
Bəziləri özündən çox razı, bəziləri isə narazı olur və özlərini bədbəxt hiss edirlər. Mütəxəssislər bildirirlər ki, istər şəxsi həyatda, istərsə də karyerada uğur qazanmaq üçün özünə əmin olmaq vacibdir.
Psixoloq Ruhanə Rzayevanın sözlərinə görə, özünə inam hissini gücləndirmək üçün, ilk növbədə, özünüzü başqaları ilə müqayisə etməyin: "Bunu etmək çətin olsa da, vacibdir. Özünüzü başqaları ilə müqayisə etmədiyiniz üçün özünüzə daha çox inanacaqsınız. Çox vaxt özünü başqaları ilə müqayisə etmək vərdişi uşaqlıqdan yaranır. Belə ki, bəzi valideynlər uşağın bacardığından daha çox şey tələb edərək daim onu başqaları ilə müqayisə edir. Uşaq da valideynin müqayisə etdiyi adamlara bənzəməyə və ya onlardan daha üstün olmağa çalışır. Çox vaxt valideynin bu sözləri uşağın həssas psixikasına təsirsiz ötüşmür. Uşaq psixoloji travma alır, özünün çox pis olduğunu düşünür. Bəzən ona elə gəlir ki, valideynlərinin müqayisə obyektinə heç vaxt çata bilməyəcək. Uşaqda əminsizlik hissi yaranır. Əminsizlik hissi isə yalnız müqayisə obyektini üstələyəndə keçib gedir. Üstələyə bilmədikdə isə bu apatiya və ruh düşgünlüyü yaradır", - deyə psixoloq əlavə edib ki, müqayisə etmək vərdişi insanda rəqabət hissini yüksəltdiyi üçün xeyirlidir: "Amma psixoloji baxımdan insana narahatlıq gətirir. Özünə əminsizlik şəxsi həyatda da ciddi problemlərin yaranmasına səbəb olur".
Maraqlısı budur ki, özünə güvən hissi çox aşağı olan insan müqayisə obyektini üstələyəndən sonra ona qarşı marağı itir. Şüuraltı olaraq başqa müqayisə obyekti axtarmağa başlayır.
Həmsöhbətimiz məsləhət görür ki, əslində özünə güvən hissini artırmaq üçün özünü yalnız keçmişi ilə müqayisə etməlidir. Keçmişdə olduğuna nisbətən bu gün daha yaxşı olmağa çalışmalıdır. Bu gün qazandıqları uğurları keçmişindəki uğursuzluqlarla müqayisə etməlidir. İndi həyatında olan insanlar keçmişində bəlkə heç yox idilər. Bu özü də xoşbəxtlikdir. Yalnız bu tip müqayisə sağlam müqayisə hesab edilə bilər. Bu tip müqayisə əksər hallarda insan həyatını düz yaşayıbsa, onun özünə inam hissini gücləndirir. İnsan həyatdan daha məmnun olur.
Kiminləsə özünü müqayisə etmək insana narahatlıq gətirir deyən Rzayeva bildirib ki, həmişə sizdən daha yaxşı olan bir insanla üzləşə bilərsiniz: "Hamıdan ağıllı, varlı, gözəl, səliqəli, bacarıqlı olmaq mümkün deyil. Hər zaman kimsə daha üstün olacaq. Bu cür yanaşma sizi həyatından və özündən narazı insana çevirəcək. Malik olduqlarınızla fəxr etməyə, onları dəyərləndirməyə və bu çərçivədə yaşamağa çalışın".
Başqaları ilə özünü müqayisə əvəzinə planlı və məqsədli şəkildə yaşamaq daha düzgün olar. Mütəxəssis bildirib ki, "hamıdan yaxşı olmaq" prinsipi ilə yaşamaqdansa, "mən bunları etməliyəm" prinsipi ilə yaşamaq daha düzgündür. Bunun üçün özünüzə plan tərtib edib bu haqda vərəqə yazın. Planda gün ərzində neçə dəqiqə idman etməkdən tutmuş, nə qədər pul qazanmalı olduğunuza qədər qeyd edə bilərsiz. Planda hər yerinə yetirilən bəndin qarşısında qoyduğunuz üstəgəl işarəsi əminlik hissinizi artıracaq.
Müsahibimiz diqqətə çatdırıb ki, ətrafdakılara və özünüzə qarşı mehriban olun: "İnsanlardan və özünüzdən daha çox şey tələb etməyin. Bununla siz özünüzə olan inam hissini yüksəldə biləcəksiz. Qəribə də olsa, özünə əmin olmayan insanlar başqalarına qarşı çox tələbkar olurlar. Bu cəhətlə də özünə əmin olmayan insanları tanımaq olar. Daim mənfi fikirlərlə yaşamaq özünə inam hissini azaldır".
R.Rzayeva məsləhət görür ki, çalışdıqca neqativ hadisə, film, məqalələrdən uzaqlaşmaq lazımdır. Təəssüf olsun ki, əksəriyyət məhz neqativ məzmunlu informasiyaya meyl edir. Onları qorxuzan və dəhşətə gətirən yazıları və videoları bəlkə də hər gün izləyirlər. Bəzən onlar neqativ hadisənin qəhrəmanına görə kədərlənir və srtessə düşürlər. Bunu etmək isə düzgün deyil. Bacardıqca çətinlikdə olan insanlara kömək etmək lazımdır. Əgər bunu etmirsənsə, boş-boş kədərlənməyin heç bir mənası yoxdur. Nəzərə almaq lazımdır ki, insanlar hər gün ölür, xəstələnir və bədbəxtliklərlə üzləşirlər. Əgər bütün bunları onlar hər gün düşünməyə və bu tip informasiya ilə maraqlansalar neqativ məlumat onların psixikasına zərbə vuracaq. Belə adamlarda adətən özünə güvən hissi də azalır.
