
Farmakoloji şirkətlərlə əməkdaşlıq hər yerdə var, amma...
Ekspertlər hesab edirlər ki, Azərbaycanda dərman bazarında vəziyyətin bərbad olması, dövlət farmokopeyası, dərman maddələrinin dövlət reyestrinin olmaması, dərmanların keyfiyyət parametrlərinin şübhə altında olması həkimlərlə firmalar arasındakı münasibətdə neqativlik yaradır.
Həkim Adil Qeybulla Milli.Az-a açıqlamasında bildirdi ki, farmakoloji şirkətlərlə əməkdaşlıq dünyanın hər yerində var. ABŞ-da da farmasevtik şirkətlər ayrı-ayrı dərmanları barədə farminformator vasitəsilə həkimlərə məlumat verirlər. Həmin dərman maddələrinin istehsalından tutulmuş, kimyəvi tərkibi, farmadinamikası, yan təsirləri, əks təsirləri barədə, hansı dərmanlarla birgə istifadə oluna bilməsi haqda məlumat verirlər. Orada bu məsələlər yüksək səviyyədə qurulub.
Azərbaycana mənşəyi bilinməyən dərmanlar gətirilir
Ekspertin sözlərinə görə, farmakoloji şirkətlərlə həkimlərin əməkdaşlığı əslində problem deyil. O hesab edir ki, həkim-firma münasibətlərindənsə, sadaladığı məsələləri qaydaya salmaq lazımdır.A.Qeybulla əmin edir ki, hətta həkim-farmakoloji münasibət aradan qalxsa belə, dərman bazarındakı bərbad durum aradan qalxmasa, məsələ öz həllini tapmayacaq:
“Bərbad durum dərmanların keyfiyyət parametrlərindədir. Məsələn, Azərbaycana seftaksion preparatının 100-dən çox variasiyası daxil olur. Bu, kimə lazımdır? Məqsəd nədir? Nəyə görə Azərbaycan bazarına təhlükəsizliyi sübuta yetirilmiş, Ümumdünya Səhiyyə Təşkilatının dərman reyestrinə daxil olan dərmanlar yox, mənşəyi bilinməyən dərmanlar gətirilir. Bunun qarşısını almaq üçün dövlət farmokapiyası, dərman maddələrinin dövlət reyestri yaradılmaldır, onlar üzərində ictimai nəzarət həyata keçrilməlidir. Bu məsələlər nə qədər ki korporativ maraqlara xidmət edirsə, qaldırdığınız problem həll edilmədən qalır”.
Firmalarla əməkdaşlıqdan sui-istifadə edilir
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Milli.Az-a açıqlamasında bildirdi ki, Azərbaycanda həkim-farmasevtik şirkətlər münasibətinə görə cəzalar tətbiq olunmur, amma firma blanklarında həmin dərmanlardan yazılmasına icazə verilmir. Vahid resept blankı var və həkimlər ancaq bundan istifadə edə bilərlər. Firma blankları həkimlərdə və ya aptek şəbəkələrində aşkarlanarsa, mütləq cəza tədbiri görülür. Ümumiyyətlə, dövlət xəstəxanalarına dərman firmalarının nümayəndələrinin girməsinə icazə verilmir.
Səhiyyə Nazirliyinin rəsmisi qeyd etdi ki, Azərbaycanda dərman bazarı normal işləyən sistemlərdən biridir. Sadəcə, bəzi həkimlər təəssüf ki, firmalarla əməkdaşlıqdan sui-istifadə edirlər, pasiyentlərə lazım olmayan dərmanlar yazırlar.
“Belə faktlar var və Səhiyyə Nazirliyi belə həkimlərə qarşı mübarizə aparır. Dərmanların əksəriyyəti firmadı, sadəcə onları təyin edərkən prinsiplərə riayət etməlidirlər. Bəzən əsassız dərmanlar yazırlar, bu isə yolverilməzdir. Özəl xəstəxalar müxtəlif farmokoloji strategiyanı apara bilər. Söhbət dövlət xəstəxanalarından gedir. Həkim özəl sektorda hansısa firmanın dərmanını yazırsa, onun müalicə metodikası ola bilər. Ümumiyyətlə, həm özəl, həm də dövlət sektorunda işləyən həkimlər vahid resept blankı vasitəsilə dərman yazmalıdırlar və pasiyenti hansısa aptekə yönəltməməlidirlər”.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Yemək, yuxu, idman, intim həyat və s. üçün ən uyğun vaxtlar - HƏKİMLƏRİN TÖVSİYƏLƏRİ
1 iyun Uşaqların beynəlxalq müdafiəsi günüdür
Bəzən çatışmazlıq və qüsur da faydalı ola bilir
Angelina Jolie "Harper’s Bazaar" dərgisində
Qat-qat xəmirdən göbələkli peraşki (foto resept)
Qeyri-adi turp
Feysbuk-da səsli köməkçi
Azərbaycanda implantasiya sahəsində bir ilk
5 metr məsafədə simsiz enerji
Antalyada Qarabağ müzakirəsi
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Sadəcə su içərək arıqlaya bilərsiniz
Qısa palto və gödəkcələr
Qarpız şorbası (foto-resept)
Mətbəx əşyaları (1)
Hava necə olacaq?
Məhsəti Gəncəvinin 900 illiyi münasibətilə TRİM-in Gəncə filialında mini futbol üzrə mübarizəyə start verilib
Leyla Əliyeva balaca Zəhraya şeir həsr edib
Bakıda və bir neçə rayonda qaz olmayacaq
ATƏT-in Minsk qrupundan XİN başçılarının görüşü ilə bağlı BƏYANAT
13 min kişinin saqqalı zorla kəsildi
Məşhur aktyor boşandı
Məşhurlardan 6 gözəllik trendi
Gözaltındakı qaraltını yox edən maska
Özünə inam ölçmə testi
Viktoriya Bekhemi qısqandı-FOTO
Ümit Karan həbs edildi-FOTO
Məşhur müğənni Balidə 20 milyonluq villa alır
ABŞ konsulluğunun yanında terror
Demet Akalın bahalı pencəyi ilə diqqət çəkir-FOTO
Ermənistana məxsus pilotsuz uçuş aparatı məhv edildi - FOTO
Dünyanın ən rəngli yerləri (1)
Vaqif Səmədoğlunun son şeiri
Bakıda təhlükəsizlik tədbirləri gücləndirildi: avtomobillər yoxlanılır
Azərbaycana "donuz qripi" gələrsə...
Yağ yandıran cəfəri suyu
Qəbul imtahanları nə vaxt olacaq?-AÇIQLAMA
Həftənin ilk iş günündə hava necə olacaq?
Prezident Mərkəzi Bankla bağlı sərəncam verdi
“Avroviziya-2019”-un narıncı xalça mərasimi keçirildi
Rəngarəng çanta modelləri
Hande Doğandemir xəyanətdən danışdı-FOTO
Zoğal haqqında bilmədiklərimiz
HAVA necə olacaq?-3 Avqust
Bu gün Kiyevdə final gecəsidir - “Uşaq Eurovision-2013”
Ağ kələm salatı (foto-resept)
Dırnaq əti baxımı üçün xüsusi maska
Demet Özdemir Can Yaman haqqında ... -FOTO
Günün qoroskopu: Pozitiv gündür!
9 yaslı Ömərin qeyri-adi bacarığı-VİDEO















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]