DJ BIBIXANIM
Bu il, iyul ayında gözəl güşəmiz olan Yardımlıya istirahətə getdik. İstirahətə ailəmizlə birlikdə getmişdik. İstirahətimiz çox gözəl keçirdi. Bir gün seher tezdən yağış yağmışdı çayın qırağında. Biz maşına minib, misiqiyə tam səs verib dağın ətəklərinə doğru yol aldıq. Yolda çay daşmağa başladı. Maşını da sel aparırdı. Altına daş qoyduq, amma xeyri olmadı Biz artıq dağa bir neçə metr qalxmışdıq, gözəl mənzərə var idi. Bütün gün burnumuzdan gəldi Yolun ortasında qalmışdıq. Çünki mahnı çox oxuduğundan maşının akumlyatoru ölmüşdü. Birdən, Allaha şükür yolda bir maşın göründü Sonra adamlar gəldi, maşını çıxarmağa gəldilər və maşını çıxartdılar. Həmin gün bizim üçün bir xatirə oldu.
Creativka
2007-ci ilin iyulu idi, bir çox bölgələri gəzdik, amma dayanacağımız Qəbələ oldu. "Yeddi Gözəl" istirahət mərkəzinə getmişdik. Məktəbi təzə bitirmişdim, bu münasibətlə mənə telefon almışdılar Qohumumuz vardı, onunla yelləncəyə mindik, 2 nəfər otura bilən yelləncəkdə. Onun çox ağır dəmirləri vardı. Mənə dedilər ki, "minmə, yıxılarsan". Bir dəfə mindim, qız necə yuxarı qaldırdısa yuxarıdan sürüşüb düşdüm yerə. Yenə dedilər "minmə", bir də çıxdım. Yenə yıxıldım, heç nə olmadı. 3-cü dəfə dedim ki, "bu dəfə qızı mən yıxacam", bu dəfə də necə yıxıldımsa, telefonumun da hissələri hərəsi bir tərəfə səpələndi, çox pis yıxılmışdım. Soruşurdular: "Sağsan?" Mən də ağlayırdım ki, "görün telefonum qırılmayıb? Telefonumu istəyirəm"...
Yağmur damlası
Səyahət etməyi çox sevirəm, nə qədər gəzsəm o qədər təbiətdən, gözəllikdən doymaram Bir dəfə ailəvi, dostlarımızla birgə rayona getmişdik. Dincəlirdik hər şey çox rahat idi. Uşaqlar da bizim yanımızda topla oynayırdılar, kişilər kabab çəkir, qadınlar da süfrə hazırlayırdılar. Yemək yeməyə yaxın uşaqları səslədilər ki, gəlsinlər. Gördük ki, uşağın biri yoxdur. Təsəvvür edin, ana nə günə düşdü, ata dərhal şığıdı ananın üstünə ki, uşağa niyə baxmamısan, aləm dəydi bir-birinə, hərə dağıldı bir tərəfə uşağı axtarmağa, qışqıran kim, ağlayan kim. Dedilər burda ilan olur birdən uşağı çalar, yoxsa bizə hay verərdi. Anasının ürəyi getdi, mən qaçdım ki, gəlim su aparım, gördüm uşağ girib bizim maşında yatıb. Tez sevincək qaçdım uşağın xəbər verim ki, uşağ tapıldı. Düz daşların yanından keçəndə ayağım sürüşdü, dəydim yerə. Nə isə, şad xəbəri verdim, gəldik süfrə hazırladığımız yerə, bir də baxdıq ki, kababın qazanı aşıb, it qəşəngcə kababın istədiyi qədərini yeyib, qalanı da bütün tozun içində. Qarpızla,pomidorla doyub gəldik evə.
