
21-ci əsr sivilizasiyanın xüsusiyyətlərindən biri də, şübhəsiz, kosmopolit düşüncə fonunda mədəniyyət, elm, turizm, biznes faktoruna əsaslanmış inkişafdır. Lakin bunlarla paralel meydana gələn hüquqi maneələr də olur. Onlardan biri də vətəndaşlıqla bağlıdır. Məlum olduğu kimi, Azərbaycan qanunvericiliyi ikili vətəndaşlığa icazə vermir.
Maraqlıdır, belə olan təqdirdə ölkə xaricində yaşayan azərbaycanlıların hansı problemləri meydana çıxır? Ümumiyyətlə, xarici ölkə vətəndaşlığını qəbul etmiş azərbaycanlı hansı hüquqlarından məhrum olur?
Suallarımızı cavablandıran vəkil Fariz Namazlı xarici ölkə vətəndaşlığını qəbul etmiş şəxsin bu barədə yazılı məlumat vermədiyi təqdirdə cinayət məsuliyyəti daşıdığını bildirdi: “Azərbaycan Respublikası vətəndaşlığı haqqında qanun”a 30 may 2014-cü ildə edilən dəyişikliyə görə, xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Belə məlumatı verməyən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Amma bu tarixdən əvvəlki vaxtlarda xarici ölkə vətəndaşlığı əldə etmiş Azərbaycan vətəndaşlarına bu hal şamil edilmir. Başqa ölkə vətəndaşlığını qəbul edən Azərbaycan vətəndaşı Azərbaycanın müvafiq qurumlarını bu barədə xəbərdar edir və Azərbaycan Respublikasının vətəndaşlığı haqqında qanuna görə, o Azərbaycan vətəndaşlığını itirir. Həmin şəxs gələcəkdə Azərbaycana gələrsə, xarici vətəndaş kimi gəlməlidir. Əcnəbi şəxslərə aid olan hüquq və vəzifələrdən istifadə edərək ölkəyə gəlib fəaliyyət göstərə bilərlər".
Mövzu ilə bağlı fikirlərini bildirən millət vəkili Zahid Oruc isə məsələnin siyasi tərəflərinə şərh verdi: “Bu illər ərzində dediyiniz mövzu ətrafında bir çox suallar verilib və hamısına hüquqi əsaslı cavablar bildirilib. Bəli, bir çox ölkələrdə ikili vətəndaşlıq var və bu dövlət siyasəti kimi tətbiq olunur. Bundan da faydalar götürülür. Məsələn, Rusiyada ikili vətəndaşlıq var və bunun seçilməsinə səbəblər çoxdur. Bunlardan biri demoqrafik göstəricilərlə bağlıdır. Belə ki, ailə üzvlərindən biri Rusiya vətəndaşı olan şəxslər xaricdə yaşamalarına rəğmən, Rusiya vətəndaşı olur.
Qanunvericiliklərində edilmiş yeni dəyişikliyə görə, hətta rus dilini bilənlər də vətəndaşlığa qəbul edilə bilər. Bu fonda vətəndaşlığın tətbiqindən həm iqtisadi, həm də sosial və bir sıra başqa xarakterli hüquqi imtiyazlar əldə olunmuş olur. Ancaq Azərbaycan nə üçün buna getmədi? Unitar quruluşlu ölkələrdə ikili vətəndaşlığın tətbiqi hansı fəsadlara yol aça bilər?
Nəzərə almaq lazımdır ki, ortada etnik və milli müxtəliflik var. Tutaq ki, ermənilər, ya ruslar. Onlar ölkə siyasətində vətəndaşlıq sayəsində hüquqlar qazandıqları halda öz ölkələri ilə münasibətlərində müəyyən rol oynayacaqlar. Bu və digər səbəblər fəsadlar arasında yer alır ki, buna görə də hesab edirəm Azərbaycan üçün ikili vətəndaşlıq məqbul deyil. Ona görə ikili vətəndaşlığın əleyhinə olaraq bu fikriləri parlamentin tribunasından da səsləndirmişəm. Xarici ölkə vətəndaşlığını qəbul edən kəslər də bəri başdan bilməlidirlər ki, öz ölkələri ilə hüquqi münasibətlərini çətinləşdirəcəklər.
Ümumən insanlarımızın ölkə vətəndaşlığından çıxması mənəvi baxımdan məni çox narahat edir".
