
16:07
"Azərbaycanda ana ölümü hallarının sayı artmayıb. Bu ilin beş ayı ərzində ölkədə 10 ana ölümü qeydə alınıb ki, bu da keçən ilin müvafiq dövründə baş verən hadisələrdən artıq deyil". Bunu Trend-ə eksklüziv açıqlamasında Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri Leyla Rzaquliyeva deyib.
Onun sözlərinə görə, Səhiyyə Nazirliyi tərəfindən hər bir ana ölümü hadisəsi 12 nəfər yüksək ixtisaslı mütəxəssisdən ibarət Komissiya tərəfindən ciddi araşdırılır. Ana ölümündə təqsirli olan hər bir tibb işçisi barədə müvafiq tədbirlər görülür. Cari ilin əvvəlindən bu hadisələrlə bağlı 9-u həkim, 1-i orta tibb işçisi olmaqla, 10 nəfər vəzifəsindən azad edilib, 31 nəfərə qarşı inzibati tənbeh tədbirləri görülüb: "Ümumiyyətlə, doğuşayardım xidməti Səhiyyə Nazirliyinin prioritet sahələrindən biridir və daim diqqət mərkəzindədir. Xidmətin gücləndirilməsi məqsədilə Respublika Perinatal Mərkəzinin direktoru və baş həkimi işdən azad edilib. Mərkəzin rəhbərliyinə daha güclü və məsuliyyətli mütəxəssislər təyin edilib".
Komissiya sədri bildirib ki, respublikanın 2 rayonunun baş mama-ginekoloqları, Bakı Şəhər 3 saylı Klinik Xəstəxanasının doğum şöbəsinin müdiri vəzifələrindən azad olunublar. L.Rzaquliyeva onu da əlavə edib ki, Doğuşayardım Komissiyasının may ayının 22-də keçirilən son iclasında Ağstafa Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsində və Sabirabad Perinatal Mərkəzində baş vermiş ana ölümü hadisələri təhlil edilərkən bu tibb müəssisələrində doğuşayardım xidmətinin həyata keçirilməsində ciddi nöqsanların olduğu aşkar edilib. Komissiya Ağstafa Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsinin müdiri Ziba Məmmədovanın və Sabirabad Perinatal Mərkəzinin direktoru Vüsal Məmmədovun tutduğu vəzifədən azad olunması barədə qərar qəbul edib.
Bundan əlavə, ana ölümləri ilə əlaqədar aidiyyəti olan Ağstafa rayon Müğanlı kənd sahə xəstəxanasının baş həkimi İ.Sofiyevə xəbərdarlıq, mama-ginekoloq M.Qocayevaya töhmət, Sabirabad Perinatal Mərkəzinin mama-ginekoloqları R.Rəsulova şiddətli töhmət, O.Əmrahova və M.Yunusovaya töhmət verilməsi barədə qərar verilib.
Komissiya sədrinin sözlərinə görə, Sabirabad Perinatal Mərkəzində doğuşayardım xidmətinin gücləndirilməsi məqsədi ilə Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun mütəxəssisləri oraya ezam olunublar.
Bu il ərzində qeydə alınan ana ölümlərinin səbəblərini də açıqlayan L.Rzaquliyeva bildirib ki, bu halların çoxu hamiləliklə əlaqəsi olmayan patologiyalar nəticəsində baş verib. Bunların ağırlaşmış fəsadlar olduğunu söyləyən L.Rzaquliyeva deyib ki, hamilə qadınlarda qeyd olunan patologiyalar ana ölümü riskini artırır.
Bunun qarşısının alınması üçün hamilələr vaxtında qeydiyyata düşməli, mütəmadi həkimə müraciət etməlidirlər və belə halların baş verməməsi üçün qadınlar arasında geniş maarifləndirmə işləri aparılmalıdır.
