bakının mərkəzində girişi qadağan olunmuş "nəhənglər" nə gəzir?
Hansı nazirliklərdə telefon qadağası qoyulacaq?
Baş rol ifaçısı “Sen anlat Karadeniz”dən ayrılır
TƏBİB sədri özəl xəstəxanalara səsləndi
Kişi tipləri (Onu tanıyırsınızmı?)
Jurnalistlərə mini "yubka" qadağan edildi
Qurama (Dərs-3)
Dünya 100 il əvvəl
İt çəkməyi öyrənək
- ŞƏRHLƏR