Hər bir xalqın özünəməxsus keçmişi, müsiqisi və xalq adət- ənənəsi var. Bu gün sizə gürcü müsiqisindən söhbət açacağam.
Gürcü xalq musiqisi — gürcülərin milli musiqisidir. Gürcü musiqisi xüsusi səs texnikasıyla və tonlardan istifadəylə seçilir, hansılar ki, bir-birinə yaxındır. Gürcüstanda mahnı oxumaq adətən kişilərə xas xüsusiyyətdir. İlk dövrlərdə gürcü qadınları körpələrə layla deyib oxuyarmışlar, kişilər isə bir qədər şərab içdikdən sonra müharibə və döyüşlərdəki igidlərdən oxuyarmışlar.
Standart mahnı əsasən üç səslə həyata keçirilirdi. Əvvəlcə gürcü mahnıları xalq mahnısı olaraq tanınırdı və qadınlı kişili xor halında oxuyardılar, amma xristianlığın qəbulundan sonra dini kilsə nəğməsi oldu.
Onu da qeyd edim ki, YUNESKO 2001-ci ilində gürcü mahnısını şifahi xalq ədəbiyyatının qeyri-maddi mirası, şah əsəri kimi tanıdı.
Gürcüstan Tbilisi Konservatoriyası bütün Qafqazda məşhurdur. Bura Gürcüstanın ən yüksək musiqi təhsil müəssisəsi hesab olunur.
Bu müəssisədən nə az, nə çox məşhur məzun şəxsiyyətlər yetişdi. Bəstəkarlar kimi Qiya Kançeli, Vano Muradeli, Otar Taktakişvili, Mikayel Tariverdiyev, dirijorlar kimi Samuil Samosud və Odissey Dimitriadi, Medeya Amiranaşvili və Nani Breqvadze vokalistlərini yetişdirdi. Həmçinin Gürcüstanın öz simfonik orkestri var. Bundan başqa Gürcüstanın dünyada məşhur olan xalq mahnılarının və rəqslərin ansamblları var, məsələn: "Erisioni" və "Rustavi".
Əlbəttə ki, hər kəsin musiqi zövqü, musiqi duyumu fərqlidir. Lakin aramızda elə bir insan tapılmaz ki, Vaxtanq Kikabidzeni tanımasın. Onun səsindəki məlahət çoxumuzun qəlbini oxşayıb və oxşamaqda davam edir. Hər zaman xüsusi tədbirlərə dəvət olunarkən Vaxtanq Kikabidzedən ilk olaraq "Mənim illərim mənim xəzinəmdir" mahnısını ifa etməsini xahiş edirlər.
Daha bir sevilən müğənni Merab Sefaşvilidir. Onun ifasında səslənən əksər musiqilər ölkə sərhədlərini aşmaqdadır.
Bügün isə sizə Merab Sefaşvilinin ifasında gürcü serinadasını təqdim edirəm.
Gənclərin sevimlisi olan Lexeni adlı reperdir. Çox məhşur olmaqla yanaşı ifa etdiyi bütün replər gənclər tərəfindən əzbər oxunur. Gürcü xalqı tərəfindən sevilən gənc xanım müğənnilərdən biri də Nino Çxeidzedir. Onun da özünəməxsus pərəstişkarları var. Buyurun Lexeni və Ninonun ifa etdiyi dueti izləyin.
Eləcə də Anri Coxadze, Valeri Meladze, İrakli, Manana.
Və musiqilərindən hər kəsin zövq aldığı Dato
Gürcü musiqisi zəngin olduğu qədər müğənnilərinin də sayı hesabı yoxdur. Buğun sizə onlardan bəzilərini təqdim etdim.
Ümid edirəm ki, Gürcüstan-Tbilisi adlı xəbərimi sevərək izlədiz və bu ölkəyə səfər edərkən harda nəyin olduğuna dair heç bir çətinliyiniz olmayacaq.

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO

- ŞƏRHLƏR