Kişinin aşiq olması üçün qadının xarici görünüşü nə dərəcədə rol oynayır? Ümumiyyətlə, kişilər qadınları hansı xüsusiyyətlərinə görə sevir?
Qoç
Qoç ilk və ən yaxşı olmaq üçün yaşayır. O, həmişə yanında prestijini artıracaq və insanlar tərəfindən təqdir ediləcək birini istəyir. Həyat fəlsəfəsi "indi, bu dəqiqədir". O, sizi kəşf etmək üçün çox gözləməyəcək. Qoç, özünü seçmək məcburiyyətində hiss etməz. Sadəcə hər şeyi istəyir, adətən alır da.
Buğa
Venera tərəfindən idarə olunan Buğa gözəlliyin əsiridir. Həyatında böyük əhəmiyyəti olan duyğularla bərabər görünüşü baxımından da razı qaldığı bir eşq cütlüyündən də imtina etməz. Sevəcəyi şəxs qüsursuz bir görünüşə sahib olmalıdır.
Əkizlər
Əlaqə, həyat, zəka, yumor anlayışı və fikir istehsalı əkizlər bürcünün cazibə anlayışına görə imtina edilməzdir. Özünə yaxın bir IQ səviyyəsinə seksual ayaqlardan daha çox əhəmiyyət verir.
Xərçəng
Xərçəng özünə sevgi və duyğusal güvən təlqin edən bir partnyor istəyir. Bir çox insanda olduğu kimi, xarici gözəlliyi daha üstün tutsa da, bu vəziyyət onun gözündə güvənməmək üçün bir səbəbdir. Hər kəs tərəfindən maraq görən bir partnyoru inadla əldə etmək istəməz. Gözəl bir görünüş onda narahatlıq yaradır. Münasibətdə duyğusal ehtiyaclarını qarşılaya biləcək birini seçəcək.
Şir
Şir ən gözə çarpan, ən ehtişamlı və özünəməxsus olanı istəyir. "Meşə kralı" təqdir dolu baxışlar və qısqanclıq çəkməyən bir insanla əsla birlikdə olmaz. Yanındakı şəxs stili, yaxud ədası ilə diqqət çəkməlidir. Şir partnyorunun özündən bir addım aşağıda olmasını istəyir. Heç kimin və heç nəyin onu kölgədə qoymasına icazə verməz.
Qız
Qız sahib olduğu zərafətə əsasən daxili xüsusiyyətlərə daha çox əhəmiyyət verir. Maraq çəkən söhbətlər edə biləcəyi və mədəni paylaşımları diqqət çəkən insanlar tərəfindən sehrlənir. Digər tərəfdən, xarici görünüş məsələsində də bir sıra istəkləri var. Model axtarmaz, ancaq stil və gigiyena məsələsində çox tələbkardır.
Tərəzi
Tərəzi zəriflik və uyum axtarır. Bu ikisi olmasa, eşqin varlığı imkansızdır. Tərəziyə görə, qüsursuz sevgi xarici və daxili aləmin birləşməsidir. Zərafət, işvə və gözəllik anlayışı vacibdir. Nəzakət, incəlik və mənəviyyat da Tərəzi üçün vazkeçilməzdir.
Əqrəb
Əqrəbin nəzərində gözəllik mövzusu bir az qarışıqdır - digər hər şeydə olduğu kimi. Əqrəb üçün gözəllik cazibə, gizlilik və erotizmdir. Əqrəb çox tələbkardır. Bəlli bir stil seçimi yoxdur. Hər səfərində fərqlidir, hər dəfə fərqli bir şeyi cazibədar görür.
Oxatan
Oxatan insanları xarici görünüşü ilə dəyərləndirməyi rədd edir. Oxatan bürcünün axtardığı əlaqə oyun və həyatın əyləncələrini paylaşmaqdır. Bütün bunları ona verə biləcək şəxs yaxşı görünürsə, Oxatan üçün heç bir problem olmaz. Ancaq darıxdırıcı bir qadın dünyanın ən gözəli belə olsa, Oxatanların diqqətini çəkməz.
Oğlaq
Oğlaq sosial çevrəsindəki imicinə böyük önəm verir. Prestijini artıran bir partnyora sahib olmaq onun üçün son dərəcə əhəmiyyətlidir. Dəyərli bir partnyoru mükafat olaraq gördüyündən özünü daha yaxşı hiss edir. Oğlaq görünüş və daxili aləm istəyir.