Seli
Sizə bu yaxınlarda etdiyim bir səyahət zamanı başıma gələni yazmaq istəyirəm. Deməli belə, mən başqa ölkədə yaşadığım üçün məcburən 2 aydan sonra ölkəyə yenidən giriş etməli oluram. Bu dəfə yoldaşım yaşadığımız ölkəyə yaxın olan bir ölkəyə həm istirahət məqsədli, həm də sənəd məsələsini həll etmək üçün gedəcəyimizi dedi. Nə isə, yay fəsli olduğundan yüngül bir futbolka, birdə cins geyinib yola düşdüm. Yoldaşım gödəkcə götürdüyü üçün ona hələ güldüm də Sen demə gülməli vəziyyətə mən düşəcəkmişəm. Elə şəhərdən çıxar-çıxmaz soyuqdan canıma vic-vicə düşdü. Amma dillənmədim, yatmağa çalışdım. Hardasa 50 km getmişdik ki, maşın birdən dayandı. Nə isə qırılmışdı. Məcburən evakuator çağırmalı olduq. Eləki, evakuator geldi, sürücüsü dediki mənim yanımda ancaq 2 nəfər otura bilər. Bizsə 3 nəfər idik. Yoldaşım dediki, gəl biz evakuatorda oturaq, şofer də maşında. Mən isə şoferin orada oturmağını istəmədim, dedim özüm oturacağam. Yoldaşım dedi: Gərək uzanasan ki, QAİ görməsin. Təsəvvür edin, evakuatorun üstündə bizim maşın, onun içində də mən Daxili orqanlarım yaxşıkı zərər görmədi. Çatanda yoldaşım nə desə yaxşıdı? Deyir ki, mən olsam qəti minməzdim, ürəklisən. Maşın düşə bilər axı. Dedim bunu indi deyirlər? Nəsə, onun sabahısı isti geyindim, maşınada yastıq,yorğan qoydum rahat-rahat getdik. Həm gəzdik, həm də işim düzəldi Bax ona görə də, hər işdə bir xeyir var deyiblər.
H4cət-i vusl4t
Səyahəti çox edənlərin xatirələri də çox olar-mən çox az səyahət etmişəm, başıma məzəli hadisə də gəlməyib, bəlkə də əksinə, xoşagəlməz hadisələr olub.
İlk səyahətim 13 yaşında nənəmlə Lənkərana toya gedəndə olub. Artıq yolda allergiyam tutmuşdu, bədənim bütün qaşınırdı. Avtobusun çarxı partlamışdı deyə təmir üçün dayanmışdı, mən də yorğun (ilk dəfə idiki uzaq yola çıxırdım, o da belə ). Gözüm dikilmişdi uzaq yollara-təmirin bitməsini gözləyrdim, bir yandan da qaşınan ayağımı oturacağın kənarına sürtürdüm-bir də xəbər tutdum ki, anamın mənə əzizləyərək verdiyi ağ qolfim bütün qan içindədir. Lənkəranda da toydan bir gün qabaq qaldığımız qohumun evində (sağ olsun yaxşı otaq yoldaşları vermişdi əmimqizi ilə mənə) səhərə qədər yatmadım: ağcaqanadlar gəşəng toy tutdular mənə. Əmimqızı məndən böyük idi, tez tərpənib, deyəsən divan örtüyü idi büründü ona yatdı özü üçün. Mən yazıq əfəl bir yandan allergiya, bir yandan həşəratlar... Səhəri toyda oturduğum yerdə yatırdım, artıq ağlamaq istəyirdim, anamı istəyiridm ki, dərdimi deyim Oturan yerdə huşa gedib yerə yıxılanda artıq dözə bilməyib bir künc tapıb verdim özümü yuxuya-bu da oldu guya toya getmişdim....
