Universitetdən Trend-ə verilən məlumata görə, Təhsil Nazirliyinin müvafiq qaydaları nəzərə alınmaqla hazırlanan sənəd layihəsi ADİU-da çalışan bütün işçilərin peşə fəaliyyəti zamanı ümumi davranışını və tədris prosesi iştirakçıları ilə qarşılıqlı münasibətlərini tənzimləyən normalar məcmusundan ibarətdir.
Qaydaların məqsədi ali təhsil ocağında sağlam işgüzar mühit yaratmaq, kollektiv üzvlərində əməyə və tədrisə şüurlu münasibəti tərbiyə etmək, əmək, icra və tədris intizamını daha da möhkəmləndirmək, əməyi və tədrisi elmi əsasda təşkil etmək, iş və tədris vaxtından səmərəli istifadə etmək, işin və tədris prosesinin keyfiyyətini yaxşılaşdırmaqdır.
Sənədə görə, universitetin professor-müəllim heyəti peşə fəaliyyətini yerinə yetirmək müqabilində tələbələrdən və ya onların yaxınlarından hər hansı maddi və ya qeyri-maddi nemətlər tələb etməməli, bu tipli təkliflər olduqda da onları rədd etməli, şəxsi həyatında əxlaq və ictimai davranış normalarına riayət etməlidir.
Qaydalara əsasən, dərs zamanı auditoriyalarda mobil telefonlardan istifadə edilməsi, məşğələ zamanı dəhlizlərdə ucadan danışmaq, səs-küy salmaq, kitabxanalarda oxuculara mane olacaq səviyyədə danışmaq, qadağan olunmuş yerlərdə siqaret çəkmək, spirtli içkilər içmək və ya spirtli içki içərək universitet binasına daxil olmaq, dəhlizləri və auditoriyaları zibilləmək, universitetdə dərs verdiyi tələbələrə ödənişli əsaslarla xüsusi dərslər vermək, vəzifəsinin icrasında dil, irq, cinsiyyət, siyasi baxış, fəlsəfi inanc, din və məzhəb ayrı-seçkiliyinə, ayrı-ayrı fərdlərin fayda və zərərinə səbəb olan davranışlar nümayiş etdirmək qadağandır.
Sənəd həmçinin birbaşa və vasitəçi əli ilə hədiyyə istəməyi və vəzifə başında olmasa belə üstünlük və fayda təmin etmək məqsədilə hədiyyə qəbul etməyi, ayrı-ayrı şəxslərdən və tələbədən borc istəməyi və ya almağı, ideoloji, siyasi, dağıdıcı, separatçı məqsədli fəaliyyətlər göstərməyi və ya bu fəaliyyətləri dəstəkləməklə universitet və onun strukturlarının asayişini, əmək intizamını pozmağı, başqasının elmi əsərini və ya tədqiqatını bütövlükdə və ya onun bir hissəsini mənbə göstərmədən öz əsəri kimi qələmə verməyi, peşə fəaliyyətini həyata keçirərkən açıq şəkildə rüşvət istəmək və korrupsiya xarakterli davranışlara yol verməyi yasaq edir.
Layihə sənədinin müzakirəsi sentyabr ayınadək davam edəcək. Sənəd universitetin elmi şurasında təsdiqlənib, yeni tədris ilindən qüvvəyə minəcək.
mənbə: Milli.Az
XƏBƏR LENTİ
3D planşet hazırlanır
Koronavirusa yoluxan rus müğənni komaya düşdü
Düzgün gəzmə və qaçmanın əsas məqamları
Koronavirus peyvəndinin satış qiyməti açıqlandı
Gənclər Fondu “Mobil kitab rəfi” yaratdı
Yerə təhlükəli meteorit yaxınlaşır - Gözlə görmək mümkün olacaq
Arıqlama haqda yanlış məlumatlar (1)
"Zəhərli ata" xarakterinin xüsusiyyətləri
Facebook-da növbəti yenilik
Ramazan ayının 19-cü gününün duası
Hip-hop ilə arıqlayaq
Niyə mərsiyələrdə İmam Hüseynin (ə) məzarına “şeşguşə qəbr” deyirlər?
Küçələrdə reklam yerləşdirmək istəyənlər üçün ödəniş qaydaları dəyişdirilir
Azərbaycana tələbə köçürmək istəyən xarici ölkə universitetlərinin reytinqi necə olmalıdır?
Balqabaqlı sıyıq(foto resept)
Hikmət Hacıyev: “Düşmənin işğal siyasətinə verdiyimiz cavab uzunmüddətli diplomatik addımların nəticəsidir”
Alişan eyni anda bir neçə maşın aldı
Günün ulduz falı
Netanyahu: "Dünyada İslama qarşı hücumlar təşkil olunmalıdır"
Rejissorlarmızın filmləri beynəlxalq kinofestivalda iştirak edəcək
Çörəkli keks (foto resept)
Göygöl ilin sənətkarlıq paytaxtıdır
Düşmən PUA-sının vurulma anı kameraya düşdü - VİDEO
“WhatsApp”dan YENİLİK!
Hamiləlik zamanı bel ağrıları
Azərbaycan klubunun Avropada möhtəşəm uğuru
Qlükoza
Şokolad haqqında bilmədiyiniz faktlar
Hava haqqında
Nurgül Yeşilçay peşman oldu
İlham Əliyev ailə üzvləri ilə səs verdi - FOTO
Pomidorlu düyü şorbası (foto resept)
Ayaqqabı modelləri
ABŞ və Kuba arasındakı düşmənçiliyə son qoyulur
Şeron Stoun gözəlliyinin sirrini açdı-FOTO
Yaş həddi artırıldı - 68
Dünyanın sonuna hazırlaşanların şousu
13 ildir saçlarını kəsmir-FOTO
Qış makiyajında trend rənglər
Hava haqqında
Yeni, daha mükəmməl sifət
Keyt Middltonun ayaqqabıları 1 saat içində satıldı-QİYMƏTİ
Kainat gözəlinə vasitəçilik təklif olundu
Sağlamlıq, ya gözəllik?
Azərbaycanda boşanmaların sayı artıb
Sonsuz olduğunu deyən kişinin 13 uşağı varmış-ŞOK hadisə
Diş ağrısından qurtulmaq üçün...
Romatizmal xəstəliklər
Gicitkənin saçlara faydası
Sevdiyin insanı ölçülü sev















- ŞƏRHLƏR