BSU-dan AZƏRTAC-a bildiriblər ki, mühazirədə universitetin müəllimləri və tələbələr iştirak ediblər. Tədbirdə BSU-nun rektoru, professor Asif Hacıyev A.Nesterovun Ural Federal Universitetində azərbaycanşünaslıq üzrə elmi araşdırmalara və azərbaycanşünaslığın tədrisinə, bu sahədə azərbaycanlı və rusiyalı gənc tədqiqatçıların elmi işlərinə rəhbərlik etdiyini diqqətə çatdırıb. Rektor BSU-nun bu universitetlə bir sıra müştərək layihələr həyata keçirdiyini məmnunluqda qeyd edib.
Görkəmli tarixçi alim mühazirəsində bildirib ki, tarix qədim zamanlardan siyasi məqsədlər, dövlətlərarası məsələlərin həlli, ərazi iddiaları, tarixi şəxsiyyətlərin və mədəniyyət abidələrinin milli mənsubluğu barədə iddiaları əsaslandırmaq üçün istifadə olunub. Bütün bunlar çox vaxt tarixi faktların saxtalaşdırılmasına gətirib çıxarıb. Hazırkı dövrdə də tarixdən müəyyən siyasi, ərazi iddialarını təmin etmək üçün qərəzli şəkildə istifadə olunur. Bu cür tarixi falsifikasiyanın bariz nümunəsi kimi professor A.Nesterov Azərbaycana dair həqiqətlərin ermənilər tərəfindən geniş şəkildə saxtalaşdırılmasını göstərib. Rusiyalı alim bildirib ki, Qarabağ, o cümlədən Azərbaycanın digər əzəli ərazilərinə dair ermənilərin yürütdüyü torpaq iddiaları tamamilə əsassızdır. Qeyd edilib ki, ermənilər azərbaycanlılara qarşı öz əsassız ərazi iddialarını əsaslandırmaq üçün real həqiqətlərin üstündən keçir, Azərbaycana aid tarixi faktları saxtalaşdırırlar. Tarixi Azərbaycan torpaqlarında yerləşən və azərbaycanlılara məxsus qədim abidələri öz adlarına çıxır, tarixdə olmayan faktlar uydurur, gerçəklik barədə susur, tarixə süni əlavələr edirlər. Ermənilər bu gün də tarixi faktlar və müasir proseslər barədə beynəlxalq aləmdə yalan məlumat yaymaqda davam edirlər.
A.Nesterovun sözlərinə görə, tarixi həqiqətlərin bu cür saxtalaşdırılmasının qarşısını almaq üçün mübarizə aparılmalıdır. Azərbaycanlı mütəxəssislərin və obyektiv elmi mövqedə olan xarici alimlərin müştərək tədqiqatlar aparmasının vacibliyini vurğulayan rusiyalı alim Ural Federal Universiteti ilə BSU alimlərinin bu istiqamətdə apardıqları birgə tədqiqatları elmi əməkdaşlığın uğurlu nümunəsi kimi səciyyələndirib.
Sonda müəllim və tələbələrin suallarını cavablandıran qonaq universitet kollektivinə uğurlar arzulayıb, konfransın yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Ən varlı model daş-qaş alarkən görüntüləndi-FOTO
"Dolce & Gabbana"dan yeni kolleksiya - FOTO
Prezidentin köməkçisi xarici diplomatlarla Tərtər və Ağdamda
Britaniyanı qarışdıran gülməli hadisə
ÜST koronavirusu pandemiya elan etdi
Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ: imtahanlar başlayır
Meqan Markl vƏ kraliça Yelizaveta ilk rəsmi səfərdə-FOTO
Bağçalarda uşaqlar yaş həddinə uyğun qidalanmır - HESABAT
“Ələkbər əmi”nin nağılı
Dünyaya sərt mesaj verdi
Buse Varolun geyimi tənqid olundu-FOTO
Məşhurlar makiyajsız necə görünür?
Alimlər insanı nəyin çirkin göstərdiyini açıqladı
Qız Qalasında “Bakı-2015”lə bağlı şou
Mətbuat Şurası cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı
Şevval Şahinə sevgilisindən 120 minlik hədiyyə
Əllərinizə qulluq
Məşhur tərzi: Kate Middleton
Qadınlar hansı yaşda xoşbəxt olurlar
Ramazanın 6-cı gününün duası
Bakının yeni dərdi - sərxoş qadın sürücülər
Qarabağda ildırım sürətli müharibə
Putin: “Rusiya sülhməramlıları vəziyyəti sabitləşdirmək üçün əllərindən gələni edirlər” - VİDEO
Ancelina Colinin uşaqları əlindən alına bilər-FOTO
Sevişmə sonrası qadın olmadım mən!
Məlumatları necə qoruyursunuz?
"Fənərbağça"nın oyunçusu "Dinamo"nun baş məşqçisi oldu
Keyfiyyətli insan və cəmiyyət
Güzəştli mənzil almaq istəyənlərin NƏZƏRİNƏ
Batil əqidəni yayan kitabların satışı və tədrisi ilə nə etməli?
"Atiye"nin baş qəhrəmanı bu xanımla evlidir-FOTO
Bu qışın dəbi: Fəxriyyə Xələfovadan məsləhətlər
Parazitlər artır, həkimlər azalır?
Meyvələr haqqında gələn xəbərlər-III hissə
Məryəm Uzerli son görüntüsü ilə hamını heyrətləndirdi-FOTO
Deputat 190 manatla bağlı nazirə müraciət etdi
Ərdoğan Azərbaycana gəldi
Hülya Avşar FOTOsu ilə diqqət çəkdi
Mübarizsiz 10 il...
İsrail səfiri: "Bakı-2015 Avropa Oyunları brendə çevriləcək"
Yorğunluğa son
Nəyə sıx bağlısınız?
Qızılı sevən, siyasətdən qaçan, vətəni olmayan adamlar...
Şəhid atası: “Gözümün ağı-qarası bir oğlum vardı”
Məcburi köçkünlərə xəbərdarlıq edildi
Sürücülər üçün vacib xəbər: mobil telefonda anti-radar
Təkər, Lada adını qoymaq istədilər-FOTO
Yatdığı yerdə sərvət qazanan bloger-FOTO
Millimiz İndoneziyada 9-cu medalını qazandı
Qiyməli gül kələmi (video-resept)