Bismilləhir-Rahmənir-Rahim!
Mübarək cümə gününü yaşamaqdayıq. Allaha həmd edirik ki, bizlərə dərk verib, şüur verib, iradəvi olmaq imkanları verib. Həyatımızı yalnız bioloji və nəfsi istəklərimizin ardınca olmaqla deyil, özümüzə müəyyən mənada vaxt ayırmaqla keçirmək tofiqatı verib.
Qarışıq dünya həyatının içərisində toparlanma fürsəti
İnsan gündəlik həyat məşğuliyyətlərinin içərisində toparlanmaq, özünə gəlmək üçün fürsətlər tapmalıdır. Əslində hər günün içərisində də bu fürsətlər var. Gündəlik namazlar, təvəssüllər, dualar bizlərə bu imkanları verir. Bu dünya həyatı - imtahanlı, sınaqlı həyatdır. Bu imkanlara fürsət kimi baxan və onlara fürsət kimi yanaşan, iradəvi olaraq onları yaşayıb təkamül edənlər də var, bu dünyanın dalınca düşüb dünya burulğanında, bataqlığında yox olub gedənlər də var. Bütün bu məşğuliyyətlərin, çalışmaların hədəfinin nə olduğu soruşulsa, insanlar rahatlıq axtardıqlarını bildirərlər. Amma faktiki olaraq, insanın bütün məşğuliyyətləri ilğımın, fantomun dalınca getməkdən ibarətdir.
Bu dünyada rahatlıq varmı?
Bu dünyanın imkan və fürsətlərinin içərisində, dünyanın tutumunda agah, bəsirətli insan üçün rahatlığın özü mövcuddurmu? İnsanlar var ki, onların tutumları, dərkləri zəifdir, məsələlərə o qədər ayıq baxa bilmirlər. Bəzən çox aşağı bir şeyləri də özləri üçün çox böyük bir şey bilərlər. Elə bilərlər ki, nələrəsə çata biliblər. Və yaxud qəflətdə olarlar. Amma ayıq, dünyanı tanıyan, axirətdən xəbəri olan adam, nə üçün yarandığını bilən və bu dünyanın mahiyyətini anlayan, İslam təlimindən xəbərdar olan insan başa düşür ki, bu dünyada agah, dərkli insan üçün rahatlıq vermək tutumu və potensialı yoxdur.
İmam Cəfər Sadiq (ə) öz səhabələrinə xitab edərək buyurur: “Mümkün olmayan şeyi arzulamayın”. Ərz etdilər: “Məgər kim mümkün olmayan şeyi arzu edir ki?”. İmam (ə) buyurdu: “Siz. Məgər dünyada rahatlıq axtarmırsınız?”. Cavab verdilər: “Bəli (axtarırıq)”. İmam (ə) buyurdu: “Möminin dünyada rahatlığı qeyri-mümkündür”.
Bu, çox ciddi, üzərində düşünülməli bir məsələdir. Bir adam əvvəldən, indidən, sonradan xəbərdar olsa, agah olsa, baş verənləri anlasa və bunlardan qəflətdə olmasa, o, həmişə fərqində olar ki, imtahanlı durumdadır və buradakı əldə olunan ləzzətlər, əldə olunan rahatlıqların özü də bir imtahandır. Bunların özü də bir sınaqdır. Bunların özü ilə necə davranacaq, necə rəftar edəcək?
Qatardan hər an düşürülə biləcəyimizin fərqində olaq
Mömin kimdir? Mömin - aqil, agah, düşünən adamdır. O bilir ki, səbəbsiz yaranmayıb. Bilir ki, bir gün bu dünyadan gedəcək. Bilir ki, bu dünya - sınaqlı dünyadır və müvəqqətidir. Anlayır ki, bu dünyada əldə etdiyi hər bir nemətin də sorğu-sualı olacaq. Bilir ki, bu nemətlər olanda da imtahandadır, olmayanda da imtahandadır. Mömin bunların hamısını bilir, hamısından agahdır. Agahlıqdan əlavə möminin bunlara etiqadı və imanı var. Bu adam başa düşür ki, burada olanlarla necə rəftar edəcəyinə də sorumludur.
