
Zədələnmiş, yanmış, nəm çəkmiş və hətta doğranmış pullar ABŞ Çap və Qraviasiya Bürosunda qanuni şəkildə mübadilə edilə bilər. Əsas şərt əskinazın 51 faizindən çoxu ABŞ valyutası kimi müəyyən edilməsidir. ABŞ Maliyyə Nazirliyinin bu bürosunun işi həm maraqlı, həm də qeyri-adidir.
ABŞ Çap və Qraviasiya Bürosunda çirkli pullar sözün əsl mənasında yuyulur. Bu, çox pis vəziyyətdə olan pullardır.
"Bura dünyada dəyəri müəyyən edə bilmədiyiniz dərəcədə zədələnmiş istənilən ABŞ valyutasını qəbul edən yeganə yerdir", Çap və Qraviasiya Bürosundan Erik Ualş deyir.
Büro işçiləri hətta doğranmış pul hissələrini belə bərpa etməyə çalışırlar.
“Ağız, burun, gözlər kimi müəyyən hissələri tapmağa çalışıram ...”, Çap və Qraviasiya Bürosundan Marvel Andervud deyir.
Büronun işçilərinin dediyinə görə, pulların əksəriyyətinə yanğın və ya daşqınlar zamanı zərər dəyib.
Belə bir hal da olub ki, mənzil bazarındakı böhrandan sonra banklara güvənməyən şəxs iki milyon dollar nağd pulu evinin qarajında saxlayıb.
"Pul paketdə saxlanıb, lakin su paketə keçib. Sahibi pulu götürəndə əskinazların bir-birinə birləşərək bərkidiyini görüb”, Çap və Qraviasiya Bürosundan Erik Ualş deyir.
Daha sonra ev heyvanları tərəfindən zədələnmiş əskinazlar da olur. Büronun işçiləri onları xilas etmək üçün əllərindən gələni edirlər.
"20 min dollar nağd pulu masanın üzərində qoysaz, it gəlib onu çeynəyər. Bəzən hətta itlər əskinazları yeyirlər. bu zaman biz pul sahiblərindən bir neçə gün gözləməyi və pulun itin bədənindən təbii yolla çıxmasını gözləməyi və yuyb bizə gətirməyi məsləhət veririk,” Çap və Qraviasiya Bürosundan Erik Ualş deyir.
Ualş 11 sentyabr hadisələri, Katrina qasırğası, Kaliforniya meşə yanğınları zamanı zədələnmiş əskinazlarla işləyib. Onilliklər əvvəl o, maraqlı bir hadisə ilə işləməli olub.
"80-ci illərin əvvəllərində bir fermer tarlada portmanını itirir. O, inəyinin portmanı yediyini bilir. Biz hər zaman insanlara pullara artıq zədə olmasın deyə, əskinazları bizə original bağlamalarında göndərməyi məsləhət görürük. Beləliklə, o əskinazları bizə inəyin qarnında göndərib, burada işləyənlər çox maraqlı vəziyyətə düşmüşdülər,” Erik Ualş deyir.
O zamandan bəri qəbul prosesi daha spesifik olub.
"Biz, adətən, ildə təxminən 24 min ərizə alırıq və 40 milyon dollardan bir az çox kompensasiya ödəyirik,” Çap və Qraviasiya Bürosundan Erik Ualş deyir.
İstənilən şəxs zədələnmiş pulları ya poçtla göndərə, ya da şəxsən gətirə bilər.
Əskinazın ən azı 51 faizi bərpa olunubsa, o, yenisi ilə əvəz olunur. Köhnə, zədələnmiş əskinaz dövriyyədən çıxarılır.
/Amerikanın səsi/

XƏBƏR LENTİ
Yer kürəsi üçün təhlükə
"Dondurma" effektli yazı hazırlamaq
Bülent Ersoyun donu diqqət çəkdi - FOTO
Şəkildə ilk gördüyünüz heyvan hansıdır?
Xaricə getmək istəyənlər, diqqətli olun!
Ən az 6 ay əmizdirərək diabetdən qorun
Bakıda ayaqyolusu olan avtobuslar işə düşdü
Saytımızın ƏN-ləri III hissə
Qarabağ problemi - RUSİYA QARANT OLACAQ
Valideyn olmaq şəkillərlə
Dərman əvəzinə meyvələr
Avatarlar 1-ci hissə
Bu, milyon ildə bir olur
Sertap Erenerin bu davranışı xoş qarşılanmadı-FOTO
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Ağdama səfər ediblər - VİDEO
Hamı bu uşağın tanrı olduğuna inanır
Meditasiyanın sübut olunmuş 4 faydası
Bakıda dollar və rubl əməliyyatları məhdudlaşdı
Allahıma çox şükür!
QMİ Qazılar Şurası Qurban bayramı münasibətilə fətvР° verib
Kağız halva -12
Dərslər hansı günlərdə keçiriləcək? - RƏSMİ AÇIQLAMA
Günün ulduz falı - 02.02.2014
Kartofda yumurta
Bir dişlək varlı etdi
Hadisədən sevgi AÇIQLAMASI
İbrahimə sui-qəsd edənlərə 40 il həbs cəzası verildi
Toy mərasimindən möhtəşəm şəkillər
Karaokedə yüksək notda oxumaq istədi, beyin damarı partladı - FOTO/ VİDEO
Ermənilər Azərbaycanı müdafiə edən niderlandlı deputatı təhdid edirlər
Kaş ki, gələn sən olaydın...
Azərbaycanda təhsil müəssisələrində qidalanma ilə bağlı dövlət standartının tətbiqinə başlanır
Uzun həyat üçün Aralıq dənizi pəhrizi (1-ci hissə)
Qadın yazardan hamını təəccübləndirən - Etiraf
"Dostlar" Serialı Yenidən Çəkilir-FOTO
Alla Puqaçova hər oxuduğu mahnı üçün 1 milyon alırmış?
Yeni ayaqqabı trendi
Naməlum canlı hər kəsi qorxutdu-FOTO
Azərbaycan generalı: "Şəhidlərimizin qanı yerdə qalmayıb”
Bakının harası sökülməyəcək?
85 saniyədə 1 milyard dollarlıq satış
"Heydər Əliyev Azərbaycanın əbədi sərvətidir"
XXI əsrin qara kölgəsi-Piylənmə
Tuba hamam səhnəsindən danışdı
Zobun müalicə üsulları
Ermənilər üç səfirliyimizə hücum etdi
Xoş aura yaradan bitkilər
Çin yenə rekord vurdu
Həkim qız şəkillərinə görə diplomundan oldu-FOTO
Tarkan əməliyyat edildi-SƏBƏB

- ŞƏRHLƏR