İsmayıllıda şosse velosipedinin Olimpiya növləri üzrə Azərbaycan çempionatına yekun vurulub. Son yarış günü yaşı 23-dək olan və Elit kateqoriyasında təmsil olunan velosipedçilər mübarizə aparıblar.
Yarışda Azərbaycan Velosiped İdmanı Federasiyasının nəzdində fəaliyyət göstərən bütün klub və cəmiyyətlərin, o cümlədən kontinental velosiped komandamız "Synergy Baku"nun və milli komandalarımızın üzvü olan bütün velosipedçilər iştirak ediblər. 164 km-lik mübarizənin təxminən 40 km-dən sonra əsas mübarizənin də məhz "Synergy Baku"nun 4 üzvü - Elçin Əsədov, Samir Cəbrayılov, İsmayıl İlyasov və ölkəmizi Rio-2016 Yay Olimpiya Oyunlarında təmsil edəcək Maksim Averin arasında gedəcəyi məlum olub.
Federasiyadan Milli.Az-a daxil olan məlumata görə, ara-sıra hücumları nəzərə almasaq, təxminən 125-ci km-ə qədər bu dördlük lider qrupu olaraq qalan izləyicilərindən xeyli aralanıb. Amma məhz bundan sonra dağlıq ərazidən eniş zamanı Maksim Averin qəfildən irəli şığıyıb və digər 3 nəfərdən uzaqlaşmağı bacarıb. Beləcə, olimpiyaçımız finiş xəttinə qədər digər rəqibləri üçün əlçatmaz olub və 164 km məsafəni 4 saat, 21 dəqiqə, 5 saniyəyə qət edərək ardıcıl 2-ci dəfə qrup ötüşməsi üzrə Azərbaycan çempionu adını qazanıb. Samir Cəbrayılov və Elçin Əsədov çempiona müvafiq olaraq 11 dəqiqə, 51 saniyə və 11 dəqiqə, 53 saniyə uduzmaqla 2-3-cü yeri tutublar.
"Hər şeydən öncə Azərbaycan çempionatı üçün belə maraqlı marşrut seçdiklərinə və yarışı yüksək səviyyədə təşkil etdiklərinə görə federasiya rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Həqiqətən də, marşrut elə idi ki, burada ən müxtəlif taktiki variantları sınaqdan keçirmək mümkün idi. Şadam ki, ardıcıl 2-ci dəfə qrup ötüşməsi üzrə Azərbaycan çempionu adını qazanıram. İnanın ki, bu amil mənim üçün Rio Olimpiadası öncəsi olduqca böyük stimuldur", - deyə Maksim Averin bildirib.
"Yarış öncəsi qarşınıza qoyduğunuz taktiki plan nədən ibarət idi?" sualını isə Averin belə cavanlandırıb: "Əsas istəyim finişə bir xeyli qalmış hücuma keçmək və rəqiblərimdən aralanmaq idi. Amma bu alınmasa, qrupla finişə yaxınlaşmaq və sprint etmək kimi ehtiyat variantı da düşünmüşdüm. Şadam ki, məhz nəzərdə tutduğum planı həyata keçirə bildim".
Qeyd edək ki, qrup ötüşməsindən 2 gün öncə fərdi ötüşmə üzrə yarışlar da keçirilib və burada Maksim Averin 35 km məsafəni 48 dəqiqə, 50 saniyəyə başa vurmaqla 2-ci olub. Bu növdə Azərbaycan çempionu adını 47 dəqiqə, 43 saniyə göstərici ilə Elçin Əsədov bayram edib. Samir Cəbrayılov isə sıralanmada 3-cü olub - 49 dəqiqə, 33 saniyə. Yarışın nəticələri Beynəlxalq Velosipedçilər İttifaqının idmançılar üçün müəyyənləşdirdiyi reytinq cədvəlində nəzərə alınacaq.
Milli.Az
XƏBƏR LENTİ
Koronavirusun təcili müalicəsi vacibdir - Sübut edildi
ABŞ-da 112 illik temperatur rekordu vuruldu
Feysbuk-da səsli köməkçi
Evlilikdən sonra sevgi azalır?
Dazlaşma problemi olanlar, çarə tapıldı
Qanvermə aksiyası başa çatdı
Qabil Hüseynli: "Ərdoğan öz əkdiklərini biçməkdədir"
2,5 milyon uşaq Ebolaya yoluxa bilər
Onların sayı 70,4 milyona çatacaq
Kişi kollektivində davranış
ABŞ-da Zika virusu daşıyıcıları artıb
"Barsa"nın əfsanəvi kapitanından bədbin açıqlama
Azərbaycan efirində rekord
Bu lampalar əslində xərçəng daşıyıcısıdır
Ağızla eşidə biləcəyik
2013 Qızıl Qlobus mükafatında ulduzların geyimləri
Fermadakı köhnə maşınlar əsl xəzinə imiş
Məsləhət istəyirəm
Şirin xəmirdən hazırlanan tortlar
Ərdoğandan Vaşinqtona xəbərdarlıq
Beren Saatdan gözlənilməz gizli eşq etirafı - Mən idim...
“BTS”-in onlayn konserti olacaq
Məşhur aparıcı komaya düşdü-SƏBƏB/FOTO
Qadının əməli hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Günün ulduz falı - 04.09.2013
Gözəllik ondur,doqquzu dondur
Laçın rayonunun işğalından 26 il ötür
Yeni eynək trendi; cat eye
Məktəbəhazırlıq qruplarına son qeydiyyat tarixi açıqlandı
Bu gün niyyət axşamıdır - Ramazan təqvimi - FOTO
DİN vətəndaşlara müraciət etdi
Yeni ilə indidən hazırlaşın
Yuxu yozmaları gərçəkdirmi?
İşləmək istəyirsiniz?
Uşaqlarda D Vitamini
Piroq
“TRT”yə açıqlaması ilə məşhurlaşan şəxs Qarabağ qazisi imiş: Ürəyində düşmən gülləsi ilə yaşayır - VİDEO
Növbəti erməni yalanı ifşa edildi
Whatsapp-dan unikal yenilik
Ermənistandan Azərbaycana avtomobil yolu çəkilir
Türk dizayner Ferrari 458 İtalia-nı dəyişdirir
Əmək pensiyasının minimum məbləği artırıldı
Çox pul gətirən yeni işlər
Hazal Kaya Alinin ikinci evliliyi imiş-FOTO
127 kq arıqladı, ölümdən qurtuldu - FOTO
Qadın.netin "xarici" xanımları (IV hissə)
Qonaq otağı dekorasiyası
Günün ulduz falı
Meksika naxışları tortlarda
Təhsil İdarəsindən rus bölməsi üzrə məktəbəhazırlıq qruplarına qəbulla bağlı AÇIQLAMA