
Uşaq psixoloqu Aytən Mirzəyevanın sözlərinə görə, uşaqlar xüsusilə də adaptasiya dövrlərində stress keçirirlər. Belə ki, uşaqlar uşaq bağçasına gedəndə, ailədə söz-söhbət olanda, xəstələnəndə, məktəbə getməyə başlayanda stressə məruz qalırlar. Valideynlər adətən uşaqların stress keçirdiyini anlamırlar. Onlar uşaqda baş verən dəyişiklikləri ya onun şıltaqlığı, özünü pis aparması, ya da səhhətində yaranan problemlərlə bağlayırlar. Lakin müsahibimiz deyir ki, bəzi əlamətlərə görə valideynlər uşağın stress keçirdiyini başa düşə bilərlər. "Uşağın əhvalının bir gün pis olması normal haldır, amma bu, həftələrlə və ya aylarla davam edirsə, üstəlik uşaq yemək də yemirsə, demək, stress vəziyyətindədir".
Uşaqlar qorxu hissinə görə də stress keçirə bilərlər. Məsələn, ailələrin əksəriyyətində uşağı "xoxan"la qorxudurdar. Buna görə stressə düşən uşaq gecə "xoxan"lar barədə düşünərək yata bilmir. Ümumiyyətlə, stress keçirən uşaqların davranışı normal davranışdan fərqlənir.
Psixoloq bildirib ki, uşaq stress yaşayırsa, bunun səbəbini öyrənmək lazımdır: "Uşaqların stressə qarşı reaksiyası müxtəlif yaş qruplarına görə fərqlənir. 2 yaşına qədər olan uşaqların yuxusu pozulur, əsəbiliyi çoxalır, yemək yeməkdən imtina edir. Stressin səbəbi xəstəlik, yaxın adamlarla ayrılıq, rejimin pozulması, valideynlərin stress keçirməsi ola bilər. Bu yaşda olan uşaqları stress vəziyyətindən uzaqlaşdırmaq üçün onlarla oyun oynamaq lazımdır. Yaxşı olar ki, valideynlər uşağı başqa adamla qoyanda sevdiyi oyuncaqları uşağın yanında saxlasınlar".
2 yaşından 5 yaşına qədər uşaqlar stress keçirəndə aqressiv davranmağa başlayırlar. Mütəxəssis bildirir ki, bu dövrdə uşaqlarda əhvalın qəfil pisləşməsi müşahidə olunur və uşaq bununla mübarizə apara bilmir: "Stress bu yaşda olan uşaqlarda kəkələmə, hipeartivlik də yaradır. Uşağın stresə düşdüyünü göstərən əlamətlərdən biri isə onun tez-tez ağlamasıdır. Bu yaşda olan uşaqlar danışa bilsə də, hisslərini bölüşə bilmirlər. Uşağın nəyə görə stress keçirməsini öyrənmək üçün onun oyuncaqlarla nə danışdığına fikir vermək lazımdır. Oyuncaqlarla oynayarkən uşaqlar daha səmimi olurlar və böyüklərə demədiklərini oyuncaqlara deyirlər. Uşağı stress vəziyyətindən çıxarmaq üçün parlaq və rəngarəng qələmlərlə rəsm çəkmək də olar. Qışqırmaq da stressi aradan götürür. Uşağa küçəyə çıxıb qışqırmağı təklif edin. Ümumiyyətlə, uşaqlıq xoşbəxt keçsin deyə uşağı tez-tez qucaqlamaq, əzizləmək, onunla söhbət etmək lazımdır".
Uşaq televizora çox baxanda da stress keçirir. Gün ərzində heç olmasa bir neçə saat uşaq sakitlikdə qalmalıdır. Bu zaman o, kitabda şərkillərə baxa, oyuncaqlarla oynaya bilər.
5 yaşdan yuxarı olan uşaqlar stress keçirdiyi üçün özünə qapanır, həmyaşıdları ilə ünsiyyətdən qaçır və sakit olurlar. Bir qrup uşaqlar isə stressə görə özünü pis aparır, əsəbi olur, isterik hallar yaşayır, özünə nəzarəti itirir və qəfil xırda şeylər üstündə qəzəblənir. Bu cür uşaqlar "çətin uşaqlar" adlandırılır. Uşaq uzun müddət stress vəziyyətində olanda bu, özünü onun səhhətində də göstərir. Uşaqlarda qıcolmalar, tiklər, saçlarını barmaqlaırna dolama və ya udma halları müşahidə olunur.
