Həyat uşaq kimidir, nəyin olmasını istəmirsənsə, nəyə qadağa qoyursansa, o hökmən olmalıdır, baş verməlidir, onu həyat bizə etməlidir… Nə ki, “Yox, olmaz” kateqoriyasına daxildir, o mütləq olacaqdır..
Həyat zebra kimidir, ağ-qara zolaqlı yolları var, işıqfor var yolayrıcında, sənin yolun olanda keçməlisən o keçid yoldan-zebradan, həyatda piyadasan… Cərimələnməmək, problemlər tərəfindən vurulmamaq, sağlam qalmaq üçün yolu düz və vaxtında keçməlisən…
Həyat bina kimidir, daş üstə daş qoyub, min bir əziyyətlə tikirsən evini, evin olur, sonra bir səhvin, kənar amillərin təsiri ilə tikdiyin evin dağılır, qalırsan evsiz…
Həyat reklam kimidir, sənə lazım olmayanları gündəmə gətirir, şüuraltına təsir edib, onu əldə etməyə məcbur edir, hər kadrında təriflər, 25-ci kadr effekti ilə lazımsızı lazımlı etməyə çalışır…
Həyat film kimidir, səni oyunçusu edib özünə, rollara girirsən, başqası olursan, olmaq istəyirsən, başqasının həyatını yaşayırsan çox zaman…
Həyat zaman və məkan kimidir, tez-tez dəyişir, unudulur, təkrarlanır, əvəz edilir, bəzən isə bir daha təkrarlanmır, əvəz edilmir…
Həyat istirahət, əyləncə kimidir, sənə lazımdır, yaşamaq istəyirsən, amma baha başa gəlir bu istək və həyat tərzi…
Həyat təbiətin dörd ünsürü kimidir, bəzi məqamlarda od kimi yandırır, bəzən isidir, su kimi yol açır özünə, sel kimi yuyub aparır önünə çıxanı, torpaq kimi məhsuldar hadisə, xəbər və tanışlıqlar verir bizə həyatın barı olaraq, meyvələrindən yeyirik, bəzən acı olur, bəyənmirik, bəzən şirin, sevirik bu dadı, bəzən isə torpağa yola salır bizi son məkan kimi, bəzən isə hava kimi nəfəsimizə çevrilir, oksigenimiz olur, bəzən isə külək kimi əsib, bizi şimal küləyitək qaçırdır, qovur, tənginəfəs edir, cənub küləyi kimi mülayimlik gətirir…
Həyat ulduz kimidir, uzaq, əlçatmaz, arzulanan… Kiçik görsənir bizə, əslində çox böyükdür, miqyasını anlamırıq sadəcə…
Həyat göz yaşı kimidir, duzlu, saf, içdən, səmimi olur bəzən.. Göz yaşları kimi qəlbindən xəbər verər, ruhunu açar insanlara müəyyən şərait və vaxtlarda…
Həyat insanın yaş dövrləri kimidir, uşaqlıq, yeniyetməlik, gənclik və qocalıq, hər yaş dövrünə keçid dövrümüz də olur… O zaman biz dəyişirik, dəyişdirir bizi bu həyat… Əvvəl uşaq kimi məsum olur, sonra bir az bicləşir, böyüyür, böyüdükcə, təcrübə yığır, sonra gəncləşib çılğın, enerji ilə dolu olur, sonra qocalır, üzü ölümə aparır bizi…
Həyat xəbər kimidir, gözləyirsən yolunu, bilmək istəyirsən, bəzən səni məyus edir pis olmağıyla, bəzən isə sevindirir…
Həyat demokratiya, azadlıq kimidir, hamı istəyir, azad və demokrat yaşadığını düşünür, amma əslində nə azad olur, nə də demokrat… Həyatın özü isə əslində hərdən radikal olur, hərdən tolerant…
Həyat medal kimidir, görmək istədiyin tərəfini görürsən bəzən, atırsan yuxarı mərcə girərkən, bəzən uduzursan, bəzən udursan, görmədiyin tərəfi də göstərir sənə həyat, istəsən də, istəməsən də…