Bu, ona oxşayır ki, bir uşaq qatara minər, xoşuna gələr və elə bilər ki, hər şey qatardan ibarətdir. Amma aqil adam bilir ki, bu qatara minib və qatar gedir. Qatardan müəyyən bir dayanacaqda düşəcək. Həyata nəzərən desək, həyatın da mahiyyəti bundan ibarətdir ki, harada dayanacağımız bizdən asılı deyil. Bu dəqiqəmi düşəcəyik, növbəti dayanacaqdamı düşəcəyik, daha sonrasındamı bizi düşürəcəklər? Hər an bu qatardan düşə bilərik. Dayanacaqların hər biri bizim üçün yekun dayanacaq ola bilər. Bu vəziyyətdə olan adam həmişə düşməyə hazır vəziyyətdə olar. Buradan düşərkən, ona lazım olan yükü öncədən yığıb hazırlamış olar. Onu da bilsə ki, növbəti dayanacaqda düşməyə də bilər, burada qalması üçün də tədarükünü görər. Bu vəziyyətdə olan adama mömin deyilər. Bilir ki, hər an qatardan düşürülə bilər və qatarda olan dövrə görə sorumludur. Dərk edən insan bilir ki, o, qatarın içərisində nələr əldə etsə, nələr qazansa, nələrə malik olsa, hamısını itirə bilər. Qatardakı yastığı, yatağı, oturacağı özü ilə apara bilməyəcək. İnsan təbii olaraq çalışır ki, qatarda olan zaman yatağı, yastığı rahat olsun. Amma başa düşsə ki, hər an düşə bilər və düşən zaman onların hamısı burada qalacaq, qalanlarla deyil, düşəndə əlində olanlarla qayğılanar.
Topladıqlarımız bir göz qırpımında əlimizdən gedə bilər
İnsan bəzən bu dünyada bir ömür toplamaqla məşğul bilər və bir göz qırpımında onların hamısını itirə bilər. Bir dəfə elə vəziyyət yaranır ki, o imtahandan çıxmır və hamısını itirir. Bir dəfə Allaha üsyan edir, Allahın qəzəbinə səbəb olan bir iş görür və nə toplayıbsa, hamısı itib gedir. Mömin, hər növbəti dayanacaqda düşə biləcəyini anlayan və ona hazır olandır. Burada nə əldə edərsə, onu düşməyi üçün hazırlıq istiqamətində edər. Mömin adam ehtiyatlıdır ki, qatarın içərisində ona təqdim olunanlara başı qarışar və vaxtında hazır olmaz. Oradakı vəziyyəti bilir ki, müvəqqəti, ötəridir, ora çox bel bağlamır. Təbii ki, axirətinə hazırlaşarkən dünyasını da yaşayır, oradakı nemətlərdən də bəhrələnir.
Həqiqi rahat olan yerə hazırlaşaq
Bu yolun ustadlarından biri olan əziz İmam Cəfər Sadiq (ə) bizi xəbərdar edir, öyrədir. Bu qatarın sərnişinlərinə xəbərdarlıq edir. Bildirir ki, bu qatarda qeyri-mümkün məsələlər dalınca olmayın. Onlardan da əsası budur ki, bəziləri elə hesab edə bilər ki, bu dünyada rahatlıq mümkündür. Agah, aqil, fərqində olan adam, yəni mömin adam bu dünyada rahatlıq əldə edə bilməz. Rahatlığın yeri - axirətdədir. Axirətə hazırlaşan adam, bu dünyada da bəzən rahat olar. Rahat yerə hazırlaşanda buradakı məsələlərdən də narahat olmaz, çox şeyi burada rahat qəbul edər. Qalan hər bir şey bunun ətrafında təfərrüatdır. İnsan bunun fərqində olsa, bütün həyatı dəyişər. Bunun fərqinə varmasa, bunlardan qəflətdə olsa, həyatı başdan-ayağa məşğuliyyətlər içərisində olar. Nə bu dünyasında, nə də axirətində bir şeylərə çata bilməz. İnsan bu dünyaya rahatlıq əldə etmək məqsədi ilə baxmasa, başa düşər ki, onsuz da burada rahatlıq əldə etmək mümkün deyil. Mömin arsız deyil, vicdanı oyaqdır, qəflətdə deyil. Ona görə də bu dünyanın verdikləri ilə rahat ola bilməz. İndi ki, belədir, həqiqi rahat olan yerə hazırlaşar.
