Onurğa orqanizmin, bədənin şah sütunudur. Onu asanlıqla qırmaq, zədələmək olmur. Amma həyatımız boyu gündəlik vərdişlərimiz fikir vermədiyimiz halda onurğamızı sıradan çıxarır. Bunlardan biri məsələn oturaq iş, maşın və kompüter asılılığıdır.
Onurğa və ətrafının ağrıları məhz 70% hallarda neqativ vərdişlərdən qaynaqlanır. 10 il ərzində onurğanı çökdürən 5 səbəbi təqdim edir:
1.İş yerində fasilə verməmək, oturmaq, hərəkətsizlik
Mütəxəssislər bildirir ki, gənc yaşda onurğa problemlərinin başlanması məhz müasir iş şəraiti, şəhər həyatı ilə bağlıdır. Komputer arxasında iş 40 yaşından sonra insanın bel və boyun ağrılarına səbəb olur. Həyat keyfiyyətini aşağı salır, psixika və sinir sistemini pozur.
Oturaq iş fəqərələrarası diskləri sıxır, ostexondroz yaradır, insanda xroniki gərginlik yaradır.
Oturaq işdə çalışanlar hər 1 saatdan bir gəzişməyi, bir kənarda onurğa dartınmaları etməyi hər gün həyata keçirməlidir. Xüsusi məşqlər, hərəkətlərlə onurğanı bir pozadan çıxarmalıdırlar.
Əgər insan onurğa və belində kiçik diskomfort və ağrını ilk başdan görməzdən gəlməsə, onurğanın gələcək degenerasiyasının, yırtıq və iltihabının qarşısını alar.
1 saatdan bir yerindən qalxıb, gəzişmək, ayaq, qolları hərəkət edirmək, oturmaq, qalxmaq faydalıdır.
2.Hündürdaban və narahat ayaqqabı
Daha çox qadınların onurğasını çökdürən bu səbəb şpor, barmaqda şişlər, sümük çıxması, gizli çat, sinirlərin sıxılması, ayaqlarda ağrı, keyimə, onurğanın əyilməsinə səbəb olur. Yadda saxlayın ki, hündürdabanda gündə 2 saatdan artıq gəzmək olmaz.
Bu, onurğa beyində təzyiq yaradır, təbii qaməti pozur, onurğa maye dövranını ləngidir.
Qadın yaşlandıqca, artıq 40 yaşından bel, onurğa ağrıları başlayır.
Ona görə günün əsas saatlarını idman üslubunda və dabanı kiçik ayaqqabı seçin. Qeyd edək ki, çox hamar, dabansız və baletka deyilən ayaqqabılar da onurğa üçün ideal deyil. Ən yaxşısı 3 sm-lik hündülükdə ayaqqabı, krossovkalardır. Ayaqqabını heç vaxt yalın ayağa geyinməyin, mütləq corab olmalıdır.
3.Yuxusuzluq, sutkalıq ritmin pozulması
Britaniya alimləri bildirir ki, onurğa disklərinin hüceyrələrinin canlılığı insanın stabil sutkalıq ritmindən çox asılıdır. Gecə növbəsi, gecə həyatı, yuxusuzluq, gecələr rahat yatmaq əvəzində oturmaq diskləri yeyir, amartizator funksiyasını azaldır, xroniki iltihab yaradır, yırtıq və ağrıları artırır.
Ümumiyyətlə, onurğa uzanılı vəziyyəti sevir. O, günün 10 saatını bu vəziyyətdə olmalıdır.Hər gün eyni vaxtda yatağa girmək, yatmaq, dincəlmək, yaxşı yuxu gənclikdən vərdişiniz olmalıdır. Yata bilməmək birinci düşməninizdir. Yuxu pozğunluğu varsa mütləq nevroloqla bunu həll edin.
4.Hərəkətsizlik iltihab yaradır
ABŞ mütəxəssisləri bildirir ki, gənclər nə qədər fiziki aktivliyini azaldır, bir o qədər əzələləri zəif olur. Bu da onurğada iltihabı prosesi artırır. İdman, qaçış, adi məşqlər, hərəkətlər onurğa kanalı boyu qan dövranını artırır, əzələləri möhkəmlədir.