Daha sonra 8-ci sinifdə oxuyanda, atam, anamla məni Kərbəla və Məşhəd ziyarətlərinə göndərdi. Nə üçünsə sürücü İraklı idi (məncə Azərbaycanlı olalı idi). Bu kişinin əlindən yol əsil əzaba çevrildi mənim üçün: yolboyu anam gah yerimi dəyişdi, gah elə hey dedi pencərədən bayıra bax başqa heç yerə, gah hamı namaz üçün düşəndə gözündən qoymadı: heç nə anlamırdım. Bir də gördük bu sürücü əlində dondurma gəlib durub qarşımızda: o qədər zəvvarın içindən mənə dondurma alıb. Anam bir günə düşmüşdü! Daha xatırlamıram nələr dedi kişiyə yola saldı onu. Sonra anam başa saldı ki, yol boyu güzgüdən izləyirmiş məni. Çox qorxmuşdum! Tərslikdən oteldə də qapı qonşusu oldu bizlə-gecələri qorxunc yuxular görürdüm, anam elə deyirdi bircə səni sağ-salamat çatdırsaydım evə. Restoranlarda da offisiant qızlar sıraya düzülüb elə baxıb danışır, gülüşürdülər, heçnə anlamırdıq. Onda ingilis dilini də bilmirdim ki, anlayım nə istəyirdilər. Nəhayət bir zəvvar xanım başa saldı anama ki, qızın o qədər ağdır ki, bunlara qəribə gəlir ki, avropalı necə çarşab geyinib.
Son dəfə bu yay Lerikə getdim-özümlə notbuku götürmüşdüm ki, bir kitab var, ordan Ramazan ayı ilə bağlı silsilə xəbər hazırlayım. Ora çatanda gördüm ki, kitabı unutmuşam. Çox pis olmuşdum ki, bu qədər mövzunu necə çatdıracağam yazmağa, çünki tam Ramazan öncəsi qayıdacaqdım evə. Amma, tez özümü toplayıb Allaha təvəkkül etdim, nə olursa xeyrə doğru. Əvəzinə, dağaların gözəl mənzərəsindən ilhama gəlib bir neçə ürəkdən gələn xəbər hazırladım... Evə qayıdan kimi xəbərin birinci hissəsini kompyüterdə yığıb xəbəri göndərdim sayta. Və... Xəbər başqa saytda olduğu üçün silindi. Deməli, Rəbbim boşuna unutdurmamışdı mənə kitabı: o qədər mövzunu yazacaqdım, nəticədə hamısı silinəcəkdi, çox yandırardı məni itirdiyim vaxt. Hər zaman təvəkkül...girl_ang
PERVANE ELİYEVA
İlk öncə məni gözəl xəbərinə dəvət etdiyin üçün sənə təşəkkürümü bildirəm, bacım. Öz vətənimizdə, rayonlarda cox olmuşam. Amma, vətəndən kənara heç getməmişdim. Mən qapalı yerlərdə ola bilmədiyim üçün təyyarəyə minə bilmirdim. Bu il yoldaşım bəlkə bir neçə dəfə bilet alıb, mən isə fikrimi dəyişmişdiyimə görə, gedib bileti geri qaytarıb və cərimə olunub. Nəhayət bir gün qərara gəldimki özümü ələ alım. Burda nə var ki, təyyarəyə minib ailəmlə səyahətə gedəcəm. Bəli yoldaşım qəti qərara gəldiyimi görüb bilet aldı. Çox qəribə idi, gedən günə kimi heç bir həyacan olmadı. O gün gəldi. Artıq aeroporta getdik. Tuneldən keçən kimi məni həyacan basdı. Ən dəhşətlisi isə təyyarəyə daxil olan kimi az qaldı boğulum. Siz təsəvvür edə bilməzsiz mən necə qışqırdım ki, çəkilin mən düşürəm. Yazıq yoldaşım özünü itirmədən mənı sakit eləməyə başladı. Deyirdi ki, ay Pərvanə bu sənin üçün taksi, avtobus deyil ki, harda gəldi saxlasınlar. Bura girdin, birdə getdiyin məkanda düşməlisən. İnanin, əl qatmışam özümə ki, mən düşəcəm vəssalam. Bütün millət mənə baxır, gülən də var idi. Axır bir təhər mənə dərman verib yerimə əyləşdirdilər. Kiyevə uçduq ailəmlə. Bu hadisəni kim eşitdi, güldü mənə. Orda da o qədər görməli, gəzməli yerlər var idi ki, gəl görəsən. Bir ay qaldıq. Ən maraqlısı isə, orda yerlilərimizin restoranı var idi. Bir gün də ora getdik. Başımız necə qarışdısa, balaca oğlum gedib eşşəyin qaldığı yerin qapısını açıb, onu azadlığa buraxdı. Bir azda gec xəbər tutsaydıq bizi yaxşıca cərimə edərdilər. Nə bilim, bacım, maraqlı səyahətlər çox olub, amma yazsam yer qalmaz. Bu qədər.
