Qadin.NET / Autizm

Autizm

Autizm

Autizm ətrafdakılarla ünsiyyət qurmağı çətinləşdirən və əngəlləyən bir beyin pozuntusudur.

Bu zaman beynin fərqli hissələri birlikdə işləyə bilmir. Autizmli adamların çoxu hər zaman ətrafdakılarla ünsiyyət qurmaqda çətinlik çəkir. Ancaq bunun erkən təyini və müalicəsi bir çox adamda xeyli dərəcədə müsbət yönə irəliləyişin olduğunu sübut etmişdir.

Autizmin səbəbləri tam olaraq bilinməsə də, bir sıra elm adamları bu xəstəliyin irsi keçdiyini düşünür. Hansı genin buna səbəb olduğu hələ də araşdırılmaqdadır. Digər tədqiqatlar isə qəbul edilən dərmanın və ya ətrafdakı insanların autizmi gücləndirib-gücləndirməməsi yönündədir.

Bəzi alimlər isə qızılca, su çiçəyi kimi peyvəndlərin bu xəstəliyə səbəb olduğunu düşünürlər. Ancaq təqdiqatlar bu ehtimalın yanlış olduğunu sübut etmişdir. Bu peyvəndlər uşaqları ölümcül xəstəliklərdən qoruyur və onlara mənfi təsir etmir. Ona görə də peyvəndlər vaxtı-vaxtında mütləq vurulmalıdır.

Autizm

Autizmli adamların hər biri müəyyən simptomlarla qarşılaşır. Amma hər birində ümumi olan bir sıra simptomlar var ki, onlar da bunlardır.

Sosial həyatda:

Göz gözə gəlmə, üz ifadəsi və bədən dili kimi sözsüz ünsiyyət bacarığının inkişafında diqqətə çarpacaq dərəcədə olan problemlər.

- Yaşıdları ilə yoldaşlıq edə bilməmək.

- Digərləriylə əyləncəni və ya müvəffəqiyyəti paylaşmağa qarşı maraqsızlıq.

- Empati əskikliyi. Autizmli adamlar qarşılarındakının kədəri və ya sevincini anlamaqda və paylaşmaqda çətinlik çəkə bilirlər.  

Autizm

Ünsiyyətdə:

- Danışmağı öyrənməmək və ya gec danışmaq. Autisriklərin 40 faizi əsla danışmaz.

- Söhbətə başlamaqda çətinlik çəkmək. Bundan əlavə autizmli adamlar başlamış hər hansısa söhbəti davam etdirməkdə də çətinlik çəkirlər.

- Qəlibləşmiş və ya mütəmadi olaraq təkrar edilən bir söhbət. Autizmli adamlar əvvəl eşitdikləri cümlələri yenidən dəfələrlə deyirlər.

- Dinləyicilərin baxış tərzini anlamaqda çətinlik çəkmək. Məsələn, autizmli biri söhbət etdiyi adamın zarafat etdiyini başa düşməyə bilər. Sözlərin hər birini ayrı-ayrılıqda anlayar və onların ümumilikdə verdiyi mənanı başa düşməyə bilər. Buna görə də danışarkən verilən mənanı, mətnaltı mənanı başa düşməyə bilirlər.

Autizm

Fəaliyyət və oyunlara qarşı sərhədli maraq:

- Oyunun hissələrinə lazım olandan fərqli bir formada diqqət etmək. Autizmli uşaqlar avtomobillə oynamaqdan çox avtomobilin təkəriylə oynayırlar. Yəni diqqətlərini oyuncağın belə hissələrinə verərlər.

- Müəyyən mövzularda məşğul olmaq. Məsələn, daha böyük uşaqlar və yetkinlər video oyunlarına və ya avtomobil nömrələrinə heyran ola bilərlər.

- Eyni şeylər və təkrarlanma ehtiyacı. Məsələn, autizmli bir uşaq salatdan əvvəl həmişə çörək yemək və ya məktəbə həmişə eyni yoldan getmək istəyər. Onlar dəyişiklikləri qətiyyən qəbul etmirlər.

- Qəlibləşmiş davranışlar. Məsələn, yellənmə və ya əl çırpmaq.

Autizm

Uşaqkən görünən autizm əlamətləri

Autizmin əlamətlərini uşaqda adətən valideynlər və ya uşağın dayəsi ilk 3 ildə hiss edə bilərlər. Autizm anadangəlmə bir problem olsa da, onun diaqnozunu qoymaq və onun var olub-olmadığını anlamaq çox çətindir. Valideynlər adətən uşaqlarının qucaqda olmaq istəmədikləri, oyunlara qarşı maraqsız olduqları və danışmama və ya gec danışmağa başladıqlarına görə narahat olmağa başlayırlar. Bəzən uşaq yaşına uyğun olaraq zamanında danışmağa başlayır, amma bir müddət sonra danışmaq bacarığını itirər. Bundan əlavə uşaqda eşitmə probleminin olmağından da şübhələnilə bilər. Kənardan adamlar elə bilər ki, autizmli uşaqlar heç nə eşitmir, amma bəzən də qatar səsi kimi uzaqdan gələn səslərin onların diqqətlərini çəkdiklərini görərik.

Erkən təyin edilmiş və ciddi müalicə edilmiş autizmli şəxs ətrafına maraq göstərər, uşaqlarla oynayar, hətta böyüyəndən sonra özünə də qulluq edə bilər. Hər kəs elə düşünür ki, autizmlilər ictimaiyyətdən təcrid olunur və ancaq öz dünyalarında yaşayırlar. Amma bu heç də belə deyil. Çox az autizmli şəxslər özlərini ictimai həyatdan təcrid edirlər.

Ardı var...

3 sentyabr 2014
GO BACK