
YENİ KONTAKT HOME MAĞAZASININ AÇILIŞINI QAÇIRMAMAQ ÜÇÜN 3 SƏBƏB: 50%-DƏK ENDİRİMLƏR, HƏDİYYƏLƏR, ƏYLƏNCƏ
8 noyabr saat 20:00-da Kontakt Home-un yeni İnşaatçılar mağazasının rəsmi açılış gecəsinə hamınız dəvətlisiniz! Açılış gecəsində sizi bol əyləncə, hədiyyələr, maraqlı texnoloji yeniliklər, ən əsası isə, açılışa özəl 50%-dək endirim və 24 ayadək hissə-hissə ödəniş kampaniyaları gözləyəcək.
Loft üslubunda dizayn olunmuş ikimərtəbəli İnşaatçılar mağazasının birinci mərtəbəsində rəqəmsal texnikanın, böyük və kiçik məişət texnikasının genişləndirilmiş çeşidi müştərilərə təqdim olunub. İkinci mərtəbəsi isə bütünlükdə mebel şöbəsi əhatə edir. Burada istənilən zövqə, məkana və büdcəyə uyğun mebellərin böyük çeşidi müştərilərin ixtiyarına verilib. Mağazada maraqlı yeniliklər bununla bitmir.
Xiaomi fanatları üçün xüsusi hazırlanmış rəsmi Mi Zone-da ağıllı ev cihazlarını, telefonla idarə edilən çaydan, robot tozsoran, havatəmizləyici və rütubətləndirici kimi futuristik dizayn və funkionallıqlı qadcetləri, eləcə də brendin ən yeni və sevilən smartfon və aksesuarlarını test edə, onlarla yaxından tanış ola bilərsiniz. Yaxud Samsung-un Note seriyasına həsr edilmiş stenddə flaqman model olan Note 10 ilə selfi edə və ya 3D effektlər ilə video çəkdirə bilərsiniz. Gənclər isə həmin vaxt PlayStation Zone-da sevdikləri oyunların dadını çıxara bilər. Dadını çıxarmaq demişkən, mağaza ziyarətçiləri Delonghi Zone-da yeni dəmlənmiş qəhvədən dadaraq mağazanın digər guşələrini gəzə bilər.
Bundan başqa, açılış gecəsi boyu xüsusi dəvət edilmiş DJ-in musiqi sədaları altında əylənə, müxtəlif müsabiqələrdə iştirak edərək dəyərli hədiyyələr qazanmaq şansınız olacaq. Gecənin ən maraqlı anlarını “Sehirli güzgü”də şəklinizi çəkərək xatirəyə çevirə bilərsiniz.
Bütün bunlardan əlavə yalnız İnşaatçılar mağazasında 8-18 noyabr tarixlərində:
- Bütün telefonları ilkin ödənişsiz və faizsiz 12 aylıq;
- Bütün televizorlar və məişət texnikasını ilkin ödənişsiz və faizsiz 18 aylıq;
- Bütün mebelləri isə ilkin ödənişsiz və faizsiz 24 aylıq
hissə-hissə ödənişlə əldə edə bilərsiniz.
Əlavə olaraq, bu tarixlərdə seçilmiş məhsulları 50%-dək endirimlə ala bilərsiniz. Belə ki, açılış münasibətilə və yalnız İnşaatçılar mağazasında:
- Keramik altlıqlı, buxarlı ütü 59,99 deyil, cəmi 19,99 manat;
- 2000 Vt gücə malik, konteynerli tozsoran 199,99 deyil, 99,99 manat;
- Xiaomi Redmi seriyasının ən yeni modellərindən olan Redmi 8 açılış münasibətilə 329,99 deyil, 299,99 manata;
- Samsung markalı No Frost soyuducu 1019,99 manat deyil, açılışa özəl cəmi 799,99 manata;
- Qonaq mebel dəsti 1128,99 deyil, cəmi 789,99 manat və ümumilikdə mebellərə nağd alışda 40%-dək endirim şamil olunacaq.
- Qeyd edək ki, Kontakt Home-un yeni İnşaatçılar mağazası eyniadlı metro stansiyasının yaxınlığında, Şərifzadə 174 ünvanında yerləşir (Köhnə mağazadan 20 metr sağda).
Həftəsonu əyləncəsinə Kontakt Home-la başlayın, 8 noyabr saat 20:00-da İnşaatçılar mağazasına gəlin, əyləncəyə qoşulun, cəlbedici endirim və kampaniyalardan yararlanın. Belə kampaniya hələ olmayıb!

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO
