Zəif geomaqnit həyəcanlaşması yaxın günlərdə də davam edəcək
Günəşin səthində nisbi sakitlik hökm sürür və "gündüz ulduzu"muzun görünən tərəfində cəmi 12 ləkə və 1 zəif fəallıq qrupu (ləkələr toplusu) müşahidə olunur.
Milli.Az APA-ya istinadən bildirir ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev bildirib ki, son 6-7 gündə özünü fasilələrlə göstərən geomaqnit həyəcanlaşmaları hətta G1 və G2 sinfinə mənsub olan geomaqnit qasırğalarına da səbəb olub (şkala üzrə maksimum G5 olur). Hazırda qasırğa səngimək üzrədir və əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiyməti bu gün 3-ə yenib (maksimum qiymət 9-dur). Qasırğa olan günlərdə şimal en dairələrində geomaqnit qasırğasının təzahürü və gözəl təbiət hadisəsi olan qütb parıltıları da müşahidə olunub. Günəş səthində müşahidə olunan nisbi sakitlik davam edəcək, Günəş alışmalarının baş vermə ehtimalı cəmi 1-5% arasında dəyişəcək və zəif geomaqnit həyəcanlaşması yaxın günlərdə də davam edəcək.
Geomaqnit həyəcanlaşmaları və qasırğaları mürəkkəb bir heliogeofiziki prosesdir. Bir daha qeyd etmək lazımdır ki, son günlərdəki qasırğaların səbəbi Günəş səthində hal-hazırda mövcud olan "tac dəlikləri"ndən başlanğıcını götürən yüksək sürətli Günəş plazma küləyinin təsiri olub ("tac dəlikləri" demək olar ki, açıq maqnit qüvvə xətləri olan sahələrdir; buradan yüklü zərrəciklər Günəş tacını asanlıqla tərk edir və sürətlə planetlərarası fəzaya yönəlir).
Bu gün yuxarı en dairələrindən fərqli olaraq, bizim orta coğrafi en dairələrində yaşayan sağlam insanlar üçün heç bir narahatlığa səbəb yoxdur, onlarda hətta bəzi hallarda gümrahlıq effektləri yarana bilər, lakin risk qrupuna daxil olan insanlar (ürək-qan-damar sisteminin xroniki xəstələri, ahıl insanlar və qismən uşaqlar) həkim məsləhəti əsasında profilaktik (önləyici) tədbirlər görməlidirlər. Tövsiyə olunan isə təşvişə düşməmək və "aktiv istirahət" etməkdir. Meteoroloji şəraitin son günlər müşahidə olunan kəskin dəyişmələri kosmik hava ilə birgə təsir etdikdə, neqativ hallar daha da güclənə bilər (son günlər məhz bu hallar müşahidə olunurdu). Ümimiyyətlə isə, bu təsirlər hər bir funksional sağlam individum üçün xeyli fərqlənə bilər. Geomaqnit qasırğaları bir sıra texnoloji sistemlərə zəif təsir edərək kommunikasiya radiodalğalarında qısamüdətli sönmələr (və ya "donmalar") və radiasiya fırtınaları yarada bilər. Bu dəfə belə hallar qeydə alınmayıb.
Milli.Az
XƏBƏR LENTİ
İki qatilin amansız davası
Rusiyalı ekspert: "Ermənistan Rusiyanı münaqişənin aktiv fazasına cəlb etmək üçün hər cür təxribata gedəcək"
İnstaqrama maraqlı funksiyalar əlavə edildi
Özünə güvənən uşaq böyütməyin 5 yolu
Sevgililəri kimi görünməyi sevən Bred Pitt
Eyni paltarı geyinməkdən çəkinməyən məşhurlar
Dərsə davamiyyət barmaq izi ilə yoxlanılacaq
Bakı bulvarında qəribə qadağa
2011-in dırnaq boyası
Dekorasiyada hörgülü aksessuarlar
"Tikilmiş cins"-li mətn effekti yaratmaq(2-ci hissə)
Doğuşun son halı hər kəsi TƏƏCCÜBLƏNDİRDİ - FOTO
Ohanyan: "Azərbaycan ordusunu diqqətlə izləyirik"
Barak Obama Santa Klaus oldu - FOTO
Qadınların hislərini ələ verən 9 vəziyyət
2012-nin hicablı gəlinlikləri
2021-ci il “Nizami Gəncəvi İli” elan edildi - SƏRƏNCAM
Nişan üzüyünü taxmaq lazımdırmı? - MÜZAKİRƏ
Ən gözəl üzə sahib olan qadınlar
Maraqlı İlluziyalar
“Junior Eurovision”un qalibi yenə bu ölkə oldu - VİDEO
Obama Amerika kəşf etmədi
Demet Akalın təhqir dolu VİDEO paylaşdı
Şakir Şıxəliyev idman gimnastikası üzrə Azərbaycan çempionu olub
ABŞ-da güclü qar səbəbindən minlərlə aviareys təxirə salındı
Yaponlar bu dəfə də heyrətləndirdi
Astroloq koronavirusa yoluxma ehtimalı az olan bürclərdən danışdı
Dahilərdən gözəl sözlər - 13
Kenan İmirzalıoğlu villa aldı
Avropada yeni terror dalğası
Yay salatı (foto resept)
Qripi əlinizdə daşıyırsınız
İlon Mask oğlu ilə bağlı VİDEO paylaşıb
Məşhur aktyor "Çukur"dan getdi
Poliplərdə xərçəng inkişafı
Sentyabrda ən çox satılan kitablar
Bakılılar yeraltı keçiddən niyə qorxurlar?
Hikmət Hacıyev pandemiyanın geniş yayılmasının əsas səbəbini açıqladı
Bakıda yeni nəsil yol nişanları quraşdırılır
BABY TYPE PROQRAMI
"Qəhvə dənəsi" peçenyesi (foto resept)
Две знаменитости в одном фильме
Mila Kunis öz evliliyindən danışdı-FOTO
Pulsuz Wi-Fi turistləri artırır
Mahsun Kırmızıgül 12 ildən sonra İLK DƏFƏ-FOTO
Səfirin məktubu 123 MİN DOLLARA SATILDI
Emal müəssisəsi əvəzinə çay kənarlarına tökülən Quba alması
Muxtəlif geyimlər
Ermənistanda cəbhədə itkin düşənlərdən pul qazanmağın yolunu tapdılar
5 duyğu orqanından əlavə sahib olduğumuz duyğular
- ŞƏRHLƏR