Rahat olan yer üçün hazırlaşmaq nə deməkdir? Hazırlaşmaq budur ki, səhər-səhər duranda bəndə olaraq yaşamağın əzmində olsun. Gün ərzində bəndə olaraq yaşamaq üçün çalışsın.
Həyat da dayanmır, qurtarıb bitməyə doğru gedir. Bu dünyada hər mərhələdə bir yeni dalğa gələcək, kimlər bu dalğadan çıxdılarsa, qalır, kimlər çıxmırsa, batıb gedir.
Mənəvi səfər ayı
Mübarək Rəcəb ayı gəlib. Çox önəmli bir aydır. Düzəlmək üçün çox fürsətlərə malik olan bir aydır. Əziz İslam Peyğəmbəri (s) buyurur: “Rəcəb ayı - Allahın, Şaban ayı - mənim, Ramazan ayı isə ümmətimin ayıdır”.
Rəcəb ayı - mənəvi səfər ayıdır. Toparlanmaq üçün, özünəqayıdış üçün böyük fürsətdir. Əgər içimizdə heç nə bizi tərpətmirsə, halımızda heç bir dəyişiklik yaratmırsa, deməli biz çox böyük xəstəliyə düçar olmuşuq. Qüslumuzu alaq, tövbələrimizi edək, özümüzlə oturaq, düşünək, halımıza nəzər salaq. Düşünək ki, Rəcəb ayında niyə bizdə oyanış baş vermir? Qəflətdən çıxaq. Görək ki, nələri düz etmirik, nələr səbəb olur ki, bu vəziyyətə gələk? Nələr bizi bu dünyaya bağlayıb? Bəlkə bağlandığımız məsələlər var?! Bəlkə dünyanın bəzi məşğuliyyətləri özünü bizə bağlayıb?! Bəlkə dünyada malik olduqlarımız bizi özünə bağlayıb. Əvvəllər əlimizdə olmayan, indi Allahın verdiyi nemətlər bəlkə bizi özünə bağlayıb?! Ruhiyyəmizin yuxarı vəziyyətdə olmasını istəyiriksə, Rəcəb ayını yaşamaq istəyiriksə, mənəvi üçaylığı yaşamaq istəyiriksə, vaxtı indidir. Duaları, əməlləri öyrənməliyik. Bu ayın bütün imkanlarına fürsət kimi baxaq. Ayımızı tənzimləyək, oruc tutmağımızı tənzimləyək və s. Həyatımızda bir dəyişiklik yaratmağa çalışaq. Əgər indi çalışmasaq, biz mübarək Ramazan ayında Allah ziyafətinə də hazır daxil olmayacayıq. Hansı dayanacaqda düşürdüləcəyimizi də bilmirik. Əgər biz bilsək, deyərik ki, hələ hazırlaşmaq üçün vaxt var. Amma biz hazırlıq zamanının nə zaman bitəcəyini bilmirik.
Rəcəb ayının əməllərindən bəzilərinə nəzər salaq:
Rəcab ayının ilk cüməsinin gecəsi (yəni Rəcəbin ilk cümə axşamından ilk cüməsinə keçən gecə) “leylətul-rəğayib” adlanır. Bu gecəni ibadət və dualarla keçirmək tövsiyə olunub.
Rəcəb ayının əvvəl, orta və axır günlərində qüsl almaq müstəhəbdir və bu əməl günahların bağışlanmasına səbəb olar.
Rəcəb ayının bütün günləri oruc tutmaq müstəhəbdir və günahların bağışlanmasına səbəb olar. Rəcəb ayında ən azı 3 gün oruc tutmağın çox böyük fəziləti vardır. O kəslər ki, Rəcəb ayında oruc tutmaq imkanları yoxdur, onun yerinə sədəqə versinlər (imkanları çərçivəsində). Oruc tutmağa və sədəqə verməyə imkanı olmayan insanlar, əvəzində zikrlər deyə bilərlər.
Rəcəb ayında Məsumların (ə) mübarək hərəmlərini ziyarət etməyin böyük fəziləti vardır.
Rəcəb ayında tövbə və istiğfar etməyin və təhlil (“Lə iləhə illəllah”) deməyin böyük fəziləti vardır.
