Tədqiqatlar göstərir ki, gün ərzində içilən suyun miqdarına görə hər iki nəfərdən biri orqanizmini susuz qoyur, yüngül susuzlama yaşayır.
Trend-in məlumatına görə, orqanizmdə su azlıq təşkil etdikdə qan qatılaşır və bu da orqanlara oksigen və qida maddələrinin az miqdarda daxil olmasına gətirib çıxarır. Alimlər müəyyən ediblər ki, insan bədəninin 2/3-si sudan ibarət olduğu halda, əslində biz çox az su içirik. Odur ki, hər bir insanın özünü yaxşı hiss etməsi üçün gündə 2,5 litr suya ehtiyacı var.
İndi isə gəlin suyun həyatımızdakı roluna nəzər salaq.
Susuz qalmaq maddələr mübadiləsinin ləng getməsinə səbəb olur. Bədəndə suyun miqdarı azaldıqca bu zaman orqanizmdəki yağların miqdarı və çəki artır. Lazımi miqdarda su içmək qan təzyiqinin qarşısını alır. Susuz qalmaq yorğunluğun başlıca səbəbidir. Bədəndə suyun azalması diqqətin pozulmasına yol açır. Bir stəkan su gecəyarı baş qaldıran aclıq hissini aradan qaldırır. Gündə 8-10 stəkan su içmək kürək və əzələ ağrılarını azaldır. Su uşaq əmizdirən analarda südü çoxaldır.
Daha çox su içməyin müxtəlif yolları var. Məsələn, gecə yatarkən daim yanınızda bir stəkan su qoyun. Oyanan kimi onu içməklə gününüzə başlayın. Su qrafininizə limon, xiyar, alma dilimləri ataraq suyunuzu dadlı edin. İş yerindəki masanızın üzərində mütləq bir şüşə su saxlayın. Evdə televizora baxarkən, paltar ütüləyərkən yanınızda bir stəkan su saxlayın. Həm də daim eyni həcmdə su içmək üçün gündə nə qədər su içdiyinizi ölçün. Mümkünsə, üzərində ölçü olan qrafindən istifadə edin. Daim su içməyi özünüzə xatırladın. Məsələn, hər saatdan bir zəngli saatı qurun, soyuducunun üzərinə su içməyinizi xatırladacaq qeydlər edin. Nəhayət, su içmək üçün susamağı gözləməyin.
Orqanizminizin lazımi miqdarda su ilə təmin olunub-olunmadığını anlamağın ən səmərəli üsulu sidiyə diqqət yetirməkdir. Sidiyin açıq rəngdə olması bədənin suya olan ehtiyacının düzgün ödənildiyinin, tünd rəngdə olması isə orqanizmin kifayət qədər su ilə təmin olunmadığının göstəricisidir.
trend.az
XƏBƏR LENTİ
BÜRCLƏR bizə nə vəd edir? -24 İyun
Alla Puqaçovanın 28 milyonluq evi-FOTO
Cennifer Lopez nişanlısına görə ağladı-FOTO
Azərbaycanda daha yeddi nəfər koronavirusdan öldü: 318 yeni yoluxma
İşğaldan azad olunmuş Ağdam kəndlərinin görüntüləri - VİDEO
DÇ-2018-nin loqotipi təqdim olundu
Bu il baş verəcək nadir hadisələr:Almaz yağışı
"Asan tort" (foto resept)
Oktyabrın 1-dən gecə reysləri bərpa olunur
Fraktal həndəsə
Zəhərlənmə
Toy şəkillərini pişiklər ilə çəkdirdilər
İşsizlik müavinəti minimum 20 manat artırıldı
Ərdoğan formada olan liderlər siyahısında
"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi qovuldu
Toyuqlu bibər dolması (foto resept)
Milli geyimlərimizi bəyənirsinizmi?
Alexander Mcqueenin 2013-2014 payız-qış geyim kolleksiyası
Revmatizma ağrısını aradan qaldıran bitkilər
Tarixdən...(4)
Azərbaycanda bir şirkətdə 86 nəfər koronavirusa yoluxdu - AÇIQLAMA
"Ağıllı" kontakt linzalar xərçəng hüceyrələrini aşkarlayacaq - FOTOLAR
HAVA necə olacaq?- 26 MART
Psixologiyada jestlər və pozalar
Katesevərlərlə Meqansevərlər arasında qalmaqal yaşandı-SƏBƏB
Antiseptik yoxdursa, araqdan istifadə etmək olarmı?
Polkovnik Babək Səmidliyinin şəhid olmamışdan öncəki son çıxışı - VİDEO
Kanadanı alov bürüyüb
Tez-tez ayrılmağın səbəbləri
Salma Hayek İlk dəfə Etiraf etdi-FOTO
10 ədəd sellofan gətirənə 1 kq portağal PULSUZ verilir - FOTO
Satılan malın maya qiymətinin üstünə nə qədər pul qoymaq olar?
Azərbaycanda ölüm hökmü bərpa oluna bilər?
İlham Əliyev xəbərdarlıq etdi, ucuzlaşma başladı
Sürücülük vəsiqələri dəyişdirilə bilər - Texniki qüsur
Neymar koronavirusdan sağaldı
Paytaxt salatı (foto resept)
Günün qoroskopu: hədiyyə alacaqsınız
Rusiyaya işləməyə gedənlərin nəzərinə
Qadınlar haqqında bilmədikləriniz
Ceyda Ateşdən hamiləlik açıqlaması - FOTO
Yumşaq divan dəstləri
Şəkil çəkmək üçün praktik üsullar
Putin Lukaşenkoya az yatmasından şikayətlənib
Fındığın qiyməti İKİ DƏFƏ UCUZLAŞDI
Hello kitty-dən çantalar
Stuldan yıxıldığına görə 1 milyon dollar istəyir
"Real Madrid"ə pis xəbər
Özünü evli təsəvvür etməkdə çətinlik çəkən 6 bürc
Bağırsaq polipləri
- ŞƏRHLƏR