
Bu il ərzində Azərbaycanda doğuş zamanı qeydə alınan ana ölümü hadisələrinin sayı ötən illərlə müqayisədə azalıb.
Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri Leyla Rzaquliyeva APA-ya açıqlamasında bildirib ki, bu ilin 11 ayı ərzində ölkədə doğuş zamanı 23 ana ölümü hadisəsi baş verib. Onun sözlərinə görə, 2011-ci il ərzində qeydə alınan ana ölümü hadisələrinin sayı 26, 2012-ci ildə isə 25 olub. L. Rzaquliyeva qeyd edib ki, hadisələr Bakıya nisbətən rayonlarda daha çox qeydə alınıb: “Baş verən hadisələrdən yalnız 2-si hələ ki, araşdırılmayıb. Həmin hadisələrin araşdırılması üçün hazırda Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin müvafiq nəticələrini gözləyirik. Onlar komissiyaya daxil olduqdan sonra məsələyə bu həftə ərazində baxılacaq”. L.Rzaquliyeva vurğulayıb ki, ölkədə baş verən hər bir ana ölümü hadisəsinin səbəbləri Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyası tərəfindən araşdırılır. Onun sözlərinə görə, araşdırma nəticəsində hadisənin həkim səhvi və ya işin təşkilində yol verilən səhvlər ucbatından baş verməsinin səbəbləri öyrənilir: “Araşdırma nəticəsində hadisə həkim səhvindən baş verirsə, müvafiq cəza tədbirləri görülür, onlar işdən çıxarılır. İşin təşkilində səhv yol verildiyi halda baş mama-ginekoloq, şöbə müdiri və bütün cavabdeh şəxslər işdən azad edilir. Bizim komissiyada araşdırma aparıldıqdan sonra yekun qərar qəbul edilir, onun icrasına isə nazirliyin tibbi yardımın təşkili şöbəsi nəzarət edir. Bu il ərzində aparılan araşdırmalar nəticəsində ana ölümündə səhvi olan 72 nəfər tibb işçisinə qarşı inzibati cəza tədbirləri görülüb, 9 nəfər həkim isə işdən azad olunub”. Komissiya sədri Azərbaycanda hər bir ana ölümü ilə bağlı halların araşdırılması və yekun rəyin verilməsi üçün nə qədər zamanın tələb olunması məsələsinə də aydınlıq gətirib. O qeyd edib ki, hadisədən sonra meyit təşrih olunursa, patoloji anatomiyanın nəticəsi bir az zaman alır: “Histoloji müayinə və patoloji anatomiyanın nəticələri 10-14 gün ərzində məlum olur. Lakin təşrihə icazə verilmədikdə, komissiyada məsələ müzakirə edilir və ölümün səbəbləri ilə bağlı yekun qərar sənədlər əsasında çıxarılır. Qanunla ölənin ailəsinin ixtiyarı var ki, cəsədin təşrihinə icazə verməsin. Belə olanda onlar öz meyitlərini aparır və biz çətin vəziyyətdə qalırıq. Sənədlərə əsasən apardığımız vəziyyəti araşdıraraq yekun qərara gəlirik. Bəzən mürəkkəb məsələ olanda proses uzana bilər. Amma ən çox halda 1 ay müddətində Doğuşayardım Komissiyası tərəfindən baş vermiş ana ölümü ilə bağlı yekun nəticə barədə məlumat vermək olur”.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Fıstıqlı, kəsmikli keks (foto resept)
Messi dünyanın ən yaxşı futbolçusu adlandırıldı
Rusiyalı rəssam köhnə şəkillərə yeni nəfəs verdi
Cəbhədən ən son xəbər
İraq İŞİD-ə qarşı ilkə imza atdı
Dadlı "Snikers" tortu (foto resept)
Bahar hamiləliyinə diqqət!
Məşhur cütlüyün ayrılıq səbəbi bəlli oldu
Cəlilabadda yeni arxeoloji materiallar aşkarlandı
Evdə təhlükə yaradan əşyalar
Azərbaycan "Facebook"da saxta səhifələrlə mübarizəyə başlayır
2012-nin ziyafət geyimləri
Ali məktəbdə müəllim və tələbələrə qadağa
Yeni imperatorun ilk əmri sizi də çox çaşdıracaq
Azərbaycanda təhlükəli epidemiya
Sağlamlığa ziyan vuran mətbəx vərdişləri
Qrip həmişə xoşagəlməzdir
Dadlı peçenye (foto resept)
Oktyabr ayı unikal olacaq
Sürpriz ürək tortu (foto resept)
Həkimlərdən qorxulu xəbərdarlıq
Hind toyuğu qızartması (foto resept)
Məşhur tərzi: Linda Tol
Xərçəngi məhv edən yeni kəşf
Dırnaq boyası çəkən məşhur kişilər
Burak və Fahriyenin valideynlərindən nəvəyə 140 minlik hədiyyə
Daha bir müəllim şəhadəti ilə düşmənə dərs keçdi
2018 tərzləri ilə təəccübləndirən məşhurlar
İŞİD Azərbaycanın şimal sərhədində
Cem Yılmaz yaxta axtarışına çıxdı
Arda Turanın xanımı xəstəxanalıq olub
Prezidentin sərəncamı KİV-lərin məsuliyyətini artırdı
Gözəl balalar üçün
Bu qız Rusiya gözəli seçildi
Nə gözəl yaraşır insana gülmək...
"Survivor" iştirakçısı haqqında xəbər yayıldı
Dahiləri toppuş xanımlar dünyaya gətirirlər
Tibbi sığortaya nə qədər ödəyəcəyik?
Modern rəf modelləri
Məşhurların onlara bənzəməyən övladları
Azərbaycanlı tələbələr Soma üçün dua etdi (FOTO)
Yeni Qarabağ bəyənatı
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Şuşada işlərə başlayıb
Ağ ev Yanukoviçi müxalifətlə dialoqa başlamağa çağırıb
Dünyada yaxşılığın ölmədiyini göstərən hallar
п»їİş yerində utancaqlıq və komplekslərinizdən necə xilas olmalı
Hande Erçelin anası öldü
Sami Yusufdan Laçınla bağlı paylaşım
Tanış olun: Mercedes-Benz GLK
Naftalanda bir ailənin beş üzvünün düşmən təxribatı ilə öldüyü ev















- ŞƏRHLƏR