Onurğanı saxlayan həm də ətraf əzələlərdir. Oturub qalxmaq, müəyyən qədər ağırlıq qaldırma, press hərəkətlər 15 yaşından həftəlik normanız olmalıdır. Yox əgər artıq onurğada ağrı, problem varsa, özbaşına idman, üzgüçülük olmaz, mütləq həkim və məşqçi lazımdır.
5.Qeyri-sağlam qidalanma
D vitamini, maqnezium, sink, kalsium çatışmazlığı onurğanı sıradan çıxarır. Çünki fəqərələr bu vitaminlərlə qidalanır. Bunların defisiti osteoporoz yaradır, sümüklərin möhkəmliyi itir, fəqərələrin sıxlığını azaldır.
Siz kalsiumu süd məhsulları, sümük, küncüt, qoz, hind quşu əti, tərəvəz-meyvələrdən qəbul edin. Trans yağ və palma yağ tərkibli qidalardan uzaq durun.
Eləcə də siqaret, içki, beyin gərginliyi, zehni iş, stress onurğada gərginliyi artırır, onun işini pozur.
Medicina.az
XƏBƏR LENTİ
Düzgün qidalanma haqqında 8 qayda
Xudaya yar olan şəhidimiz - VİDEO
Səudiyyə Ərəbistanında anasına əl qaldıran oğlun dişini çıxardacaqlar
Məşhur şəhərə Putinin adı veriləcək?
İmtahanla bağlı yenilik
Hamiləlik etirafı
Nazirlikdən "Son zəng" açıqlaması
Baş qəhrəmanlarından biri haqqında məyusedici QƏRAR
Beren Saatın arıqlığı hər kəsi heyrətləndirir-FOTO
Göldə əjdaha iddiası: "Boz rəngdə idi, suyun üzünə çıxdı..."
Bunlar qadın sağlamlığını korlayır!
Azərbaycanın şimalı şaxtalı iflic vəziyyətində
Pijama modelləri
Saçlarınıza zərər verməyin
Qeyri-adi vərdiş-Solaxaylıq
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 143 yeni yoluxma
Sərnişinin görünüşü hər kəsi güldürdü - FOTO
Cüneyt Arkın məşhur serialda
Azərbaycanda əhalinin sayı 1 milyon 916 min 500 nəfər artıb
Gülməli heyvanlar (son)
Bu da kəndlərimizin yeni adları
Bu ilin dəbi: Şortikli kostyumlar
Bakı Metropoliteni yeni iş rejiminə keçəcək
Çinli turistləri sirkdən qovub birbaşa karantinə göndərdilər
Günün ulduz falı
Çaylı keks
Azərbaycan etiraz məktubu göndərdi
Rusiya cəbhədə baş verənlərə münasibət bildirdi
Cəbhədə atışma oldu
Qadın.Netlə birlikdə hamiləlik (28-ci həftə)
Deputat: "İdmançılarımızda dopinq aşkarlanması təzyiq vasitəsi ola bilər"
HAVA necə olacaq?
Əhvalı yaxşılaşdıran idmanlar
Ronaldonun sevgilisi DİQQƏT ÇƏKDİ-FOTO
Reanimasiyada olan xəstələrin sayı azaldı
"Qalatasaray" öz meydanında coşdu, Droqba sıradan çıxdı
Düşündürücü sözlər
Günün qoroskopu: intriqaya aldanmayın
Dəbli görünmək üçün 5 tövsiyə
Culiya Roberts kimi yaşlanmağa qalib gəlin
Bakıda 53 min avroluq yarış, giriş pulsuzdur
Yaralı barmağa "dolama"
Sevgilisi olmayanlara şad xəbər-"Facebook"dan möhtəşəm Yenilik!
Məşhur aktyorların arasını vurdular-SƏBƏB
Milli komandamızın baş məşqçisi əcnəbi oldu
Arif Quliyev orduya yazıldı
Sağ qalmaq üçün bunları etmək şərtdir
Körpələr musiqini necə anlayır?
Xaş-xaşlı tort (foto resept)
Xoşladığımız yeməklər və xasiyyətimiz