Autizm ətrafdakılarla ünsiyyət qurmağı çətinləşdirən və əngəlləyən bir beyin pozuntusudur.
Bu zaman beynin fərqli hissələri birlikdə işləyə bilmir. Autizmli adamların çoxu hər zaman ətrafdakılarla ünsiyyət qurmaqda çətinlik çəkir. Ancaq bunun erkən təyini və müalicəsi bir çox adamda xeyli dərəcədə müsbət yönə irəliləyişin olduğunu sübut etmişdir.
Autizmin səbəbləri tam olaraq bilinməsə də, bir sıra elm adamları bu xəstəliyin irsi keçdiyini düşünür. Hansı genin buna səbəb olduğu hələ də araşdırılmaqdadır. Digər tədqiqatlar isə qəbul edilən dərmanın və ya ətrafdakı insanların autizmi gücləndirib-gücləndirməməsi yönündədir.
Bəzi alimlər isə qızılca, su çiçəyi kimi peyvəndlərin bu xəstəliyə səbəb olduğunu düşünürlər. Ancaq təqdiqatlar bu ehtimalın yanlış olduğunu sübut etmişdir. Bu peyvəndlər uşaqları ölümcül xəstəliklərdən qoruyur və onlara mənfi təsir etmir. Ona görə də peyvəndlər vaxtı-vaxtında mütləq vurulmalıdır.
Autizmli adamların hər biri müəyyən simptomlarla qarşılaşır. Amma hər birində ümumi olan bir sıra simptomlar var ki, onlar da bunlardır.
Sosial həyatda:
- Göz gözə gəlmə, üz ifadəsi və bədən dili kimi sözsüz ünsiyyət bacarığının inkişafında diqqətə çarpacaq dərəcədə olan problemlər.
- Yaşıdları ilə yoldaşlıq edə bilməmək.
- Digərləriylə əyləncəni və ya müvəffəqiyyəti paylaşmağa qarşı maraqsızlıq.
- Empati əskikliyi. Autizmli adamlar qarşılarındakının kədəri və ya sevincini anlamaqda və paylaşmaqda çətinlik çəkə bilirlər.
Ünsiyyətdə:
- Danışmağı öyrənməmək və ya gec danışmaq. Autisriklərin 40 faizi əsla danışmaz.
- Söhbətə başlamaqda çətinlik çəkmək. Bundan əlavə autizmli adamlar başlamış hər hansısa söhbəti davam etdirməkdə də çətinlik çəkirlər.
- Qəlibləşmiş və ya mütəmadi olaraq təkrar edilən bir söhbət. Autizmli adamlar əvvəl eşitdikləri cümlələri yenidən dəfələrlə deyirlər.
- Dinləyicilərin baxış tərzini anlamaqda çətinlik çəkmək. Məsələn, autizmli biri söhbət etdiyi adamın zarafat etdiyini başa düşməyə bilər. Sözlərin hər birini ayrı-ayrılıqda anlayar və onların ümumilikdə verdiyi mənanı başa düşməyə bilər. Buna görə də danışarkən verilən mənanı, mətnaltı mənanı başa düşməyə bilirlər.
Fəaliyyət və oyunlara qarşı sərhədli maraq:
- Oyunun hissələrinə lazım olandan fərqli bir formada diqqət etmək. Autizmli uşaqlar avtomobillə oynamaqdan çox avtomobilin təkəriylə oynayırlar. Yəni diqqətlərini oyuncağın belə hissələrinə verərlər.
- Müəyyən mövzularda məşğul olmaq. Məsələn, daha böyük uşaqlar və yetkinlər video oyunlarına və ya avtomobil nömrələrinə heyran ola bilərlər.
- Eyni şeylər və təkrarlanma ehtiyacı. Məsələn, autizmli bir uşaq salatdan əvvəl həmişə çörək yemək və ya məktəbə həmişə eyni yoldan getmək istəyər. Onlar dəyişiklikləri qətiyyən qəbul etmirlər.
- Qəlibləşmiş davranışlar. Məsələn, yellənmə və ya əl çırpmaq.