Özünə güvən hissi aşağı olan adamlar özlərinə aid olmayan neqativ informasiya ilə maraqlanmaqla yanaşı, öz həyatında baş verən, ona aid xoşagəlməz hadisələr barədə də daim düşünürlər. Onlar bir növ özlərinə aid olan yaxşı hadisələri bloklaşdırır. Bütün günü bəd danışmaq və neqativ hadisələr barədə isə düşünmək onları qorxaq, özünə əmin olmayan insana çevirir. İnsan nəsə etməyə cəhd etmir, hər şeyin pis nəticələnəcəyini düşünür. O, gələcəyinə qarşı ümidsiz yanaşır. Nəticədə nə gələcəyinə, nə də ki özünə inanır. Çox vaxt belə insanlar uğursuz olurlar.
İşini sonuna kimi çatdıra bilməyənlər, səbirsiz və tənbəl insanların da özünə güvən hissi çox aşağı olur. Psixoloq qeyd edib ki, işi axıra kimi çatdırmaq çox vacibdir. Belə ki, yarımçıq qalan işlər insana ağır yük kimi görünür. Bu, özünə güvən hissini azaldır.
Öz xarici görünüşünə diqqət vermək, idmanla məşğul olmaq, səliqəli və zövqlü geyinmək də insanın özünə olan inam hissini artırır. Belə ki, özünü əzgin, baxımsız və pinti hiss edərək özünə inam hissini qaldırmaq çox çətindir. Ona görə də insan özünə vaxt ayırmalı, geyiminə, səliqəsinə fikir verməlidir. Xəstəlik və xroniki yorğunluq da insanı əminsiz edir. Bu səbəbdən də müalicə almaq və istirahət etmək önəmlidir.
Rzayeva qeyd edib ki, çətinlikləri dəf etmək üçün maneə, tənqidi inkişaf üçün pilləkən kimi təsəvvür etmək lazımdır. Bu zaman tənqidi eşidərkən insanın özünə güvən hissi azalmır. İnsan düşünür ki, bu, mənə müəyyən səhvlərimi bir daha etməməyə kömək edəcək. Çətinliyi isə dəf edəndən sonra insan özünə daha çox əmin olur.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Diş ağrısına təbii üsulla sakitləşdirici
Obamadan Putinə zərbə
ABBA 35 il sonra qayıdır
Dəri üçün faydalı olan qidalar
Aşiq olacağınız 15 film qəhrəmanı
Sosial şəbəkə adları necə yazılmalıdır?
Azərbaycanda çörəyin satışına dair tələblər müəyyənləşib
Conson Britaniyada koronavirus qadağalarının sərtləşdiriləcəyini açıqladı
Azərbaycanda daha 29 nəfər koronavirusa yoluxdu, 1nəfər öldü
Kəsmikli, qaymaqlı tort (foto resept)
İcbari tibbi sığortadan istifadə etmək istəyənlərin NƏZƏRİNƏ
Avropanın ən varlı adamı daha da varlandı
Belinizi incə göstərən geyim təklifləri
Obama girovun öldürüldüyünü təsdiqlədi
HAVA necə olacaq?
NATO və Azərbaycan arasında əməkdaşlığın yeni mərhələsi müzakirə ediləcək
Azərbaycan sinoptikləri proqnozu yeni sistemlə hazırlayacaqlar
Prezident taksi sürdü - VİDEO
Ukraynada hakimiyyət və müxalifət razılığa gəlmədilər
Məşhur cütlük ayrıldıqdan sonra-FOTO
Tom Kruz karantinə alındı
Uşaqların qəribə davranışlarının mənası
"Ən cəlbedici kişi"...
Prezidentin köməkçisindən düşmənin Zəngilan, Qubadlı və Laçını atəşə tutması ilə bağlı paylaşım
Novruz çərşənbələrinin günü açıqlandı
ASAN-dan onlayn yenilik
Oruc tutmağın incə məqamları
Bakının bazarında qiymətlər üşüyür
Şuşanın elektrik enerjisi ilə təminatı ilə bağlı VACİB AÇIQLAMA - VİDEO
Ermənistan əsirlərin azad edilməsi və meyitlərin qaytarılması ilə bağlı Azərbaycanın təklifinə cavab verməyib
ABŞ dövlət katibi köməkçisinin müavini Bakıdadır
Uşaq şəhərlərarası avtobusu idarə etdi - VİDEO
Dünya daha bir təhlükəli virusla üz-üzə
İsmayıllının daha bir kəndində koronavirus yayılması ilə bağlı icra başçısından AÇIQLAMA
Pozitiv olun
Kayli Canneri görənlər TANIMADILAR_FOTO
Ağacdan skuter hazırladı
Can Yamanı İspaniyada 2000 fanat qarşıladı
Şaxtanın əsərləri
"Ermənilərə kənardan dəstək olmasa, Qarabağı 10 günə azad edərik"
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyində olub
Bu şəkillər dünyanı heyrətə salıb
Qarabağda qələbənin ən asan yolu
Evinizin qapılarını yeniləyin
Bir binanın üzərində Parisin 750 illik tarixi
Girovlar üçün müraciət
Nostradamus Koronavirus Haqqında nələr deyib?
İstanbulda BMT-nin Humanitar sammiti keçirilir
Azərbaycanın cənub rayonlarında təbii qazın verilişində fasilələr olacaq
Mübariz İbrahimova həsr edilmiş animasiya hazırlandı















- ŞƏRHLƏR