Həzrət Rəsulullahdan (s) nəql edilir: "Hər kim rəcəb ayında 100 dəfə söyləyə: “Əstəğfirullahəl - ləzi lə iləhə illə huvə vəhdəhu lə şərikə ləhu və ətubu iləyh” və oxuduğu duanı sədəqə ilə xətm edə /sonlandırsa/, Allah Təala da onun durumunu rəhmət və bağışlama ilə xətm edər. Və hər kim (bu zikri) 400 dəfə desə, onun üçün 100 şəhidin savabı yazılar".
Rəcəbin 15-nin gecəsində (14-dən 15-nə keçən gecə) 12 rükət namaz ricaən (qəbul olma ümidi) niyyəti ilə qılmaq bəyənilmişdir;
Rəcəb ayının 15-də qüsl almaq, oruc tutmaq, İmam Hüseyni (ə) ziyarət etmək - bəyənilmiş əməllərdəndir.
Rəcəb ayında çox deyilməsi tövsiyə edilən zikrlərdən: "Əstəğfirullahə və əs-əluhut-təvbəh"
Rəcəb ayının bəzi tarixləri:
Rəcəb ayının 1-i hicri 57-ci il - 5-ci imam - İmam Muhəmməd Baqirin (ə) mübarək mövludu günüdür.
Rəcəb ayının 3-ü hicri 254-cü il - 10-cu imam - İmam Hadi (ə) (Əliyyən-Nəqi (ə)) şəhadətə yetişməsi günüdür.
Rəcəb ayının 8-i hicri 20-ci il - İslam dininin Misirə gəldiyi gündür.
Rəcəb ayının 10-u hicri 195-ci il - İmam Muhəmməd Təqinin (ə) (müsəlmanlar bu mübarək şəxsi, İmam Cavad (ə) adı ilə də tanıyırlar) mübarək mövludu günüdür.
Rəcəb ayının 12-i hicri 36-cı il - Həzrət Əli (ə) Kufə şəhərinə daxil olmuş və buranı xilafətin paytaxtı kimi müəyyənləşdirmişdir.
Rəcəb ayının 13-ü hicrətdən 23 il öncə Məkkə şəhərində, Kəbə evində Əmirəlmöminin Həzrət Əli (ə) dünyaya gəlmişdir.
Rəcəb ayının 15-i, hicri 62-ci ildə Kərbəla həqiqətlərini dünyaya çatdıran, zalım yezid istibdadını öz qəhrəman çıxışları ilə lərzəyə gətirən Həzrət Zeynəbın (s.ə.) vəfatı günüdür.
Rəcəb ayının 19-u, 9-cu hicri ilində, Təbuk qəzvəsi baş vermişdir. Gənc İslam qoşunu, Rum imperiyasının təcavüzünün qarşısını almaq üçün, Rəsuli-Əkrəmin (s) başçılığı altında, Mədinə şəhərindən Ərəbistan yarımadasının şimalınadək yürüş etmiş, İslamın qüdrət və əzəmətini bütün ərəb tayfalarına nümayiş etdirmişdi.
Rəcəb ayının 20-si, 13-cü hicri ilində müsəlman mücahidlərilə Rum imperiyası arasında Yərmuk döyüşü baş vermişdir.
Rəcəb ayının 24-ü, 7-ci hicri ilində, mühüm strateji əhəmiyyətə malik olan Xeybər qalası müsəlmanlar tərəfindən fəth edilmişdir.
Rəcəb ayının 25-i, hicri 183-cü ildə, müsəlmanların 7-ci İmamı - Həzrət Museyi-Kazım (ə), dövrün xəlifəsi qəsbkar Harun-ər-Rəşid tərfindən zəhərlənərək, şəhadətə yetişmişdir. Mübarək hərəmi Kazimeyn şəhərindədir. İmamı (ə) ziyarət etməyə əli çatmayanlar, onun qızlarının Vətənimizdə - Nardaranda və Bibi-Heybətdə olan məqbərələrini ziyarət edə bilərlər.
Rəcəb ayının 27-də, hicrətdən 13 il öncə - Həzrət Muhəmməd ibn Abdullaha(s) peyğəmbərliyin verilməsi günü - Məbəs günüdür. Bu gündə oruc tutmaq çox müstəhəbdir.