Uşaqkən görünən autizm əlamətləri
Autizmin əlamətlərini uşaqda adətən valideynlər və ya uşağın dayəsi ilk 3 ildə hiss edə bilərlər. Autizm anadangəlmə bir problem olsa da, onun diaqnozunu qoymaq və onun var olub-olmadığını anlamaq çox çətindir. Valideynlər adətən uşaqlarının qucaqda olmaq istəmədikləri, oyunlara qarşı maraqsız olduqları və danışmama və ya gec danışmağa başladıqlarına görə narahat olmağa başlayırlar. Bəzən uşaq yaşına uyğun olaraq zamanında danışmağa başlayır, amma bir müddət sonra danışmaq bacarığını itirər. Bundan əlavə uşaqda eşitmə probleminin olmağından da şübhələnilə bilər. Kənardan adamlar elə bilər ki, autizmli uşaqlar heç nə eşitmir, amma bəzən də qatar səsi kimi uzaqdan gələn səslərin onların diqqətlərini çəkdiklərini görərik.
Erkən təyin edilmiş və ciddi müalicə edilmiş autizmli şəxs ətrafına maraq göstərər, uşaqlarla oynayar, hətta böyüyəndən sonra özünə də qulluq edə bilər. Hər kəs elə düşünür ki, autizmlilər ictimaiyyətdən təcrid olunur və ancaq öz dünyalarında yaşayırlar. Amma bu heç də belə deyil. Çox az autizmli şəxslər özlərini ictimai həyatdan təcrid edirlər.
Ardı var...
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Dahi futbolçu karyerasına son qoyub arzusuna qovuşacaq
Bağırsaq parazitləri və müalicəsi
Castin Biber izləyicilərinə səsləndi
"Neft bu qiymətə olsa daha ədalətli olar"
Sürücülərə YAŞ MƏHDUDİYYƏTİ qoyulacaq
Azərbaycanda daha 7 nəfərdə koronavirus aşkarlandı - RƏSMİ + VİDEO
Bildirçin əti və yumurtası nəyə dərmandır?
2017-ci ilin çanta modelləri
Şəhər həsrətli kəndlilər
Bakıda təhsil sərgisi keçirilib - FOTO
Günün qoroskopu: Səhhətinizin qayğısına qalın!
Küçəyə çıxmaq qadağan edildi
Günün ulduz falı
Balıq piroqu (foto resept)
Azərbaycanda daha altı nəfər koronavirusa yoluxdu: Ölən var - RƏSMİ
Hovuzda üzərkən gözlərinizi infeksiyadan qoruyun
Hansı ərzaqlarla ehtiyatlı olmalıyıq?
Tələbələrə bunu geyinmək qadağan olundu!
Kim Çen In ictimaiyyət önünə pop ulduzla birgə çıxdı
Misir yeni konstitusiya üzrə referendum keçirməyi planlaşdırır
Azərbaycanda ali məktəbdə bir ilk
Rus general erməniləri şoka saldı: "Qarabağda müharibə olarsa..."
Canlıların kamuflyaj bacarığı
"Twitter" istifadəçilərinə xoş xəbər
Bu avtobuslarda nağd pul işləməyəcək
Məşhur cütlük evlənir
Bakıda külək yenidən coşacaq
"Atiye"nin aktrisası diqqət çəkdi-FOTO
Girovlar qaytarıldı
Azərbaycanın və Çexiyanın birinci xanımlarının görüşü olub
Meray Keri ad gününü belə qeyd etdi - FOTO
"Real Madrid"ə pis xəbər
Şuşaya alternativ mənbədən içməli su çəkilir - RƏSMİ
Romanı ayaqyalın fəth edən afrikalı(3)
Bu fotolara diqqətlə baxın
İran kapitalı Azərbaycana gələrsə...
Azərbaycanda uşaqlara qoyulan ən populyar adların siyahısı açıqlandı
Dünya Qazaxıstandakı toydan danışır: Ton yarımlıq tort- FOTO/VİDEO
Bu gün növbəti qəbul imtahanları keçirilir
Göründüyü kimi olmayan sosial media
Bu fotolara baxmağa dəyər
Yeni tədris ilində dövlət universitetlərinin təhsil haqlarında artım olacaqmı?
Xrizontema piroqu (foto resept)
Anormal istilər normaya çevriləcək
Şal bağlamağın müxtəlif üsulları (FOTO)
Hava limanına Fərman Salmanovun adı verildi
Yeni TV-lər
Çində növbəti koronavirus yoluxması qeydə alındı: Hərbi vəziyyət elan edildi
Qadın elə bir ayaqqabı geyindi ki...
Azərbaycanda insan adlarının düzgün yazılışının göstərildiyi kitab hazırlanacaq















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]