Bədənimizdəki qan damarları, Yupiterin üstündəki qırmızı ləkələr, ilbizin qabığı, hündür dağların qırışları, qar dənəciklərinin formaları və ağacların yarpaqları… Bütün bu sadalananların tibb, astronomiya, biologiya və ya coğrafiya kimi bir-birindən tamamilə fərqli elm sahələrinin mövzuları olduğunu düşünə bilərsiniz. Lakin bunların hamısı ilə yaxından əlaqəsi olan bir elm sahəsi var: fraktal həndəsə. Bəs fraktal həndəsə nədir? Allahın qüsursuz nizamını və sonsuz elmini necə göstərir?
Yer kürəsini təsəvvürünüzdə canlandırmağa çalışın. Ağaclar, buludlar, dalğalar, dağlar, ovalıqlar, səhralar… Hər birinin ortaq xüsusiyyəti həndəsədəki üçbucaq, kvadrat və dairələr kimi tam düz və ya yuvarlaq cizgilərinin olmamasıdır. İndiyə qədər heç kim kürə formasında alma və ya bulud, dümdüz səhra və ya dəniz, konus formasında dağ, kub formasında çınqıl, silindr şəklində ağac gövdəsi görməyib. Çünki Allahın yaratdığı dünya və bütün kainat girintili-çıxıntılı, qırışlı, bir-birinə keçmiş, düyünlü formalardan təşkil olunub. Bir-birini tamamlayan bu mürəkkəb formaların birləşməsi ilə Yer çox müxtəlif, rəngli və bir-biri ilə mükəmməl ahəng içində olan görünüşə malikdir.
Kainatdakı hər şey mükəmməl nizam və ahəngə malikdir. Allahın yaratdığı, dəqiq hesablamalar tələb edən bu mükəmməl sistemi və incə təfərrüatları elmi səviyyədə tədqiq etmək üçün fraktal həndəsə elmi meydana gəlmişdir.
Fraktal həndəsə nədir və necə meydana gəlmişdir?
Riyaziyyatın əsas qolu olan həndəsə insanın yaşadığı dünyanı öyrənməsi üçün vacibdir. Ancaq kainatın mükəmməl görünüşü Evklid həndəsəsi və ya klassik həndəsə ilə açıqlanmayacaq qədər mürəkkəbdir. Çünki klassik həndəsədəki formalar düz xətt, müstəvi, üçbucaq və konuslardan ibarətdir və dünyanın mürəkkəb quruluşunu anlamaq və modelləşdirmək üçün bu formalar kifayət etmir. Latın dilində “fraktus” (sınmış, qırılmış) sözündən əmələ gələn və fransız riyaziyyatçı Benua Mandelbrot tərəfindən 1975-ci ildə əsası qoyulmuş həndəsənin bu yeni sahəsi qarışıq, ancaq mükəmməl uyğunluq və gözəllikdəki dünyanın qüsursuz quruluşunu öyrənir.
Fraktal həndəsənin əsasını təşkil edən başlıca xüsusiyyətlər Allahın yaratdığı varlıqlardakı ölçünü və dəqiq hesablamanı göstərir.
Başlanğıc forma
Cismin forması, əslində, bir formanın iç-içə keçmiş kiçik surətləri şəklində ardıcıl təkrar olunur. Ölçüləri kiçilən və bir-birini izləyən formalar zəncirvarı şəkildə davam edir. Ancaq bu formalar çox simmetrik düzülürlər. Buna ən yaxşı misal qar dənəcikləri və ilbiz qabığıdır.
Möhtəşəm nizam
Təbiətdə gördüyünüz bütün cisimlər, hətta orqanizminizdəki sistemlər belə çoxlu mürəkkəb formadan təşkil olunmuş kimi görünsə də, əslində, müəyyən nizamla yerləşiblər.
Bu xüsusiyyətlər mürəkkəb göründüyü halda, əslində, çox simmetrik şəkildə təkrarlanan naxışların varlığını göstərir.
Fraktal həndəsəyə misallar
Öz orqanizmimizdən nəfəs borusunu misal çəkək. Nəfəs borumuz iki yerə ayrılaraq iki bronx əmələ gətirir. Bunu başlanğıc forma qəbul edək. Bu iki qolun hər biri başlanğıc forma görünüşündə yenidən iki yerə ayrılır və borucuqlar ağciyər kisələrinin içində də getdikcə ölçüsü kiçilərək, lakin başlanğıc forma şəklində şaxələnməkdə davam edir. Bu nümunəni dünyadakı bir çox cisimdə görmək mümkündür.
Bir-birinin içinə keçmiş əzələ lifləri, ağacların budaqları, aortadan kapillyarlara qədər bütün qan damarları, qasırğa kimi güclü küləklərdən yerdəki yarpaqları tərpədən mehlərə qədər azalan hava axınlarının düzülüşü, uzaqdan baxdıqda görünməyən, lakin yaxından baxdıqda insanı heyrətə salan naxışlı qar dənəcikləri, hətta normal ürək döyüntüsü ritminin belə ürək əzələlərindəki sinir liflərinin fraktal quruluşuna uyğun olması Allahın fraktal həndəsə elmindəki üstün yaratma sənətinin dəlillərindəndir.