Rəcəbin 28-i, hicrətin 60-cı ilində İmam Hüseyn (ə) Mədinədən Məkkəyə doğru hərəkət etmişdir. Bu - Aşura salnaməsi ilə sonlanan, xilafəti qəsb etmiş zalım Yezid (lən) istibdadına qarşı mübarizə hərəkatının başlanğıcı idi. Azsaylı tərəfdarları ilə İslamı yaşadan, zülmə, rəzilliyə "yox!" deyən İmam Hüseyn (ə), bu yenilməz mübarizəsilə misilsiz qəhrəmanlıq məktəbinin əsasını qoymuşdur.
Allahım, bizlərə bu dünyada olan nemətlərdən, imkan və fürsətlərdən axirət rahatlığını qazanmaq üçün istifadə etmək ləyaqətini nəsib et!
Allahım, bizlərə Rəcəb ayını layiqli şəkildə yaşamağı nəsib et! Amin!
Hacı İlqar İbrahimoğlu
Mənbə:Milli.Az
XƏBƏR LENTİ
Göz qripinə diqqət etmək lazımdır!
Koronavirusdan ölmüş din xadimlərini öpmək baha başa gəldi
Məşhur həkimdən koronavirusu asan keçirmək üçün 6 qayda
Yeni Zelandiya və Fici artıq yeni ilə qədəm qoydu
Bekhemdən qəribə istək-FOTO
Qarabaşaq kotleti (foto-resept)
"Gələn il bizi..."
Tüpürcək vəzi iltihabı və müalicəsi
Qara nöqtələrlə mübarizə aparan 4 pilinq (video)
Yeni doğulmuş körpələrdə qusmanın səbəbləri
HAVA necə olacaq? 9-yanvar
Günün ulduz falı
Oyuncaq ustası İrina
Oftalmoloqa müraciət etmək üçün 5 SƏBƏB
Merilin Monronun son fotoları satılacaq
Günəş tədqiqatında NASA Şamaxı rəsədxanasının məlumatlarından yararılanır
Bakıda bir sıra yollar bağlandı
Conni Depp keçmiş yoldaşından 50 milyon tələb edir-SƏBƏB
Metro vaqonlarını okeanın dibinə atırlar
Yeni peyvəndlər bəşəriyyətin pandemiyadan xilası olacaqmı? - ELMİ RƏYLƏR
Saçını boyadı üzü şişdi-FOTO
Uşaqları onlardan uzaq tutun
BMT-dən Qarabağ bəyanatı
Evdəki dekorasiyanı tamamlayan divar kağızları
2020-ci il üçün Bill Qeyts-dən beş kitab tövsiyəsi
Mətbəxdə yeni ideyalar
Çexiya ermənilərə rədd cavabı verdi
Sərt karantinin yumşaldılmasından sonra çimərliklərdə ilk gün - VİDEOREPORTAJ
Qadınlar üçün avtobuslar xüsusi rejimlə işləyəcək
2011-ci ilin yeni gəlinlik modelləri
Bakıdakı üfunət iyinin səbəbi müəyyən oldu - RƏSMİ
Gəlinlər üçün saç modelləri
Prezident İlham Əliyev fəxri adlar verdi
Ramazanın 15-ci gününün duası - İmsak və iftar vaxtı
"Zəhərlənmə mövsümü" gəlir
Qurban kəsilən heyvanın ətini necə bölüşdürmək lazımdır?
Yəhudi icmasından Azərbaycana dəstək BƏYANATI
Demet Özdemir hər kəsi təəccübləndirdi - VİDEO
Bir-birimizə xoş söz deməyin əhəmiyyəti nədir?
Sertap Erenerin TƏNQİD olundu-FOTO
Çavuşoğlu Lavrovla Dağlıq Qarabağ məsələsini müzakirə etdi
Səudiyyə Ərəbistanında işləmək istəyənlər üçün qaydalar asanlaşdırılır
Hansı geyimlərlə incə görünmək olar?
Dərviş Kiyevi partladır və kəsək daşa ağlayanda
Çağatay və Duyğu ilk dəfə yan-yana - FOTO
Oktyabr ayı unikal olacaq
Qaraciyərin yağlanmasına mane olan qidalar
Avtobus sürücülərinə nəzarət gücləndirildi
Sobada toyuqlu bibər dolması (foto-resept)
Badam südü (foto-resept)