Yaxşı çimərliyin standartları tamam fərqli imiş...İyunun 8-də Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidməti (DSXX) Buzovna xilasetmə məntəqəsində 2014-cü il yay çimərlik mövsümünün açılışı ilə bağlı mərasim keçirib. Mərasimdə Fövqəladə Hallar Nazirliyinin və digər əlaqədar təşkilatların nümayəndələri iştirak ediblər. Tədbirdə vətəndaşlara özlərinin və doğmalarının təhlükəsizliyi naminə rəsmi çimərliklərdən istifadə etmələri tövsiyə olunub.Bildirilib ki, baş verə biləcək xoşagəlməz halların və bədbəxt hadisələrin qarşısının alınması məqsədilə çimərliklərdə xilasedicilərin işləmələri üçün hər cür şərait yaradılıb.Bununla da Bakı əhalisinin çimərliklərə axışması üçün rəsmi start verildi. Təmizi, natəmizi, pullusu, pulsuzu, təhlükəlisi, təhlükəsizi... olmaqla Xəzər sahilində nə qədər çimərlik varsa, hamısı paytaxt sakinləri ilə dolub-daşacaq. Açığı, rəsmi göstəriş olmadan da insanlar çimərliklərə ayaq basmağa başlamışdılar. Sadəcə indi təhlükəsizlik baxımdan şərtlərin bir qədər təmin olunması ilə bağlı rəsmi təminat var, o qədər.Hər yay olduğu kimi, Bakı əhli üçün “hansı çimərlik” sualı aktualdır. Çünki “yaxşı çimərlik” adı altında bizə təklif olunan yerlər ya qiymətlərinə görə insanı peşman edir, ya da natəmizliyinə görə. Mövzunun aktuallığını nəzərə alıb, dünya üzrə ən yaxşı və ən pis çimərliklər barədə arayış hazırladıq. Maraqlandıq ki, dünya insanı yay girəndən hansı çimərliklərə üz tutur, hansından uzaq qaçır?
Ümumiyyətlə, yaxşı çimərliyin şərtləri nədən ibarətdir?
Yaxşıların yaxşısı... Siyahıda Xəzər yoxdurÖtən həftə dünyanın ən böyük səyahət saytlarından olan “TripAdvisor” istifadəçiləri üçün ən yaxşı 10 çimərliyin adlarını açıqladı. Dünyanın ən yaxşı çimərliyi UNESCO dünya mirası siyahısında olan Braziliyanın Bayia do Sanço çimərliyidir. Digər bir füsunkar çimərlik Havay adalarındadır. Lanikayi plyajı dümağ qumları, xurma ağacları və tropik bitkiləri ilə insanları heyrətə salır. Bənzərsiz qumları və fövqəladə gözəllikdəki dənizi ilə Seyşeldəki Anse Intendanc çimərliyi siyahının 3-cü pilləsindədir. Dördüncü Tailanddakı Phra Nanq çimərliyidir. İlk beşliyi isə Portuqaliyadakı Olhos de Agua çimərliyi qapayır. Onluqda olan digər çimərliklər isə bunlardır - Türkiyənin “İztuzu”, Filippinin “Secret Lagoon”, İtaliyanın “Tropea”, Avstraliyanın “Vhitsunday”, Amerikanın “Assateague”.“TripAdvisor” portalı da dünyanın ən yaxşı çimərliklərinin reytinqini tərtib edib. Reytinq il ərzində turistlərin çimərliklər barədə rəylərinin sayı və keyfiyyəti əsasında hazırlanıb. Siyahıya əsasən, dünyanın ən yaxşı çimərliyi Braziliyadadır. Fernandu-di-Noronya kurortundakı “Baia do Sancho” adlı çimərlik reytinqin birincisidir. Siyahıda ikinci və üçüncü yerləri, müvafiq olaraq, Providensiales (Terks və Kaykos adaları) adasındakı çimərlik və Puerto-Rikoda yerləşən “Playa Flamenco” çimərliyi tutur.Avropanın ən yaxşı çimərlikləri ilə bağlı ayrıca siyahı hazırlanıb. Burada isə birinci yer “Playa de las Catedrales” (İspaniya, Ribadeo) çimərliyinə məxsusdur. “Elafonisi” (Yunanıstan, Elafonisi) Avropanın ən yaxşı ikinci çimərliyi olduğu halda, ilk üçlüyü “Cala Mariolu” (İtaliya, Baunei) çimərliyi tamamlayır.
