Milli.Az atv.az-a istinadən bildirir ki, həyatı hərbidə, müharibələrdə keçən Dadaş Rzayevlə həm cəbhədəki son hadisələrdən, həm II Dünya Müharibəsi, həm də Veteranlar Şurası haqqında söhbətimiz oldu:
- Dadaş müəllim, aprel ayında cəbhədə baş verən hadisələr haqqında nə deyə bilərsiz?
- Çox sevindirici haldır ki, bizim ordu böyük qələbə çaldı, erməni təxribatının qarşısını aldı. Ermənilərə və onların havadarlarına göstərdik ki, Azərbaycan ordusu nəyə qadirdir və nə edə bilər? Azərbaycan ordusu bu gün elə bir səviyyədə inkişaf edib ki, əgər Ali Baş Komandan, prezident İlham Əliyev əmr versəydi, bizim ordumuz gedib bütün Qarabağı azad edərdi. Bu, elə bir məqam idi ki, Qarabağa aid olmayan rayonlardan olanlar da bu döyüşə getdi və göstərdi ki, Azərbaycan ordusu hər şeyə qadirdir. Bundan ermənilər özləri də, havadarları da nəticə çıxartdı. Əminəm ki, əgər Qarabağ məsələsi sülh yolu ilə həll olunmasa, hərbi yolla ərazi bütövlüyümüzü bərpa edəcəyik. Prezidentimiz çıxışında qeyd edib ki, "Biz istəmirik Azərbaycan analarının, bacılarının göz yaşı tökülsün, eyni zamanda erməni analarının, bacılarının da göz yaşının tökülməyini istəmirik". Bu, çox humanist bəyanat idi. Ancaq heç vaxt imkan vermərik ki, Azərbaycan torpağında ikinci erməni dövləti yaransın. Bu da göstərir ki, bizim Ali Baş Komandan ordu quruculuğunda düzgün strategiya seçib. Ordumuz ermənilərin hər bir təxribatına cavab verməyə hazırdır.- Müdafiə Nazirliyi əməliyyatların dayandırılması xəbərini yaydıqda, bu, bir çoxlarında məyusluq yaratdı. Necə düşünürsüz, sizcə, bu məsələ, həqiqətən də, sülh yolu ilə həll oluna bilər?
- Əməliyyatları birinci biz dayandırdıq. Prezidentimiz elan edib ki, "biz müharibə istəmirik". Müharibə çox ağır əməliyyatdır. Buna II Dünya müharibəsini misal gətirə bilərəm. Bu müharibədə bizim 700 min əsgərimiz iştirak edirdi. Onun yalnız 350 mini geri qayıtdı, 350 min Azərbaycan oğlu isə şəhid oldu. Bu, xalqın üzərinə düşən çox ağır yükdür. İndi də müharibə davam etsəydi, yenə nə qədər itki verəcəkdik. Bizim cavan oğlanlarımız, cavan qızlarımız, ümumilikdə genefondumuza təsirini göstərəcəkdi. Ona görə prezidentimiz strateji cəhətdən seçim elədi və dedi ki, biz müharibə istəmirik. Buna görə də əmr elədi ki, əməliyyatlar dayandırılsın.
Hesab edirəm ki, bu, çox düzgün qərar idi. Bizim ordumuz öz gücünü, şücaətini göstərdi, ermənilərə ağır zərbələr endirdi, onların generalları, zabitləri həlak oldu, çoxlu sayda həm şəxsi heyətdən, həm texnika cəhədən itkilər verdilər. Onlar bundan böyük mənəvi, psixoloji zərbə aldı, Dağlıq Qarabağda qaça-qaç oldu. Bizim bu qərarla Ermənistan da məcbur edildi əməliyyatları dayandırmağa. Əgər indi də dayandırmasalar, biz, irəli gedəcəyik. Ona görə prezidentimiz də, Müdafiə Nazirliyi də deyir ki, hər bir atılan gülləyə cavab verəcəyik. Bu, qaçılmazdır. Nə qədər cəbhə bölgəsində yaşayan dinc əhali, vətəndaşlarımız qorxu altında yaşamalıdır? Ona görə qərara alınıb ki, hər bir gülləyə beş güllə, hər bir mərmiyə on mərmi ilə cavab veriləcək. Bu, müharibənin qanunlarıdır. Yenə deyirəm, Qarabağ məsələsi əgər sülh yolu ilə həll olunmasa, biz, hər zaman hərbi yolla həll etməyə hazırıq.
- Son hadisələr göstərdi ki, bizim oğullarımız istənilən zaman öz torpağımızı, Azərbaycanımızı qorumaq üçün canlarından keçirlər. Bəs II Dünya Müharibəsində dediyiniz kimi, 350 min itki vermək bizə həqiqətən də lazım idi?
- O vaxt biz SSRİ dövləti idik. Amerikada 50 ştat var, o, vahid bir dövlətdir. Hansı ştatda bir hadisə baş versə, bütün ştatlar ona kömək edəcək. Və ya NATO-da 28 dövlət var, hansı dövlətə hücum olsa, bütün NATO üzvləri olan dövlətlər ona kömək edəcək. Və biz də o zaman 16 dövlət olaraq respublikada bir idik. Necə ola bilərdi ki, vahid dövlətdə yaşaya-yaşaya orada iştirak etməyək? Təbii ki, ağır da olsa, müharibə itkisiz olmur. Tarixdə, bəşəriyyətdə elə məqam olmayıb ki, müharibə olsun və itki olmasın. Müharibənin mütləq itkisi olur, sadəcə bu itkinin azı, çoxu var. Müharibə vuruşan dövlətlərin gücünə, texnikasına, səviyyəsinə, potensialına baxır.