Dolça
Dolça zehni qabiliyyətləri görməkdə və dəyərləndirməkdə inanılmaz bir bacarığa sahibdir. Yəni partnyoru ilə bağlı həyata dair baxışını paylaşmaq istəyir. Bir cüt gözəl göz və seksual duruş Dolçanın diqqətini çəkmək üçün kifayət deyil. Dolça qarşısındakı şəxsin necə düşündüyü ilə maraqlanır. O, nə qədər cazibədar olsa da, dar dünya görüşlü, basqın bir xarakter Dolça üçün itələyici ünsürdür.
Balıq
İnsanlar adətən Balıq bürclərini bir pəri nağılının içərisində yaşamaqda günahlandırırlar. Şahzadələrin daima gözəl olduğu bir nağılda. Ancaq Balıq bürcünün içərisində olduğu tək nağıl qurbağanı öpdüyü və lənəti qaldırdığı nağıldır. Xarici görünüşə qarşı xüsusi bir istəyi yoxdur. Qarşısındakı şəxsin nəhəng, istiqanlı bir ürəyi olduğunu gördüyü anda gözləri dünyanın ən gözəl varlığını görmüş kimi olur.
![](/sfiles/img/icons/news-icon.png)
XƏBƏR LENTİ
Kate Middleton gözəlliyi ilə hər kəsin diqqətini çəkdi-FOTO
Avitaminoz
Çində daha bir ölümcül virus qeydə alındı
Portağallı keks (foto resept)
Makiyajsız görüntülənən aktrisa qaçdı - FOTO
Ayağı ayaq üstünə aşırmaq varikoz yaradır
Dünyanın ən heyrətamiz məscidləri - FOTOSESSİYA
Subaru Outback təzələndi
Kəsmikli piroq (foto-resept)
Sabah yağış yağacaq
Ən yaxşı qadın ətirləri
Sənət və estetika stresin dərmanı kimi
Dünya səyahətinə çıxan məşhur cütlük-FOTO
Dünya tarixində ən varlı adamının adı açıqlandı
Şəhid zabitimiz dəfn olundu
Əmanətlərimizi necə qoruyaq?
Qripi sağaldan 3 detoks
Azərbaycanda koronavirusdan 1 nəfər öldü - 76 yeni yoluxma
Buraxılış imtahanının nəticələri açıqlandı
Azərbaycanda karantin müddətində toylarla bağlı QƏRAR
Üzünüz üçün möcüzəvi baxımı kəşf edin
Çində yaşayan türk müğənnisi Virus haqqında danışdı
Bu necə razılıqdır?
Əhməd və Fatimənin dastanı: "Kim deyir ki, eşq yoxdur?"
Gürcüstanda ən çox yayılmış soyadlar
Qəribə, lakin faydalı məsləhətlər
Çempionlar Liqasının ən çox uduzan baş məşqçiləri
"Su-25 "Boinq"i vura bilməz"
Dəbli geyimlər
Elsevər Ağayev: Azərbaycanda dərman bazarındakı vəziyyəti qənaətbəxş saymaq olar
Zerrinin qayınatası oğlu haqqında AÇIQLAMA verdi
Evinizi rəngləndirməyin 6 yolu
Sarışın qızlar haqda miflər və həqiqətlər
Yeni nazir: "Yanımda çoxlu adam var"
Hava şəraiti DƏYİŞİR
Əhaliyə xəbərdarlıq
Nobel mükafatçısından xərçəng və diabet xəstəliyi ilə bağlı tövsiyə
Evlilik təklifi
Gözəl geyim nümunələri
Tuba Büyüküstün yeni serialda-VİDEO
BÜRCLƏR bizə nə vəd edir? - 23 fevral
Bu ərazilərdə qaz olmayacaq
Poliklinika həkimi evdə xəstəyə iynə vura bilərmi? - AÇIQLAMA
Şagirdlərin elektron yerdəyişməsinə yenidən başlanılır
Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunur
Haymoritin müalicəsi
İnanılmaz makiyajlar
Mürəbbələrin inanılmaz faydaları
Əl işlərim
Məşhur aktyor blogerlə sevgilidir-FOTO
![](/sfiles/img/icons/valuable-icon.png)
- ŞƏRHLƏR