
İlk baxışdan normal görünən insanlarda ağır psixoloji problemlərin, psixi xəstəliklərin olmasını təsəvvür etmək çətindir.
Lakin davranış və hərəkətləri normal görünən adamlar belə ictimaiyyət üçün təhlükəli ola bilərlər.
Psixoloqlar bildirirlər ki, paranoyanın qurbanları ömür boyu xəstə olduqlarını dərk etmədiklərindən müalicə almaya bilərlər, lakin onlar daim sayrışan fikirlərdən əziyyət çəkəcək və rahatlıq tapa bilməyəcəklər.
Psixoloq Arzu Qurbanovanın sözlərinə görə, paranoya zamanı insanın ətrafdakılara qarşı inamı itir: "Paranoyası olan adama bir çox əşyalar, heyvanlar və şəxslər təhlükəli gəlir. O, həyatı təhrif olunmuş şəkildə dərk etməyə başlayır. Paranoik baş verənlərə qarşı çox aqressiv davranır. Çətinliklər paranoyadan əziyyət çəkən şəxsdə tutmaya səbəb olur və şəxs qeyri-adekvat davranmağa başlayır".
Qurbanova bildirib ki, paranoik insanlara inamsız və tənqidi yanaşmağa adət edib. O, daim yaxınlarını səbəbsiz yerə günahlandırır, tanıdığı və tanımadığı insanları ona qarşı törədiləcək hansısa əməllərdə suçlu bilir. Paranoikdə müxtəlif sayıqlamalar və sayrışan fikirlər müşahidə olunur. Sayrışan fikirlər istənilən fəaliyyət sahəsində paranoikə stimul verir. Bəzən sayrışan fikirlər şəxsiyyətin fiziki, mənəvi və sosial deqradasiyasına gətirib çıxarır. Özlərinə hansısa fikri təlqin edən paranoik işi, hansısa problemi kritik həddə qədər gətirib çıxarır.
Çox vaxt paranoya xəstəliyindən əziyyət çəkənlər uzun müddət diaqnozsuz yaşayırlar. Ətrafdakı insanlarda belə adamlar pis xasiyyətli insan təəssüratını yaradırlar. Xüsusilə də onlar məntiqə sığmayan ideyalarını insanlara yeritməyə çalışanda ətrafdakılarda qəzəb doğururlar. Bəzən paranoiklər sayrışan fikirlərini reallaşdırmaq üçün işi məhkəməyə də çatdıra bilirlər. Sayrışan fikirləri onları caniyə də çevirir.
Bəzi paranoiklər cəmiyyət üçün çox təhlükəlidir. Bu cür paranoiklər ilk baxışdan heç bir şübhə doğurmaya bilər. İctimai aqressiv paranoiklər cəmiyyətdə diqqəti çəkməyənlər olur. Məhz bu xüsusiyyətlərinə görə də onlar daha təhlükəlidir. Kütlədə onların davranışı diqqət çəkmədiyi üçün onların xəstə olduğunu anlamaq çətindir. Eləcə də paranoiklər sakit davranışlarının arxasında təhlükəli və gözlənilməz məqsədlərini gizlədə bilərlər.
Paranoiklərin əksəriyyətinin fikirləri təhlükəli olmur və ətrafdakı insanlara mane olmur. Psixoloq bildirir ki, lakin sayrışan fikirlər onların özlərinə rahatlıq vermir. Bir çox paranoiklər normal sosial fəaliyyət göstərir, fiziki, iqtisadi və mənəvi ehtiyaclarını ödəyirlər.
Onun dediyinə görə, paranoyanı tez-tez paranoidal pozğunluqla qarışdırırlar: "Bu isə fərqli xəstəliklərdir. Paranoidal pozğunluq şizofreniya, senil psixoz, serebral ateroskleroz kimi bir sıra xəstəliklərlə müşayiət olunur. Paranoidal pozğunluq zamanı xəstədə hallüsinasiyalar olur. Paranoya isə partlayışlarsız keçir, sayrışan fikirlər stabildir, xəstənin davranışı sabitdir. Bu xəstəlik zamanı sayıqlama məntiqi olur".
Paranoik nadir hallarda müstəqil olaraq həkimə gəlir. Belə ki, paranoiklər psixoloji problemlərinin olduğunu düşünmürlər. Onlar kiminsə təkidi ilə ya da bunu məhkəmə tələb edəndə mütəxəssisin yanına gedirlər. Müsahibimiz bildirib ki, bu xəstəlik tam müalicə olunmur: "Xəstə müalicə olunduqdan sonra paranoik adi həyat tərzinə qayıdacaq. Onun davranışlarını daim izləmək isə mümkün olmur. Həkim xəstəni vaxtaşırı müşahidə etməlidir. Bu cür xəstələrə yaxınların dəstəyi də çox önəmlidir. Yaxınları paranoikla mehriban davranmalı və onu başa düşməyə çalışmalıdırlar. Xəstəni tənqid etmək isə xəstəliyin yenidən qayıtmasına və daha da kəskinləşməsinə səbəb ola bilər. Paranoiklər çox çətin problemlərlə üzləşəndə də vəziyyətləri ağırlaşır".
Çox vaxt paranoikin yaxınları onun xəstə olduğundan xəbərsiz olurlar. Ona görə ki, xəstə özünü adi adamlar kimi aparır. Uzun müddət xəstə həkimə getmədən yaşayır. Lakin bu xəstəlik ona əziyyət verir. Şəxsi və işgüzar həyatında müxtəlif problemlərin yaranmasına şərait yaradır.
