Hazırda paytaxtda fəaliyyət göstərən özəl klinikaların əksəriyyətində xarici ölkələrdən dəvət edilən mütəxəssislər müxtəlif cərrahi əməliyyatlar aparırlar.Çox zamanda hər hansı müqavilə olmadan.Səhiyyə Nazirliyi bir müddət öncə özəl tibb müəssisələrinə xarici dövlətlərdən həkim gətirilməsinə müəyyən məhdudiyyət qoyub: heç bir müəssisə nazirliyi məlumatlandırmadan ölkəyə xaricdən həkim gətirə bilməz; dəvət olunan mütəxəssis barədə bir ay öncədən Tibbi Yardımın Təşkili Şöbəsinə məlumat verilməlidir. Məlumatda mütləq xarici mütəxəssisin dəvət olunmasının məqsədi, onun burada fəaliyyət göstərəcəyi müddət, əməkdaşlıq barədə bağlanan müqavilənin surəti və s. göstərilməlidir.Özəl müəssisə rəhbərinin nəzərinə təkrarən çatdırılıb ki, Nazirlər Kabinetinin “Əcnəbilərin və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin özəl tibbi praktika ilə məşğul olması üçün Şərtlərin təsdiq edilməsi haqqında” 7 noyabr 2001-ci ilin tarixli qərarına əsasən, adları çəkilən təbəqə yalnız Səhiyyə Nazirliyinin 28 avqust 2007-ci il tarixli 80 saylı əmri ilə yaradılmış komissiya tərəfindən verilən şəhadətnamə əsasında tibb müəssisəsində fəaliyyət göstərə və işə qəbul oluna bilər.Bununla belə, demək olar ki, əcnəbi həkimlərin Azərbaycanda axını sürətlənir. Əksər hallarda isə bu həkimlər ölkəmizə şəfa gətirməkdən daha çox qazanc ixrac edirlər.Məlumdur ki, xarici ölkələrdə istənilən peşəkar həkim Azərbaycanda heç də öz ölkələrində qazandığından çox gəlir əldə etmir. Bir sözlə, Azərbaycanın özəl klinikalarına bir neçə günlüyə təşrif buyuran həkimlərin heç də hamısı işinin peşəkarı deyil. Yəni öz ölkələrində həkim kimi etibar qazanmayan sıradan tibb işçiləri Azərbaycanda gəlməklə bir-iki gün ərzində tez qazanc əldə etmək istəyirlər.Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Modern.az-a bildirib ki, xarici həkimlərin Azərbaycanda praktik tibbi fəaliyyət göstərməsi üçün qanunla müəyyən olunmuş müvafiq prosedurlar keçməlidirlər.“Əgər Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmalıdırlar. Bundan əlavə Səhiyyə nazirliyinin komissiyasından keçməlidirlər. Xarici mütəxəssisi dəvət edən klinika bir müddət əvvəl Səhiyyə Nazirliyinə müraciət etməli və həkim haqqında məlumatlarını nazirliyin komissiyasına təqdim etməlidir. Bundan sonra iki həftə ərzində Səhiyyə Nazirliyi həmin ölkənin səhiyyə sistemi ilə əlaqə yaradıb, bunların hamısını təsdiqlənəndən sonra Komissiyanın müzakirəsinə verilir. Yalnız Komissiya həmin həkimin Azərbaycanda praktiki tibbi fəaliyyət göstərməyinə icazə verirsə o zaman xarici həkim burada işləyə bilər”, – A. Qədirli deyir.A.Qədirlinin sözlərinə görə, Səhiyyə Nazirliyinin Komissiyası tərəfindən rəy verilmədən Azərbaycanda işləyən xarici həkimlər var. Belə hallar aşkarlananda həm şirkət, həm də həkim ciddi şəkildə cəzalandırılır.Tibb elmləri doktoru, professor Adil Qeybulla isə bildirdi ki, Azərbaycandakı kimi əcnəbi həkimlərin gəlib sərbəst fəaliyyət göstərməsi dünyanın heç bir yerində yoxdur:“Hansısa əcnəbi həkim