Miqrantlara Hüquqi yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyev isə xarici ölkə vətəndaşlığını qəbul etmiş azərbaycanlıların əslində daha yüksək hüquqlara malik olduğunu söylədi: “Birincisi ona görə ki, neçə ölkənin vətəndaşıdırsa, həmin ölkələrin hamısında icazəsiz yaşamaq və işləmək hüququ əldə edir. Eyni zamanda həmin ölkələrin vətəndaşları hansı ölkələrə vizasız gedə bilirlərsə, o da həmin ölkələrə sərbəst getmək hüququnu əldə edir. Lakin elə şəxslər var ki, onlar ikinci ölkənin vətəndaşlığını əldə edən zaman bunu gizlətməyə çalışır və ya bundan qədərincə faydalanmırlar. Buna görə də bəzən problemlər yaşayırlar. Məsələn, Azərbaycanda belə bir təcrübə var ki, məmurlar müəyyən edəndə ki, şəxs eyni zamanda Rusiyanın və Azərbaycanın vətəndaşıdır, dərhal onun Azərbaycan vətəndaşlığını təsdiq edən sənədi fəaliyyətsizləşdirəcəklərini bildirilər. Bu isə qanunsuzdur. Yəni bu sahədə qanunvericiliyin yaratdığı problemlər var. Məmurlar da bundan faydalanır və ikili vətəndaşlığı olanların vəziyyətini ağırlaşdırırlar”.
XƏBƏR LENTİ
Hicablı xanımlar üçün baş örtükləri
Unikal rəssam: göz yaşı ilə şəkil çəkir
Cins donu necə geyinməli?
Təhlükəli oyuncaqlar
Ermənilərin Türkiyədəki dili Rusiyaya eyham vurdu
Bakıda güləş üzrə beynəlxalq turnir keçiriləcək
Gələcəkdə enerji daşdan çıxacaq
Hər evli cütlüyün bilməli olduğu 4 maddə
Əli Əsədovdan iki mühüm QƏRAR
Əl tutma formasına görə münasibətin analizi
Çində rəsmli qəhvələr
Diqqət! Qasırğa var!
Hörük formaları
Kişilər üçün idman tərzi
Kişilər 130 kiloluq modelə güləşmək üçün pul ödəyirlər
Xankəndi tamamilə boşaldılıb – FOTO
Ərdoğan qalmaqallı qanunu təsdiqlədi
Qarağat mussu (foto resept)
Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi başa çatır
Yapon uşaqları niyə dahi olur?
55 yaşlı kişi ən yaşlı tələbə oldu - Azərbaycanda -FOTO
ABŞ-da nəşr olunan yəhudi qəzeti bir sayını Azərbaycana həsr edib
Gündə 3 ədəd ərik yesəniz..
Məşhurların 14 fevral paylaşımları
Hava necə olacaq?
Yeni ilə hazırlaşanlar, diqqətli olun!
Nəqliyyat kartı hans avtobuslarda işləyəcək?
Uşaqların sosial-psixoloji inkişafı-25
Adobe Photoshop (Dərs-16)
“Oskar” müsabiqəsində iştirak qaydaları dəyişdi
Manat ajoitajına düşənlər, "qiyamət" hələ qabaqdadır!
Emal edilmiş ətdən uzaq durun - xərçəng riskini xeyli artırır
Hazal Kaya ana oldu-FOTO
"Mənim 100 kiloqram çəkim olmayıb ki, plastik əməliyyat etdirim"
Aslı Özcanla bağlı iddialara cavab verdi
Türkiyədə vahimə yaşandı
Kraliça şahzadənin qərarından narazıdır
Aldadıldım! Nə edəcəm indi?!
Prezidentin sərəncamı KİV-lərin məsuliyyətini artırdı
Gəlinlik saç düzümləri
Hərbiçilərimiz Füzuli və Cəbrayılın girişində
1 dollara nə almaq olar?
Bakı 2015: Hansı ölkə medal sayına görə irəlidədir?
Türkiyə Azərbaycanla hidrometeorologiya sahəsində əməkdaşlıq protokolunu ratifikasiya edib
Günün qoroskopu:Uğurlu gündür!
Bu əlamətlər xərçəngdən xəbər verir
İngilis dili-Nn
Sabahın HAVAsı
Son 25 ilin ən yaxşı rejissorları seçilib
Ruslar Şvartseneggerin paylaşımına reaksiya verdi - FOTO