Niyə turistlər buraya axın edir?Siyahılarla bu qədər. Yer üzərində turistlərin daha çox üz tutduğu çimərlik zonalarının tarixçəsi də az maraqlı sayılmaz. Başlayaq Bodrumdan.Bodrum Türkiyənin ən yaxşı çimərlik zonası sayılır. Təmiz qumdan başqa bura büllur suyu və sakitliyi ilə də məşhurdur. Körfəzlə bağlı maraqlı əfsanə də var. Bu əfsanə burada yaşayan Nimfa Salmakisin Hermes və Afroditanın oğluna olan sevgisindəndir. O, tanrılardan xahiş edir ki, oğlanın qarşılıqlı hisslərini boğsun. Salmakisin ah-nalələri səma sakinlərini təngə gətirir və onlar sevgililərin bədənlərini birləşdirmək qərarına gəlirlər. Hermofrodit sözü də elə buradan yaranıb. Deyilənlərə görə, buranın suyu keçmişdə həqiqətən də kişiləri qadınsayağı edirmiş. Əslində isə yaxınlıqdakı meyxana kişi inadını yumşaldırmış...İspaniyanın Kosta Bravo çimərliyi isə İspaniyanın Aralıq dənizinin şimal hissəsində yerləşir. Buna görə də burada çimərlik mövsümü digər kurortlara nisbətən qısadır - iyunun əvvəlindən oktyabr ayınadək. Lakin buna baxmayaraq, Kosta Bravonun mənzərəli buxtaları və qumlu çimərlikləri çox məşhurdur. Çimərliklər bir qayda olaraq qızılı qumla örtülüb. Burada su idman növləri, xüsusilə də dayvinq geniş yayılıb. Sualtı mağaraların çoxluğu dayvinq həvəskarlarını Kosta Bravo çimərliklərinə cəlb edir. Gecə həyatını və şən istirahəti sevənlərə isə Kosta Bravonun inzibati və turistik mərkəzi olan Lyoret De Mar şəhərciyində məskunlaşmağı məsləhət görürük. Kosta Bravo - hər zövqə uyğun istirahət deməkdir.Vyetnamdakı Dananqın(China Beach) şöhrəti də az deyil. Bu çimərlik Çayna Biç, həm də Non Nuoc Beach kimi də adlandırılır. Asiyanın ən məşhur çimərliklərindən biri sayılır. Lqunların (dənizdən ayrılmış göllərin), təmtəraqlı bağların, ekzotik güllərin və meyvə ağaclarının görkəmi ərazini daha da gözəlləşdirir. SPA xidməti ilə tanınan otellər, dəniz məhsullarından hazırlanan xörəkləri ilə seçilən restoranlar xüsusən çimərlik üçün əlverişlidir. Dananqdan çox da uzaqlıqda olmayan dünyanın ən uzun kanat yolu sayılan yer də burada yerləşir. Buranı Ba Na dağı ilə qonşu dağın yüksək zirvəsi hesab edilən Vonq Nqueti birləşdirir. Ekzotik yerləri görmək arzusunda olanlar hər zaman buraya gəlirlər.Keçək Avstraliyadakı Yeni Ehimali Uels, Bayron Bay çimərliyinə. Çimərliyi yazıçı Bayronun şərəfinə belə adlandırırlar. Bu çimərlik dünyanın ən məşhur istirahət yeri hesab edilir. Bu yerləri delfinlər, müxtəlif balıqlar və dəniz heyvanları da sevir.Bütün dünyadan insanlar məhz bu heyvanları görmək arzusu ilə külli miqdarda vəsait sərf edərək bura gəlirlər. İl ərzində çimərliyə iki milyondan artıq insanın gəlməsinə baxmayaraq, ərazi o qədər böyükdür ki, heç vaxt dolmuş vəziyyətdə görünmür. Burada hər kəs özünü rahat hiss edə, istədiyi kimi əylənə bilər. Hər cür zövqə uyğun əyləncə seçmək imkanı da var. Ərazidə müxtəlif musiqi janrları üçün nəzərdə tutulmuş festivallar və sörfinq, kaytinq üçün düşünülmüş çempionatlar da keçirilir.
