
Texniki tərəqqilə əlaqədar olaraq son zamanlar texniki avadanlıqları almağa, internet və kompüterlə bağlı yenilikləri mənimsəməyə can atanların sayı artır. Lakin bununla yanaşı, texniki avadanlıqlardan qorxanlar, internet, kompüter, hətta mobil telefonları da həyatına buraxmaq istəməyənlər də olur. Psixoloqlar bu cür insanların texnofobiyadan əziyyət çəkdiyini bildirirlər.
Cəmi 25 yaşının olmasına baxmayaraq, Sərmayə Rzayeva texnofobiyadan əziyyət çəkdiyini bildirir: "Hər növ texniki avadanlıqdan uzaq durmağa çalışıram. Düşünürəm ki, mümkün qədər texniki avadanlıqlardan az istifadə etməyə çalışmaq lazımdır. Ona görə ki, texniki avadanlıqlar və ya qurğular insanın işini asanlaşdırsalar da, hər şeyin avtomatikləşməsi insanları oturaq həyata sürükləyir. Misal üçün, paltaryuyan və qabyuyan maşın insanın daha az əmək sərf edərək iş görməsinə gətirib çıxarır. Kompüter və mobil telefonlar isə həm şüalanmaya, həm də insanları real ünsiyyətdən uzaqlaşdırdığı üçün təhlükəli sayılır. Sosial şəbəkələrdə isə insanlar yalan danışmağa, özünü başqası kimi qələmə verməyə adi hal kimi baxır. İnsanlar canlı bir-biri ilə ünsiyyət qurmaqdansa çox vaxt internetlə əlaqə saxlamağı, kameranı qoşub bir-birinə baxmağı üstün tuturlar".
Psixoloq Fuad Məhərrəmovun sözlərinə görə, nə qədər qəribə görünsə də, texnofobiyadan əziyyət çəkənlər kifayət qədərdir. Lakin onlarda bu fobiyanın əlamətləri fərqli olur. Bəziləri mobil telefon, televizor və ya başqa şüalanma verən texniki avadanlıqlardan qorxurlarsa, digərləri texnika ilə bağlı hər şeydən - ətçəkən maşından, paltaryuyan maşının səsindən, tozsorandan və s. qorxurlar. Mobil telefonun istifadəsinə şübhə ilə yanaşanlar isə əsasən yaşlı insanlardır. Bu da ona görə baş verir ki, onlar gənclik və yetkinlik illərində mobil telefon kimi vasitələrdən istifadə etməyiblər.
"Onlar onsuz da yaxşı keçiniblər və onlara bu telefonların istifadəsi lazımsız gəlir. Həm də onlar mobil telefonların işləmə qaydasını da çox vaxt anlaya bilmirlər. Mobil telefonlara qorxu ilə yanaşır və onun xərçəng kimi xəstəliklərin yaratdığını düşünürlər. Belə adamlar bir qayda olaraq mobil telefon almır, onlara mobil telefon hədiyyə etdikdə belə onu sadəcə suvenir kimi saxlayırlar. Digər texnofobiyadan əziyyət çəkməyən adamlar kimi telefonu açıb funksiyalarına nəzər salıb və ondan istifadə etmirlər. Onlar qəti şəkildə mobil telefonlara qarşıdırlar" deyən həmsöhbətimizə görə, bəzi adamlar isə mobil telefonların zərərli təsirini düşünüb ondan ehtiyat etsələr də, işinin və ya digərləri ilə ayaqlaşmaq xətrinə mobil telefon alır, lakin nadir hallarda telefonla zəng edirlər. Onlara kimsə zəng etdikdə isə az danışır, işlərinin olmasını bəhanə edirlər. Yaxın insanlara isə onlar hətta öz qorxuları barədə danışıb nadir hallarda mobil telefonuna zəng etməyi xahiş edirlər. Belə adamlar heç vaxt mobil telefonu ciblərində və ya əlində tutub gəzmirlər. Belə etsələr, onları həyacan bürüyür və onlar bədəninin həmin nahiyəsinə görə narahat olmağa başlayırlar. Onlara elə gəlməyə başlayır ki, mobil telefonun bədənə dəydiyi nahiyədə nəsə pis bir şey baş verir. Dəridə xərçəng, mobil telefonun dəydiyi ətraf nahiyələrdəki orqanlarda isə fəaliyyətlərinin pozulması başlayır.
Psixoloq bildirir ki, texnofobiyadan əziyyət çəkən bir qisim insanlar isə texniki avadanlıqları almağa və buna görə çox pul xərcləməyə can atmırlar. Texniki avadanlıqlara qarşı daxildə olan nifrət və qorxu hissi onları ucuz və ya işlənmiş mobil telefon almağa təhrik edir. "Çox vaxt belə adamlar mobil telefonu sönülü vəziyyətdə saxlayır və ancaq ehtiyac olduqda istifadə edirlər. Bu texnofobiyadan əziyyət çəkənlər üçün normal olsa da, tanışları lazım olduqda onları tapmadıqları və onlarla əlaqə saxlaya bilmədikləri üçün narahat olurlar. Onlar mobil telefondan kamera və ya fotoaparat kimi istifadəni isə lazım bilir və bunun da təhlükəli olduğunu düşünürlər".
