Qida Təhlükəsizliyi Agentliyi qida məhsulları istehsalçılarına müraciət edib.
Milli.Az-ın məlumatına görə, müraciətdə deyilir:
"Bildiyiniz kimi, respublikamızda sahibkarlıq fəaliyyətinin davamlı inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin mühüm tərkib hissələrindən birini təşkil edir. Bu istiqamətdə dövlət tərəfindən ardıcıl olaraq dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin formalaşdırılması, maarifləndirmə və müxtəlif növ xidmətlərin göstərilməsi sahələrini əhatə edən kompleks tədbirlər həyata keçirilir.
Bu gün ölkədə sağlam sahibkarlıq mühitinin formalaşması, iqtisadiyyatın inkişafında özəl sektorun rolunun əhəmiyyətli dərəcədə artması, iqtisadi fəaliyyət sahələrində sahibkarlıq üçün münbit şəraitin yaradılması, qanunvericilik qaydalarının liberallaşdırılması, maliyyə-kredit təminatlarının yaxşılaşdırılması, sahibkarların vergi yükünün əhəmiyyətli dərəcədə azaldılması, onların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısının alınması, hüquqlarının müdafiəsi sisteminin təkmilləşdirilməsi və beynəlxalq əlaqələrinin genişləndirilməsi məhz həmin kompleks tədbirlərin nəticəsində mümkün olmuşdur.
Ölkə başçısının "Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 2017-ci il 10 fevral tarixli 1235 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən, respublikamızda qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni, risklərin təhlilini, qanunla müəyyən edilmiş qaydada gigiyenik sertifikatlaşdırma işinin aparılmasını, o cümlədən xarici ölkələrə ixrac edilən qida məhsullarına keyfiyyət sertifikatının verilməsini, habelə qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsi sahəsində və "tarladan süfrəyədək" prinsipi əsasında məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq qida məhsulları istehsalının bütün mərhələlərində dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə yaradılmış Qida Təhlükəsizliyi Agentliyi də öz fəaliyyətində sahibkarlarla bilavasitə əlaqədə olacaq, onların fəaliyyətinin tənzimlənməsində birbaşa iştirak edəcəkdir.
Agentlik qida zəncirinin bütün mərhələlərində iştirak edən hər bir sahibkarlıq subyektinin qida təhlükəsizliyinin təmin olunması proseslərində iştirakına yüksək qiymət verir. Bu baxımdan sahibkarlara qida zəncirinin bütün mərhələlərində müasir tələblərə uyğun fəaliyyətlərini təşkil etmələri üçün hərtərəfli dəstək göstəriləcəkdir. Cari il iyulun 1-dən öz səlahiyətlərinin icrasına başlayacaq Agentlik tərəfindən respublika ərazisində fəaliyyət göstərən bütün qida subyektlərinin qeydiyyatı aparılacaq, qanunvericiliyə uyğun qaydada monitorinqlər, yoxlama-nəzarət tədbirləri həyata keçiriləcək, ölkə iqtisadiyyatının inkişafını şərtləndirən idxal-ixrac proseslərinin qanunvericiliyə və beynəlxalq standartlara uyğun tənzimlənməsinin təmin edilməsi üçün müvafiq sertifikatlar veriləcək. Bundan məqsəd bir tərəfdən dövlət orqanı kimi Agentliyin qanunvericiliklə ona verilmiş səlahiyyətlərinin icrasının həyata keçirilməsidirsə, digər tərəfdən, yerli qida subyektlərinin fəaliyyətinin sağlamlaşdırılmasına, beynəlxalq standartlara uyğun keyfiyyətli məhsul istehsalının və ixracının artırılmasına, nəticə etibarilə, Azərbaycan sahibkarlarının dünya bazarlarına çıxışının davamlı və intensiv xarakter almasına yaxından dəstək vermək, Azərbaycan mənşəli qida məhsullarına beynəlxalq tələbatın artmasına, "Made in Azerbaijan" brendinin nüfuzunun daha da yüksəlməsinə nail olmaqdır.