Koxun qar dənəcikləri
Helge fon Kox Allahın təbiətdəki fraktal həndəsi sistemindən ilham alaraq 1904-cü ildə “Kox qar dənəcikləri” adlandırdığı qar dənəciklərini kağızda çəkmişdir. Başlanğıc forma kimi üçbucaqdan istifadə edən Kox hər üçbucağın kənarlarına daha kiçik üçbucaqlar yerləşdirərək müxtəlif qar dənəciyi formaları əldə etmişdir.
Koxun qar dənəcikləri bu elm adamının əvvəlcə riyaziyyat və fraktal həndəsə qanunlarını öyrənməsi, daha sonra bu biliklərini kağız üzərinə köçürməsi ilə meydana gəlmişdir. Başqa sözlə, qar dənəciklərini uzun müddətli təhsil nəticəsində çəkə bilmişdir. Təbiətdəki canlı və cansız varlıqların yaradılışını nəzərə alsaq, rəsm çəkmək çox bəsit ifadə kimi səslənər. Elə isə dünyadakı ağacların, yarpaqların, qar dənəciklərinin, yer üzünün formalarının, heyvan dərilərindəki naxışların, bədənimizdəki sistemlərin fraktal həndəsə qanunları əsasında təsadüfən əmələ gəlməsi mümkündürmü? Bir elm adamının uzun illər əmək sərf edərək yiyələndiyi bilikləri ağlı və şüuru olmayan cisimlər özləri öyrənə bilərmi? Əlbəttə, xeyr! Çünki dünyadakı bütün canlı və cansız varlıqlar Allah’ın üstün ağlının və elminin təcəlliləri kimi yaradılmışdır və ilk baxışda qarışıq görünən formalarına baxmayaraq, insanı heyrətə salan həndəsi sistemə malikdirlər.
Yaradılış möcüzəsi bütün kainata hakimdir.
Fraktal həndəsə müasir riyaziyyatçıların çox yaxşı bildiyi və tətbiq etdikləri riyazi qanundur. Dünyada bir-biri ilə əlaqəsiz görünən canlı və cansız bir çox varlıqların quruluşunun bu həndəsi nizam əsasında olması onların xüsusi yaradıldığını sübut edir. Bu həndəsi nizamla yaradılmış bitkilər, qalaktikalar, mikroorqanizmlər, kristallar, canlılar və bədənimiz uca Allahın üstün sənətinin, ağlının və elminin nümunələridir.
R.Əkbərov
XƏBƏR LENTİ
Azərbaycanda istilik sayğacları quraşdırılacaq
Ferhat Köçerin evlilik fobiyası
Dini liderlər dünyanı sülhə çağırdılar
Dərdin ən böyük dərmanı - təsəlli
"Yazıq" portret
Energetikası güclü olan insanların əlamətləri
Pəncərə kənarındakı möcüzə-Kalanxoe-2
Azərbaycanda şəxsiyyət vəsiqələrində YENİLİK
Parlaq dodaqlara sahib olmaq istəyirsiniz?
Boy uzadan ayaqqabı
Yılmaz Mörgüldən gözlənilməz reaksiya
"Eurovison-2016"nın daha bir gözəli
65 il bir yerdə yaşayan ər-arvad eyni gündə öldü
Bensu paylaşdığı FOTO ilə təəccübləndirdi
Sərdar Ortaçdan maraqlı ETİRAF-FOTO
Facebook-un qorxulu sirri açıldı
"Rocketman"hər kəsin diqqətini çəkir-FOTO
Ev həyatımız üçün praktik məsləhətlər
Makronun koronavirusa harada yoluxduğu məlum oldu
Vitaminli salat (foto resept)
Bu tərəvəz pis qoxu yaradır
Məşhur müğənnidən gözlənilməz ETİRAF-FOTO
"Sen anlat Karadeniz"in FİNAL edir
"Avroviziya-2018"-in finalçıları müəyyən oldu-FOTO
Sarımsaq qoxusunu aradan qaldıran qidalar
Siqareti tərgitməkdə yardımçınız olacaq
Obezofobiya
Ey Azadlıq!
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Oxumağı sevən uşaqlar üçün dünya klassikləri
Ağac evlər
Qarındakı yağlar üçün pomidor suyu
Özcan Deniz yenidən evlənir-FOTO
Benzinin qiyməti nəqliyyatda gediş haqqını da artırdı
Uşaqları mazoxist kompleksi olmadan böyütmək
Xalq artisti Mirzə Babayevin 100 illik yubileyi keçiriləcək
Ərdoğan Putinlə Dağlıq Qarabağ məsələsini müzakirə edib
Medalyer sənəti
Əslən azərbaycanlı olan türk aktyor BAKIYA GƏLDİ
Yatmağa kömək edən qidalar
Badam unundan pankek (foto resept)
Çoxmillətli toy "Ginnes"-ə düşdü
Dubay metrosunda robotlar xidmət göstərəcək
İxtisas seçimi başlandı
İki rəngli cupcake (foto resept)
Ayaqqabı və çantalar
Sızanaqların qarşısını necə almalı?
Xərçəngə qarşı universal vasitə hazırlanır
Geyim kombinasiyaları
Ermənistan prezidentini öldürmək istədilər
- ŞƏRHLƏR