Onlar da çiçəklər kimidir. Bəzən bir çiçəyin yetişməsi, açması üçün aylar, illər gözləmək lazım olur. Bu çiçəyə xüsusi qayğı, sevgi göstərilir. Onlar kimi... Vaxt yetişir, çiçək açır, qoxusu, gözəlliyi ətrafındakı hər kəsi özünə məftun edir. Onlar kimi... Sorağını eşidənlər çiçəyi görməyə, ona tamaşa etməyə gəlir. Onu görən hər kəs bu gözəlliyi əldə etmək, qoxlamaq, dərməyə çalışır. Onlar kimi...
Çiçək dərilir...
Bəzən bir sevgiliyə verilmək üçün. O sevgili isə bu çiçəyi ən qiymətli xatirə kimi sevər, əzizləyər.
Çiçək dərilir...
Bəzən bir qızın bəyaz gəlinliyinin qırmızı yaraşığı olmaq üçün. Bir cüt ömrü xoşbəxt edib yeni bir ocağın, təzə bir binanın özülünü qoyar.
Çiçək dərilir...
Bəzən evin ilkini salamlamaq üçün. Doğum evinin pəncərələrində gəzər, yenicə ana olmuş qızın qucağında məskən salar.
Çiçək dərilir...
Bəzən oğul-qız böyütmüş bir ananı sevindirmək üçün. O ana isə illər uzunu çəkdiyi əziyyətin bəhrəsi kimi bu çiçəyi evinin ən görkəmli yerində saxlayar.
Çiçək dərilir...
Bəzən bir evin sönmüş ana yanğısını alovlandırmaq üçün. Bir ocağı, bir ailəni yenidən toplayar, bir yumruq edər.
Çiçək dərilir...
Bəzən isə sadəcə baxmaq, zövq almaq üçün dərilər bu çiçəklər... Sonra isə ən yaxşı halda zibil qutusuna atılar. Nə xatırlanar, nə də yad edilər. Sadəcə bir dəfə qoxlanar... Sadəcə bir dəfə... Ömrü də birdəfəlik olar...
Evimizin, xeyrimizin, şərimizin bəzəyidir çiçəklər... Onlarsız nə bir isti nəfəs, nə bir isti ocaq olar. Yabanı da olar, dekorativ də. Həyət gülü də var, dibçəkdə yetişəni də. Tikanlısı da var, tikansızı da. Ömrü az olan da olur, çox yaşayan da. Rəngləri də müxtəlif olar: sarı, qırmızı, bəyaz, narıncı, çəhrayı. Həyatımızın anları kimi, acılı-şirinli xatirə kimi.
Amma nəticədə hamısı çiçəkdi, hamısının da bir adı var: QADIN.
Bəs sən bu çiçəyi nə üçün dərdin?
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Süfrəmizdə iştahla yediyimiz insan saçı
Zirəddin Rzayevdən tükürpədici proqnoz: "Bu il İblisin ilidir"
Xəzərdə zəlzələ olub
Rəngarəng çantalar (4)
Koronavirusla mübarizə aparmağa kömək edən qidalar
Mingəçevirdə fil sümükləri tapıldı
Dünyanın ən eybəcər kişisi
BÜRCLƏR bizə nə vəd edir?-16 noyabr
Evlərdə çatlar yarandı
Kütləvi zəhərlənmə qeydə alınan imtahan yenidən nə vaxt keçiriləcək? - AÇIQLAMA
"Neftçi" ərəblərə "3" verdi
Uşaqların idman etməsi ilə bağlı bilinən yanlışlar
Deniz Akkaya və Seren Serengil polisə müraciət etdilər
"Facebook"dan möhtəşəm yenilik
Kotlet buğlaması(foto-resept)
Azərbaycandan Avropaya elektrik enerjisi ixracının vaxtı açıqlanıb
Təbii qazdan istifadədə limiti keçənlərə – ŞAD XƏBƏR
Kök qollardan azad olun!
Türkiyəli ulduz "Ay qız"ı oxudu - VİDEO
Cərrahların pasiyentlərin qarnında unutduqları
Öskürəyi kəsən çaylar
İdman edərək yaddaşınızı gücləndirin.
Dünyada bankomat fırıldaqçılığı artıb
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Mayk Taysondan sensasiyalı açıqlama
Google şirkəti reklamın yerlərini artırır
Filmdəki rollarını sevməyən məşhurlar
"Azərbaycan Dəmir Yolları" iş rejimini dəyişdi
Nurgül Yeşilçay yeni imicidə -FOTO
2020-ci ili necə qarşılamaq lazımdır?
Gül şirniyyatı (foto-resept)
Gəbələk şorbası
Dünyanın sonu-2 (son)
Qadin.Netlilərin səyahət xatirələri (1-ci hissə)
Deyirlər ki, Allah Yezidi bir daha dirildəcək
ABŞ-da Zika virusu daşıyıcıları artıb
Şvarsnegger 61 yaşlı Sara ilə qayıtdı-FOTO
Ən çox istifadə etdiyimiz makiyaj vasitələri
O ölməlidir ki, biz yaşayaq - 10 min ağcaqanad və Bekhem
Bu qız unikal yolla pul qazanır
Bəy toydan qaçdı, gəlinsə...-FOTO
Microsoft Office-ə pulsuz əvəz yaradıldı
Dünyanın ən bahalı brendi o oldu
Pendirli kotlet (foto-resept)
Heydər Əliyev Mərkəzində nümayiş edilən əsər sakinlərin marağına səbəb olub
Kür çayının aşağı axınında müsbət dəyişiklik müşahidə edilir
Dövlət hesabına peşə məktəblərində oxumaq istəyənlərlə bağlı yenilik
Günün ulduz falı
Uşağı yemək yeməyə məcbur etməyin
İlham Əliyevdən yeni sərəncam















- ŞƏRHLƏR