Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında Avropa Şurasının baş katibi Torbyörn Yaqland çıxış edib və ənənəvi olaraq avropalı deputatların ünvanladığı sualları cavablandırıb.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva baş katibə müraciət edərək azərbaycanlı girovların azad olunması üçün addımlar atmağa çağırıb. O deyib: ”Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan separatçı rejim tərəfindən bir neçə ay əvvəl girov götürülən azərbaycanlılara, məcburi köçkünlər Şahbaz Quliyev və Dilqəm Əsgərova qarşı bütün beynəlxalq normalardan və insanlıqdan kənar əməllər həyata keçirilib. Ermənilər Şahbaz Quliyev və Dilqəm Əsgərova qarşı saxta məhkəmələr quraraq onları hələ də girov saxlayır, azərbaycanlı girovlara əziyyət və işgəncələr verilməkdə davam edirlər. Onların ailələri sizdən dəstək gözləyir. Azərbaycanlıların girovluqdan azad edilməsi üçün bir baş katib kimi hansı addımlar ata bilərsiniz və ya atmağı planlaşdırırsınız?”.
Baş katib isə vəziyyətin gərginliyini vurğulayaraq suala belə cavab verib: “Avropa Şurası indiyə kimi bu münaqişənin həllində heç bir rol oynamayıb. Bu məsələ ilə ATƏT-in Minsk qrupu məşğul olur. Amma AŞPA-nın Avropada insan hüquqlarının vəziyyətinə dair qəbul etdiyi son hesabatında deyilir ki, biz dondurulmuş münaqişələr olan bölgələrdə öz alətlərimizi işlədə bilmirik. İnsan hüquqlarının qorunması baxımından bu, bir növ qara dəliklərdir. Biz indi düşünürük ki, bu konkret məsələ ilə bağlı necə fəaliyyət göstərə bilərik, hansı töhfələrimizi verə bilərik. Hələlik heç nə edə bilmirik. Biz praktiki baxımdan nələr edə bilərik? Biz bu sahədə yalnız insan hüquqlarını qorumalıyıq. Amma burada münaqişə olduğundan, bu, çox həssas bir məsələdir. Mən yenə də əvvəlki kimi Konvensiyamızın dondurulmuş münaqişələrin mövcud olduğu bölgələrdə tətbiq oluna bilməməsinə təkidlə qarşı çıxıram. Avropada hamı, o cümlədən Dnestryani bölgədə, Dağlıq Qarabağda hamı bizim insan hüquqları üzrə Avropa Konvensiyamızla və digər uyğun beynəlxalq sənədlərlə qorunmalıdır.”
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Seren Serengil hamiləlik FOTOsu paylaşdı
Qorxulu hellouin tortları
Qeyri-adi və sevimli oyuncaqlar
“MilliÖn” terminallarında nə baş verir?
HAVA necə olacaq? 15 MAY
Körpələrdə yalnış vitamin istifadəsi
Qadağan olunmuş şəhər
Azərbaycan Avropa Parlamentinin seçkiləri müşahidə missiyalarının göndəriləcəyi prioritet ölkələr siyahısına salındı
Məşhur küçəyə logerlər buraxılmayacaq-SƏBƏB
Mustafa Sandalın həyat yoldaşından ayrılmasının SƏBƏBİ BİLİNDİ - FOTO
Gözəgörünməz quldurlar: pullarınız təhlükədə!
Bu günün hava proqnozu
Koronavirusun müalicəsi üçün “ən effektiv dərman”ın zərərləri açıqlandı
Məşhur müğənni deportasiya olundu
Suyu niyə ikinci dəfə qaynatmaq olmaz?
Kafe və restoranların hansı tarixdə açıla biləcəyi açıqlandı - RƏSMİ + VİDEO
Manatın ucuzlaşmasından kimlər itirəcək?
Pendirli kotlet (foto-resept)
Ceki Çan yeni filminin təqdimetmə mərasimində
Azərbaycanda alça qızıldan bahadır
DYP-dən deputatların radar etirazına cavab
Salatlarınız süfrəyə layiq olsun!
Fahriye Evcen baldızını izləmədən sildi
Güvənməyin gücü
Bakıda 22 mindən çox fişəng
Vyetnamda vəhşi heyvan ticarəti qadağan olundu
Azərbaycanın müxtəlif yerlərində seysmoloji aktivlik aşkar edilib
Murat Boz Xocalı faciəsindən yazdı-FOTO
Özünə vurğun insanlar
Həkimlərə robotlar kömək edəcək
Şəhid gizir Yaşar Babayevin yeni doğulan qızı - VİDEO
Məşhur aktrisa ikinci dəfə ana olacaq-FOTO
Qar uçqunları 250 nəfəri çıxılmaz vəziyyətdə qoydu
Magistratura imtahanlarının vaxtı açıqlandı
Vətəndaşların NƏZƏRİNƏ: Kartların müddəti uzadılır
Rayonlar təhlükə qarşısında - Çayların səviyyəsi artdı
Tuba Ünsal "Hello" jurnalına müsahibə verdi
Leyla Əliyevanın dəstəyi ilə Rusiya-Azərbaycan komediya FİLMİ ÇƏKİLDİ - FOTO
Bu aktyorların maaşları açıqlandı
Qara rəngi yumşaldan çiçəkli dəb
Ziynət əşyalarına hərisliyi olan şəhzadə
Kimsəsiz ölən məşhur aktrisa
Həyatdan nə öyrəndim? - Can Dündar
Dünyanın ən uzun adamının boyu daha 4,5 santimetr uzanıb
İslam dininə görə, rəqs etməyə icazə verilirmi?
Koronavirusa yoluxan Boris Consonun karantin müddəti uzadıldı-SƏBƏB/FOTO
İsti su torbalarının zərərləri
Maraqlı kitab rəfləri
Cəbhədə son VƏZİYYƏT
"WhatsApp" çökdü















- ŞƏRHLƏR