Kubadakı Playa Esmeralda çimərliyi “zümrüddən olan sahil” kimi qiymətləndirilir, Kubanın təbii gözəlliyə sahib olan hissələrindən biridir. Mərcanlardan ibarət olan və sahildən 900 m uzaqlıqda yerləşən adalar dayverlər üçün əsas mərkəzlərdəndir. Xüsusi macəra axtaranlar üçün çimərliyin yaxınlığında park da tikilmişdir. Burada insan əli dəyməmiş və heç bir dəyişikliyə məruz qalmamış, vəhşi heyvanların yaşadığı təbii zonalar da vardır. Dağ çayları, şəlalələr və göllərin altında yerləşən mağaralar da insanların diqqətini cəlb edir.
“Maxo Beach” çimərliyi yalnız günəş altında qaralmaq, ya da istirahət etmək üçün deyil, həm də ekstremal bir ərazi olduğuna görə dünyanın hər tərəfindən turistləri özünə cəlb edir. Sen Marten adasında yerləşən bu çimərlikdə günəşin altında yaxşı qaralmaqla yanaşı, düz başınızın üstündən uçan təyyarələrin də şahidi ola bilərsiniz. Belə ki, mərkəzi “Şahzadə Culiana” hava limanı çimərliyə çox yaxın bir ərazidə yerləşdiyindən və eniş ərazisi balaca olduğundan təyyarələr istirahət edən insanların üstündən uçmaq məcburiyyətində qalırlar. Turistləri gözləyən yeganə təhlükə təyyarənin güclü küləyi vasitəsilə suya düşmələridir. Buna görə də turistlərin məlumatlandırılması üçün çimərlikdə xəbərdarlıq lövhələri yerləşdirilib.
Buralarda çimmək olmaz, çünki...Keçək ən təhlükəli çimərliklərə. Təhlükəsinə görə birinci yerdə Avstraliyanın şimal sahilləri və Tivi arxipelaqı gəlir. Burada istirahət edənlər zəhərli meduzalar və köpək balıqlarının hücumuna məruz qala bilər.Növbəti sırada isə Cənubi Afrika sahilləri gəlir. Burda da çimərkən insan köpək balıqları ilə üz-üzə gələ bilər.Üçüncü yer isə Meksikanın Zipolit çimərliklərinə aiddir. Buranın problemi isə çox sürətli su cərəyanlarıdır.Dördüncü pillədə Avstraliyadan çox da uzaqda olmayan Marşal adaları və Bikini mərcan adaları gəlir. 1946-1958-ci illərdə amerikalılar burada çoxsaylı atom sınağı keçirdiyi üçün radiasiya fonu yüksək olaraq qalır.Beşliyi ABŞ-ın Florida ştatındakı çimərliklər tamamlayır. Burada istirahət edənləri ya köpək balıqları qarşılayır, ya da ildırım vurur.Altıncı yer isə Braziliyanın Kopakabana çimərliklərinə (Rio de Janeyro) aiddir. Buranın problemi isə köpək balıqları və natəmizlik yox, cinayətkarlıqdır.Yeddinci yerdə Honq Konqun Repulse Bay çimərlikləri qərar tutur. Buranın yeganə problemi antisanitariyadır.Səkkizinci yer də Braziliyaya aiddir. San Paulunun çaykənarı çimərliklərində dincələnlərə piranhalar hücum edə bilər (Bu fəsilədən olan balıqların ölçüsü 30 sm, kütləsi isə 2 kq-a çatır. Qana çox həssas olan bu balıqlar insana da hücum edir).Doqquzuncu yerdə də ABŞ qərarlaşıb. Virciniya çimərliklərində dincələnlər ac tülkülərin hücumuna məruz qala bilər.
Nəhayət, onluğu Avstraliyanın Brum şəhərindəki Cable Beach çimərliyi tamamlayır. Burada dincələnlərin isə hər an timsahlarla burun buruna gəlmək təhlükəsi var.
