Mətbuat Şurası Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı məlumat yayıb.
Şuradan verilən məlumatda deyilir:
"Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində 2020-ci il iyulun 13-nə keçən gecədən Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması və bu xüsusda hərbi əməliyyatların davamlı xarakter alması Azərbaycan mediasına, ümumən ölkəmizin informasiya məkanına təsirsiz ötüşməyib.
Belə ki, aparıcı, ictimai rəyə təsir göstərən kütləvi informasiya vasitələrimiz cəbhədə baş vermiş olaylara daha çox diqqət yetirib və yetirməkdədir. Onlar əsasən rəsmi məlumatların yayılmasına üstünlük verir, yaxud əldə etdikləri bilgilərin rəsmi təsdiqinə nail olurlar.
Ancaq təəssüflə onu da bildirməliyik ki, cəbhə xəttində yaşanan gərginlik müəyyən KİV-lər, eləcə də sosial şəbəkə profilləri tərəfindən spekulyasiya predmetinə də çevrilməkdədir. Bəzən mövcud müstəvidəki bir sıra paylaşımlarda və təqdimatlarda əsl həqiqətlər təhrif olunmaqla Milli Ordumuzda guya kütləvi tələfat olduğuna dair fikirlər qabardılır, insanlarda ruh düşkünlüyü yaradılmasına cəhd göstərilir, dövlətimizə və ordumuza qarşı inamsızlıq aşılanır, habelə digər siyasi motiv daşıyan fikir və düşüncələr dövriyyəyə buraxılmaqla respublikamızdakı asayiş və əminamanlıq mühiti şübhələndirilir.
Azərbaycan Mətbuat Şurası bütün KİV-ləri, media, jurnalistlik fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxsləri durumun ciddiliyini nəzərə almağa çağırır. Bunun üçünsə rəsmi məlumatlara istinad mütləqdir.
Jurnalistlər ictimai fikir daşıyıcılarıdırlar və sosial şəbəkələrdə kifayət qədər izləyiciyə malik olduqlarından, yaydıqları bilgi cəmiyyətdə dəqiq informasiya kimi qarşılanır. Hər bir media təmsilçisi bu amili ciddi şəkildə nəzərə almalıdır. Həmkarlarımız daxil olan bilgilərə şübhəli yanaşmalı, dəqiqləşdirmələr aparmalı, elə mövqe tutmalıdırlar ki, paylaşımları çaşqınlıq, qeyri-müəyyənlik yaratmasın. Azərbaycan Mətbuat Şurasının gözləntisi budur.
Onu da bildirməliyik ki, erməni xüsusi xidmət orqanlarının təmsilçiləri müxtəlif sosial şəbəkə profillərində cəbhədəki vəziyyətlə əlaqədar həqiqəti əks etdirməyən fikirlər paylaşırlar. Bəzən bu fikirlər azərbaycanlı adı daşıyan profillər vasitəsilə yayılır. Bilməyərəkdən, hisslərə qapılaraq bu paylaşımlara istinad edən KİV-lər və jurnalistlər də var. Hər bir halda məsələ ən azı qeyri-peşəkarlıqdır. Ancaq nəzərə alaq ki, burada hüquqi zəmində diqqət yetirilməli cəhətlər də meydana çıxa bilər. Jurnalistlər bunu da düşünməlidirlər.
Azərbaycan Mətbuat Şurası bütün bunları nəzərə alaraq bir daha kütləvi informasiya vasitələrinə, ümumən jurnalistlərə müraciət edərək onları yaranmış durumun həssaslığını peşə prinsipləri baxımından qiymətləndirməyə, operativ informasiya vermək istəklərini dəqiqlik tələbilə uyğunlaşdırmağa çağırır".
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Görünməmiş möcüzədir qadınlar
Azərbaycanda bütün iri ticarət mərkəzləri və “Mall”lar bağlandı - RƏSMİ + VİDEO
Kredit borcunu ödəməyənləri hansı cəzalar gözləyir?
8 mart günü Parisdə Şəki kələğayısı təqdim olundu
Bakı küləyi özü ilə "donuz qripi" gətirib? - Şəbəkə nağılları
Ailə insana nə üçün lazımdır?
İndoneziyada güclü zəlzələ
Həyat etirafım
Uşaq qidasının içindən qurd çıxdı - Bakıda
Film seyr edərkən yemək yeməyin!
Dondurmalarla bağlı – XƏBƏRDARLIQ!
Koronavirusa yoluxanların sayı bir milyonu ötdü
Ermənistandan növbəti ekoloji terror: Azərbaycan çaylarına zəhər axıdır
Öldüyünü dedilər, "morq"da dirildi-FOTO
"Whatsapp"da mesajları "screenshot" edənlərə BƏD XƏBƏR
Hər kəs bu VİDEOdan danışır
ABŞ-ın sahil mühafizəsi batan şəxsi xilas etdiyi üçün Azərbaycan tankerinin ekipajına təşəkkür edib
Müşviq İsayevin xatirəsinə beynəlxalq turnir keçiriləcək
Rahatlıq verməyən vərdişlər: çarə nədir?
Qadın.Netlə birlikdə hamiləlik (XIII həftə)
Ukrayna Krımın suyunu kəsdi
Soğan suyu ilə arıqlamaq
“Qarabağ”ın baş məşqçisi: “Böyük qürurla Ağdamda oynayacağımız ilk oyunu gözləyirik”
İdman edərkən maska taxmalıyıq?
Kölndə məscidi yırtıcı quşlar qoruyacaq
Bölgələrimizin mətbəxi -Şəki
"Tezliklə hər kəs bu uşaqdan danışacaq"
Azərbaycan dili - XV dərs
Dünyanın ən yaxşıları seçildi
Aleyna Tilkinin 15 minlik geyimi-FOTO
Rus mallarına qadağa
Qoca mühəndis hamını heyrətləndirdi
Ön cəbhədə atışma
Qadın ərini satışa çıxartdı-SƏBƏB
Kriştianu Ronaldunun son durumu
Ceki Çan ölümlə üz-üzə
Niyə hündürdaban ayaqqabı seçirik?
Evlənəciyiniz insandan bunu soruşmalısınız
Azərbaycanda 12 illik təhsilə keçidin vaxtı açıqlanıb
Azərbaycanda hansı halda qapanmaya gediləcəyi açıqlandı - RƏSMİ
Əsgərlərimiz Qarabağda posta Azərbaycan bayrağı sancdılar
Hamilələrdə doğuş qorxusu
ABŞ-da Zika virusu daşıyıcıları artıb
Gülməli ev heyvanları
Uzun iş günü ürəyin düşmənidir
Nazirlikdən əhali arasında yayılan xəstəliklə bağlı AÇIQLAMA
Dayverlər üçün əla məkan
Azərbaycanda qız problemi nə qədər təhlükəlidir?
Buraxılış imtahanlarının nəticələri AÇIQLANDI
Qızının ad gününə taxtadan avtomobil düzəltdi - FOTO














