Azərbaycanda da kifayət qədər populyar olan bu mobil tətbiqin zəng funksiyası istifadəçiləri sevindirsə də, bu xidmətin istifadəsində tez-tez problemlər yaranırdı.
Milli.Az Xəbərlər.Az-a istinadən xəbər verir ki, iyul ayından etibarən bu xidmətin ölkəmizdə məhdudlaşadırılıması ilə bağlı iddialar ortaya çıxdı.Belə ki, mobil internetlə WhatsApp-ın zəng funksiyasından istifadədə problemlər yaşandı. İstifadəçilər bu xidmətdən aktiv istifadə edə bilmədilər.Bununla bağlı da mediada çoxsaylı müzakirələr yer aldı.
Amma nəticə olaraq problemin nə ilə əlaqədər olması tam müəyyən olunmadı. Belə desək, məsələ açıq qaldı.Bəzi ekspertlər hesab edir ki, xidmətin ölkəmizdə məhdudlaşdırmasının əsas səbəbi mobil operatorların gəlirinin azalması və bunun qarşısını almaq üçün əl atdıqları siyasət ola bilər.Digər ekspertlər isə problemin yalnız Azərbaycanda yox, digər qonşu ölkələrdə də yaşandığını bildirdi.Hətta Rabitə və Yüskək Texnologiyalar Nazirliyi (RYTN) açıqlama verərək bildirdi ki, bu xidmətin məhdudlaşdırılması qanuna ziddir, heç bir mobil operatorun və ya internet provayderinin bunda marağı ola bilməz, problem şirkətlə, yəni WhatsApp-la əlaqədardır və indi bu xidmət bütün dünyada problemlərlə işləyir və ya ümumiyyətlə, işləmir.İstifadəçilər WhatsApp-ın zəng funksiyasının hələ də işləmədiyinə dair şikayət edirlər.Bizə daxil olan çoxsaylı müraciətləri nəzərə alaraq bu məsələni yenidən araşdırmaq qərarına gəldik.
Beləliklə, həm müxtəlif mobil operatorlar, həm də müxtəlif provayderlər vasitəsilə WhatsApp-ın zəng funkisayısından istifadə ilə bağlı sınaq keçirdik.Üç əsas mobil operator olan Azercell, Bakcell və Nar mobile-ın mobil internetləri vasitəsilə həm şəbəkə daxili, həm şəbəkə xarici, həm də internetə Wi-Fi əlaqəsi ilə qoşulmuş şəxslərə zəng etdik və belə görüntü ilə qarşılaşdıq.
Heç bir mobil şəbəkə operatorunun internetindən istifadə edərək WhatsApp zənglərini həyata keçirə bilmədik, yalnız bəzi hallarda qarşı tərəf cavab veribmiş kimi görünsə də, əslində, qarşılıqlı səs ötürməsi mümkün olmadı.Eynilə sınağımızı internet provayderləri ilə də apardıq.Wi-Fi şəbəkəsinə qoşulmuş mobil telefonlar vasitəsilə zəng etməyə cəhd göstərdik rastlaşdığımız nəticə isə belə oldu:Mobil internetdən istifadə edərkən rastlaşdığımız nəticə ilə eyni nəticəni aldıq.Qeyd etmək lazımdır ki, ilkin vaxtlarda mobil internet vasitəsilə zənglər məhdudlaşsa da, genişzolaqlı internet əlaqələri ilə bu mümkün idi.İstifadə etdiyimiz provayderlər: Alfanet, Azeronline, Bakinternet, Citynet, Ultel, Super online oldu.Sınaq zamanı həm eyni, həm də müxtəlif provayderlərə qoşulmuş mobil telefonlarla zəng etdik. Heç birində mümkün olmadı. Lakin yalnız bir halda, hər iki telefon eyni Wi-Fi şəbəkəsinə qoşulduğu zaman bu zənglərin mümkün olduğu məlum oldu.Bəzi ekspertlərin iddia etdikləri kimi, qonşu ölkələrlə də əlaqə saxladıq. Məsələni dəqiqləşdirik ki, bu problem digər ölkələrdə də yaşanırmı?Məlum oldu ki, Gürcüstan, Qazaxıstan, Rusiya kimi ölkələrdə WhatsApp-ın zəng funksiyası aktivdir və istifadəçilər rahat formada bu xidmətdən istifadə edə bilir.Hesab edirik ki, bu problem bir neçə yerdən qaynaqlana bilər. Belə ki, bu problemdə mobil operatorlar, inernet trafikini ölkəmizə gətirən əsas bakbone şirkət olan Delta Telecom və ikinci provayderlərin siyasəti ola bilər.Delat Telecom-dan əldə etdiyimiz məlumata görə, WhatsApp-in zəng funksiyası ilə bağlı şirkət heç bir qadağa tətbiq etməyib.Şirkətin bu məlumatı, həqiqətən də, məntiqli görsənir. Bu cür məhdudlaşmanın əsas backbone provayder olan Delta Telecom tərəfindən edilməsi ağlabatan deyil. Çünki bu addım, əslində, bu qurumun biznes maraqlarina xeyli ziyan vurur. Nəzərə alsaq ki, internet üzərindən olan zənglərin internet trafikini ölkəmizə gətirən şirkət üzərindən edilməsi şirkətə yalnız müsbət təsir edə bilər.Çünki bu məsələdə Delta Telekom-un hər hansı kommersiya marağı yoxdur.Qeyd edək ki, bu problemlə bağlı əvvəllər yayımladığımız məlumatlarda mobil operatorlar bildirmişdi ki, onlar bu zənglərə heç bir qadağa tətbiq etməyiblər.