kristen_
Səyahət etmək həyatda etdiklərimin içində ən sevdiyimdir))) Xüsusilə yoldaşımla yeni yerlər kəşf etməyi çox sevirəm...
Məsələn, mənim ən sevdiyim şəhər Roma şəhəridir. Orda 1 ay praktika keçmişəm ixtisasım üzrə. 1 ayda Romanı yenidən kəşf etdim. Məsələn, bəzi yerləri Tvdən görmək, şəkillərdən görməklə yaxından görmək və toxunmaq qədər maraqlı yerlə-göy arasında fərq varmış. Orda özümə 2 çox yaxın dost qazandım. Polo və Mixelo. İnanılmaz əyləncəli insandırlar. Eyni zamanda da çox dəyərli. Məsələn, Polo bu dünyadan tamamilə ayrılmış bir planet kimidir desəm, tam yerinə düşər Çox əyləncəli, çox pozitiv, çox enerji dolu bir insandır. Onunla başıma çox gülünc hadisələr gəlib, amma təəssüf edirəm ki, bu an fikrimi cəmləyib paylaşa bilməyəcəm. Daha sonra, bu il getdiyim Mayami səyahətim, hələki etdiyim ən gözəl səyahətim idi. Yoldaşımla birlikdə getmişdim. Mayaminin gecələri bir başqa cür gözəl olur Mənlik olsa heç gəlməzdim. İllərlə yalnız Mayaminin gecələrin yaşamağa razı ola bilərəm hətta. Belə... Hal hazırda fikrimi cəmləyə bilmirəm, üzrlü sayın. Yalnızca bunları paylaşa bildim. Hal-hazırda isə Londan şəhərində yaşayıram və çox sevərəkdən yaşayıram. Vətən qədər olmasa belə, özümü bura aid hiss edirəm
Monica_Bellucci
Qaxa səyahətə getmişdik. Orada İlisu kəndində istirahət edirdik. Bir gün eşitdik ki, orada bir hamam var, dağın başında bir ovuğun içində. Suyun haradan gəldiyi məlum deyil, amma şəfalı sudur. Özü də isti. Dedik ki, gedək oraya. İstirahətə mən, yoldaşım, uşaqlarım, qaynım, baldızım getmişdik. Oraya da qalxmaq asan məsələ deyil. Təsəvvür edin, dağın başıdır. Xüsusi maşınlar ilə getmək lazımdır ora. Biz də müəyyən bir yerdə həmin maşınlardan birinə minib yola düşdük. Maşın da darısqal idi, ona görə uşaqlar qucağımızda oturmuşdu. Birdən oğlum su istədi, mən də çantadan su şüşəsini götürdüm. Mən də elə bilmişəm ki, qazsız sudur, deməmiş qazlı, mineral su imiş. Şüşənin qapağını açan kimi, su fışqırdı qabaqdakı şoferin üzərinə. Kişinin bütün köynəyi su idi. Pərt olmuşdum lap. Bu da mənim ən xoş xatirəm oldu
YEGİŞ
Əvvəlcə mənə xəbərində yer ayırdığın üçün təşəkkür edirəm. Səyahət xatirələrim demək olar saymaqla bitən deyil. Ən yadda qalan xatirəm isə, Qubaya Qəcrəş kəndinə qonşularımızla istirahətə getmişdik. Çox qorxulu bir hadisə ilə rastlaşdım. Demək, Afurca şəlaləsini məncə görən, eşidən çox olar. Şəlalə ucqar dağın lap ətəyində idi. Ora qalxıb yenicə düşürdüm ki, ayağım boşa keçdi, torpaq xeyli sürüşdü, amma xoşbəxtlikdən məni saxladılar, yoxsa indi həyatda yox idim. Yenicə, o hadisənin təsirindən çıxmamış yeni bir hadisəylə qarşılaşdım. Dərəni tez-tez aşağı enirdim deyə, qaçan kimi bir hərəkət etdim. İndi məni saxlamaqmı olar? Üstən aşağı qırıcı təyyarə kimi bir gəlirəm, heç kim məni saxlaya bilmir qarşıma çıxan, məni saxlamaq istəyən hər kimsəni də vurub aşırıram. Bir sözlə orda qucaqlaşmadığım adam qalmadı Baxmayaraq bu hadisədən 10 il keçib hələ də o hadisəni, xatirəni unuda bilmirəm. Təki yaddaşımıza Qızıl hərflərlə yazılan xatirələr həkk olunsun Mənim səyahət xatirəm bu qədər. Oxuyan-oxumayan gözlər var olsun!