Həyat qanun kimidir, yazılmışı da var, yazılmamışı da… Əməl etməlisən ona, məcbursan deyə… Pozsan bu qanunları həyat səni pozar…
Həyat pul kimidir, hamıya lazımdır, amma hər adam qismət olmur, bir nəfərdə az olur, başqasında isə çox…
Həyat vərdişlər kimidir, asılılıqlar yaradır insanda… Asılı olursan həyatından, narkotikan olur, uyudur səni, beynini, hərəkətsiz olursan həyatın şoklarından, bəzən içirsən həyatı şərab kimi unudulmaq üçün, bəzən isə ehtirasa gətirir, unudursan haradasan, kiminləsən…
Həyat kölgə kimidir, gün ərzində zamana uyğunlaşaraq, ya səni ötüb keçir, bir addım öndədir, onu görmək üçün önünə baxmalısan, ya səndən geridə qalıb, bir addım geridə, onu görmək üçün arxaya dönməlisən, ya da bərabərindədir, görə bilmirsən…
Günel Fərhadqızı
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Dəbli çəkmələr
İti üçün 20 dəqiqə anakonda ilə döyüşdü - VİDEO
Putindən Qarabağdakı sülhməramlılarla bağlı AÇIQLAMA - VİDEO
Dünya mədəniyyətinin ilkləri
Azərbaycana vizasız gələcəklər
Dövlət Sərhəd Xidmətinin Akademiyasının Nizamnaməsi təsdiq edildi
Orucu düzgün tutmağın qaydaları
Bakının bir neçə yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılır
Düzgün kitab oxuyaq
Xarı bülbül Qaxa gəlib çıxdı
Ön xətdə gərginlik qalır - RƏSMİ
Mixael Şumaxerin oğlu “Formula 2” yarış seriyasının qalibi oldu
Ürək əməliyyatından sonra nələrə diqqət etməliyik
Məşhur aktrisa yaddaşını sildirəcək-SƏBƏB
Hava haqqında
Yeni il üçün hazırlanan salatlar (2) (foto resept)
Bu ölkədə internetə 2 milyon adam nəzarət edir
Bakıda sürücülər və piyadalar üçün yeni xəbər
Bu mühəndis o mühəndisdən deyil
Instagram-da Direct bağlanacaq
Bəhram Bağırzadənin xəstəxanadan yola salınma görüntüləri - FOTO
Ezgi Mola Mustafa ilə birlikdə-FOTO
Xalq artisti Ağaxan Salmanlı vəfat etdi
Çingizin şahidi o anları xatırladı
Azərbaycanda bu gün koronavirusdan ölən olmadı: 139 yeni yoluxma - FOTO
"Küləklə sovrulan"ın əfsanəvi kostyumu satıldı
Vaxtında çəkilmiş şəkillər
“Instagram”a qadağa qoyuldu
"Adamtanıyan" silahlar
Rus dili - РњРј
Ayılar 100 ildən sonra Çernobıla qayıtdılar
Eşqi evlilik öldürür yoxsa beyin?
Tarix yazan hərbçilərimizin Şuşada qartopu əyləncəsi - VİDEO
Şeytandan gələn məktub
Bu rayonlarda qaz olmayacaq
Yeni il süfrəsinin əvəzolunmazları(2)
Ebru Gündeş görünüşü ilə TƏƏCCÜBLƏNDİRDİ-FOTO
ABŞ Dövlət Departamenti Kerri və Lavrovun Qarabağ müzakirəsini şərh etdi
Darçınla bədən ölçülərinizi sabit saxlayın
Novruz bayramı İslama ziddir?
Rusiya Azərbaycanın sifarişini yerinə yetirdi
Gözəllik salonunda 35 nəfər koronavirusa yoluxdu
Vampir-balıq kəşf edildi
"Eurovision 2021” bu tarixdə keçiriləcək
Çoxu istə, aza qane ol...
Model küçə satıcısını necə varlandırdı? - Foto
Putin İŞİD-dən danışdı
Yeni trend: Təbii və dağınıq qaşlar
Günün qoroskopu: yenə də əlavə işə başlasanız...
Dəridəki çatların bitkilərlə yox edilməsi















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]