AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Daşkəsən arxeoloji ekspedisiyası Daşkəsən rayonu ərazisində, dəniz səviyyəsindən 2000 metr yüksəklikdə, Xoşbulaq yaylağında arxeoloji qazıntı işləri zamanı 3000 min il bundan əvvələ aid dini ibadətgah yeri aşkar edib.
Qadin.Net bildirir ki, İnstitutdan Trend-ə bildirilib ki, ekspedisiyanın rəhbəri tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Cəlilovun verdiyi məlumata görə, ekspedisiya müddətində bölgədə qeydə alınmış kurqan tipli arxeoloji abidə qazıntıya cəlb edilərək tədqiq edilib. Tədqiq edilən kurqanın üst örtüyünün perimetri boyunca iri qaya daşlarından ibarət kromlexi (kromlex - sakral xarakterli dairəvi daş düzümü) olub. Kurqanın qəbir kamerası daş qutu tipindədir. Kamera iri sal qaya daşlarından dördkünc formada hazırlanmaqla, üzəri sal daşlarla örtülüb. Qəbir kamerasından aşkar edilən insan skeletinin qalıqları və maddi mədəniyyət nümunələri əsasında kurqanın bir qadına məxsus olduğu müəyyən edilib. İnsan üzü şərqə doğru olmaqla, sağ tərəfi üstə bükülü vəziyyətdə dəfn edilib. Kurqan kamerasından aşkar edilən artefaktlar əsasən metal və mineral daşlardan hazırlanmış bəzək əşyaları ilə təmsil olunur. Abidədən aşkar edilmiş maddi mədəniyyət nümunələrinin müqayisəli təhlili onun son tunc-ilk dəmir dövrü ilə tarixlənərək, Xocalı-Gədəbəy arxeoloji mədəniyyəti daşıyıcılarına məxsus olduğunu göstərir.
Bununla yanaşı, ekspedisiya müddətində ərazidə tədqiq olunmuş, biri digərindən 20 metr aralı olan iki kurqan arasında aparılan qazıntılar zamanı mütəxəssislərin xüsusi marağına səbəb olmuş tikili qalığı aşkar edilib. İlkin nəticələrə əsasən, qaya daşlarından dördkünc formada inşa edilmiş bu tikilinin ibadətgah və ya hər hansı bir dini ritual məkan olduğu təxmin edilir. Tikili qalığının içərisindən aşkar edilmiş maddi mədəniyyət nümunələri onun kurqanlarla eyni dövrə aid olduğunu göstərir. Dini ritual tikili qalığının içərisindən ocaq izləri və daşdan hörülmüş xüsusi hücrələr aşkar edilib. Tikilinin salamat qalmış divarlarının hündürlüyü bir metrə yaxındır. Tikili qalığından aşkar edilmiş dəlillər və arxeoloji nümunələr üzərində tədqiqatlar davam etdirilir.
Arxeoloji ekspedisiya zamanı Xoşbulaq kəndinin kənarında, Xoşbulaq çayının sağ sahilində bir ədəd daş qutu qazılaraq tədqiq edilib. Qaya daşlarından hazırlanmış qəbir kamerasının üzəri iki ədəd sal qaya ilə örtülüb. Daş qutudan 6 ədəd saxsı qab nümunəsi, bir ədədə tunc kəmər, bir ədəd dəmirdən hazırlanmış xəncər və bir insana məxsus skeletin qalıqları aşkar edilib. Arxeoloji abidələrdən aşkar edilmiş nümunələr laborator şəraitdə tədqiq edilmək üçün AMEA Arxeologiya və Etnoqrafiya İnstitutuna gətirilib. Mütəxəssislər ərazidə aparılan arxeoloji qazıntılar və onlardan əldə edilən elmi nəticələrin Xocalı-Gədəbəy mədəniyyəti tayfalarının dini dünya görüşləri, dəfn adətləri və ümumilikdə, bəhs edilən dövrün tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb etdiyini düşünürlər.
XƏBƏR LENTİ
Sevmək qovuşmaqdır, sən heç narahat olma
Kişinin qanı süd kimi ağardı-SƏBƏB
Dünyanın ən cazibədar polisi-FOTO
Günün qoroskopu: vədlərinizi gerçəkləşdirin
Brilliant ilə bəzədilmiş telefonlar
Gülməli heyvanlar
ABŞ və Britaniyada dəb
"5 yaşlıların 55 faizi təhsilə cəlb edilib" - Nazir
Souslu badımcan qızartması (foto resept)
İvanka Tramp 38 yaşını belə qeyd etdi - FOTO
İtaliyanın oyunu azərbaycanlı hakimə tapşırıldı
Yaşlı kişi timsahla əlbəyaxa oldu
Bu ilin sonunadək Azərbaycanın bütün ərazisində POS-terminallar quraşdırılacaq
Azərbaycanda benzinin ucuzlaşacağı proqnozu
Makiyaj məhsullarını daha səmərəli istifadə etməyin yolları
Hamilə olduğunu fotosessiyası ilə elan etdi
Gökhan "O səs Türkiyə"ni tərk etdi
BÜRCLƏR bizə nə vəd edir? -19 MAY
Ombudsman Məleykə Abbaszadəyə müraciət etdi
Gecə mesajları, qaranlıq həyat
Ən yaxşılar - FOTO
Uşaq bezlərində təhlükə aşkarlandı
Yaxşı insanların intiqamı
Paşinyan xarici işlər nazirini istefaya göndərdi
Yeni “Xiaomi” planşeti təqdim edildi
Tarix yazan idmançımız karyerasına son qoydu
Canlı yayımda dünyanın ən zəhərli ilanı sancdı - VİDEO
Evdə saxladığı ilan qonşunun ayaqyolundan çıxdı
Dünyada COVID-19-dan həyatını itirən tibb işçilərinin sayı açıqlandı
Sərdar Ortaç yeni sevgilisi ilə görüntüləndi - FOTO
Prezident: "Getsin, cəzasını çəksin"
Şərəfli döyüş yolu keçən 24 yaşlı qazimiz - VİDEO
Yüzlərlə kəllə sümüyü olan kilsədə araşdırmalar başladı - FOTO
DİN-dən əhaliyə XƏBƏRDARLIQ
Qış geyimləri
İsveçrə ilə Azərbaycan arasında viza rejimi aradan qaldırıla bilər
MTRŞ-dan seriallarla bağlı açıqlama
Naringinin bilinməyən faydaları
Bakıda saat 11-dən sonra qadağa
Dövlət rəmzləri
Bu şəkillərə iki dəfə baxmalı olacaqsınız
Bu tarixdə planetlər bir xətt boyu düzüləcək
Günün ulduz falı
Amerikan salatı (foto resept)
“Yalnızlığın bal ayı” Polşada
Misirdə fironlar dövrünə aid məzarlıq tapılıb
Geyim və aksessuarlar
Sabahdan Bakıda ictimai nəqliyyat işləməyəcək
Qazaxstan prezidenti bu açıqlaması ilə hər kəsi şoka saldı
Azərbaycan neçə medal qazana bilər?