Milli.Az bildirir ki, Moderator.Az bu cür yöndəmsiz şeir qoşmalarına bəstələnmiş bayağı mahnılar haqda bir araşdırma aparıb...
Elşən Aşiq adlı müəllifin, "Nişanlına salam de" mahnısında sözlərə baxın:
Eşitmişəm, nişanlanmısan daha,
Salam de məndən də öz nişanlına
Hər ikinizi tapşırıram Allaha.
Müəllifin mahnısına qulaq asandan sonra məlum olur ki, qız onun dostu ilə ailə qurub. Müəllifə sual vermək lazımdır ki, görəsən ailə quran hansı qız öz nişanlısına əvvəl onu istəyən oğlanın "salam"ını deyər? Elə bu "salam"ı deyib və deməyəcəyinə şübhə edən müəllif, hər ikisini, həm sevdiyi qızı, həm də onun nişanlısı olan dostunu Allaha tapşırır. Bu da mahnının sonu.
İnternetdə axtarış verdikcə daha nalayiq sözlərlə ifadə olunmuş mahnılar üzə çıxır.
Saka Dərya və Şaiq Səda adlı müəlliflərin "Nə bomba şeysən" adlı duet mahnılarına nə ailə yanında qulaq asmalıdır, nə də ictimai yerlərdə. Mahnının sözlərinin bir bəndinə nəzər salaq:
Bu vidnən sənə qiymət afərindi,
Görən deyir, bu qız necə də şirindi.
Sən canın, bu dəri sənin öz dərindi?
Ya sürtmüsən maz, nə bomba şeysən.
Canın yansın, az, nə bomba şeysən,
Mənə eləmə naz, nə bomba şeysən...
Bu mahnı mətninin dinləyicisində hansı fikirləri yaradacağına indi özünüz qiymət verin. Axı yazılan mahnı da, şeir də, hekayə də dinləyicisində tərbiyəvi təbliğat aparmalıdır. Axı o "bomba şey" deyilən xanım da kiminsə anası, bacısıdır...
Bir çox gənclərin sevimlisinə çevrilən Üzeyir Mehdizadənin "Çək siqaretdən" mahnısında da xanımından ayrılmış gəncə qaranlıq bir otaqda siqaret çəkərək bu depressiyadan çıxmağın yolu göstərilir. Mahnıdakı mətindən bir bəndinə nəzər salaq:
Elə olur ki, bayıra da çıxmaq istəmirəm inan ki,
Əl-qolumu, yollarımı o qız bağladı sanki.
Öz otağım dərdimdi, hələ də özümə gəlmirəm,
O yana gedib, bu yana gedib nə edəcəyimi bilmirəm.
Çək siqaretdən qaranlıq bir otaqda
Bir də düşəndə yandır.
Siyahını getdikcə daha çox uzatmaq olar. Amma əsas odur ki, yazdığımız yazıyla bağlı müvafiq qurumlar həyəcan təbili çalsın. Uzaqdan bu çoxlarına adi görünsə də, əslində belə deyil. Unutmaq olmaz ki, bu mahnılar Azərbaycan gəncliyini uçuruma sürükləyir. Adı çəkilən bayağı mahnılar arasında gəncləri müxtəlif narkotik maddələrə sürükləyən mahnı mətnləri də var.
Bu yaxınlarda mədəniyyət və turizm naziri Əbülfəz Qarayev M.F.Axundov adına kitabxanada jurnalistlərlə görüş keçirdi. Məsələ isə bundan ibarət idi ki, kitab yazan müəlliflər kitablarının dörd nüsxəsini və eyni zamanda qəzet çıxaran redaktorlar da qəzetin hər sayından kitabxanaya təqdim edərək kitabxanada arxivin yaradılmasına köməklik göstərməlidirlər. Nazirliyin bu addımını, təbii ki, müsbət qiymətləndirmək olar. Yaxşı olardı ki, nazirlik bu gün ölkəni bürüyən belə biədəb mahnı mətnləri ilə qulaq batıran müılliflər barədə də müəyyən addımlar atsın. Düzdür ki, demokratik ölkədə yaşayırıq. Amma bu o demək deyil ki, kim nə istəyirsə, onu dərc və ya səs yazısını yazdırıb cəmiyyətə təqdim etsin. Özü də ki, yazdığın mahnı mətni nalayiq sözlərlə ifadə olunubsa...
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Azərbaycanlılar üçün daha bir Avropa ölkəsinə gediş-gəliş asanlaşdı
Şahzadə Diananın avtomobili Satışa Çıxarıldı - ŞOK MƏBLƏДћ
Azərbaycan MN: “Düşmən əcnəbi muzdluları qabağa verir, onların meyitinə də sahib çıxmır”
65 illik cütlük koronavirusa qalib gəldi
Günün ulduz falı - 13.09.2013
Xoruldamaq gözü kor edir?
Çin aya insan göndərəcək
Müsəlmanlar Moskvada səyyar məscid istəyirlər
Tələbələrə ödənişlərdə güzəşt olunacaq? - Nazirdən AÇIQLAMA
Ermənistan “Toçka-U” taktiki raket kompleksini tətbiq edib - FOTO
Qələmkarlıq və xatəmkarlıq
Ariana Grandedən 8 milyonluq perormans-FOTO
Yumurta arıqlamaq istəyənlər üçün məcburi məhsuldur
"Paltarlarınızı, xüsusən alt paltarlarınzı görünən yerdən asmayın"
Fettel: dalbadal 7-ci qələbə
Hava haqqında
Günün qoroskopu: əsas məsələ...
65 yaşdan yuxarı şəxslər evdən çıxa biləcək? - RƏSMİ
Komada olan şoumendən xəbər var
"Onların arasında sevgi yoxdur"
Yaşadığım möcüzə...
Məşhur türk aktrisası öldü-FOTO
İnanılmaz YENİLİK: Kassir və kassanın olmadığı ilk ərzaq mağazasını açır
Sabahın HAVAsı
Düşmən təəccübləndirdi: cəmi 26 dəfə?
Hamilə qadınlar hansı hallarda təyyarədən istifadə edə bilərlər?
Portağal limonadı (foto resept)
Rusiya Ebola əleyhinə peyvənd istehsalına başladı
Çağatay Serenay haqqında yeni iddialar-FOTO
Ərəb kişidən qadınlara dəstək
Azərbaycanı böyük təhlükə gözləyir
Luis Suares: "Futbolda ədalət yoxdur"
"Bizim Tarla" - Bibər pastası
Dəbli kəmər kombinləri
Bakıya 12 milyon doza gətirildi
Azərbaycanlı deputat Ərdoğanla görüşüb - FOTO
Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət qurumlarının siyahısı təsdiqlənib
Məşhur model tənqid hədəfi oldu-FOTO
Çağla Şikel şərhi sərt cavabladı-FOTO
Eşq gələndə bədən ölçüsünə baxmır
Ayağı yoxdur, lakin "jim" üzrə rekord qırıb -FOTO
Mark Zukerberq pullarını nəyə xərcləyir?
Oturub qalxdıqdan sonra dizləriniz ağrıyırsa...
Dəbli geyimlər - 1-ci hissə
Sən demə... - 75 illik ARAŞDIRMA
Həkim koronavirus xəstəsini qucağında apardı - FOTO
Koronavirus vaksinini sınaqdan keçirən “Putinin qızı” danışdı – VİDEO
Dünyanın ən məhsuldar futbolçuları
Koronavirus 51 illik cütlüyü 6 dəqiqə fərqlə öldürdü
1 kilo arıqlamaq üçün neçə saat yeriyək?