Paranoiklərin sayıqlamalarının mövzuları fərqlidir. Bəziləri ixtiraçı olduğunu sayıqlayır, hədsiz qısqanclıqdan əziyyət çəkir və s. müxtəlif sayrışan fikirlərlə yaşayır. Nadir hallarda paranoiklərdə şəxsiyyətin dəyişməsi də baş verir. Elə də paranoiklər olur ki, xəstələrin özü haqda düşüncələri üzləşdiyi vəziyyətlərlə üst-üstə gəlmir. Misal üçün, xəstə özü haqqında çox yüksək şeylər düşünür, özünü çox istedadlı, ağıllı və s. sanır. Amma reallıqda bu belə olmur. Onların sahib olduqları arzuladıqlarına uyğun gəlmir. Bu da xəstədə mübarizə aparmaq fikrini yaradır. Xəsətəyə elə gəlir ki, onun pis vəziyyətdə olmasına səbəb ətrafdakıların ona qarşı pis, ədalətsiz rəftarıdır. O, düşmənlərinin olduğuna özünü inandırır və onunla baş verən pisliklərə görə həmin düşmənləri günahlandırır. Bu cür vəziyyətdə olan paranoik düşmənlərdən qisas almağa çalışır. Nəticədə həyatında yeni çətinliklər, mübahisələr başlayır. Ən qəribəsi də odur ki, xəstəyə onun sayrışan fikirlərinin düzgün olmadığını sübut etmək olmur. O, öz düzgünlüyünə, öz həqiqətinə inanır. Öz səhvləri üzündən yaranan konfliktlərdə o, fikirlərinin təsdiqini görür. Ətrafdakı insanlarla yaşadığı yeni konfliktlər yeni sayrışan fikirlər də yaradır.
Paranoiklərdə yaddaş pozğunluğu da müşahidə olunur. Onlar hadisələri təhrif olunmuş formada yadda saxlayırlar. Lakin buna baxmayaraq, paraniklərin iş qabiliyyəti nəzərə çarpacaq dərəcədə aşağı düşmür. Paranoyanın bu cür inkişafı adətən yaşlı adamlarda baş verir. Bəzən vəziyyətin dəyişməsi ilə bağlı xəstələrin sayrışan fikirləri, sayqılamaları aktuallığını itirir. Amma paranoiklər nadir hallarda öz fikirlərinə qarşı tənqidi yanaşırlar.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Turşu yeməyin faydaları
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Azərbaycanda xəstəni yox, cibini düşünən həkim nə vaxt cəzalanacaq?
Dəbli qısaboğaz çəkmələr
Gül kələmli alfredo (foto resept)
Ahmet Kural onunla EVLƏNİR-FOTO
Britaniya jurnalında səfirimizin məqaləsi dərc edildi
Bu gün Su Çərşənbəsidir!
Sağlam dəri üçün qaragilə maskası
Atılmış qız sindromu...
Günün ulduz falı
Qırmızı məbədlərin sirləri
Nazir bağlanan iş yerlərinin tezliklə açılacağını elan etdi
Sarqısyanla Ovannisyanın söz savaşı
Bəzi musiqilərin sözləri yeniyetmələri erkən nikaha təşviq edir
Mövlana sözləri -1
İlham Əliyevdən komendant rejimi ilə bağlı SƏRƏNCAM
Ermənistan yenə atəşkəsi pozdu
Bu kişinin beyninin 50 faizi yoxdur
Azərbaycanda WhatsApp-dan niyə zəng etmək mümkün deyil?
Azərbaycanda dəbdəbəli qəbir daşlarına son
Soyuqda üşümək istəmirsinizsə, əməl edin - QAYDALAR
Qulaq estetik əməliyyatı (Çömçə qulaq)
Bu içkilər xərçəng xəstəliklərinin riskini artırır
Qurama üsulunda hazırlanmış ədyallar
Pələng gözü
Qondarma “DQR”in separatçı rəhbərinin guya Şuşa kilsəsində çəkdirdiyi videomüraciət saxtadır
Beyninizdən hansı qorxunu çıxarardınız?
Bu ticarət köşklərində SATICILAR YOXDUR - FOTO
Ceza Bakıya gəlir
VW Scirocco təzələndi
Geyim və aksessuarlar
Canlı Atatürk portreti rekord vurdu
Azərbaycan restoranlarında yenilik
Jennifer Lopezdən 10 saç model
XİN rəsmisindən ermənilərin bölgədəki qanunsuz fəaliyyətləri ilə bağlı AÇIQLAMA
55 saat ərzində 60 cərrah əməliyyat etdi - Yeni üz köçürüldü - FOTO
Bu rayonlar üzrə pensiyaların verilməsinə başlanılıb
Bu axşam 6 000 nəfərlik iftar süfrəsi açılacaq
Bakının bu əraziləri qazsız qalacaq
Gəlin toy günü həyəcandan öldü
Hansı vitamin nə üçündür?
Qadın.net-lilər üçün Yeni il təbrikləri
Özünə güvən hissini necə artırmalı?
Şamaxılılar böyük təhlükə qarşısında!
Samsung Android-dən imtina edəcək?
Dollar kreditləri - Güzəşt olacaqmı?
Qiyməli kartof (foto resept)
Şəki şəhəri Türk dünyasının mədəniyyət paytaxtı seçildi
Hansı daha vacibdir