Müsahibimizin sözlərinə görə, uşaqlarda stressin ən geniş yayılmış səbəblərindən biri də valideynlərin boşanmasıdır. Valideynlər bunu yaşayırlarsa, uşağa qarşı çox diqqətli olmalıdırlar. Belə ki, uşağın ana və atası ilə bağlı dünyası bölünməyə başlayır. Stress nəticəsində uşaqlarda baş ağrıları olur, gecə dəhşət yuxuları görürlər. Bəzi uşaqlar təhlükəli vəziyyətlərə can atırlar ki, bu da onların xəsarət alması ilə nəticələnir. Stress həm də müxtəlif növ zədələrə, təhlükəli hadisələrə görə də ola bilər.
5 yaşdan 10 yaşa qədər uşaqlar stress keçiribsə, onlarda səbəbsiz ağrılar, qusma, səbəbsiz qorxular, əsəbilik müşahidə olunur. Uşaqlar məktəbə getməkdən və dostları ilə oynamaqdan da imtina edə bilərlər. Belə uşaqlar dərslərində geri qalır. Bu dövrdə uşaqların stress keçirməsinə həmyaşıdları ilə münasibətlərdə, məktəbdə problemlər ola bilər. Bu dövrdə uşağı stress vəziyyətindən çıxarmaq üçün rollu oyunlar oynamaq, fiziki məşğələlər kömək edə bilər.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
"Sen anlat Karadeniz" yeni sezonun tanıtım çarxı yayıldı
Riqada 7 rayon qaytarıla bilər
Met Qalanın bu günə kimi ən yadda qalan geyimləri
Bu gün köhnə Yeni ildir
Məşhur cütlük AYRILDI
Qadın şəkilli dollar...
Cavanlar üçün dəri baxımı tövsiyələri
Əfsanəvi maşın geri qayıdır
Azərbaycanda məktəb açılışında şagirdlərə verilən çantalar əllərindən alınıb? - RƏSMİ AÇIQLAMA
Tənbəlliyin səbəbləri
Aktrisanın yalanı üzə çıxdı-FOTO
BDU-dan karantinə alınan çinli tələbə ilə bağlı - Açıqlama
Xoşbəxt olmaq istəyirsiz?
Almalı şirniyyat (foto-resept)
Uşaqların sosial-psixoloji inkişafı-1
Ürək xəstəliklərindən qaynaqlanan nəfəs darlığı
Özkan Uğur əməliyyat olundu-FOTO
Günün ulduz falı
Südlü göbələk şorbası
Cavanlaşma resepti
Bakıda yağış, rayonlarda 35 dərəcə isti gözlənilir
Xəyallarımızdakı evlər
COVİD-19 testinin maya dəyəri açıqlandı - RƏSMİ
Elmira Süleymanova "Şərəf" ordeni ilə təltif edildi
Dövrümüzün "onurğa sütunu" problemi
60 il sonra yenidən gəlinlik geyindi
Cim Kerri ABŞ-ın yeni Co Baydeni olacaq
“Sefirin kızı” “Çukur”u geridə qoydu
Avropada daşqınlar həyatı iflic edib
Hamiləlikdə cinsi istəksizliyin 10 səbəbi
Kartof suyunun faydaları
İspaniyadan ermənilərə tərs şillə
Düşmənin yüksək rütbəli zabiti məhv edildi - RƏSMİ
Beren Saat həftəyə 200 min qazanır
Bu qız hər gün Xəzər dənizində çimir: Yay-qış fərq etmir-FOTO
Bakı Dövlət Sirki köçür?
Ermənistan ordusu: biri vuruldu, 11-i qaldı
Şuşada DTX-nin yeni inzibati binasının açılışı oldu - VİDEO
Elektrik enerjisi artıq qalıb? – Qonşuya sat
Hörüklü saç modelləri
Yayın trendi; həsir çantalar
Ağ saçları aradan qaldıran içki
Günün qoroskopu: yaranan problemləri sürətlə həll etməyə çalışın
2 yaşlı qız qəribə hərəkəti ilə güldürdü
Zukerberqə "Qurani-Kərim" təklifi
Siyəzən dağılıb
Ronaldonun 3 "Qızıl buts"u oldu
Ermənistan ordusunun cəbhə xəttində təxribatı davam edir
Ağ çayın faydaları
Hərbi qulluqçuların maaşları artırıldı - SƏRƏNCAM















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]