Dağlıq Qarabağ münaqişəsi ətrafında danışıqlar prosesinin aktivləşdiyi bir şəraitdə, beynəlxalq vasitəçilərin növbəti dəfə Azərbaycanın işğal olunmuş torpaqlarının qaytarılmasının vacibliyini bəyan etdiyi bir məqamda Ermənistan rəhbərliyinin əsəbləri yenidən sıradan çıxır. Status-kvonun qorunmasında maraqlı olan Yerevan anlayır ki, rezini daha da dartmaq alınmayacaq - güc balansı Ermənistanın tərəfində deyil. Belə bir situasiyada hadisələrin inkişafının ən fərqli variantları, o cümlədən Azərbaycana qarşı asimmetrik hərəkətlər Ermənistan hakimiyyətinin kuluarlarında müzakirə olunur.
Görünür, Azərbaycana qarşı bu asimmetrik cavab zəhərli kimyəvi maddələrin tətbiqi ola bilər. Məlumatlı mənbələrdən əldə edilən xəbərlərə əsasən, son aylar Ermənistan silahlı qüvvələri kimyəvi silah ehtiyatı toplayır. Burada söhbət artıq Ermənistanın bir dəfə Azərbaycana qarşı tətbiq etmə təcrübəsi olan sianiddən gedir. 1990-cı illərin əvvəllərində Azərbaycan torpaqlarının işğalı zamanı Ermənistan silahlı qüvvələri tərəfindən zəhərli kimyəvi başlığı olan mərmi və güllələrin istifadə edilməsini təsdiq edən sənədli materiallar var. Burada söhbə iprit, fosgen, difosgen və sianid kimi maddələrdən gedir. 20 il sonra danışıqlar prosesində gözəştə getmək istəməyən Ermənistan rəhbərliyi, Azərbaycana qarşı kimyəvi silah tətbiqinin "uğurlu" təcrübəsini yada salır və bu istiqamətdə fəaliyyət həyata keçirir.
Milli.Az Day.Az saytına istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin sianid ehtiyatı toplaması barədə bu günlərdə Ermənistanda olan Rusiya qızılçıxarma şirkətlərindən birinin əməkdaşı məlumat verib. Adının açıqlanmamasını xahiş edən mənbənin sözlərinə görə, Ararat qızıl emalı fabriki nədənsə sianid qalıqları olan çəlləkləri ölkənin qeyd olunan zonalarındakı hərbi hissələrə verir. Məsələ burasındadır ki, Ermənistanın əsasən xarici investorlara məxsus olan qızılçıxarma sənayesində sianid maddəsi çox geniş istifadə olunur. Mənbənin fikrinə görə, görünən odur ki, hansısa xüsusi hərbi məqsədlər üçün sianid ehtiyatı toplamaq lazımdır. Ararat vilayəti Türkiyə, Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonları ilə sərhəddə yerləşir. Ermənistanın Türkiyə ilə sərhədini Rusiyanın Federal Təhlükəsizlik Xidməti qoruyur. Erməni hərbçiləri isə Azərbaycan ilə sərhəddə yerləşiblər. Həmin ərazidən Naxçıvan Muxtar Respublikası üçün həyati əhəmiyyət kəsb edən Arpaçay keçir. Burada Ermənistan silahlı qüvvələrinin kimyəvi hücum hədəfi ola biləcək çoxsaylı yaşayış məntəqələri yerləşir. Xarici şirkətlər Ermənistandan olan biznes tərəfdaşlarının hərəkətlərindən narahatlıq keçirirlər. Axı Ermənistan hərbçilərinin Naxçıvana sianidlə bağlı yönəlmiş hər hansı manipulyasiyaları, qızıl çıxaranların özlərinin reputasiyasına mənfi təsir edə bilər ki, bu da öz növbəsində Azərbaycanla problemlər yarada bilər. Sözsüz ki, Ermənistanda sianid olmasını qızıl çıxaran şirkətlərin maraqları ilə əsaslandırmaq olar. Ancaq Azərbaycanla sərhədə yaxın hərbi hissələrdə sianid ehtiyatları toplamaq tamam fərqli bir şeydir. Ümid etmək istərdik ki, beynəlxalq ictimaiyyət bu fakta diqqət yetirəcək və Ermənistanın kimyəvi hazırlığını dayandıracaq. Çünki bu hazırlıq region üçün ciddi ekoloji fəlakətlərə səbəb ola bilər.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
WhatsApp-da yeni üsul var
Elman Rüstəmov manatdan DANIŞDI
Azərbaycanda ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlara XƏBƏRDARLIQ
Rusiyadan keçmiş SSRİ vətəndaşları ilə bağlı KRİTİK HƏMLƏ
"Çingiz mənim kumirimdir"
Azərbaycanda ilk milli ödəniş sistemi yaradılır
Mərkəzi Bankdan kredit açıqlaması
8103-ə göndərilən SMS-lərin 29 faizi təsdiq cavabı almayıb
Leyla Əliyeva açılışda - FOTO
Braziliyalı uşaq öz şirniyyat pulunu Azərbaycan ordusuna yardım kimi yolladı
Jurnalistlər kütləvi şəkildə koronavirus testindən keçirilə bilər
Ən çox televizora baxan xalq hansıdır?
Fettuccine Alfredo (foto resept)
Koronavirus haqqında bildiklərimizi alt-üst edən ARAŞDIRMA
HAVA necə olacaq?- 22 APREL
Böyüməmiş ana olan qızlar
Ayran şorbası
Burak Özçivitin tərəf-müqabili bəlli oldu -FOTO
Baş epidemioloqdan AÇIQLAMA
İstiqaməti kompassız təyin edən canlılar
Sinoptiklərdən xəbərdarlıq: hava kəskin dəyişəcək
H&M qadın geyimləri
Darçının faydaları
Kardi-B saçlarının təbii halını göstərdi-FOTO
Balıq qadın ürəyinə xeyirlidir
Ev şəraitində gözəlləş!
Faydalı məsləhətlər
Yay üçün ayaqqabılar
Balığın əməliyyatına 380 avro ödədi
Qadınlarda hormon pozğunluğu əlamətləri
Sinemin makiyajsız FOTOsunu paylaşdı
Vivienin bürc illustrasiyaları
Dörd yaşlı uşaq karantin qaydalarını pozduğu üçün cərimələndi - FOTO
Ağız qoxusunun qarşısını alacaq tövsiyələr
Xəstəxanalarımızda görünməmiş yenilik- nazir əmr verdi
Dünyanın ən qəribə ağacları
Dünyada İLK - Həbsxananı xatırladan KAFE - FOTO
YouTube Kids platformasını təqdim edəcək
Bu gerçəkdir, model deyil
Dil təmizliyi üçün təbii üsullar
Məşhur modeli təhqir etdilər-SƏBƏB
Bu ölkədə oruca qadağa qoyuldu
Bred Pittdən gözlənilməz hərəkət
Türkiyədə uşaqlar 40 gün sonra çölə çıxdılar - FOTO
Məşhur cütlük 10 gün əvvəl gizli boşanıb
Nardan ürəyə aparan yol
Stiven Siqal Rusiyada torpaq alacaq
Yuxu yozmaları - L
Azərbaycanda şagirdlərində cinsi inkişafı yoxlanılacaq.
Məktəb öncəsi uşaqlarda yoldaşlıq münasibəti
- ŞƏRHLƏR