Ardı var...
XƏBƏR LENTİ
MN əsir götürülmüş erməni komandirin üzərindən çıxan əşyaları təqdim etdi - FOTO
Kirli paltar
Mila Yavoviçin qızı aktrisalığa başladı-FOTO
Sevən kişinin xüsusiyyətləri
Bu gün Polad Bülbüloğlunun yubiley konserti olacaq
Gizlənməyi bacaran heyvanlar
Yerə təhlükə yaxınlaşır
Nüsret milyonluq avtomobil aldı
Payızlıq taxıl bitkilərinin kütləvi səpini davam edir.
Azərbaycanda yağış yağacaq
DİQQƏT! Ölkədə sağlamlıq üçün təhlükəli məktəbli formaları satılır
Dünyanın ən bahalıları
Abituriyentlərin qeydiyyat müddəti bu gün bitir
Kosmosdan çəkilmiş ən maraqlı fotolar
Həyat nə deməkdir?
Duman açıqlaması
Azərbaycanda bu körpünü görən hər kəs TƏƏCCÜBLƏNİR - FOTO
Qadınların münasibətlərdəki 5 problemi
Tünd rəngli dodaq boyasından istifadə qaydaları
Evdə hazırlaya biləcəyiniz dəri maskaları
Təhlükəli silah HAZIRLANIR – Hamı yüksək radiasiyaya MƏRUZ QALACAQ
Ece Seçkin boyunun kiçikliyindən danışdı-FOTO
Toy etmək istəyənlərin NƏZƏRİNƏ
Quantanamo həbsxanası bağlanacaq?
Buraxılış imtahanları təxirə salındı
Bu ilin dəbi - narıncı
Uitni Hyuston haqqında bioqrafik film çəkilir
İnternetə qoşulanlar 33 milyarda çatacaq
Samsung Vyetnama köçür
Sizcə burada hansısınız?
İŞİD Həzrət Abbas məscidini havaya uçurdu
Toy tortları
Modest Musorqski
Keçmiş TQDK sədrinə yeni vəzifə verildi.
Hava haqqında
Kişilərin qadınlarda bəyənmədikləri tərz
Dilan Çiçək və Burak Dəniz eyni serialda - FOTO
Sahibkarlar üçün “ASAN xidmət”
Hər yaşa uyğun dəriyə qulluq qaydaları
Evin kimyəvi havasını təmizləyən bitkilər
3 il sonra...
Özünü brendləşdir
Sürətli saç uzatma
Novruz bayramının qeyri-iş günləri AÇIQLANDI
Bu il doğuş zamanı baş verən ana ölümlərinin sayı açıqlanıb
Hava haqqında
Dünyanın ən yaşlı kişisi vəfat etdi
Hər kəs "Eurovision-2020"-nin aparıcısından danışır-SƏBƏB
Bakının məşhur dairəsi dəyişdirilir
Hadisenin FOTOsu hər kəsi GÜLDÜRDÜ
- ŞƏRHLƏR