Qadin.NET / Azərbaycanda WhatsApp-dan niyə zəng etmək mümkün deyil?

Azərbaycanda WhatsApp-dan niyə zəng etmək mümkün deyil?

 

Azərbaycanda WhatsApp-dan niyə zəng etmək mümkün deyil?

Azərbaycanda da kifayət qədər populyar olan bu mobil tətbiqin zəng funksiyası istifadəçiləri sevindirsə də, bu xidmətin istifadəsində tez-tez problemlər yaranırdı.

 

Milli.Az Xəbərlər.Az-a istinadən xəbər verir ki, iyul ayından etibarən bu xidmətin ölkəmizdə məhdudlaşadırılıması ilə bağlı iddialar ortaya çıxdı.Belə ki, mobil internetlə WhatsApp-ın zəng funksiyasından istifadədə problemlər yaşandı. İstifadəçilər  bu xidmətdən aktiv istifadə edə bilmədilər.Bununla bağlı da mediada çoxsaylı müzakirələr yer aldı.

Amma nəticə olaraq problemin nə ilə əlaqədər olması tam müəyyən olunmadı. Belə desək, məsələ açıq qaldı.Bəzi ekspertlər hesab edir ki, xidmətin ölkəmizdə məhdudlaşdırmasının əsas səbəbi mobil operatorların gəlirinin azalması və bunun qarşısını almaq üçün əl atdıqları siyasət ola bilər.Digər ekspertlər isə problemin yalnız Azərbaycanda yox, digər qonşu ölkələrdə də yaşandığını bildirdi.Hətta Rabitə və Yüskək Texnologiyalar Nazirliyi (RYTN) açıqlama verərək bildirdi ki, bu xidmətin məhdudlaşdırılması qanuna ziddir, heç bir mobil operatorun və ya internet provayderinin bunda marağı ola bilməz, problem şirkətlə, yəni WhatsApp-la əlaqədardır və indi bu xidmət bütün dünyada problemlərlə işləyir və ya ümumiyyətlə, işləmir.İstifadəçilər WhatsApp-ın zəng funksiyasının hələ də işləmədiyinə dair şikayət edirlər.Bizə daxil olan çoxsaylı müraciətləri nəzərə alaraq bu məsələni yenidən araşdırmaq qərarına gəldik.

Beləliklə, həm müxtəlif mobil operatorlar, həm də müxtəlif provayderlər vasitəsilə WhatsApp-ın zəng funkisayısından istifadə ilə bağlı sınaq keçirdik.Üç əsas mobil operator olan Azercell, Bakcell və Nar mobile-ın mobil internetləri vasitəsilə həm şəbəkə daxili, həm şəbəkə xarici, həm də internetə Wi-Fi əlaqəsi ilə qoşulmuş şəxslərə zəng etdik və  belə görüntü ilə qarşılaşdıq.

Azərbaycanda WhatsApp-dan niyə zəng etmək mümkün deyil?

Heç bir mobil şəbəkə operatorunun internetindən istifadə edərək WhatsApp zənglərini həyata keçirə bilmədik, yalnız bəzi hallarda qarşı tərəf cavab veribmiş kimi görünsə də, əslində, qarşılıqlı səs ötürməsi mümkün olmadı.Eynilə sınağımızı internet provayderləri ilə də apardıq.Wi-Fi şəbəkəsinə qoşulmuş mobil telefonlar vasitəsilə zəng etməyə cəhd göstərdik rastlaşdığımız nəticə isə belə oldu:Mobil internetdən istifadə edərkən rastlaşdığımız nəticə ilə eyni nəticəni aldıq.Qeyd etmək lazımdır ki, ilkin vaxtlarda mobil internet vasitəsilə zənglər məhdudlaşsa da, genişzolaqlı internet əlaqələri ilə bu mümkün idi.İstifadə etdiyimiz provayderlər: Alfanet, Azeronline, Bakinternet, Citynet, Ultel, Super online oldu.Sınaq zamanı həm eyni, həm də müxtəlif provayderlərə qoşulmuş mobil telefonlarla zəng etdik. Heç birində mümkün olmadı. Lakin yalnız bir halda, hər iki telefon eyni Wi-Fi şəbəkəsinə qoşulduğu zaman bu zənglərin mümkün olduğu məlum oldu.Bəzi ekspertlərin iddia etdikləri kimi, qonşu ölkələrlə də əlaqə saxladıq. Məsələni dəqiqləşdirik ki, bu problem digər ölkələrdə də yaşanırmı?Məlum oldu ki, Gürcüstan, Qazaxıstan, Rusiya kimi ölkələrdə WhatsApp-ın zəng funksiyası aktivdir və istifadəçilər rahat formada bu xidmətdən istifadə edə bilir.Hesab edirik ki, bu problem bir neçə yerdən qaynaqlana bilər. Belə ki, bu problemdə mobil  operatorlar, inernet trafikini ölkəmizə gətirən əsas bakbone şirkət olan Delta Telecom və ikinci provayderlərin siyasəti ola bilər.Delat Telecom-dan əldə etdiyimiz məlumata görə, WhatsApp-in zəng funksiyası ilə bağlı şirkət heç bir qadağa tətbiq etməyib.Şirkətin bu məlumatı, həqiqətən də, məntiqli görsənir. Bu cür məhdudlaşmanın əsas backbone provayder olan Delta Telecom tərəfindən edilməsi ağlabatan deyil. Çünki bu addım, əslində, bu qurumun biznes maraqlarina xeyli ziyan vurur. Nəzərə alsaq ki, internet üzərindən olan zənglərin internet trafikini ölkəmizə gətirən şirkət üzərindən edilməsi şirkətə yalnız müsbət təsir edə bilər.Çünki bu məsələdə Delta Telekom-un hər hansı kommersiya marağı yoxdur.Qeyd edək ki, bu problemlə bağlı əvvəllər yayımladığımız məlumatlarda mobil operatorlar bildirmişdi ki, onlar bu zənglərə heç bir qadağa tətbiq etməyiblər.

 

WhatsApp isə rəsmi olaraq bildirib ki, bu məsələ ilə bağlı tətbiqdə hər hansı texniki problem yoxdur. WhatsApp-ın rəsmi açıqlaması:"Əgər WhatsApp Call xidmətindən 3G data göndərmə yolu ilə istifadə zamanı qoşulma problemi yaşayırsınızsa, ola bilsin ki, mobil operatorunuz UDP-ni Whatsapp üçün düzgün konfiqurasiya etməyib" ( UDP (user datagram protocol) Line, Skype və Viber kimi tətbiqetmələrin də istifadə etdiyi bağlantı növüdür. Bu, məlumatların digərlərinə nisbətən daha sürətli göndərilməsini təmin edir).Nəticə olaraq deyə bilərik ki, bu problemin haradan qaynaqlandığını tam anlamaq və bu barədə dəqiq  məlumat vermək  çətindir.Amma apardığımız araşdırmanın nəticəsi göstərir ki, bu məsələdə əsas problem mobil operatorlardadır. Nəzərə alsaq ki, böyük sayda istifadəçi sayı olan WhatsApp operatorların əsas gəlir mənbəyi olan danışıqların azalmasına səbəb olub. Ona görə araşdırmanın da nəticəsi kimi, ehtimal edilir ki, bu qadağanı mobil operatorlar tətbiq edib. Qeyd edək ki, WhatsApp səsli zəng xidmətinin (VoİP) rəsmi sürətdə qadağan edildiyi tək ölkə BƏƏ-dir.

Mənbə: Milli.Az

14 noyabr 2015
GO BACK