Son illər öz avtomobili ilə xarici ölkələrə səfər edənlərin, eləcə də xarici ölkələrdə avtomobil icarəyə götürüb istifadə edənlərin sayı artmaqdadır. Belə hallarda Azərbaycan vətəndaşları bizim sürücülük vəsiqələrini müxtəlif xarici ölkələrdə də istifadə edirlər.Ölkəmizdə verilən milli sürücülük vəsiqələri 1968-ci il Vyana Konvensiyasına uyğun olduğundan bu vəsiqələrlə həmin Konvensiyaya qoşulan ölkələrdə avtomobil idarə etməyin heç bir problemi yoxdur. Lakin ölkəmizdə hazırda verilən vəsiqələrdəki kiçik texniki çatışmazlıq qanunvericiliyin bütün xırdalıqlarını tələb edən bəzi ölkələrdə problem yaradır. Söhbət vəsiqə sahibləri barəsindəki məlumatların vəsiqəyə yazıldığı əlifba ilə bağlı problemdən gedir. "Yol hərəkəti haqqında" Vyana Konvensiyasına 6-cı əlavənin 3-cü bəndində deyilir ki, milli sürücülük vəsiqəsinə daxil edilən qeydlər ya yalnız latın əlifbası hərfləri ilə yazılır, ya da bu şəkildə təkrar olunur (transliterasiya edilir). Yəni, əgər vəsiqə sahibinə dair məlumatlar latın əlifbasından fərqli hərflərlə yazılırsa, həmin yazılar latın əlifbası ilə təkrar olunmalıdır.Bizim vəsiqələrimizdə problem yaradan isə Azərbaycan əlifbasındakı 7 hərfin (ə, ö, ü, ğ, ş, ç, ı) latın əlifbasında olmamasıdır. Odur ki, adında, soyadında, ata adında, yaxud, qeydiyyat ünvanında bu hərflər şəxslərin sürücülük vəsiqələri bəzi xarici ölkələrdə problem yarada bilər. Bu problemi həll etmək üçün ölkəmizdə verilən milli sürücülük vəsiqələrində həmin hərflər olduqda vəsiqəyə daxil edilən qeydlər sırf latın hərfləri ilə təkrarlanmalıdır. Məsələn, Əlişov Çingiz Ümid oğlu təkrarən həm də belə yazılmalıdır - Alıshov Chingiz Umid oglu.Məlumat üçün bildirək ki, latın əlifbasının işlənmədiyi ölkələrdə (Rusiya, Ukrayna, Yunanıstan və sair) sürücülük vəsiqələrindəki məlumatlar məhz belə təkrarlanmaqla qeyd edilir.Ekspert Ərşad Hüseynov təklif edir ki, bunun olmaması üçün müvafiq qeydlər həm də əsl latın hərfləri ilə əlavə edilməlidir.Mütəxəsisslər məsləhət görür ki, müvafiq dəyişiklik edilənə qədər xarici ölkələrdə bu halla qarşılan sürücülər xarici pasportlarını göstərməklə polisləri sürücülük vəsiqələrinin saxta olmadığına inandırsın.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Oruckən ağız qoxusunun qarşısını almaq üçün xüsusi üsul
Bişmiş bibər ilə lobya salatı (foto resept)
Türkiyə Azərbaycanda hərbi baza quracaq? - AÇIQLAMA
Körpələrin qanı dondurulacaq
Türkiyədən Ermənistana uçuşlar başlayır
"Dünyanın ən çirkli şəhərləri siyahısında Bakı birincidir"
Gəlin obrazı (2)
"Facebook"da Dövlət İmtahan Mərkəzi adı altında SAXTAKARLIQ
Balqabaqlı sıyıq(foto resept)
Bu kişinin beyninin 50 faizi yoxdur
Köpək balığından qaçmaq üçün 3 saat üzdü: "Yem olacaqdım..."
Dünyanın ən kök qadını öldü - FOTO
Leyla Əliyeva Azərbaycan pavilyonunun açılışında - FOTO
Ali Sunal və azərbaycanlı xanımı tətildə-FOTO
Tox tutan qidalar
Ölkəmizdə daha 514 nəfər koronavirusdan sağaldı
Qışda dondurmanın faydaları - Ekspert rəyi
Günün ulduz falı - 10.03.2014
Koronavirusdan sağalanlara peyvənd lazımdırmı? - Mütəxəssis cavab verir
İrina Şeyk geyimi ilə TƏƏCCÜBLƏNDİRDİ
Hava haqqında - 22.02.2014
Azərbaycan İİV daşıyıcılarının son statistikası
Heç vaxt görüşmədiyi kişi ilə ailə həyatı qurdu
Hadise paylaşımı ilə GÜNDƏM oldu
Norveç gözəli əslində KİŞİ imiş -FOTO
Ronaldo xəstə uşağa görə avtobusu dayandırdı - VİDEO
Türkiyədə hamilələr üçün xüsusi telekanal açılacaq
Bayram süfrəsi neçəyə başa gəlir? – QİYMƏTLƏR
Günün ulduz falı - 18.12.2013
20 Yanvar faciəsinin görünməyən tərəfləri
Başınız ağrayırsa, bunları yeyin
Günün ulduz falı
Sevimli cinsiniz: o da sizi sevirmi?
Milyarderlərin "AND"-ı nə üçündür?
Tramp xəbərdarlıq etdi
Hava kəskin dəyişəcək
Cazibədar alt paltarları
Cəbhə xəttində son vəziyyət: şiddətli atışma başlayıb
Evlilik təklifi gözləyənlər üçün məsləhətlər
Düşmən Tərtər rayonunu atəşə tutub - RƏSMİ
İlham Əliyev Xalq artistinə mənzil bağışladı
Bitkilərin əsir aldığı binalar
Yeni il üçün qapı çələngləri
Zeytun yağlı badımcan (foto-resept)
Cavanlığın sirri ondadır
Qladiator Mercedes G-Wagon
Venesiya festivalında yarışacaq filmimizin tizeri - VİDEO
Üzümlü salat (foto resept)
Koronavirusdan ölüm riskini 40 faiz artıran SƏBƏB
Gözəlliyi ilə dünyanı silkələyən, kişilərin ağlını alan türk gözəlin bədbəxt həyatı - FOTO