gedib Türkiyədə sərbəst hər hansısa bir əməliyyatı keçirə bilməz. Bunun üçün Türkiyə vətəndaşı olmaq, ən azı beş il orada çalışmaq lazımdır. Azərbaycanda isə kimliyi, təcrübəsi, savadı bilinməyən əcnəbi həkimlər özəl klinikalara gəlir və əməliyyatlar keçirir. Hətta bu həkimlərin reklamları da verilir. Biabırçı vəziyyətdir! Azərbaycanda cərrahiyyə əməliyyatı keçirməyə gələn əcnəbi həkimlərin hər birinin Səhiyyə Nazirliyi tərəfindən sənədləri yoxlanılmalıdır. İkinci tərəfdən isə bu həkimlərin xüsusi reklamına icazə verilməməlidir. Bu çox vacib məsələdir. Ümumiyyətlə, bu cür işlər milli səhiyyəyə güvəni azaldır. Hətta özəl klinikalara gələn əcnəbi həkimlər bizim yerli həkimlərin əleyhinə danışır, milli səhiyyəni aşağılayır, xəstəni həkimin üstünə qaldırırlar. Bunun nəticəsində də xeyli problemlər yaşanır. Bu məsələlər çox ciddi şəkildə nəzarətə götürülməlidir”.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Olimpiya oyunlarından YENİLİK
Uşağın böyüməsi və inkişafı
Səhərədək telefona baxdı, kor oldu-FOTO
Son model ayaqqabı modelləri
Geyimlərdə zəif görünmə yolları
Kələm haqqında bilmədiklərimiz
Ermənistan tərəfi dövlət sərhədində mövqelərimizi atəşə tutur - RƏSMİ
Azərbaycanda mütailə avtobuslarının yaradılmasına başlanılır
Məşhur müğənninin konsertini 7500 nəfər izlədi - FOTO
Evdəki vasitələrin möcüzəvi təsiri
Sabunla üz yumaq zərərlimidir?
Sobada badımcan dolması (foto-resept)
20 min illik işıq transformatoru tapıldı: Elmi nəzəriyyə alt-üst oldu
110 min dollarlıq maşını qəpiklə aldı
Payızda saçları gücləndirmək üçün nə etməli?
Qar yağacaq
102 gündən sonra yenidən koronavirus aşkarlanan ölkədə qadağalar başladı
Roma Papası Ermənistanda
“Şellak” manikürü dəri xərçəngi əmələ gətirir –XƏBƏRDARLIQ
Artur Şopenhauer - Dünya iztirabları
Türkiyədə Xocalı abidəsi
Bir udum havaya həsrət
Susuzluğun bədənə təsirləri və nəticələri
Kənan və Beren Saat aylar sonra ilk dəfə -FOTO
Mətbəxiniz üçün modern fikirlər
Azərbaycanda hərbçilər arasında koronavirusa yoluxma var - RƏSMİ
Quru əlləri necə nəmləndirməli?
Kardi B hər kəsi təəccübləndirdi-FOTO
Georq Fridrix Hendel
İnstagram-da yarımçıq YENİLİK
Eşqinizi canlı tutacaq 7 məsləhət
Azərbaycanlı idmançı erməni rəqibinə aman vermədi, qızıl medal qazandı
Oxumamaq dərdi: buna görə əsəbləşməyə dəyərmi?
Orta imkanlı amerikalı necə yaşayır? - FOTOSESSİYA
İlham Əliyev, Putin və Paşinyan görüşü “Haber Global”da - VİDEO
Azərbaycanda üçəm uşağı doğulan ailələrə şad xəbər
“Meyiti yandırılan” kişi evə qayıtdı
Saç qırıqlarından xilas olmaq üçün...
Ətli bağlama (foto resept)
Bu qadın 40 ildir adada tək yaşayır!
Merkelin görüntüləri sosial mediada böyük maraqla qarşılandı - VİDEO
Kremli qurabiyə (foto-resept)
Gicitkən şorbası (foto resept)
Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı
Qırışlar əleyhinə kremi özünüz hazırlayın
Kosmosda peçenye bişirdilər - VİDEO
15 ay işlədi – 58 milyon qazandı
Günün ulduz falı
Bir il sonra dünya ilə toqquşacaq
"Mourinyo futbol üçün böyük təhlükədir"
- ŞƏRHLƏR