Kompüterdən qorxanların isə mobil telefonlardan qorxanlara nisbətən çox olduğunu deyən psixoloq nəzərə çatdırıb ki, belə adamlar özlərinə uyğun olan işi çox çətin tapır və ya işsiz qalırlar. Kənardan nə qədər gülünc görünsə də, onlar kompüterdən aralı dayanır və ya otururlar. "Evdə kompüter olduqda belə ondan istifadə etmir və kompüteri sönülü vəziyyətdə saxlayırlar. İmkanları olsa belə, evdə interneti açdırmır və nəinki özləri, ailə üzvlərini də internetdən istifadədən çəkindirməyə çalışırlar. Kompüterdən qorxduqları üçün onu nadir hallarda qoşub istifadə edir və ya heç istifadə etmirlər. Bu səbəbdən də onlar çap etməyi bacarmır və ya bunu çox ləng edirlər. Bu fobiyanın zəif şəkildə özünü büruzə verən insanlar kompüterlə işləməli olsalar da, iş yerində kompüterin qabağına kaktus dibçək bitkisini qoyur, qoruyucu eynəklərdən, göz damcılarından istifadə edirlər. İşdə fasilə zamanı onlar dərhal kompüterin qarşısından uzaqlaşacaq və ya kompüteri söndürəcəklər. Kompüter və internetdən yalnız lazım olduqda istifadə edən bu adamlar sosial şəbəkə, çat, "skayp" kimi internet xidmətlərindən isə ümumiyyətlə istifadə etmir və bunu orqanizm üçün təhlükəli hesab edirlər".
Müsahibimizin sözlərinə görə, bu cür insanlar düşünür ki, onlar işlədiklərinin müqabilində pul alırlar və bunun üçün də kompüterin zərərini qəbul etməyə hazırdırlar. Bunu əyləncə, vaxt keçirmək, tanışları ilə əlaqə saxlmamaq üçünsə mənasız yerə cana qəsd etmək hesab edirlər. Ona görə də onların davranışı onlara normal və məntiqli gəlir.
Nə qədər qəribə görünsə də, texnofobiyanın qurbanları arasında adi texniki məişət avadanlıqlarından qorxanlar da var. F.Məhərrəmovun dediyinə görə, bu cür insanlar ancaq çox sadə məişət əşyalarından istifadə edə bilərlər: "Məsələn, soyuducu, ütü, lampa. Müxtəlif sobalar, qızdırıcı və yeməyi tez bişirən qurğular, ərzaqları doğrayan və çəkən avadanlıqlardan isə çox qorxurlar. Bəziləri isə texniki avadanlıqların yalnız sadə modellərindən istifadə etməyə üstünlük verirlər. Bu isə ona görə baş verir ki, insanlar həm texniki avadanlıqların təsirindən qorxur, həm də onları düzgün işlədə bilmədikləri üçün özlərinə xəsarət yetirəcəklərindən ehtiyat edirlər. Onlar texniki avadanlıqlardan istifadənin çətin olduğu və düzgün istifadə edə bilmədikləri halda gülüş hədəfinə çevriləcəkləri üçün də texnikadan uzaq dururlar".
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Küçəyə atılan it özünə iş tapdı
BÜRCLƏR bizə nə vəd edir?-31 İyul
Britaniyalılar ailəni internetə qurban verirlər
Stiven Siqal Rusiyada torpaq alacaq
​İpoteka ilə ev almaq istəyənlər, mütləq oxuyun!
İrəvanın son ümidi ölür
Prezident: "Korrupsiyaya qarşı mübarizə davam edəcək"
Azərbaycana ikimərtəbəli qatarlar gətiriləcək?
Kefli alma (foto-resept)
Şagirdlərə qiymətlər belə yazılacaq - QƏRAR
Plastik istifadəsini azaltmağın yolları
"Qara qutu"ların faciəli etirafları
Neftlə bağlı ilginc açıqlama
Xəzərdə zəlzələ olub
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri bahalaşıb
Bakının sirli çadırları
3 gəlinlik dəyişən Berfunun rəqsi diqqət çəkdi-VİDEO
Sıla məşhur aşpazdan ayrıldı
Coğrafiya İnstitutu qış fəsli haqqında açıqlama verib
Fotoşop uğursuz oldu - FOTO
Toxuduqlarım
Təlqinlə bədəni gücləndirin
Mənzillərin qiyməti sürətlə ucuzlaşır
Ermənilər suyumuza qənim kəsiliblər
Cehiz alış-verişi
"Xəzərdə növbəti zəlzələlər baş verə bilər"
Apple Yaponiyada hökmranlıq edir
"8-ci kilometr bazarı"nda mənşəyi məlum olmayan toyuq əti satılır - VİDEO
"7 numara"nın Rüyasının indiki halı - FOTO
Hollivudun ən çalışqan aktyorları onlardır - Siyahı
Hadisənin köhnə FOTOsu məsxərəyə qoyuldu
25 il Qubadlısız...
Övladınıza ad qoyarkən düşündünüzmü?
Qadın.Netlilərin həyatda qorxduqları və qorxmadıqları (5)
Günün ulduz falı
Gökçe Bahadırın ƏN BÖYÜK ARZUSU-FOTO
Ucqar bölgələrdə 6000-ə qədər uşaq məktəbəqədər təhsilə cəlb ediləcək
Ekspert: “Bu hallar virusa yoluxmanı artıra bilər”
Makiyajı təmizləmək üçün təbii üsullar
Valideynlərə dəyərli məsləhətlər
Nusret 47 min uşağı restoranında qonaq etdi - FOTO
Azərbaycanlılar İrəvana gedir?
İnqilabi kəşf insanları xərçəng və allergiyadan xilas edəcək
Dünyanı yeni xəstəlik bürüyür: "WhatsAppitis"
Ölmək istəyən bu restorana getsin
"Qoyun" salatı (foto resept)
“Bu gün yeni dövr başlayır”
Yerdə qasırğa başladı
Tələbələrə kreditlər veriləcək
Ordumuzun döyüş hazırlığı yoxlandı















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]