II Dünya Müharibəsində bütün Avropanı zəbt edən, böyük potensiala sahib olan Almaniya birdən-birə yenicə vətəndaş müharibələrindən çıxmış Sovet hökumətinə hücum etdi və gəlib Moskvanın yaxınlığına çatdılar. Buna baxmayaraq, Sovet xalqı ayağa qalxdı və öz sözünü dedi, birdəfəlik Faşizmdən xilas edildi. Yəni, bu o deməkdir ki, bütün Sovet xalqı orada iştirak etməsəydi, almanlar qələbə qazanacaqdı və bütün dünyanı zəbt edəcəkdilər. O dövr tamam başqa dövr idi, indi isə biz, müstəqil dövlətik. Bizim ən böyük sərvətimiz müstəqilliyimizdir. Onu da qoruyub, saxlayırıq. Prezidentimiz çıxışında bildirdi ki, "ordu quruculuğunu davam etdirəcəyik və nə lazımdırsa, edəcəyik, ordumuz daha güclü olacaq, daha da çox vəsait ayıracağıq". Və ayrılan vəsait də öz səmərəsini göstərdi. Biz, 1 milyon 300 min veteran da hazırıq ki, hər an öz torpaqlarımızı qorumaq üçün əlimizə silah alıb, gedək.
- Azərbaycan ordusunun bugünki gücünə baxaraq, əgər müharibə olarsa, Qarabağı neçə günə işğaldan azad edə bilərik?
- Əgər bu dəqiqə Ali Baş Komandanımız əmr etsə, bir hərbçi kimi deyirəm ki, biz Qarabağı 10 günə işğaldan azad edə bilərik. Əgər ermənilərə kənardan dəstək olmasa. Müharibələrdə çox olmuşam, ona görə də bizim ordunun gücünü bilirəm, səviyyəsini görürəm, generalların, zabitlərin gücünü görürəm və ona görə də deyirəm ki, təkbətək biz və ermənilər olsaq, 10 günə, bəlkə də daha az müddətə Qarabağı işğaldan tam azad edə bilərik.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Məşhur aktrisa efirlərə qayıdır-FOTO
Hello kitty-dən çantalar
Koronavirusa yoluxma ən çox bu bölgələrdədir - SİYAHI
Dəri ləkələri üçün pomidor suyu maskası
Qıvırcıq saçları düzləşdirmək üçün maska
Uşaqlar üçün hazırlandığına inanmayacaqsınız
Azərbaycanda 800 qramlıq körpə doğuldu
Azərbaycanda bəzi meşə sahələrinin sürüşmə təhlükəsi var
Peşmərgə Suriyaya keçdi
Dünyadakı ən lüks və bahalı 10 marka
Azərbaycanda şagirdlərin məktəblərə qəbulu və yerdəyişməsi ilə bağlı yeni qaydalar
Mercedes-Benz-dən super Brabus
Qırılan dırnaqlardan xilas ol
Fərqli spaqettili maffinlər (foto resept)
2020-nin ən yaxşı çantaları
Havayı yaşamağın 10 yolu
Teylor Svift fanatına kömək etdi-FOTO
"WhatsApp"a kamera gəlir
"You-Tube" ilə bağlı inanılmaz qərar
Həccin vaxtı açıqlandı
Diş əti xəstəliyi və diş fırçalama
Nyutonun qiyamət tarixini hesabladığı qeydlər ortaya çıxdı - FOTO
İdmana yeni başlayanlar üçün yağ yandıran 2 hərəkət
Yataq dəstləri
Güləşçimiz erməniyə aman vermədi
Yaz fəsli üçün maskalar
"Formula-1" Avropa Qran-prisi üçün biletlərinin 65 faizini əcnəbilər aldı
Hər il 5.3 milyon insan “tənbəllik”dən ölür.
Sizi "tox" saxlayacaq 7 qida
Asma çarpayı modelləri
Türkiyədə partlayış baş verib
Ərdoğana xəyanət edənlər yaxalandı
Az sədəqə çox bəlanın qarşısını alar
Xalq artisti Sabir Ələsgərov xəstəxanaya yerləşdirilib
2012-ci il notbookları və netbookları
Bəzi şəhər və rayonlarda sərtləşdirilmiş xüsusi karantin rejiminin müddəti uzadıldı - RƏSMİ
Bürclərin bilinməyən xüsusiyyətləri
Yoluxma sayı 400-dən aşağı düşdü, 517 nəfər sağaldı - RƏSMİ
Metroda şalvarsız gün
Hamiləlikdə idman təklifləri
Dostlar, gedək Kəlbəcərə, səyahət edək Şuşaya...
Azərbaycan və BƏƏ XİN-ləri arasında siyasi məsləhətləşmələr
İnstagramdan YENİLİK!
Yeni güclü antibiotik ixtira edilib
Koronavirusla bağlı son STATİSTİKA
"Andromeda" satıldı - 3,6 milyon avro
Limonlu duş
Aparıcı 4 milyonluq evini partlatdı-FOTO
Uğrunda can verdiyimiz müqəddəs bayrağımız
Günün qoroskopu: maliyyə problemləri mümkündür