Yaxşı çimərlik - alver, ekzotik heyvan, səsgücləndirici yox...
Dünya çimərliklərindəki “gəzişmədə” isə diqqəti çəkən nüans yaxşı adlandırılan çimərliklərdəki şərtlərdir. Yəni ən yaxşı çimərliklərdə alver qadağandır. Həmin ərazilərdə siz yeyinti məhsullarının alveri ilə rastlaşa bilməzsiniz. Ekzotik heyvanların çimərliyə gətirilməsi, turistlərlə şəkil çəkdirilməsi hallarından da söhbət gedə bilməz. Bundan başqa, orada səsgücləndirici ilə musiqi dinlədilməsi, spirtli içkilərin satışı qadağandır. Siyahıdakı əksər çimərliklərin ərazisində restoran fəaliyyət göstərmir. İnsanlar bu ərazilərə yemək yox, sırf günəşlənmək, üzmək üçün gəlirlər. Yəni çimərlik əsl təyinatı üzrə fəaliyyət göstərir.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Məktəbli formaları böyüklərin kostyumu qiymətinə...
Baş Prokurorluqdan Nərminlə bağlı müraciət
Günün qoroskopu: danışmaqla bahəm, qulaq asmağı da bacarsanız, yaxşıdır
Ən ucuz qızıl dəsti neçəyədir? - VİDEO
Skype-da YENİLİK!
Asan hazırlanan maskalar
Abituriyentlər üçün VACİB XƏBƏR
Gübrə ilə yetişdirilən məhsulların ziyanı
Azərbaycanda məmur övladlarının əsgər getmələri ilə bağlı rəsmi açıqlama
Namaz-VII Dərs-Sübh namazı
Qozadan "Kirpi" düzəldilməsi
Günün qoroskopu: ambisiyalarınız və xırda arzularınıza uyğun hərəkət edirsiniz
İddiası və hikkəsinin əsiri
Sumaqlı ciyər (foto resept)
"2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası" təsdiq edildi
İŞİD-ə qarşı böyük müharibə planı
Fahriye Evcen qısqanclığı ilə gündəm olub-FOTO
Sevimli tətildən nigaran müəllimə
5 yaşına kimi uşaqlarda qidalanma necə olmalıdır?
Sevil Əliyeva Heydər Əliyevin rəqsini paylaşdı - VİDEO
Brent markalı neft 44 dollara satılır
"Barselona"nın ulduzu qalır
Azərbaycanda neçə qadın sürücü var?
Düşmən yaşayış məntəqələrimizi atəşə tutur - RƏSMİ
Ərdoğandan Makrona Ərdoğandan Makrona sərt sözlər: “Sən kimsən ki…”
"Vüqarı bütün dünya şahmatı itirdi"
Makaron haqda bildiklərimiz və bilmədiklərimiz
Səhər yeyildikdə arıqlamağa kömək edən ərzaqlar
Lindsi Lohan AÇIQLAMA Verdi
Sumqayıtda zavod yanır: Yeddi nəfər xəsarət alıb, birinin vəziyyəti ağırdır - YENİLƏNİB
Məşhur ermənidən ŞOK ETİRAF
“Barselona”da “təmizləmə” işləri
Evdəki tozların qarşısını necə almalı?
Ədviyyatlı çolpa
Eskimo tortu (foto resept)
Qədim dövrlərdə istifadə olunan gözəllik üsulları
Prezident və xanımına orden təqdim olundu-FOTO
Sizə hansı vitaminlər lazımdır?
Pensiyaçılara böyük müjdə
Şaşki qəlyanaltısı(foto resept)
Qolsuz, ayaqsız, çox istedadlı
Bakı metrosunda yeni qatarlar
Xanım Qafarova dəfn edildi
Məşhur cütlük cərimə edildi-SƏBƏB
Bakı metrosunda dəhşətli qəzadan 20 il keçir
"Prezidentlik müddətinin 7 il olması qanunauyğundur"
İmzalı həyat
- Akula... - Ay can?!..
Dünyada koronavirusdan ölənlərin sayı 900 mini keçdi - STATİSTİKA
11 sentyabr faciəsindən sonra ən sarsıdıcı silahlı hücum
- ŞƏRHLƏR