
Azərbaycan Tibb Unversitetinin(ATU) Tədris Cərrahiyyə Klinikasının Ağız-üz və çənə cərrahiyyəsi şöbəsinin müdiri tibb elmləri namizədi, Dr. Məhəmməd Davudov növbəti uğurlu əməliyyatına imza atıb. Əməliyyat nəticəsində xəstə karotid xemodektomalardan azad edilib.
Əməliyyat haqqında məlumat verən Məhəmməd Davudov deyib ki, karotid hemodektomalar (paraqanqliomalar) - karotid cismində yerləşən hemoreseptorlardan inkişaf edən şişlər olub, baş-boyun nahiyyəsinin nadir rast gəlinən mürəkkəb patologiyalarından biridir. Bu tip şişlərin nadir hallarda rast gəlinməsi və bu barədə məlumatın az olması 70% hallarda səhv kliniki diaqnozun qoyulmasına səbəb olur. Çox hallarda hemodektomalar boynun yan kistası, limfadenit və digər patologiyalarla səhv salınır.
Həkim Məhəmməd Davudov əməliyyat zamanı
Onun sözlərinə görə, hazırda karotid hemodektomaların müalicəsndə əsas müalicə metodu cərrahi metod hesab edilir. Lakin şişin daxili və xarici yuxu arteriyaları ilə sıx təmasda yerləşməsi, cərrahi müdaxilənin mürəkkəb və yüksək riskli olmasına səbəb olur. Şişin bəzi yerləşmələrində isə, daxili və xarici yuxu arteriyalarının hissəvi rezeksiyası və damar rekonstruktiv əməliyyatların aparılması lazım gəlir.
Beləliklə, anatomik yerləşmə variantlarının və topoqrafik xüsusiyyətlərinin müxtəlifliyinə, vahid cərrahi taktikanın mövcud olmamasına görə, bu tip patologiyalara yanaşma aktuallıq kəsb edir.
Xəstə M.A. boynun sol tərəfində şişkinlik, baş ağrıları və baş gicəllənmə, udqunmanın və tənəffüsün çətinləşməsi şikayətləri ilə ATU-nun Tədris Cərrahiyyə Klinikasına müraciət edib. 35 yaşlı xəstədə 5 il əvvəl boynun sol tərəfində kiçik ölçülü pulsasiya edən törəmə olub. Aparılan 3 D rekonstruksiyalı KT müayinəsi göstərib ki, şiş həm daxili həm də xarici yuxu arteriyasını əhatə edir.
Çətin keçən əməliyyatın görüntüsü
M.Davudov vurğulayıb ki, xəstənin qardaşında da 5 il əvvəl eyni xəstəlik müşahidə olunub, lakin onda şişin ölçüsü daha böyük olub. Xəstəmizin qardaşı xarici ölkə klinikasında əməliyyat olunub. Lakin o, əməliyyatın 3-cü günündə qanaxma və beyin qan dövranının kəskin çatışmazlığı səbəbindən dünyasını dəyişib. Bu da hemadektomaların irsi xəstəlik olmasına dair mülahizələri sübut edir. Belə hallara ümumiyyətlə dünya təcrübəsində az rast gəlinir. Bu ailə faciəsi xəstəmizi 5 il gözləməyə vadar edib.
Nəticədə şiş böyüyərək böyük ölçülərə çatıb və xəstənin həyatına real təhlükə yaradıb. Biz klinikamızda xəstəni hərtərəfli müayinə etdik, 3D rekonstruksiyalı KT müayinəsi, kontrast KT müayinəsi apardıq və nəticədə cərrahi əməliyyata qərar verdik. Əməliyyatın uğurla icra olunduğunu demək lazımdır. Şiş toxuması tam şəkildə çıxarıldı. Xəstə 3 gün müddətində stasionar müalicədən sonra fəsadsız evə yazıldı.
Həkim əməliyyatın uğurlu keçməsində əməliyyat blokunun və xüsusilə anestezioloji briqadanın fəaliyyətini də yüksək qiymətləndirib.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Bu il Azərbaycanda qış sərt keçəcək
Əminə Ərdoğanın maskasına yazılan sözün mənası nədir?
Suriyada hava zərbələri nəticəsində 23 dinc sakin ölüb
Lavaş piroqu( foto resept)
Atatürk adını qoymaq olmaz?
Prezidentlər görüşəcək
Məşhur aktrisa ərə getdi-FOTO
Koronavirus mutasiyaya uğrayıb: 260 dəfə daha təhlükəli hal alıb - VİDEO
Dollardan şok bahalaşma
Entoni Hopkins Stallone və Şvartseneggerə meydan oxudu - VİDEO
Əhaliyə xəbərdarlıq edildi
Gün eynəyi alarkən nəyə diqqət edəcəksiniz?
Qadin.Netlilərin toy günü xatirələri (1-ci hissə)
Son 45 ildə İLK DƏFƏ - İraqlı qız dünya gözəllik yarışmasında - FOTO
Sızanaqlardan uzaq olmaq üçün 5 tövsiyə
2015-ci ilin gəlinlik modelləri
Günün qoroskopu: baş verənləri diqqətlə izləyin
Bir oğlanın sevdiyini necə bilmək olar?
Şok qərar: meymunun insan haqları tanındı
Qış tədarükü edərkən bunları bilməlisiniz
Mercedes SLS AMG-nin salonu lüks oldu
ABŞ-da qar adamı təsbit edildi – FOTO/VİDEO
Moda tarixinin ən çox sevilən 10 gəlinliyi
Bu ölkədə 600 hərbçi koronavirusa yoluxdu
Çinlilər 5G yaradır
Mehmet Ali Erbil yenidən xəstəxanada
Məşhur amerikalı diplomatdan Avropa Oyunları açıqlaması
30 yaşından sonra necə arıqlayaq?
Meyvəli zefir (foto resept)
Bu pişiyin qiyməti 24 min manatdır
Sezonun sevimlisi olan plaj modelləri
Tarkan qızının adını açıqladı-FOTO
Azərbaycan əhalisinin sayı açıqlandı
Koronavirusdan sağalanlarda yeni fəsad müşahidə edilib
Bakıda maska taxmaqdan imtina edən sərnişin sürücünü döydü - VİDEO
Ələ keçirilən düşmən qənimətlərinin görüntüləri yayıldı - VİDEO
Uşaqlar nə vaxt dərs oxumalıdır? - Psixoloqdan tövsiyə
Günün ulduz falı
Dəbli gəlinliklər
Yaralı əsgərlərimiz qələbə xəbərini rəqslə qeyd etdi - VİDEO
Bu günün hava proqnozu
Ətli makaronlu yemək (foto resept)
Ən qoca ikibaşlı pişik öldü
Ziyafət çantaları
Arıqladan ərzaqlar
Oktyabr ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlanılıb
Viktoriya Bekhem təbii dəridən imtina etdi
Hipnoz haqqında doğru bilinən yalnışlar
Azərbaycanda qriplə bağlı SON VƏZİYYƏT
Buyurun, söz sizindir - "Möcüzə" yağları