Qida Təhlükəsizliyi Agentliyi olaraq, sizləri öz fəaliyyətinizi qanunvericiliyin tələblərinə və beynəlxalq standartlara uyğun qurmağa çağırır, istehsal etdiyiniz qida məhsullarının daxili bazarlarda satış dinamikasının və xarici ölkələrə ixrac imkanlarının artmasının onların keyfiyyətindən və müvafiq yerli və beynəlxalq tələblərə uyğunluğundan bilavasitə asılı olduğunu bir daha nəzərinizə çatdırırıq. Eyni zamanda, önümüzdəki bir ay ərzində öz fəaliyyətinizə bir daha yaxından nəzər salmağı, mövcud çatışmazlıqları, qüsur və nöqsanları aradan qaldırmağı tövsiyə edir, bu işdə hər cür metodiki köməkliyi göstərməyə hazır olduğumuzu bildiririk".
XƏBƏR LENTİ
Balıqçının toruna görün, nə düşdü
Ölü qız qayıtdı, xilas etdi, yoxa çıxdı
Göz yummaq
Etirazçılar Ermənistan parlamentinin qarşısında barışığı ləğv edəcək deputatları gözləyirlər
Balıq salatı (foto resept)
Bakıda Şaxta baba olmaq istəyənlər üçün xəbər var
36 milyonluq fincan
Hava haqqında
Kaliforniyada meşə yanğınları səkkiz min hektar ərazini cənginə alıb - VİDEO
Yaz-yay tətili üçün gəzməli yerlər
Uşaqların bunlara ehtiyacı var!
Faydalı yalnızlıq
Daşkəsəndə 3000 min il bundan əvvələ aid dini ibadətgah yeri aşkar edildi - FOTO
“Mall”ların fəaliyyəti bu tarixdən bərpa olunur
İdman görmə qabiliyyətini qoruyur
Günün ulduz falı
"Arşın mal alan" Marionet teatrının səhnəsində
İnstagram milyonçuları
Hamilələr üçün bandajı necə geyməli?
Bölgələrdə soyqırım qurbanları anılıb
Günün qoroskopu: Mübahisə etməyin!
Yaponiya pilotsuz poçt maşınının sınağına başlayıb
Divardan axan maddənin nə olduğunu öyrənəndə şoka düşdü - VİDEO
Münasibətlərdə 100 həqiqət (2)
Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkədə yaşayan azərbaycanlılara müraciət etdi
Bakıda 6 milyon manata mənzil satılır
Britni Spirs bir günlük evə buraxıldı-FOTO
Arda Turan evləndi – FOTO
Bu şəxslərin maaşı 25 faiz artdı
Prezident üç nazirliyə yeni səlahiyyət verdi - FƏRMAN
Uşaqların zövqləri
BÜRCLƏR bizə nə vəd edir? - 3 MART
HAVA necə olacaq?-16 Fevral
D vitamini hansı qidaların tərkibində olur?
Bir-birindən gözəl eyvan dekorasiyası
Mənzərə şəkilləri
Ər və arvadın öhdəlikləri
İxtiralar
Gümüş qablar
Qəribə tərz sahibləri
Gözdən əlillər üçün mobil əlavə-VİDEO
Çiyələklə gözəlləşin
Xurmanın faydaları
Azərbaycanda daha 1 nəfər koronavirusdan öldü - 38 yeni yoluxma
800 uşağın basdırıldığı yer aşkarlandı
Amerikalı cütlük süni mayalanma etdi, asiyalı uşaq doğuldu
Sabaha olan hava proqnozu açıqlandı
Ermənistan ordusu Azərbaycan ərazilərini atəşə tutub
Avropa Parlamentinin üzvü: "Ermənistanın işğalçılıq siyasətinə son qoyulmalıdır"
Çimərlik mövsümü başlayır















- ŞƏRHLƏR