WhatsApp isə rəsmi olaraq bildirib ki, bu məsələ ilə bağlı tətbiqdə hər hansı texniki problem yoxdur. WhatsApp-ın rəsmi açıqlaması:"Əgər WhatsApp Call xidmətindən 3G data göndərmə yolu ilə istifadə zamanı qoşulma problemi yaşayırsınızsa, ola bilsin ki, mobil operatorunuz UDP-ni Whatsapp üçün düzgün konfiqurasiya etməyib" ( UDP (user datagram protocol) Line, Skype və Viber kimi tətbiqetmələrin də istifadə etdiyi bağlantı növüdür. Bu, məlumatların digərlərinə nisbətən daha sürətli göndərilməsini təmin edir).Nəticə olaraq deyə bilərik ki, bu problemin haradan qaynaqlandığını tam anlamaq və bu barədə dəqiq məlumat vermək çətindir.Amma apardığımız araşdırmanın nəticəsi göstərir ki, bu məsələdə əsas problem mobil operatorlardadır. Nəzərə alsaq ki, böyük sayda istifadəçi sayı olan WhatsApp operatorların əsas gəlir mənbəyi olan danışıqların azalmasına səbəb olub. Ona görə araşdırmanın da nəticəsi kimi, ehtimal edilir ki, bu qadağanı mobil operatorlar tətbiq edib. Qeyd edək ki, WhatsApp səsli zəng xidmətinin (VoİP) rəsmi sürətdə qadağan edildiyi tək ölkə BƏƏ-dir.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Ərə getdiyini hər kəsdən gizlədir
Zərif portağal piroqu (foto-resept)
“ASAN Xidmət” rüsumları açıqladı - SİYAHI
"Aslan" qonağını parçaladı
90 kiloqram arıqlayan aktrisa yenə əməliyyat olundu - FOTO
HAVA necə olacaq? 18 Mart
Akademik Zərifə Əliyevaya həsr edilən kitabın Stokholmda təqdimatı olub
Atmosfer təzyiqi. Külək
Dünyanın gözlədiyi körpə
Körfəz kənarında möhtəşəm bağ
Bizi bu torpaq yaşadır
Hadise ayrılıq xəbərlərinə açıqlama verdi
İrəvandan geriyə addım
DTX rəisi Şuşa şəhərinə gedib - RƏSMİ
Acı bibərlı pomidor sousu (foto resept)
Yeni il axşamı üçün kombin tövsiyələri
Ən yaxşı çimərliklər hansılardır?
Koronavirusa yoluxmamaq üçün kondisionerdən necə istifadə edək? - VİDEO
Yağlı boya tabloları
Azərbaycanda Qurban bayramında hava necə olacaq?
Aktrisa məşhur serialda çıxdı
Gəlin obrazı (2)
Oranqutan bataqlıqdakı insanı xilas etməyə çalışdı - FOTO
ABŞ-da 91 yaşlı qadın gözəllik kraliçası seçildi(FOTO)
Qadın.Netlilərin mənfi və müsbət cəhətləri (II hissə)
Krediti olanlara yeni xəbər
BÜRCLƏR bizə nə vəd edir?-30 dekabr
Riberidən sərt açıqlama: "Biz robot deyilik, insanıq"
İlham Əliyev qəhrəman polisimizi mükafatlandırır
Bakıda karantinə nəzarət gücləndirildi
2019 Couture Moda Həftəsi (2)
Gələn il Azərbaycanın əmək bazarında vəziyyət necə olacaq?
Kişilərin evlənmək istəmədiyi qadın tipləri
Azərbaycanda zəlzələ oldu
Ordumuzdan sarsıdıcı zərbə: Düşmənin raket-artilleriya silahları anbarı məhv edildi - VİDEO
Kimsəsiz uşaqları sevindirdilər
Neslihan Atagül hamilədir-FOTO
Türkiyədə bina çokdü
Ailə yatağı=ata, uşaq və ananın eyni yatağı paylaşması
"Həbsdən qaçış" 3 il sonra yenidən başlayacaq
Duasıyla xiyar yetişdirən bağban-FOTO
Yunan Küftəsi -"Köftedes" (foto-resept)
Övladlarımıza rəhbər olaq, yoxsa dost?
Sızanaqları yox edən meyvə maskaları
İran və "altılıq" arasında yeni raund
Azərbaycanda küləyin sürəti saniyədə 34 metrə çatıb - FAKTİKİ HAVA
"Facebook"da nə baş verir?
Sonuncu buraxılış imtahanı keçirilir
Azərbaycan parlamentinin payız sessiyasının ilk iclası başlayıb
HAVA necə olacaq?-17 İyul















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]