------
13:45
“Səhiyyə Nazirliyinin Doğuşayardım komissiyasının keçirdiyi iclasda əsas məqsəd Sabirabad Perinatal Mərkəzində və Ağstafa Mərkəzi Rayon Xəstəxanasında hər birində baş verən 2 ana ölümü faktını müzakirə etmək olub”.Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəriAnar Qədirli deyib.
O bildirib ki, Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının iclasında Sabirabad Perinatal Mərkəzinin direktoru Vüsal Məmmədovla yanaşı, Ağstafa Mərkəzi Rayon Xəstəxanasının Doğuş şöbəsinin müdiri Ziba Məmmədova barəsində də vəzifəsindən azad edilməsinə dair qərar verilməsi tövsiyə edilib: “Bundan əlavə, Sabirabad Perinatal Mərkəzində və Ağstafa Mərkəzi Rayon Xəstəxanasında çalışan bir sıra həkimlərə töhmət verilib”.
A. Qədirli əlavə edib ki, Sabirabad Perinatal Mərkəzin direktorunun rüşvət almaq məsələsi olmasaydı belə, hər iki həkim barədə müvafiq qərar veriləcəkdi: “Çünki hər bir xəstəxanada qeydə alınan 2 ana ölümü həmin Mərkəzlərdə işin lazımı səviyyədə təşkil edilməməsi nəticəsində baş verib. Ona görə də bununla bağlı müvafiq tövsiyələr edilib”.
Mənbə:Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Anasına əsəbləşən uşaq sosial şəbəkədə diqqət çəkdi-VİDEO
Çağatay və Gizem haqqında məhkəmə qərarı
Məsamələri təmizləyən 3 üsul
Çempionlar Liqasının püşkünün vaxtı açıqlandı
Riqada 7 rayon qaytarıla bilər
Azərbaycanda gec evlənən kamil olur?
Millimiz növbəti mərhələdə
Sabahdan məktəblər bağlanır
Vatsapda MÜKƏMMƏL YENİLİK
Həyatımın fəsli
Yaşını göstərməyən 11 məşhur
Qadın olmaq
Üzünüzün formasına görə uyğun qaş forması necə olmalıdır?
Maqnit qasırğaları yaxın aylarda da tüğyan edəcək - XƏBƏRDARLIQ
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA
Yeni Lincoln Navigator göstərildi
Karantində olanların sayı açıqlandı
Dayə seçimində nəyə diqqət etməliyik?
HAVA necə olacaq?-15 noyabr
İlin ilk Günəş tutulması oldu
Bu xəstəlikləri olanlara gündə qaralmaq olmaz - SİYAHI
Bağlanmış bazar açıldı
Prezidentdən yeni Sərəncam
Tarkanın ikinci körpəsinin cinsiyyəti məlum oldu-FOTO
Gözəl balalar üçün - 2
Çində zəlzələ: yaralılar var
Sabah 38 dərəcəyə qədər isti olacaq
Qan artıran ərzaqlar
Dadlı çiyələkli keks (foto resept)
8 May Şuşanın işğalı günüdür!
Beyazın"O səs Türkiyə"dən alacağı pul açıqlandı
Uşaqlar oxusun deyə (yardım edək)
Artıq çəkinin 2-ci tip diabetə təsiri
Klassik əsərlərin yazılmış ilk halı
Yeni təhlükəli virus yayılıb - Meymun qripi
Madonna “Eurovision”da çıxışa görə 1,5 milyon alacaq
Fiziki qüsurlu uşaqların təhsili üçün şərait yaradılıb
WhatsApp-dan xəbər var
Mingəçevirdə Gül bayramı keçirilib
Günün ulduz falı
Ərdoğan: Sosial şəbəkələr hüquqlarımı pozur
Arda Turan evləndi -FOTO
İnternetdə şok
Məşhur cütlük AYRILDI
Məşhur aktrisa həbs olundu-FOTO
Gürcüstan-Tbilisi (6)
Təbiət möcüzələri
Ermənilər Dağlıq Qarabağı itirir
Atamın həsrəti...
Alyaskada 8 bal gücündə zəlzələ















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]