1. Saat 16.00-ya qədər yeyilən yağlı yeməklər köklüyə səbəb olurmu?
Əgər yağlı yemək yeyəcəksinizsə, bunları axşama qədər yeməli və ya tibbi dildə desək,yandırmalısınz. Çünki,gecə yediyimiz yağlı yeməkləri yandırmaq mümkün deyil və üstəlik,bu yeməklər orqanizmimiz tərəfindən yenidən yağa çevrilir.
2. Səhər yeməyində istədiyimiz hər şeyi yeyə bilərikmi?
Səhər yeməyi də digər yeməklər kimi kalori baxımından məhdud olmalıdır.Yəni səhər yeməyidir deyə, istədiyimiz kimi yağ çəkilmiş dörd dilim çörək, ya da yağda bişirilmiş dörd ədəd yumurta yeməməliyik.
3. Deyirlər ki,pəhrizdən sonra insan daha tez kökəlir, bu nə qədər doğrudur?
Əgər pəhriz menyusunda çox "qadağa" varsa, normal menyuya keçdikdə kökəlməyə səbəb ola bilər. Ancaq bu pəhriz sizin qidalanma vərdişinizin dəyişməsinə xidmət edirsə,sonra kökəlməyinizdən heç bir söhbət gedə bilməz.
4. Verdiyimiz çəkini yenidən almamaq üçün artıq çəkidən tədricən xilas olmalıyıq. Bu doğrudurmu?
Bəli,çox sürətlə verdiyiniz çəkini çox sürətlə də ala bilərsiniz. Buna görə də mütəxəssislər uzunmüddətli pəhrizlər üçün həftədə 1 kiloqramdan artıq arıqlamamağı məsləhət görürlər.
5. Hər gün bir yemək vaxtını "ötürmək" arıqlamağa səbəb ola bilərmi?
Xeyr, əgər pəhriz saxlayırsınıızsa, siz bununla kalori itirmənizə səbəb olacaqsınız, həzm prosesini də "oyundan çıxaracağınızı" unutmamalısınız. Üstəlik,əgər hər gün bir yemək vaxtını ötürsəniz ,sonrakı yeməkdə daha çox yeyəcək və beləliklə də arıqlamış yox, kökəlmiş olacaqsınız.
6. Çörək köklüyə səbəb olurmu?
Çörək də digər qidalar kimi çox yeyildikdə köklüyə səbəb olur.Buna görə də gündə orta hesabla 4-5 nazik dilimdən çox çörək yeməməli və bu çörəklə birlikdə yediklərinizə diqqət yetirməlisiniz.Unutmayın ki,çörəyi menyudan çıxarmaq o qədər də asan məsələ deyil.
7. Zeytun yağının kalorisi aşağıdır, bu doğrudurmu?
Hər şeydən əvvəl unutmayın ki, tibbdə "yüngül yağ" deyilən bir məfhum yoxdur. Bütün yağların 100 qramında orta hesabla 900 kalori mövcuddur.Ancaq bəzi yağlar o biri yağlardan daha faydalıdır. Bu yağların siyahısında birinci yeri zeytun yağı tutur.
8. Alma yemək iştahı azaldırmı?
Alma da eyni ilə yerkökü kimi kiminin iştahını azaldır, kiminin iştahını artırır.Ancaq almadakı C vitaminini də unutmamalısınız.
9. Duzsuz yemək arıqlamağa səbəb ola bilərmi?
Bir qədər duz insan orqanizmi üçün zərərli deyil, əksinə, faydalıdır.Əgər duzdan həddən artıq istifadə edirsinizsə, təbii ki, duzun miqdarını azaltmalısınız. Çünki, duz orqanizmdə suyun tutulmasına səbəb olur.Əgər həkim məsləhəti yoxdursa, duzu tamailə kəsmək də doğru deyil. Əgər duzsuz qalsanız, orqanizminizin su itirməsinə səbəb olacaqsınız, yağ itirməsinə yox.
10. Deyirlər ki, ildə iki dəfədən çox pəhriz saxlamaq olmaz, bu həqiqətə uyğundurmu?
Ən doğrusu, həyatımızda bir dəfə "pəhrizə" başlamaq və həyatımız boyu bu pəhrizi tərk etməməkdir.Düzgün pəhriz həm də düzgün vərdiş əldə etmək üçün yaxşı fürsətdir.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Möhtəşəm ziyafət çantaları
Qış gəlinləri üçün xüsusi gül buketləri
Aydilge 35 kq-lıq gəlinlik geyinəcək-FOTO
ÜST-dən qarşıdakı iki ay üçün koronavirusla bağlı qorxulu proqnoz
Bulvarda yeni atraksionlar
Meymun aparıcının üstünə cumdu-VİDEO
Rusiya alimləri mümkünsüzü mümkün etdilər
Ağıllı fincan hazırlanır
İncə bədənli xanımlar necə geyinməlidir
Təcrübəsiz sürücülərə məsləhətlər
Jennifer Lopez yeni klipini təqdim etdi
Türkiyədə evdən çıxmaq qadağan olundu
Çində robotlar arasında mübahisə düşdü - VİDEO
Oğlu İbrahim Tatlısəsi ifşa etdi - FOTO
Türkiyədə karantin yenidən SƏRTLƏŞDİRİLDİ
Sevdiyin yeməklərlə pəhriz saxla
Ermənistan Kürə zəhər axıdır
Həftənin ilk iş günü hava necə olacaq?
Sərnişin təyyarəsi yerə çırpıldı: alov bürüdü - VİDEO
Roma Papası qondarma “soyqırım” tədbirlərinə qatılmayacaq
Nazirlikdə işləmək istəyənlər imtahan verdi
"Qalatasaray" Türkiyədə ilkə imza atdı
Yeni silahlar Qarabağa yerləşdirilir
Koronavirusu aşkar edən “ağıllı” üzük yaradıldı
Pilates haqqında doğru bildiyimiz yanlışlar
Ağızda əriyən limonlu tort (foto resept)
Apple Çində lider mövqedədir
Bu da internetlə bağlı statistika
Qızcığazlar və gəlinciklər
Erməni nazir CNN-in sualları qarşısında aciz qaldı - VİDEO
Ayaqqabılar haqqımızda nə deyir?
Bakıda Avropa Olimpya komitəsinin 5-ci iclası keçırılıb
30 ildir özünü korluğa qoyub: "Salam verməkdən bezdim"
Məşhur futbolçu ebolaya yoluxub?
Ledi Qaqa bu dəfə də TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Gənc xanımlar üçün donlar
Trampın sükutu erməniləri narahat edib: “Heç olmasa bir “tweet”…”
Qeyri-adi sırğalar
Günün ulduz falı
Kürk geyindiyi üçün təhqir olundu-FOTO
Mehmet Ali Erbil 225 gündən sonra evə qayıdacaq
Məşhur aktrisa prokurorluqda -FOTO
Milli Şuradan istefalar gözlənilir
Məhəmməd Əlinin oğurlanmış əlcəyi tapıldı - FOTO
Yer üzünün ən gözəl qızları - FOTO
Sızanaqlar üçün 3 maska
Aclıq güc gələndə...
Azərbaycanın kino tarixində ilk
Tərəvəzli krep (foto-resept)
Saç düzümləri
- ŞƏRHLƏR